Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə59/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   55   56   57   58   59   60   61   62   ...   215

124 

olmuĢdur.  Dairəvi,  səcdəgahsız  zəng  qüllələri  bu  cür  qüllələrin  çıxıĢ,  baĢlanğıc

formaları idi. 

Yüzlərlə  iri  və  xırda  bütpərəstlik  və  xristian  məbədi  Qafqaz  Albaniyasının 

ərazisi  boyunca  səpələnmiĢdir.  Həmin  abidələr  qədim  tikinti  ənənələrinin,  sabit

memarlığın  mövcud olduğunu təsdiqləyir.  Bu  memarlıq  qonĢu  ölkələrin  memarlığının

təsirinə baxmayaraq Ģübhəsiz, özünün təkrarolunmaz cəhətlərinə malikdir. 

Cənubi  Azərbaycanın,  habelə  bütün  Sasani  dövlətinin  III-VII  əsrlər  dövrü

memarlığı  nəinki  əski  keçmiĢin  -  Əhəməni  və  Parfiya  dövrlərinin  mədəniyyət

elementlərini,  həmçinin  Sasanilər  dövlətinin  tərkibinə  daxil  və  yaxud  onunla  sıx 

əlaqədə olan Hindistan, Orta Asiya, Cənubi Qafqaz, Suriya, Bizans mədəniyyətlərinin

cəhətlərini mənimsəmiĢdi. Təbiidir ki, bu elementlər yenidən iĢlənmiĢ və tamamilə yeni

çalarlar  meydana  gəlmiĢdi.  Memarlıq  tiplərinin  və  kompozisiyalarının  müxtəlifliyinə 

baxmayaraq, Sasani memarlığı üslubun vahidliyi və tamlığı ilə seçilirdi. III-VII əsrlərin

memarlığını  qiy mətləndirərkən  onun  özünəməxsusluğunu  qeyd  etmək  lazımdır.  Bu

dövrdə Azərbaycanın cənub hissəsində də Ģəhər quruculuğu geniĢ vüsət almıĢdı, yaĢayıĢ 

və sitayiĢ təyinatlı binalar tikilirdi, suvarma qurğuları və körpülər inĢa edilirdi. 

Düzən lik  yerlərdə  Ģəhərlər  nizamlı  p lanlaĢ maya  malik  idilər.  Nizamlı

planlaĢmanın iki tipi vardı: parfiyalılardan miras qalmıĢ dairəvi və Roma ənənəsini 

əks etdirən düzbucaqlı tiplər. Ərdəbilin planlaĢması düzbucaqlı tipə misal ola bilər. 

ġəhərin  4  iri  qapısı  var  id i,  küçələr  düz  bucaq  altında  kəsiĢird i.  Bu  p lanlaĢma 

Sasani dövrünün baĢqa Azərbaycan Ģəhərləri üçün də səciyyəvi olmuĢdur. 

ġəhərlər qüllələr və döyüĢ mövqeləri  kimi çıxıĢ edən, atıcılar üçün daxili

meydançaları  o lan  divarlarla  möhkəmləndirilmiĢdi.  DaĢ  ən  geniĢ  yayılmıĢ  tikinti

materialı  idi.  Sasani  dövrünün  təqribən  bütün  memarlıq  abidələri  tağlı  və 

günbəzlidir. III əsrdə kvadrat əsas üzərində günbəz konstruksiyası yaradılmıĢdı.  

Ev lər  adətən  ikimərtəbəli  tikilirdi.  Ev  daxili  və  xarici  h issələrə  ayrılırd ı. 

Küçəni  evin  xarici  hissəsi  ilə  eyvan  birləĢdirirdi.  Sərvətli  Ģəxslərin  evlərində 

eyvanın  qarĢısında  ikisütunlu  portik  vardı.  Evin  həyətində  yardımçı  b inalar 

yerləĢirdi. 

Saray  memarlığı  monu mentallığı,  formalarının  aydın  təĢkili  ilə 

fərqlənirdi.  Saray  ko mpleksinə  eyvanlı  binalar,  yaĢayıĢ  və  xid mət  binaları,  bağlar 

daxil idi. Saraylar divarlarla əhatələnirdi. 

Ərəb  mənbələrində  Marağa,  ġiz,  Neriz  və  baĢqa  Ģəhərlərdə  saray

tikililərinin  mövcudluğu  xatırladılır.  Bu  dövrdə  xey li  istehkam  qurğuları 

yaradılmıĢdı.  Azərbaycanın  istehkamlarının  nə  qədər  möhkəm  və  alın maz

olduğunu  Azərbaycan  mərzbanı  Ġsfəndiyarın  tarixçi  ət-Təbərinin  nəzərimizə 

çatdırdığı  sözləri  təsdiq  edir:  Ġsfəndiyarın  fikrincə,  bu  istehkamlar  uzun  müddət

ərzində düĢmənlərin təzy iqlərin in qarĢısını ala bilird i. 

ZərdüĢtiliyin  sitayiĢ  təyinatlı  tikililəri  üçün  çartağ  (çardağ  -çahartağ)  tipi

səciyyəvi idi. Plan baxımından kvadratĢəkilli, həcm cəhətdən kub olan dörd giriĢli 

tikili tro mp lar ü zərindəki günbəzlə örtü lürdü. Dövrələmə dəhliz bu cür  məbədlərin 




125 

fərqləndirici  cəhəti  idi.  Bu  dəhliz  gah  tağlı  qalereya,  gah  da  yüngül  sütunlar 

üzərindəki açıq terras Ģəklində olurdu. Həmin dəhliz dini  mərasimlər üçün nəzərdə 

tutulmuĢdu. Çartağlar adətən xırda və iri çayların, su hövzələrinin  yanında tikilirdi. 

Azərbaycanda yerləĢən üç əsas Sasani od məbədindən biri (AdurquĢnasp)

mərkəzi günbəzli  zalı, sütunlu həyəti, bu həyətə birləĢən və çiy kərpicdən tikilmiĢ

günbəzli  binaları,  eyvanları  olan  memarlıq  ko mpleksidir.  Məbədin  həyəti  Ģimal 

qapılarınadək  uzanırdı, günbəzli zalda Ģimala və cənuba istiqamətlənmiĢ eyvanlar vardı.

Bütün bunlar bürcləri olan kvadratĢəkilli divarların əhatəsinə alın mıĢdı. 

AdurquĢnasp məbədi günbəzinin zirvəsi gümüĢ hilal (aypara)  ilə baĢa çatırdı.

ġiz  Ģəhərinin  divarları  məbəddən  və  Ģəhərdən  baĢqa  dərin  gölü  də  öz  əhatəsində 

saxlamıĢdı. 

Nəzərdən  keçirilən  memarlıq  abidələri  Azərbaycanda  bu  dövrdə 

mükəmməl inĢaat texnikasının mövcud olduğunu təsdiqləyir. 




126 

VI FƏSĠL 



ƏRƏB ĠġĞALI ƏRƏFƏSĠNDƏ VƏ DÖVRÜNDƏ 

AZƏRBAYCANIN SĠYASĠ VƏZĠYYƏTĠ. 

AZƏRBAYCANIN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNƏ 

DAXĠL EDĠLMƏSĠ 

§ 1. ALBANĠYADA  MĠHRANĠLƏRĠN  HAKĠMĠYYƏTƏ  

GƏLMƏSĠ 

VI  əsrin  sonu  -  VII  əsrin  əvvəllərində  Albaniyada  Girdiman  vilayətinin

sahibləri  olan  feodal  Mihranilər  nəsli  üstünlük  əldə  etdi.  Moisey  Kalankatlının təqdim 

etdiyi məlumata görə, VI əsrin sonlarında, saray çevriliĢində iĢtirak edən Ġran Mihranilər

nəslinin baĢçısı Mihr, Sasani hökmdarı Xosrov II Pərvizin (591-628) qəzəbindən xilas 

olmaq  məqsədilə,  30  min  qohum  əqrəbası  ilə  Xosrovun  düĢmənləri  olan  xəzərlərə

sığınmaq  üçün  Ġrandan  baĢ  götürüb  qaçmıĢdı.  Vəziyyətin  gediĢindən  narahat  olan

Xosrov onu qabaqlayaraq, ardınca  məktub göndərmiĢ,  istədiyi  yeri  məskən seçməsinə 

icazə  vermiĢdi.  ġahın  məktubunu  Uti  əyalətinin  Girdiman  vilayətində  alan  Mihr  elə

buradaca  qalmağı  qərarlaĢdırmıĢdı.  Girdimanı  öz  nəsli  mülkü  edən  Mihr  və  onun

xələfləri  yerli  feodalları  müxtəlif  yollarla  aradan  götürməklə,  AranĢahilər  nəslinin 

demək olar axırına çıxmıĢ, öz qohumluq əlaqələrindən istifadə edərək, nəhayət, bütün

Albaniyaya sahib ola bilmiĢdilər. 

Moisey  Kalankatlı  alban  Mihranilər  nəslinin  Ģəcərə  cədvəlini  belə  təqdim

edir: Mihr, Armael, Vard (I), Qoçaq Vafdan, Vard (II), Varazman (I), Varaz Qriqor, Varaz 

Peroz, CavanĢir, Yezud Xosrov, Varazman (II). 

Mihranilərin Albaniyaya gəliĢi siyasi vəziyyətdən irəli gəlmiĢdi. Onlar özlərinin

farslığını  təqribən  iki  nəsil  saxlamıĢ,  bundan sonra  xristianlığı qəbul  etmiĢ,  yerli  alban 

əyanlarına  qohum  olmuĢ,  nəhayət,  alban  mədəniyyətini  və  dilini  qəbul  edərək

albanlaĢmıĢdılar. 

Akademik  V.V.Bartoldun  rəyincə,  Mihranilərin  simasında,  Albaniyada

"yenidən albanların milli,  lakin fars mənĢəli sülaləsi bərpa olundu". Sasanilərin istəyinə

rəğmən  bu  sülalə  inadla  albanpərəst  siyasət  -  Albaniyanın  müstəqilliyi  siyasətini 

yürüdürdü. 

Mihranilər  Albaniyada  603-cü  ilə  yaxın  qərarlaĢsalar  da,  bütün  ölkənin

tamhüquqlu  hakimi,  Albaniyanın  "ilk  böyük  knyazları"  kimi  yalnız  630-cu  ildən 

fəaliyyət göstərməyə baĢladılar. 

591-ci  ildə  Ġranla  Bizans  arasında  20  ildən bəri davam  edən  müharibə baĢa

çatdı. Həmin ilin müqaviləsinə görə, Ermənistan növbəti parçalanmaya məruz qalsa da, 

Albaniya belə aqibətdən yaxa qurtara bildi. Lakin ölkəni Ġran mərzbanları idarə etməkdə

idi, 603-629-cu illərdə iki  imperiya arasında hərbi əmə liyyatlar  yenidən baĢ layanda, 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə