Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə68/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   64   65   66   67   68   69   70   71   ...   215

144 

Azərbaycanın Ģimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan

ərazisinə  daxil  oldu,  orada  olan  ərəb  hərbi  hissələrini  məğlub  etdi.  Azərbaycan  və

Ərminiyənin  yeni caniĢini  əl-Cərrah  ibn Abdullah əl-Həkəmi  xəlifənin  əmrinə  əsasən 

25  minlik  qoĢunla  xəzərlərə  qarĢı çıxıĢ  etdi.  Yeni  ərəb  ordusunun hücumu  xəbərini

alan  xəzərlər  Dərbəndə  doğru geri çəkildilər.  Onları təqib  edən əl-Cərrah tezliklə  Kür

çayını keçərək, Dərbəndə yaxın laĢdı və Ģəhərdən cənubda axan Rubas  çayı sahilində 

düĢərgə saldı. BaĢ vermiĢ döyüĢdə xəzərlər ərəblərə qarĢı xaqan oğlunun baĢçılığı altında

40  minlik qoĢun çıxarsalar da məğlub  edildilər.  Dərbəndi  ələ  keçirən  ərəblər Ģimala  -

xəzərlərin  bir sıra qala və Ģəhərlərinə hücum  edib,  onları və o cümlədən  paytaxt  olan 

Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər

məskəni olan Qəbələ tərəfə köçürtdü. 

Əl-Cərrah ın  Ģimala,  Səməndərə  doğru  hərəkəti,  ərəb lərin  əvvəlki

döyüĢlərdə əsir düĢmüĢ ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə 

dayandırıldı.  Onun  verdiyi  xəbərə  görə,  ərəblərin  təzyiqin i  dəf  etməyə  hazır  olan

xəzərlər  yeni  qüvvələr səfərbər  etmiĢdilər.  Azərbaycana qayıdan  əl-Cərrah  qıĢı  ġəki 

vilayətində  keçirtdi.  Elə  buradan  da  xəlifəyə  qasid  göndərib  kömək  istədi.  II  Yəzidin

ölümündən  sonra  hakimiyyət  baĢına  gəlmiĢ  yeni    xəlifə    HiĢam    kö mək

göndərəcəyini    vəd  etdi,    lakin  bununla  yanaĢı  əl-Cərrahın  yerinə  əvvəllər  bu 

vəzifədə olmuĢ öz qardaĢı Məsləməni təyin etdi. 

726-727-c i  illərdə  xaqan  oğlunun  baĢçılığı  altında  yenidən  Arranı keçərək

Azərbaycana  soxulan  xəzərlər,  Xəzərin  cənub  sahili  vilayətlərində  ağalıq  etməyə 

baĢladılar.  Lakin  çox  keçmədən  əks -hücumla  irəli  atılan  ərəblər  rəqib lərini  Araz

çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.  

Sonrakı  iki  ildə  Məsləmə  Azərbaycan  ərazisindən  Dəryal  keçidi  vasitəsilə

xəzərlərə qarĢı iki dəfə yürüĢ təĢkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə 

onu geri  çağıraraq, Azərbaycan  və  Ərminiyənin caniĢini vəzifəsinə yenidən  əl-Cərrahı

təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarĢılıqlı hücumlar Ģəraitində keçdi. 

730-731-c i ildə  xəzərlər və baĢqa türk tayfaları xaqanın oğlunun baĢçılığı ilə

300  minlik  qoĢunla  Dərbənd,  Dəryal  və  baĢqa  keçidlərdən  Azərbaycan  ərazisinə

soxulub,  yolları  üstündə  olan Ģəhər  və  kəndləri  yandırmağa,  hər  yeri  qarət  etməyə 

baĢladılar. 

Hələ  də  kömək  ala  bilməyən  əl-Cərrah  ġəki  vilayətindən  çıxaraq  Bərdəyə,

oradan  Beyləqana yollanır, sonra Araz çayını  keçərək,  Varsan  və  Bacarvan vasitəsilə 

Ərdəbilə  yetiĢir.  Burada  düĢərgə salan  əl-Cərrah  kiçik  həmlələrlə  xəzər  dəstələrinə

hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı. 

Ərəb  qoĢunlarının  qərargahı  haqqında  bir  gürcü  knyazından  məlumat  ala

bilmiĢ xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, Ģəhəri 

tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarĢılarına çıxan hər yeri və hər Ģeyi

qarət  edib  yandıran  xəzərlər,  nəhayət,  ərəb  qoĢunlarının  yerləĢdiyi  Ərdəbilə 

yaxınlaĢırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah,

ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı 




145 

döyüĢdə xəzər istilasından təngə gəlmiĢ yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər

üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah baĢda olmaqla bütün

qoĢun  məhv edildi.  Onun bütün əmlakı,  arvad-uĢağı,  xidmətçiləri  düĢmən  əlinə  keçdi. 

Neçə  günlük  mühasirədən  sonra  çətinliklə  ram  edilən  Ərdəbil  iĢğal  olundu,  igid

müdafiəçiləri  qətlə  yetirildi,  Ģəhərin  qadın  və  uĢaqları  isə  əsir  aparıldı.  Qısa  bir

müddətdə  Azərbaycanın,  Arranın  və  Ermənistanın  bir  çox  Ģəhər  və  kəndlərini  ələ 

keçirən  xəzərlər,  orta  əsr  ərəb  salnaməçisinin  yazdığına  görə,  "öldürməyə,  qarət

etməyə,  yandırmağa  və  zorakılığa"  baĢladılar.  Xilafət  üçün  yaranmıĢ  bu  təhlükə

bütün  qüvvələri  səfərbərliyə  almağa,  xəlifəni  xəzərlərə  qarĢı  yeni  ordu  yaratmağa 

məcbur etdi. 

Bu zaman Mənbicdə (ġam) olan sərkərdə Səid əl-HəraĢi 30 minlik (əl-Kufinin

məlu matına  görə  50  minlik)  qoĢunla  və  100  min  dirhəm  xərcliklə  təmin  edilərək 

Cənubi  Qafqaza  göndərildi.  Ərəb  qoĢunlarının yeni  baĢçısı  "müqəddəs"  müharibədə

iĢtirak  etmək  istəyən bütün  könüllüləri öz ordusuna  dəvət etdi.  Əl-Cərrahın  ordusunun

qalıqları  da  Səidə  qoĢuldular.  Onların  keçmiĢ  xid mətlərini  nəzərə  alan  Səid  bu 

döyüĢçülərin  hər birinə  100  dinar pul  verdi.  Böyük  bir  qüvvə  ilə  əl-Cəzirədən  keçən

Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə

düĢmən əlində olan baĢqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin 

əlində  olan  Bərdəyə  çatdı.  Gevondun  məlumatına  görə,  ərəblər  xəzərləri  "tamam

əzərək,  sələflərinin  cəsurluğu  Ģərəfinə  hələ  indi  də  əl-HəraĢinin  dəstəsində

saxlan ılan  təsvirli  mis  bayrağı onların  əlindən aldılar".  Bərdədə, habelə Azərbaycanın 

baĢqa yerlərində  Səidin  ordusuna  xeyli  könüllü qoĢuldu.  Xəzər  talanından,  ardı-arası

kəsilməyən  müharibədən  cana  doymuĢ  adamlar  əllərindən  gələn  köməyi  ordudan

əsirgəmədilər.  Ço x  keçmədən  Səidin qoĢunları  Bərdədən  Beyləqana, ordan  isə  Var-

sana çəkilmiĢ  xəzərləri  izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər.

Ərəblərin  yaxınlaĢdığından  xəbər  tutan  xəzərlər  Balasacan  düzündən  keçərək

Bacarvana  doğru  geri  çəkildilər.  Varsan  və  Bərzəndi  arxada  qoyub  Ərdəbildə 

qərarlaĢan  ərəblər,  bütün əyalətin ərazisinə səpələnmiĢ, xeyli əsir və qənimətlə müsəl-

man  ordusundan  uzaqlaĢmağa  çalıĢan  xəzərləri  izləməyə  baĢladılar.  Səidin

döyüĢçüləri  xəzər  qoĢunlarının  bir  neçə  dəstəsini  ləğv  edib,  onların  əsir  tutduqları 

müsəlmanları  və  qarət  etdikləri  qəniməti  geri  aldılar.  Xəzərlərə  qarĢı  mübarizəyə

Varsandan,  Beyləqandan,  Bərdədən,  Qəbələdən  və  Azərbaycanın  baĢqa  yerlərindən

çoxsaylı könüllü dəstələri qoĢuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüĢlərdən 

biri  Bərzənd  yaxınlığında  baĢ  verdi.  Qələbə  qazanan  Xilafət  qoĢunları  əsir  alınmıĢ

bütün  müsəlmanları  azad  etdilər.  Beyləqan yaxınlığında  çay sahilində baĢ verən  qanlı

döyüĢ  pərən-pərən  dəstələrdən  yığılmıĢ  xəzər  ordusunun  məğlubiyyəti  ilə 

nəticələndi;  onların  baĢçısı  -  xaqan  oğlu  öldürüldü.  Ərəblər  dənizə  doğru  qaçan 

xəzər  ordusunun  qalıqlarını  yalnız  ġirvan  torpaqlarınadək  təqib  etdilər.  Buradaca 

qərarlaĢaraq, xəlifə HiĢamın əmrini gözləməyə baĢladılar. 

Elə  həmin  il  xəlifə  öz  qardaĢı  Məsləməni  yenidən  Azərbaycan  və 

Ərmin iyə  caniĢini  təyin  etdi.  Yeni  əmr  və  tapĢırıqla  Bərdəyə  gələn  təzə  caniĢin 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə