Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə43/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   39   40   41   42   43   44   45   46   ...   215

91 

Muğana  yola  düĢdü.  Qatı  zahid  və  tərki-dünya  olan  Mar  Ġliya  sərt  həyat  keçirir,

adamboyu  komada  yaĢayırdı;  ev  əĢyalarından  yemək  üçün  saxladığı  quru  çörək

qabıqlarını  yığmaq  üçün sınıq  qabı  və  gil dolçası var idi. Onun hətta yatacağı da yox 

idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə

özünə  cismani  əziyyət vermək,  dünya  nemətlərindən  imtina  etmək  və  yarıac  qalmaq

kimi tərki-dünyalıq geniĢ inkiĢaf etmiĢdi. 

Ġliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına

görə, "...onlar cah-calallı kilsə binasının tikintisinə baĢladılar, sər-sahman iĢlərinə Mar

Ġliyanın  özü  baĢçılıq  edirdi.  O,  çoxlarını  xaç  suyuna  çəkdi,  onlar  üçün  keĢiĢ   və 

dyakonlar təyin etdi, zəbur surəsini yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar". 



92 

V FƏSĠL 


III-VII ƏSRLƏRĠN BĠRĠNCĠ YARISINDA 

AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ 

§ 1. MADDĠ MƏDƏNĠYYƏT 

Azərbaycanın  ilk  orta  əsr  maddi  mədəniyyət  abidələri  antik  dövrə

nisbətən arxeo loji cəhətdən zəif öyrənilmiĢdir. Ġlk  mənbələrdə bu dövrə aid onlarla

Ģəhərin  adı  çəkilməsinə  baxmayaraq,  bunların  heç  birində,  hələlik  geniĢ  miqyaslı 

qazıntı  iĢi  aparılmamıĢdır.  Ġlk  orta  əsr  Ģəhərlərinin  ço xunda  həyat  sonralar  da

davam etdiyindən bu dövrün mədəni təbəqələri böyük dağıntılara mə ruz qalmıĢdır;

üst  təbəqələrdəki  tikintilərlə  əlaqədar  olaraq  vaxtilə  qazılmıĢ  quyular,  xəndəklər, 

çala  və  çökəkliklər,  ü mu miyyətlə  görülmüĢ  bütün torpaq  iĢləri  əvvəlki  təbəqələri

dağıtmıĢ, əksər hallarda torpaqla birlikdə onlarda olan  materiallar da çıxarılıb atıl-

mıĢdır.  Hətta  elə  hallar  olmuĢdur  ki,  quyular  b ir -birin i  dəfələrlə  kəsmiĢ  və 

bütövlükdə  ilk  orta  əsr  təbəqəsi  məhv  edilmiĢdir.  Buna  baxmayaraq,  qazıntılar

zaman ı  Beyləqan, Qəbələ, ġamaxı Ģəhər yerlərində ilk orta əsr təbəqələrini az-ço x

izləmək  mü mkün  olmuĢdur.  Qəbələdə  həmin  dövr  təbəqəsi  0,5-1  m,  Beyləqanda 

isə  1-1,5  m-ə  yaxındır.  On lardakı  maddi-mədəniyyət  qalıqları  antik  dövr

abidələrindəkinə nisbətən azdır. Tikinti qalıq ları yo x dərəcəsindədir. Əsas material 

ma l-qara və davar sümükləri və sadə Ģirsiz sa xsı mə mu latıd ır. Sa xsı qabların çeĢidi 

çox  azd ır.  Qazan,  çıraq,  səhəng,  bardaq,  kirəmit  parçaları  bu  təbəqə  üçün 

səciyyəvidir.  Beyləqanda  saxsı  qablar  içərisində  boyalı  qablara  da  təsadüf  olun-

muĢdur. ġüĢə qablar əsasən bərni formasındadır.  Təbəqə üçün səciyyəvi cəhət, bu 

dövrdə  demək  olar,  bütün  qazıntı  sahələrində  (Beyləqan,  Qəbələ,  M ingəçevir)

dia metri  1-1,5  m-dən 2-3,5  m-dək o lan dairəvi və dib hissəsi daha geniĢ qu yuların 

varlığ ıdır.  Beyləqanda  belə  quyuların  bəzilərinin  dibi  hamar  suvanmıĢ  və  Ģirələn -

miĢdir. Mingəçevir quyularında ərzaq qalıqları da tapılmıĢdır. 

Ġlk  orta  əsr  Ģəhərlərinin  plan  quruluĢunu  öyrənmək  üçün  Muğan  düzündə,

indiki  Biləsuvar  rayonunda  yerləĢ ən  ġəhriyar  abidələr  kompleksi  daha səciyyəvidir. 

Muğan  Govurarxı  üstündə  ilk  orta  əsrlərdə  tikilən  ġəhriyar  Ģəhəri  (tarixi  adı  məlu m

deyil)  ərəblərin  Azərbaycana  hücumları  zamanı  dağıdılmıĢ  və  burada  sonralar  həyat

davam  etməmiĢdir.  Buna  görə  də Ģəhərin  ilkin  quruluĢu  olduğu  kimi  qalmıĢdır.  36 

hektar ərazini əhatə edən Ģəhərin qala divarları kvadrat planda tikilmiĢ, hər divarın orta

hissəsində darvaza olmuĢdur. Darvazalardan Ģəhərə gedən küçələr mərkəzdə, feodalın

qəsri  yerləĢən  yerdə  görüĢür  və Ģəhəri  dörd  bərabər  hissəyə  bölürdü.  Mil  Govurarxı 

üstündə yerləĢən Beyləqan Ģəhəri də (indiki Beyləqan rayonu) eyni planda tikilmiĢdir. 

Qazıntı və kəĢfiyyat iĢlərindən aydın olmuĢdur ki, Mil və Muğan düzlərində ilk

orta  əsrlərdə  Ģəhərlərin  qala  divarlarının  tikintisində  ən  çox  torpaqdan  köbər  (dik) 

tökmək üsulundan, çiy kərpic hörgüsü və möhrədən istifadə olunmuĢdur; biĢmiĢ kərpic 



93 

ilk orta əsrlərdə hələ az tətbiq olunurdu. 

Çiy  kərpic  və  möhrə  divarların  tikilməsi  adətən  qala  xəndəyinin  torpağı

hesabına olurdu. Beləliklə də qala  xəndəyi həmiĢə qala divarını müĢayiət edirdi. Dağ 

və dağətəyi bölgələrdə isə tikinti üçün çay daĢı, sal daĢ və yaxud qarıĢıq materialdan

istifadə olunurdu. Dərbəndin həmin dövr qala divarları sal daĢlar, Qəbələnin divarı isə

qarıĢıq  material  ilə  tikilmiĢdir.  Qazıntılar  nəticəsində  müəyyən  olunmuĢdur  ki, 

Beyləqanın ilk orta əsr qala divarı 47-49x47 -49x14-17 sm ölçüdə və indi el arasında

"ayıbalası"  adı  ilə  məĢhur  olan çiy  kərpiclə  hörülmüĢdür.  Kərpiclərin  arasına  palçıq

məhlulu  qoyularaq,  hər  bir  cərgə  özündən  əvvəlki  cərgəni  bağlamaq  Ģərtilə 

hörülmüĢdür. Divarın 1 m-dək xam torpaqda bünövrəsi vardır. Bünövrənin eni 6  m-ə

qədərdir.  Divar  içəri və bayır tərəfdən 3-7 sm-ə qədər samanlı palçıqla suvanmıĢdır.

Divarın qala bürcləri uzunsov  yarımdairə  formasında  olmuĢdur.  Divarın hündürlüyü, 

güman ki, 8-10  m-dən alçaq olmamıĢdır. Qala  xəndəyi 1-2 dərinlikdə və 10-30 m

enində qazılmıĢdır. 

Ġlk  orta  əsrlərin  maddi-mədəniyyəti  üçün  səciyyəvi  cəhətlərdən  biri  də

həmin  dovrə  aid  müdafiə  istehkamlarına  daha  çox  təsadüf  olunmasıdır.  Xüsusilə 

Xəzər  dənizi  ilə  Böyük  Qafqaz  dağı  arasındakı  keçiddə  belə  istehkamlar  daha  çox

qalmıĢdır.  Cənubdan  Ģimala  doğru  bir-birinin  ardınca  dağla  dəniz  arasında  uzanan 

BeĢbarmaq,  Gilgilçay,  Dərbənd  sədləri  bunlara  misal  ola  bilər.  Bunlardan  Gilg ilçay

səddində  aparılan  qazıntılarda  müəyyən edilmiĢdir ki, sədd düzən yerlərdə 42x42x10

sm  ölçüdə olan çiy  kərpiclə  palçıq  məhlulundan  hörülmüĢdür.  ġimal  tərəfdən  sədd 

boyu  axan  Gilgilçay  səddin  müdafiəsini  təbii  olaraq  gücləndirir.  Sədd  boyu  mövcud

olan  bürclər  (sayı  195-ə  qədərdir)  torpaq  altında  qalsa  da  aydın  görünməkdədir.

Qazıntılar nəticəsində səddin düzənlikdən dağa keçid yerində (Dəvəçi rayonu Yenikənd 

kəndi) hərbi  düĢərgə qalığı  aĢkar  edilmiĢdir.  10  ha  sahəni  əhatə  edən  bu  düĢərgə  üç

tərəfdən  divar,  bir  tərəfdən  isə  çayla  əhatə  olunmuĢdur.  Süni  xəndəyi  var,  sahə  iki

səkilidir.  Günbəz  örtüklü  yeraltı  zindanlar  aĢkarlanmıĢdır.  DüĢərgənin  V  əsrin  90-cı 

illərində salındığı müəyyən edilmiĢdir. 

Müdafiə istehkamları Sasani imperiyasının Ģimal sərhədlərini mühafizə edən

iri  regional  və  kiçik  lokal  səciyyə daĢımaqla  iki  qrupa bölünür. Qeyd etdiyimiz uzun 

sədlərlə  yanaĢı,  Quba-Xaçmaz  bölgəsində  Sandıqtəpə  (Quba  rayonu),  ġoranpel  (Hil

kəndi)  kimi  kiçik  lokal  səciyyəli  müdafiə  istehkamlarının  da  olduğu  müəyyən

edilmiĢdir. 

Ġlk orta əsr Ģəhər tipli yaĢayıĢ məskənləri Ģəhərlərlə kənd yaĢayıĢ məskənləri

arasında bir növ keçid mövqeyi tutur. Arxeoloqların aĢkar etdikləri və qismən qazıdıqları

Təzəkənd (Beyləqan rayonu), Govurqala (Ağdam rayonu), Torpaqqala (Qax rayonu, Tovuz 

rayonu),  Mingəçevir,  Xınıslı,  QuĢçu  (ġama xı  rayonu),  Qızlartəpə,  Yusiftəpə,

Ağaxantəpə, Mahmudtəpə, Çetkun (Qusar rayonu) belə abidələrdəndir. Bunlarda 1-3 m-

dək mədəni təbəqə qalmıĢdır. Əksəriyyətində müdafiə istehkamları, tikinti qalıq ları, 

istehsalat  ocaqları,  məiĢət  qurğuları,  qəbir  abidələri  və  nisbətən sönük  və  yeknəsəq

olan  digər  maddi-mədəniyyət  qalıqları  (mü xtəlif  əĢyalar)  aĢkara  çıxarılmıĢdır.  Belə 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə