Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə52/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   48   49   50   51   52   53   54   55   ...   215

110 

V.L.Lukonin,  Q.QoĢqarlı  və  b.)  ümumi  rəyinə  görə,  yerli  sənətkar  tərəfindən

düzəldilmiĢdir.  Albaniya  tarixinin  ilk  geniĢ  tədqiqatçılarından olan  K.V.Trever  burada

alban hokmdarı  CavanĢirin  təsvir  olunduğunu  güman  edir.  Onun  bu  gümana  gəlməsinə 

səbəb  bir  tərəfdən heykəlcikdə  Sasani Ģahlarına  xas  olmayan elementlərin varlığı,  digər

tərəfdən  isə  süvaridəki  ikonoqrafik  cizg ilərin  Moisey  Kalankatlının  CavanĢir

haqqındakı  məlumatına  uyğun  gəlməsidir.  Azərbaycan  alimləri  Q.M.Əhmədov  və 

N.Ġ.Rzayev  K.V.Treverin  bu  gümanının  gerçək  olduğunu  təsdiq  etsələr  də,  elmdə 

V.L.Lukoninin  (bu  fərziyyəni  Q.QoĢqarlı  da  müdafiə  edir)  hər  halda  yerli  sənət

məhsulu olan bu buxurdan üzərində son  Sasani hökmdarlarından birinin, ola bilsin,  II 

Xosrovun təsvir edildiyi fikri də mövcuddur. 

Yazılı  mənbələrdəki məlu matlar və arxeoloji araĢdırmaların nəticələri göstərir

ki, Azərbaycan feodal cəmiyyətinin yüksək təbəqəsinin bədii zövqü ilə məiĢətdə hədsiz 

dəbdəbə  xoĢlayan  Sasani  hakimlərinin  zövq  və  məiĢəti  arasında  uyğun  cəhətlər  çox

idi.  Moisey  Kalankatlı  alban  hökmdarı  CavanĢirin  sarayını  belə  təsvir  edir:  "O,

günbəzdən  tutmuĢ  kandaradək  hər  yeri  naxıĢlarla  bəzətdirdi,  divarlara baĢdan-baĢa 

ipək parçalar çəkdirdi, kainatın ziyasını (yəni CavanĢiri) qoruyub saxlayan yataq otağının

qapısını gümüĢə tutdurdu, üzərində oyma naxıĢlar açmağı əmr etdi". 

Sasanilər  qiymətli  əĢyalardan  öz  diplomatik  məqsədləri  üçün  geniĢ  istifadə

edirdilər. YeqiĢenin məlumatına görə, onlar Cənubi  Qafqaza gümüĢ Ģeylər gətizdirir və 

yerli  hakimləri  ələ  almaq  üçün  onlara  bağıĢlayırdılar.  Görünür,  bu  və  digər  yollarla

(məsələn,  ticarət)  Azərbaycana  gətirilən  Sasani  metal  məmulatı  yerli  sənətkarlar  üçün 

nümunə  olmuĢ,  bu  tipli  məhəlli  məhsulların  daha  keyfiyyətli  istehsalına  gətirib

çıxarmıĢdır. Gü man etmək olar ki,  mərkəzdən gətirilən və iri Ģəhərlərdəki sənətkarlıq

emalatxanalarında  hazırlanan  yerli  məhsullardan  baĢqa,  iri  feodalların  ehtiyaclarını 

ödəmək  üçün saxladıqları  Ģəxsi  emalatxanalarında  da belə Ģeylər  hazırlanırdı.  Məhz

həmin  emalatxanaların  zəminində  yaranmıĢ  yerli  məktəblər  bu  gün  də  Lahıcda,

Köbəçidə öz fəaliyyətlərini davam etdirirlər. Erkən orta əsrlər dövründə bu məktəblər 

üçün  səciyyəvi  cəhət  onların  əsasən  "müqəddəs"  ağacın  çoxyarpaqlı  təsvirini  verən

ornamentlərdən istifadə etməsi idi. Bununla yanaĢı, bu dövrdə zoomorf (heyvanĢəkilli)

formalı qablar da geniĢ yayılmıĢdı. 

Dekorativ tətbiqi incəsənət abidələri arasında mühüm mövqelərdən birini daĢ

üzərində  naxıĢaçma  -  qliptika  tuturdu.  Üzərində  təsvirlər  və  yazılar  olan  mü xtəlif

qiymətli və yarıqiy mətli daĢlardan məmurlar, hakimlər, yüksək vəzifəli Ģəxslər, əyanlar 

və  kahinlər  möhür  kimi  istifadə  edirdilər.  Azərbaycanda tapılmıĢ  və  qiymətli  mineral

daĢlardan  (əqiqdən,  xalsedondan,  ametistdən,  lazuritdən, yəĢəm  daĢından)  düzəldilən

gemmaların (üstündə yazı və Ģəkil qazılmıĢ qiymətli daĢların) üzərində daha çox heyvan 

və  quĢ  Ģəkilləri,  əyanların  və  kahinlərin  portretləri,  mərasim  səhnələri,  bəzən  isə

yırtıcılar  tərəfindən otyeyən  heyvanların parçalanması səhnələri  vardır.  Mingəçevirdə

tapılan  möhürlərin üzərində uzan mıĢ qoyunlar, ġamaxıda tapılan möhürlərin üzərində 

kiĢi  büstü  təsvir  edilmiĢdir.  Bu  və  bəzi  digər  gemmaların  üzərində  pəhləvi  yazıları

mövcuddur.  Ġstifadə  edilmə  məqsədlərinə  görə  hələ  antik  dövrdən  üç  cür  gemma 




111 

düzəldilirdi:  möhürlər, bəzəklər və göz muncuqları. Bəzən bir gemma hər üç məqsədi

güdürdü.  Möhür  kimi  iĢlədilən  gemmalar  məktubların,  rəsmi  sənədlərin  təsdiq

edilməsində  istifadə  olunurdu.  Möhürlərin  Ģəkilləri  mal  taylarının,  bu  və  ya  digər 

ustanın hazırladığı mə mulatın üzərinə vurulur, bununla da məhsulun keyfiyyəti təsdiq

edilirdi. Arxeoloji qazıntılar ölkəmizin ərazisində xeyli  möhür Ģəkli (bullalar) aĢkar

etmiĢdir.  Bu möhürlərdə  insan,  müxtəlif heyvanlar  (zebu,  maral, qoyun,  it, Ģir və s.) quĢlar 

(xoruz,  qartal,  göyərçin),  əqrəb,  fantastik  varlıqlar  (qanadlı  öküz, peqas -qanadlı  at  və

baĢqa  əfsanəvi  məxluqlar),  mü xtəlif  bitkilər,  atəĢpərəstlik  mehrabları,  göy  cisimləri,

mü xtəlif iĢarələr və s. təsvir edilmiĢdir. Bu rəsmlərin əksəriyyəti rəmzi məna daĢıyırdı 

və dini etiqadla bağlı idi. Buna görə də həmin təsvirləri zərdüĢtiliyin  müqəddəs  kitabı

olan  "Avesta"ya  illüstrasiyalar  kimi  qiymətləndirmək  mümkündür.  Yeri  gəlmiĢkən,

qeyd etmək lazımdır ki, qliptika nümunələri ən qədim zamanlardan son orta əsrlərədək 

dinlə  sıx  bağlı  olmuĢdur.  Bu,  tamamilə  qanunauyğun  idi  və  həmin  məmu latın

təyinatından  irəli  gəlirdi.  Çünki  həmin  əĢyalar  çox  zaman  bədnəzərdən  qorunma

vasitəsi,  həmayil  rolunu  oynamadı.  Bunlardan  Ģəxsi  möhürlər  kimi  istifadə  edən 

Ģəxslər, beləliklə, ö z əmlaklarını ilahi qüvvələrin himayəçiliyinə tapĢırırdılar. 

Bu  möhürlərdə  təsvir  edilmiĢ  süjetlər  Hörmüzə,  oda  sitayiĢlə  bağlıdır.

Albaniya  ərazisində  belə  süjetli  möhürlərin  tez-tez  tapılması,  görünür,  Sasani 

hökmdarlarının yerli əhali arasında atəĢpərəstliyi yay maq cəhdləri ilə əlaqədardır. 

Azərbaycanın  bu  dövr  zərgərlik  sənəti  məhsulları  çeĢid  çoxluğu,  yüksək

sənətkarlığı  və  zənginliyi  ilə  fərqlənir.  Buranın  metaliĢləmə  və  daĢiĢləmə  sənəti 

məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə,

zərgərlik  sənəti  əsas  etibarilə  yerli  bədii  ənənələr  zəminində  inkiĢaf  edirdi.

Azərbaycanın  antik  dövr  zərgərlik  məmulatı  üçün  səciyyəvi  olan  bir  çox  bəzək 

ünsürləri  və  bədii  formalar  sonrakı  yüzillərdə  daha  da  təkmilləĢdi.  Bu  cəhət  özünü

Mingəçevirdə aĢkar edilmiĢ VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada

I—III  əsrlərin  mə mulatında  daha  çox  təsadüf  olunan  arxaik  forma  -  bir-birinə 

lehimlənmiĢ "buğdaların" əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası

ilə yerinə yetirilmiĢdir: əgər əvvəllər "buğda" bilavasitə sırğanın qulpuna lehimlənirdisə,

bu dövrdə artıq "buğda" ilə sırğanın əyrisi arasında içi boĢ kürəcik yerləĢdirirdilər. 

Zərgərlikdə  əqiqdən  geniĢ  istifadə  edilirdi.  Qafqazda  ta  qədimdən  bu  daĢın

ecazkar gücünə inam vardı. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daĢların

yaratdığı estetik təsir gücündən istifadə etməyə çalıĢırdılar. Sallama qızıl tanalar çox vaxt 

qaĢ  üçün  iĢlədilən  daĢların  mü xtəlif  formalarını    nümayiĢ    etdirmək  xatirinə

hazırlanırdı.  Üçkünc,  ellipsvari,  dairəvi,  düzbucaqlı  və  dig  həndəsi  formalı  rəngarəng

daĢlar sırğaların dekorativ-bədii Ģəkli müəyyənləĢdirird i. 

Sonralar  zərgərlik  məhsulların ın  kompozisiyası  sadələĢsə  də  çeĢidi  artırdı.

"Yarpaq" sırğa ürək formasını alır. Belə qaĢın yerləĢdirildiyi çərçivənin yanlarında hər

birinə muncuq salınmıĢ dörd qızıl qarmaqcıq bənd edilirdi. 

ġimali Azərbaycan zərgərləri baĢqa bədii-texnoloji üsuldan da istifadə edirdilər:

daĢı  çərçivəyə  salınır,  bununla onun  plastik  formasını  və  rəngini  daha  qabarıq nəzərə 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə