Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə58/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   54   55   56   57   58   59   60   61   ...   215

122 

Mingəçevir  məbədinə  oxĢar  xristian  tikililəri  Albaniyada  hələ  kilsə

qurğularının  planlaĢmasının  ciddi  qanun-qaydalarının  iĢlənib-hazırlanmadığı  dövrdə

ucaldılmıĢdı.  Ona  görə  də qanunla  müəyyən  olunmuĢ  normalardan  müəyyən sapmalar 

Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi. 

Katolikosluğun  təsis  olunmasından  sonra  kilsə  binalarının  tikintisi  ciddi

tələblərə  tabe  olunmağa  baĢlandı.  Mxitar  QoĢun  "Qanunnamə"sində  deyilir  ki, 

"kilsənin  özülü  pravoslavlığın  qaydaları  əsasında  qoyulmalıdır,  bu  məsələdə  yalnız

yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun

və yaxud  xoryepiskopun  icazəsi olmadan  kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr 

edirik  ki,  bu cür  kilsə dağıdılsın  və  özül  yenidən  qoyulsun,  beləliklə,  kilsə  qaydasına

toxunulmaz Ģəkildə ə mə l edilsin. Bu qayda sarsılma zdır". 

Mingəçevirdəki  ikinci  məbədin  tikiliĢi  ərəfəsində  artıq  ölkədə  kilsə

tikintisinin  qanunları  təĢəkkü l  tap mıĢdı.  Məbədin  tikintisi  IV  əsrə  aid  edilir.  Bu 

məbəd  birinci  məbəddən  8  metr cənubdadır. Abidə plan baxımından  dördguĢəli  olan

böyük  zaldan  ibarətdir,  zalın  uzunluğu  12,4  metr,  eni  isə  5,4  metrdir.  Birinci 

məbəddən  fərqli  olaraq  bu  məbədin  Ģərq  tərəfində  nalĢəkilli  absidada  səcdəgah

yüksəkliyi  vardır.  Həmin  altlıqlar  taxtadan  olan  sütunlar  üçün  dayaq  rolunu  oynayır,

sütunlar isə tavan örtüyünü saxlayırdı. 

Üçüncü məbəd V-VI əsrlərdə, bilavasitə birinci məbəd üzərində tikilmiĢdir,

ibadət  zalına  (12,5x5,7  metr  ölçülərində)  və yarımdairəvi  absidaya  malik  olan birnefli

kilsə olmuĢdur.  Çiy  kərpiclərdən  tikilmiĢ  divarların  qalınlığına  əsasən  demək  olar  ki, 

məbəd tağtavanla örtülmüĢdü. 

Dördüncü  məbəd  üçüncü  məbədin  xarabalıq ları  ü zərində  tikilmiĢdir.  Bu

abidə müxtəlif zamanlarda tikilmiĢ üç binadan ibarət idi. Ġlk bina məbəd olmuĢ, məbədin 

yanında  əlavə  tikili  inĢa  edilmiĢ,  sonralar  isə  həmin  binaların  lap yanında  üç  otaqdan

ibarət olan üçüncü bina ucaldılmıĢdı. Ən böyük otaq əlavə tikili idi. Qalan  2 otaq isə

hücrə və yaxud məbədin təsərrüfat otaqları ola bilərdi. Məbəd VI-VII əsrlərə aid edilir. 

Kilsə  üçüncü  məbədin  plan  quruluĢunu  ciddi  Ģəkildə  təkrarlayır.  Yeni  binanın

planlaĢmasında  əski  məbədin  planının  dəqiq  konturlarının  dəfələrlə  təkrarlanması

üsulları  Qafqaz  Albaniyasında  ənənələrə  riayət  etmək  tələbin i  qoyan  qanunun 

mövcud  olduğuna  dair  ehtimalın  irəli  sürülməsinə  əsas  verir.  Bu  hal  Mingəçevir

ko mpleksi  üçün  xüsusilə  səciyyəvidir. Mingəçevir bazilikalarından fərqli olaraq Oğuz

bölgəsinin Calut məntəqəsindəki birnefli  kilsə daha kiçik ölçülərdə tikilmiĢdir. Lakin 

bu  tikilidə  artıq  daha  mükəmməl  formalar  müĢahidə  olunmaqdadır.  Həmin  formalar

sonrakı tarixi  dövrdə  həm  memarlıq  görkəmində,  həm  də  abidələrin plan baxımından

həllində ənənəvi olmuĢdur. Məbəd V-VI əsrlərə aid edilir. 

1958-ci  ildə  Gavurqalada  (Ağdam  bölgəsinin  Sofulu  kəndində)  aparılmıĢ

qazıntılar zamanı aĢkar edilmiĢ məbəd maraqlıdır. Məbəd  VI-VII əsrlərə aid olunur, ağ

daĢdan tikilmiĢdir. 

Bina  birneflidir,  tağtavanlarla  və  qoĢaçatılı  kirəmit  damla  örtülmüĢdür.

Məbədin Ģərqində  eninə  görə  ibadət  zalına  bərabər  olan uca döĢəməli absida vardır. 




123 

ġimaldan binaya  düzbucaqlı  otaq  birləĢir.  Zalın uzunluğu  11,95  metr, eni  5,25  metrdir.

Müstəqil giriĢin olmaması təsdiq edir ki, zala birləĢmiĢ düzbucaqlı otağın kilsəyə  əlavə 

tikili olması Ģübhəsizdir. Binada cənuba və qərbə iki giriĢ vardır. 

Bu cəhət Qafqaz Albaniyasının sitayiĢ təyinatlı memarlığı üçün səciyyəvidir.

Xotavəng  monastır  kompleksindəki  "Alban  bazilikası"  adlandırılan  abidə  bu 

tipli  tikilidir.  Məbəd  yonulmuĢ  daĢdan  Tərtər  dərəsində,  Azərbaycanın  Kəlbəcər

bölgəsinin  mərkəzindən  bir  qədər  aralıda  tikilmiĢdir.  Məbədin  xarabalıqları  daxili 

sütunları olmayan uzun zaldan ibarətdir. Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir.

Zalın Ģərq hissəsi yarımdairəvi absida ilə baĢa çatır. 

Səcdəgah  absidasının  hər  iki  tərəfində  keĢiĢ  cübbələrinin saxlandığı  dairəvi

yer  tikilmiĢdir.  ĠnĢaat texnikasının  və  inĢaat  materiallarının  öyrənilməsi  zamanı  aydın

olmuĢdur  ki,  cübbələrin saxlandığı  yer  məbədin  tikilməsindən sonra  inĢa  edilmiĢdir. 

Həmin yerə giriĢ səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə Albaniya memarlığında

təsadüf olunur. Görünür ki, əvvəllər tikilmiĢ məbədin ü mu mi planı memarlara qapını

ibadət zalından qoymaq imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə 

səcdəgah absidası istiqamətində açılmıĢdır. Soldakı cübbə yerinin tədqiqi zamanı onun 

tavanında  Xotavəng  monastırının  baĢ  keĢiĢ lərindən  birinin  -  XIII  əsrdə  yaĢamıĢ  Ter-

Atanasın yazısı aĢkara çıxarılmıĢdır. Güman etmək olar ki, məhz Ter- Atanas qədim bazi-

likaya birləĢmiĢ cübbə yerinin qurucusu olmuĢdur. 

Xotavəng məbədində pəncərə oyuqları vardır. Həmin oyuqların yuxarı hissəsi

nalĢəkillidir.  Qazıntılar  zaman ı  aĢkara  çıxarılmıĢ  saxsı  məmulatı  məbədin  ilkin 

tikintisini VI-VII əsrlərə aid etmək imkanı verir. 

Albaniya memarlığında müxtəlif tipli zəng qüllələri mühüm yer tutur.  Bu cür

qüllələrin əksəriyyəti zəmanəmizədək qalmıĢdır. 

Zəng  qüllələri 

karvan  yollarında,  dağ  zirvələrində,  dərələrdə,

qəbiristanlıqlarda,  monastır  həyətlərində  tikilirdi.  Yalnız  müqəddəs  Yelisey

monastırının  nəzdində  20-dən  artıq  zəng  qülləsi vardır.  PlanlaĢdırma  strukturuna  görə 

zəng  qüllələrinin  iki  tipinə  təsadüf  olunur:  dairəvi  və  dördguĢəli.  Dairəvi  zəng

qüllələrinin  adətən  səcdəgah  hissəsi  olmurdu.  Bu  cür  qüllələr  Albaniyada  geniĢ

yayılmıĢdı. 

Gü man  etmək  olar  ki,  dairəvi  zəng  qüllələrində  yarımqazma  zəng qüllələri

üçün səciyyəvi olan taxta örtüklər tətbiq edilirdi. Bu  cür zəng qüllələrinə bir çox erkən

xristian abidələrində təsadüf olunurdu. Hazırda həmin abidələrin əksəriyyəti dağılmıĢ 

vəziyyətdədir və bu xarabalıqları həm  müsəlmanlar, həm də  xristianlar müqəddəs yer

kimi ziyarət edirlər. Sığnaq kəndindəki zəng qülləsi bu tipli tikiliyə misal ola b ilər. 

VI-VII əsrlərdən etibarən Albaniyada plan baxımından dörd -guĢəli,  3-4  metr

uzunluğu, 2-3 metr eni olan zəng qüllələri yayılmağa baĢlamıĢdı. Bu zəng qüllələrinin 

Ģərq  tərəfində səcdəgah yüksəkliyi,  qərbində  isə  giriĢ  vardır.  Divarlarda  adətən  bir

neçə  dərin  divar  oyuğu  olurdu.  Bu  zəng  qüllələrinin  əksəriyyətində  keĢiĢlərin  və 

əyanların qəbirləri var idi. 

Ġki  səcdəgahlı  absidası  olan  zəng qüllələri  ən  çox  inkiĢaf  etmiĢ  qüllələrdən 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə