Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə57/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   53   54   55   56   57   58   59   60   ...   215

120 

qalmıĢdır. Bazilika uzun binadır, üç nefdən ibarətdir, həmin neflər 2 cüt sütunla ayrılır.

Hər bir nef Ģərqdə xaricdən yarımdairə kimi  çıxmıĢ absida  ilə baĢa çatır.  Daxili  məkanın

uzunluğu  23  metr,  eni  13,33  metrdir.  Orta  nef  yan  neflərdən  xeyli  ucadadır  və  dərin 

absida  ilə  baĢa  çatır.  Yanlarda  iki  əlavə  tikili  (ibadət  otağı  və  qurbangah)  vardır.

Mərkəzi, daha ucada olan nef çatma tağla, iki yan nef isə silindrik tağlarla örtülmüĢdür.

Ġnteryerdə  divarlar  freskalarla bəzənmiĢdir.  Bunu,  freska  rəsminin qalıqları təsdiq  edir. 

Tikilinin  yuxarı  hissəsində  orta  nefin  pəncərələrindən  yaxĢı  iĢıqlanan  daĢ  üzərində

dekorativ oyma vardır. 

Bu tikili Albaniya bazilikalarının yeni tipinin formalaĢdığını  göstərir. Ağoğlan

kilsəsi  V  əsrin  sonu  -  VI  əsrin  əvvəlinə  aid  olunan,  Kaxetiyada  yerləĢən  Katsaret 

bazilikası ilə eyniyyət təĢkil edir. 

Bazilikanın  ətrafında  dördbucaq  formalı  4  cinah  qülləsi  olan  qala  divarı

tikilmiĢdir. 

Erkən orta əsr tarixçilərinin  məlu matlarına görə, Albaniya  hökmdarı Mömin

III  Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə 

bağlıdır.  Müqəddəs  Yelisey  məbədi  kompleksi  bu  tikililər  arasında  xüsusi  yer  tutur.

Həmin  ko mpleksin  əsas  binası  bazilika  tipinə  aiddir.  Rəvayətə  görə,  məbəd

Albaniyada xristianlığı ilk dəfə təbliğ etmiĢ Yeliseyin Ģərəfinə tikilmiĢdir. 

Moisey  Kalankatlının  əsərində  müqəddəs  Yelisey  məbədinin  tikintisi

haqqında  məlumatlar  vardır.  Tarixçi,  Yeliseyin  Albaniya  hökmdarı  III  Vaçaqanın

zamanında  quru  cəsədinin  əldə  olunması  barədə  danıĢaraq  qeyd  edir  ki,  "müqəddəs 

Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan

yerdə dəfn  olunmasını  zəruri  etdi,  müqəddəs  ierey  (keĢiĢ)  Stefan  onun  baĢını  Urekan

kəndində  torpağa  tapĢırdı.  Oradan  quru  cəsəd  qalıqlarını  müqəddəs  Ners-Mihra 

qardaĢlığına köçürdülər və bu yer indi Cirv iĢtek adlanır". 

Gü man  etmək  olar  ki,  əvvəllər  burada  müqəddəĢ  Ners-Mihra qardaĢlığının

kilsəsi tikilmiĢ, kilsə onların adını daĢımıĢdır. "Uzun müddətdən sonra Vaçaqanın burada 

uca sütun tikdirdiyi" nəzərə alınarsa, ehtimal etmək olar ki, buradakı ilkin tikili təxminən V

əsrə aiddir. 

Moisey  Kalankatlının  məlumatlarından  belə  nəticəyə  gəlmək  olar  ki,

CirviĢtek monastırı erkən alban xristian tikililərindən biri olmuĢdur. 

Ko mple ksin  hal-ha zırda  mövcud  olan  qalıqları  (baĢ  kilsə,  yeddi  zəng

qülləsi, bir sıra yaĢayıĢ və təsərrüfat binaları, habelə güclü  müdafiə d ivarları) daha 

sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar

arasında  elələri  də  vard ır  ki,  burada  qədim  tikililərin  mövcud  olması  fikrin in

xeyrinə  dəlillər  verir.  BaĢ  kilsənin  divarında  həkk  olun muĢ  yazıda  deyilir:  "Mən, 

arxidyakon Serob bu müqəddəs guĢədə əvv əlki ö zül ü zərində  müqəddəs apostolun

[kilsəsini]  tikd irdim" .  Bu  ilkin  tikilinin  tədqiqi  məqsədilə  baĢ  kilsənin  Ģərq  divarı

yanında qazıntılar  aparılmıĢdır.  Qazıntılar  nəticəsində  xeyli  qədim  tikinti  qalıqları 

və  məiĢət  əĢyaları  aĢkar  edilmiĢdir.  Müəyyən  olunmuĢdur  ki,  müqəddəs  Yelisey 

məbədi  də  8,7  metr  uzunluğunda  olmuĢ  üçnefli  bazilika  idi.  Məbədin  Ģərq  tərəfi 




121 

nalĢəkilli  səcdəgah  absidası  ilə  baĢa  çatırdı.  Ba zilikan ın  yan  neflərinin  sonlarında

keĢiĢ cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX-X əsrlərdə dağıdılmıĢdır. 

Qafqaz  Albaniyasında  və  Cənubi  Qafqazın  baĢqa  ölkələrində  erkən 

xristianlıq   dövründə  sitayiĢ  təyinatlı  tikililərin  daha  geniĢ  yayılmıĢ  tip i  birnefli

bazilikalar olmuĢdur. 

Hələ  xristianlıqdan xeyli əvvəlki dövrdə  meydana gəlmiĢ birnefli bazilika

tədricən  xristian  məbədləri  üçün  səciyyəvi  olan  müəyyən  dəyiĢikliklərə  məruz 

qaldı: b inanın Ģərq tərəfində səcdəgah hissəsi kimi fəaliyyət göstərən əlavə tikililər

yaradılır,  xırda  əlavə  tikililər  meydana  gəlirdi  və  s.  Mingəçevir  sitayiĢ  ko mplek-

sindəki  bazilikalarda  bu  cəhətlər  daha  aĢkar  izlən məkdədir.  Bu  abidə  1946-cı  ildə

arxeoloqlar  tərəfindən  Mingəçevir  SES-in  inĢa  olunduğu  ərazidə  aĢkara

çıxarılmıĢdır. 

Bu  cür  uzunsov,  günbəzsiz  məbədlər  Albaniyanın  ən  erkən  kilsə  binaları

olmuĢlar. Ġndiyədək bu tipə aid olan abidələrdən yalnız altısı öyrənilmiĢdir.  Həmin

abidələrdən  dördü  Mingəçevirdə,  biri  Gavurqala  adlı  qədim  Ģəhər  yerində,  digəri 

isə Xotavəng monastır ko mpleksində (Kəlbəcər rayonunda) aĢkar edilmiĢdir.  

Xronoloji  baxımdan  bu  cür  abidələrin  tikintisi  IV  əsrdə,  digər  daha

mürəkkəb  tikililərlə  eyni  zamanda  baĢlanmıĢ,  VIII  əsrədək  memarlıqda 

mövcudluğunu saxlamıĢdır. 

Bu  dövrün  daha  qədim  tikilisi  M ingəçevirdəki  1  №-li  məbəddir.  Bu

məbəd  3  №-li  qədim  yaĢayıĢ  yerinin  birinci  -  aĢağı  təbəqəsində  aĢkara 

çıxarılmıĢdır.    Plan  baxımından  həmin  məbəd  uzunluğu  19,4 metr, eni isə 7,7 metr

olan dördguĢəli tikilidir. ġərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən

salamat  qalmıĢdır.  Bu  məbəddə səcdəgah absidası yox  idi və burada qapı Ģərq divarından 

qoyulmuĢdu.  BaĢqa  divarlarda  qapı  oyuğu  izlərinin  aĢkar  olunmaması  bu  qənaətə

gəlməyə  əsas  verir.  Məlum  olduğu  kimi,  Ģərq  tərəfdən  giriĢ  xristian  tikililəri  üçün

səciyyəvi  deyildir.  Lakin  bu  cəhət  Albaniyanın bəzi  baĢqa  erkən  xristian  tikililərində 

vardır. 

1  №-li  məbədin  Ģimal  və  cənub  divarlarının  içərisində  6  çıxıntı  vardır.  Hə min

çıxıntılar  ibadət  edənlər  üçün  oturacaq  rolunu  oynamıĢdır.  Ruhanilər  üçün  oturacaq 

yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu

cür  yerləri,  adətən,  kilsə  döĢəməsindən  bir  və  ya  iki  pillə  yuxarıda,  xorun  yanında,

səcdəgaha  doğru səmtdə tikirdilər.  Mingəçevir  məbədindəki çıxıntılar məbədin ortasına 

doğru yönəlmiĢdir. Bunun səcdəgahın Ģərq hissəsində deyil, məbədin ortasında yerləĢməsi

ilə  bağlı  olduğunu  güman  etmək  olar.  Arxeoloq  R.M.Vahidovun  fikrincə,  səcdəgah

məbədin qərb hissəsində yerləĢirdi. 

Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Ģərq divarında

yerləĢirdi.  Bu  cəhət  baĢqa  oxĢar  abidələrdə,  habelə  Amarasdakı  (IV  əsrə  aid  olan)

müqəddəs  Qriqoris  məbədində,  müqəddəs  Yelisey  məbədinin  ilkin  kompleksinin 

planlaĢmasında,  habelə  səcdəgah  absidası  olmayan  bir  sıra  zəng  qüllələrində 

müĢahidə edilir. 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə