Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə67/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   63   64   65   66   67   68   69   70   ...   215

141 

Bu  dözülməz  vəziyyət  xəzərlərlə  münasibətləri  qaydaya  sala  bilmiĢ  I 

Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaq ik və  Vardanla 699-

cu  ildə  Konstantinopola  getməyə  vadar  edir.  Lakin  arzu  edilən  müsbət  nəticə 

əvəzinə,  Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı  zindana atılara q,  705-ci

ilədək Bizans paytaxtında saxlanılır. 

Məhz  bu  zaman  Albaniyanın  özündə  elə  hadisələr  baĢ verir  ki,  onlar  bu

vaxtadək  yaln ız  vergi  almaqla  kifayətlənən  Xilafət  üsuli-idarəsinin  ölkənin  daxili 

iĢlərinə  daha  fəal  müdaxilə  etməsinə  səbəb  olur.  Belə  ki,  katolikos  Yeliazar

öləndən bəri (688-ci  ildən) onun yerini tutmuĢ keçmiĢ  Girdiman yepiskopu Nerses 

Baku r  hələ  də  Konstantinopolda  saxlanılan  Varaz  Tiridatın  arvadı  Sparaman ın 

təĢviqi  ilə  Bizans kilsəsinin etiqad etdiyi  xalkidon təlimini A lbaniyada da yaymaq

və  bu  addımla  albanların  Xilafətə  deyil,  Bizansa  daha  çox  meyl  göstərdiklərini 

əyan  etmək  istəyir.  Xalkidonluğun  Albaniyadakı  əleyhdarları,  baĢda  alban  knyazı

ġeroy  olmaq la  Qəbələ,  A maras  və  HoĢ  yepiskopları,  eləcə  də  ölkənin  nüfuzlu

feodalları  erməni  katolikosu  Ġliaya  (Eliaya)  mü raciət  etdilər,  onun  Partava 

(Bərdəyə) gəlməsin i, "yaraların ı sağaltmasını" xah iĢ etdilər. 

Erməni 


kilsəsinin 

Albaniyadakı 

mənafeyin in 

gerçəkləĢdirilməsi

məqamının  yetiĢdiyini  anlayan  katolikos  Ġlia  xəlifə  Əbdülməlikə  göndərdiyi 

məktubunda  bildirirdi:  "Partav  taxtında  oturan  indiki  alban  katolikosu  Rum

imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni  məcbur edir

ki, hamı din i etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda 

"Allaha  qarĢı  günah  iĢlətmiĢ"  alban  katolikosunun  və  "onunla  həmfikir  olan  kübar

qadının" cəzalandırılması xahiĢ edilirdi. 

Təbiidir  ki,  Bizansın  Qafqazdakı  mənafeyinə  zərbə  endirə  biləcək  hər  bir

əməl Xilafət üçün sərfəli id i. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də 

ərəblərin  ürəyincə  deyildi.  Buna  görə  də,  erməni  katolikosunun  xahiĢlərini  həvəslə

yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə 

endirir,  həm  də  özlərinin  Albaniyadakı  maraqlarını  güdən  qriqorian  ruhanilərinin

simasında  müttəfiq  tapırdı.  Məhz  bu  siyasəti  güdərək,  "öz  sadiq  nökərini  çoxsaylı

qoĢunun baĢında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab  məktubunda 

qəbul  etdiyi  qərar  haqqında  belə  yazırdı:  " Biz  əmr  etdik  ki,  bizim  ağalığımıza  qarĢı

çıxmıĢ  albanların  [etiqadında] sizin dinə uyğun düzəliĢlər  edilsin". Məktubun sonunda

xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və 

Sparamanı  oraya  gətirmək  əmrini  verir.  Xilafət  nümayəndələrinin də  iĢtirak  etdiyi  bu

kilsə məclisində Nerses lənətlənir. Yerli  müəllifin yazdığına görə, bundan sonra aclıq

elan  edən  Nerses,  ġeroyu  lənətləyərək  8  gündən sonra  ölür.  I  Varaz  Tiridatın  arvadı 

Sparama  isə qaladakı  həbsxanaya salınır.  Xəlifənin  əmri  ilə  baxıĢlarına  görə  etibarsız

sayılan  və  xüsusi  siyahıya  daxil  edilən  baĢqa  alban  knyazları  da  cəzaya  məruz

qalırlar. 

Erməni  katolikosunun  baĢçılıq  etdiyi  kilsə  məclisi  Dvin  taxtının  keçmiĢ

arxidyakonu  Simeonu  Albaniyanın  katolikosu  seçir.  Simeon  "Nersesin  bidət  dolu 




142 

kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son

qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi. 

Elə  bu  zaman  beĢillik  Bizans  əsirliyindən  çətinliklə  azad  ola  bilən  I  Varaz 

Tiridat Albaniyaya  qayıdır.  Onun  vətənə  qayıtması  ərəb-Bizans  döyüĢlərinin yenidən

baĢlanması,  ərəblərin  Qafqazda  zor siyasəti  yürüdən  Mərvan  ibn  Məhəmmədi  böyük

qoĢunla  Ermənistana  və  Albaniyaya  göndərməsi  ilə  bir  vaxta  düĢür.  I  Varaz  Tiridat 

"yalnız  taciklərə"  (ərəblərə)  vergi  ödəyərək,  Xilafətin  süzerenliyini  qəbul  etsə  də,

ölkənin  iflasının  qarĢısını ala bilmir.  Albaniyaya  gələn  Mərvan  xəlifə  Əbdülməlikin

xüsusi  siyahısına  düĢmüĢ  ġeroyu  və  baĢqa  alban  knyazlarını  tutaraq,  onları 

Xilafətin mərkəzinə - ġama göndərir. 

Bundan  sonra  xəlifə  caniĢinləri  ölkəni  Ģəriksiz  idarə  etməyə  baĢladılar.

CaniĢinin  yanında  bir  növ  məĢvərətçiyə  çevrilən  alban  knyazı  və  katolikosu 

müstəqil  qərar  qəbul  etmə k  imkan larından  məhru m  oldula r.  Bu  za mandan,  yəni 

705-c i  ildən  etibarən  Albaniya  hətta  vassallıq  mövqeyini  də  əldən  verir,  Ģimallı-

cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin  tabeliy inə keçir.  




143 

VII FƏSĠL 



AZƏRBAYCAN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNDƏ 

§ 1. ƏRƏB-XƏZƏR MÜHARĠBƏLƏRĠ VƏ ONLARIN 

AZƏRBAYCAN ÜÇÜN NƏTĠCƏLƏRĠ 

VIII əsrin əvvəllərində Ərəb  xilafət i özünün ən qüdrətli dövrünü keçirird i.

Onun  əsas  rəqiblərindən  olan  Bizans  mövcud  hərbi-siyasi  vəziyyətlə  əlaqədar 

Qafqazdakı  mövqelərin i  əldən  vermiĢdi.  Yeni  Ģəraitdə  Azərbaycan  ki mi  mühüm

strateji bazada  möhkəmlən mək üçün ərəblərə yaln ız onları dəfələrlə ağ ır vəziyyətə

salan xəzərlər ü zərində qələbə lazım  idi. Bu  iĢdə xəlifə Əbdülməlikin 693-cü ildən 

Azərbaycan, Ərminiyə və əl-Cəzirən in caniĢini təyin etdiyi qardaĢı Məhəmməd ibn

Mərvan  xüsusi  fəaliyyət  göstərdi.  Onun  VIII  əsrin  əvvəllərində,  tab eliy ində  olan

Cənubi  Qafqaz  ərazisində  apardığı  zor  siyasəti  ərəblərin  bu  ərazidə  mövqeyini 

daha da möhkəmlətdi, xəzərlərə qarĢı yürüĢə çıxmaq imkan ı yaratdı.  

707-708-c i  ildə  Məhəmməd  ibn  Mərvanın  qardaĢı  oğlu,  o  za man

hakimiyyət  baĢında  olan  xəlifə  I  Valid in  (705-715)  qardaĢı  Məsləmə  ibn 

Əbdülməlik  Bizansda  apardığı  müvəffəq iyyətli  döyüĢlərdən  sonra  Dərbəndi  ələ

keçirmiĢ  xəzərlərin  üzərinə  göndərild i.  A zərbaycanın  boyun  əyməyən  bütün  qala

və Ģəhərlərini  ələ  keçirən  Məsləmə  Dərbəndə  çatdı.  La kin  alın maz  divarlar  Ģəhəri 

tutmağa mane oldu. 

Xəzərlərə qarĢı uğursuzluqla baĢa çatan yeni yürüĢ iki  il sonra baĢ verdi. 

Elə  həmin  il  Məhəmməd  ibn  Mərvanın  yerinə  Xilafətin  Ģimal  vilayətlərin in 

caniĢini  təyin  edilən  Məsləmə,  eyni  zamanda  Bizansa  qarĢı  mübarizəni  təĢkil

etməyi  lazım  bildi.  Çünki,  məhz  Bizans  ərəblər  əleyhinə  mübarizədə  xəzərlərin

müttəfiqi  id i.  Nəhayət,  714-cü  ildə,  gərgin  mübarizədən  sonra  Məsləmə  Dərbəndi 

tuta  bildi.  Onun  qoĢunları  Ģ əhəri  talan  edərək,  Xəzər  xaqanlığın ın  ərazisinə

soxuldular,  lakin  xəzərlərin  təzy iqi  altında  geri  çəkilməli  oldular.  Moisey

Kalankatlının  məlu matına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki 

AranĢahik Vaçaqanın baĢçılıq etdiyi yerli qoĢun dəstəsi himayə etdi. Məhz bu dəstənin

kö məyi ilə xəzərlər basıld ı. 

Beləliklə,  Məsləmə  Dərbəndi  xəzərlərdən  alaraq,  böyük  qənimətlər  və

Dərbəndin  alınma  xəbəri  ilə  DəməĢqə  yollandı.  Ərəb  ordusunun  Ģəhəri  tərk  etməsi 

xəbərini eĢidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular. 

717-ci  ildə,  xəlifə  II  Ömərin  hakimiyyəti  (717-720)  dövründə  ilk  böyük

həmlə  ilə  Azərbaycan  ərazisinə  soxulan  xəzərlər  qarĢılaĢdıqları  azsaylı  ərəb  hərbi 

dəstəsini  darmadağın  edib,  ġirvanda  ağalığa  baĢladılar.  Lakin  Xatim  ibn  Numan  əl-

Bəhilinin baĢçılığı ilə xəlifənin göndərdiyi qoĢun xəzərləri darmadağın etdi.

721-722-c i  illə rdə  xə lifə  II  Yə zidin  hakimiyyəti  za manı  (720-724) qıpçaq 

və  baĢqa  türk  tayfaları  ilə  birləĢmiĢ  30  minlik  xəzər  ordusu  yeni  həmlə  ilə 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə