Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə60/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   56   57   58   59   60   61   62   63   ...   215

127 

Albaniya bu müharibəyə cəlb olundu. 

603-604-cü illərdə Ġran-Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi 

Sasani  hökmranlığına  qarĢı  ayağa  qalxsa  da,  bu  üsyan  II  Xosrov  tərəfindən 

amansızlıqla  yatırıldı.  Alban  əyanlarının  bir  çoxu  məhv  edildi,  yalnız  II  Xosrovun

arvadı  ġirinin  köməyi  ilə  alban  katolikosu  Viro  sağ  qaldı.  Moisey  Kalankatlının

məlu matma  görə,  "çox  cidd-cəhddən  sonra  hökmdar,  [Vironun]  həyatını  (ġirinə) 

bağıĢladı". Lakin II Xosrov belə bir Ģərt qoydu: Viro ö mrünün sonunadək "öz ölkəsinə

qayıtmayacaq, nəzarət altında sarayda qalacaqdı". Bununla yanaĢı, II  Xosrov onun

katolikos rütbəsini saxladı, patriarxlıqdan gələn gəlirlərdən məhrum etmədi. 

Əsirlikdə  olarkən  Viro  Mihranilər  sülaləsindən  olan  alban  knyazlarına  II

Xosrov tərəfindən "Girdiman hakimi və Albaniyanın iĢxanı" titulunun verilməsinə nail

oldu.  Bu  haqq  Varaz  Qriqor  za manı,  o,  bütün  Albaniyanın  ilk  knyazı  olduqda  əldə 

edilmiĢdi.  II  Xosrovun  Viroya  olan  xoĢ  münasibəti  bu  Ġran  hökmdarın ın  özünü,

ümumiyyətlə,  xristianlarla  əhatə  etməsindən  irəli  gəlirdi.  Onun  arvadlarından  biri

Bizans Ģahzadəsi Mariya (Məryəm), digəri isə sonralar bir çox əsərlərin qəhrəmanı olan, 

Nizami  Gəncəvinin  türk  qızı  kimi  -  təqdim  etdiyi  ġirin  idi.  Lakin  özünün  xristian

əhatəsinə  baxmayaraq,  II  Xosrov  Cənubi  Qafqaz  ölkələrini  Bizansdan  ayırmaq

siyasətini  güdən  Sasanilərin  ardıcıl  davamçısı  idi.  Bu  məqsədlə  612-613-cü  illərdə 

onun  təĢəbbüsü  ilə  imperiyaya  tabe  xristianların  məĢhur  Ġran  məclisi  çağırılır  və

burada  Bizans diofiziliyi  müqabilində  monofizilik  rəsmi  tanınmıĢ  xristian  etiqadı  elan

edilir. 


Ġran-Bizans  müharibələri  dövründə  Ġranın  beynəlxalq  siyasi  meydanda

qazandığı ilkin müvəffəqiyyətlər 623-624-cü illərdə imperator Ġraklinin Kiçik Asiya və

Cənubi Qafqazda əldə etdiyi uğurlarla heçə endirilir. O, Kolxida və Ġberiyadan keçərək, 

dolama  yolla  Ġrana yürüĢ edir.  624-628-ci  illərdə  Ġberiya  kimi  Albaniya  da  Ġran-Bizans

müharibələrinin döyüĢ meydanına çevrilir. 

Albaniyaya sahib olmaq istəyən hər iki rəqib  imperiya burada  yalnız siyasi

deyil, iqtisadi məqsədlər də güdürdü. 624-cü ildə Dvini tutduqdan sonra Bizans ordusu 

Adurbadaqan ərazisinə daxil oldu, Naxçıvanı da ələ keçirib, Arazı adladı. Bundan sonra

Cənubi  Azərbaycanın  paytaxtı  Qanzak  Ģəhəri  iĢğal  edildi.  Moisey  Kalankatlının 

məlumatına görə,  Ġrakli  Albaniya,  Ġberiya və  Ermənistan  hakimlərinə  aĢağıdakı  tələblə

müraciət  etdi:  onlar  "onun  piĢvazına  çıxmalı,  bütün  qıĢ  boyu  öz  qoĢunları  ilə  onun

qulluğunda durmalı  idilər;  əks  təqdirdə,  o,  onlarla  bütpərəstlərlə  edilən  kimi  rəftar 

edəcək, onun qoĢunları isə qalaları fəth edəcək, onların ölkələrini viran qoyacaq". 

Ġran ĢahənĢahı II Xosrovun əmri ilə Albaniyanın knyazları ölkənin paytaxtı olan

Bərdəni  tərk  edərək,  qalalarda  möhkəmləndilər.  Albaniya  ərazisinə daxil  olan  Bizans 

qoĢunu "keçdiyi gözəl bağ və düzləri dağıdıb, viran qoydu", Uti əyalətində, Dyutakan

kəndi  yaxınlığında  düĢərgə  saldı.  Lakin  Ġraklinin  bu  yürüĢü  müvəffəqiyyətsizliklə

nəticələndi. Yenidən qüvvə toplamağa nail olmuĢ iranlılar Bizans qoĢununa hücum edib, 

onu ölkədən çıxartdılar. Bizanslıların "ələ keçirdikləri Ģəhərləri geri qaytardılar". 

625-ci  ildə  Ġra kli  xə zərləri  kö məyə  çağırdı.  Mənbədəki  məlu mata  görə, 




128 

"Xosrovun hakimiyyətinin 36-cı ilində" Ġrakli "Çola qapılarını açmaq, müxtəlif barbar

xalqlarını  dəvət  etmək  və  onlarla  birgə  məğrur  Xosrovu  qovmaq" qərarına gəldi.  Bu

məqsədlə o, öz elçisi Andreyi böyük vədlərlə xəzərlərin yanına göndərdi. 

Ġranlılar  isə,  öz  növbəsində,  Balkanlarda  hökmranlıq  edən  avarlarla  ittifaq

bağlayıb, onların diqqətini Konstantinopola cəlb etməyə nail oldular.  

626-cı  ildə  xəzərlər  Albaniyaya  hücum  etdilər.  Moisey  Kalan katlı  yazırdı:

"Xosrovun  hakimiyyətinin  37-ci  ilində Ģimalın  hökmdarı  vəd  etdiyi  döyüĢkən ordunu 

ġatın  baĢçılığı  ilə  [Albaniyaya]  göndərir.  [ġat]  Albaniyanın  bütün  hüdudlarına,

Adurbadaqanın bir sıra yerinə yürüĢlər edib, çoxlu  xristianı və hətta bütpərəsti qılınc-

dan  keçirir.  Əsir  alın mıĢların  sayını  kim  bilə  və  saya  bilərdi?"  Əsərinin  baĢqa  bir

yerində yenə də  həmin  hadisəyə qayıdan  alban  müəllifi  yazırdı:  "Xəzərlər  Ġraklin in

əmri  ilə  saysız-hesabsız  qoĢunla  bizim  ölkəmizə  yürüĢlər  edirdi".  Bu,  xəzərlərin 

Albaniyaya ilk geniĢ hücumu idi.  

628-ci ildə, "Xosrovun hakimiyyətinin 38-ci ilində - onun öldürüldüyü ildə"

xəzərlər  ölkəyə  yenidən  yürüĢ  etdilər.  Ġlk  zərbəni  Dərbəndə  (Çolaya),  sonrakını  isə 

Bərdəyə endirdilər. "Alban tarixi"ndə yazılıb: "Bu dəhĢətli xəbər Albaniyaya çatdıqda,

Xosrovun  ölkəni  idarə  etmək  üçün  göndərdiyi  QayĢah  adlı  birisi  bizim  ölkə mizi  və

əzəmətli  paytaxtımız  Bərdəni  möhkəmlətmək  istədi.  O,  ətraf  vilayətlərin sakinlərini 

[Ģəhərə]  yığdı,  ölkəmizin  əyanları  və  Ģəhərlərin  əhalisi  ilə  razılaĢmadan  əldə  etdiyi

qüvvə  ilə  xəzərlərdən  müdafiə  olunmaq  istədi.  Lakin  o,  əzəmətli  Çola  Ģəhəri

müdafiəçilərinin  və  heyrətamiz  divarları  qoruyan  əsgərlərin  baĢına  gələnləri 

görmüĢdü...  Hamımızı  gözləyən ümumdünya  fəlakəti yaxınlaĢanda,  təlatümlü  dənizin

dalğalan əvvəlcə onu (yəni Çolanı) vurub yerlə yeksan etdi". 

Paytaxt əyanları Arsaxın əlçatmaz dağlarında gizləndilər. Bu, artıq xəzərlərin

ikinci böyük hücumu idi. Albaniya ərazisini ələ keçirdikdən sonra onlar Tiflisə doğru 

hərəkət  etdilər  və  Bizans  imperatoru  Ġraklinin  ordusu  ilə  birgə  Ģəhəri  mühasirəyə

aldılar. 

628-ci  ilin yazında Ġraklinin məsləhəti ilə Tiflisi mühasirə edən qoĢunlar geri

çəkildilər; Ġrakli  xəzərlərin baĢçısına dedi: "Gələn il  yetiĢəndə, isti aylar qurtaran kimi,

dərhal buraya qayıt... Mən isə bu vaxt Ġran hökmdarı  ilə vuruĢmağa ara verməyəcək, 

ölkələri və onun təbəələrini təhlükəyə məruz qoyacağam".  

Tiflisin  ikinci  mühasirəsindən  sonra,  görünür,  628-ci  ilin  sonunda  Ģəhər

iĢğal edilir. Bundan sonra Bizans Cənubi Qafqaz ölkələrini ö zünə tabe edir. 

Gürcü mənbələrinə görə, Ġrakli Mtsxeta, Ucarma Ģəhərlərində,  eləcə də baĢqa

yerlərdə,  nəinki  atəĢpərəstlərin,  həmçinin  monofizilərin  də  təqib  edilməsi  siyasətini

aparırdı.  628-ci  ildə  Albaniyanın  Girdiman  -  " Varaz  Qriqorun    mülkü  olan  

Qardabani‖  vilayətinə  gələn  Ġraklinin əmri  ilə  Varaz  Qriqorun  özü və onun  təbəələri,

eləcə  də  "Metskevank  sahibi",  Lal  adlı  yerdə  diofiziliyi  qəbul  etdilər.  Bu  hadisə,

görünür, Tiflisin I və II mühasirələri arasındakı dövrdə baĢ vermiĢdi. 

Ġraklinin  623-628-ci  illərdə  etdiyi  müvəffəqiyyətli  yürüĢlər  Ġran  üzərində

qələbəni  təmin  etməklə  yanaĢı,  Bizansa onun bidətçi  ġərq  əyalətlərini  qaytarmıĢ oldu. 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə