Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

28 

 

-Azərbaycanda  elmi-texniki  potensialın  qorunması  və  inkişaf  etdirilməsi,  əhalinin 



sağlamlığının  qorunmasında  və  ekoloji  təhlükəsizliyin  təmin  edilməsində  bu 

potensialdan  səmərəli  istifadə  edilməsi,  dövlətin  informasiya  ehtiyatlarının 

artırılması və innovasiya proseslərinin sürətləndirilməsi; 

-  Elmi  müəssislərdə  və  ali  məktəblərdə  aparılan  elmi-tədqiqat  fəaliyyəti 

əlaqələndirmək və istiqamətləndirmək üzrə işin daha da gücləndirilməsi

-  Elmdə  inhisarçılıq  imkanlarını  istisna  edən  demokratik  rəqabət  və  müsabiqə 

formalarından geniş istifadə etməsi, respublika alimlərinin yaradıcılıq potensialının 

tam aşılanması üçün şəraitin yaradılması; 

-  Elmi  müəssisələrdə  kompleks  məqsədli  proqramların  işlənməsi  və  onların 

maliyyələşdirilməsinin müsabiqə əsasında həyata keçirilməsi

-  Beynəlxalq  elmi  layihə  və  proqramları  həyata  keçirən  mərkəzə  çevrilməsi  üçün 

şəraitin yaradılması, elmi  mübadilə çərçivəsində xarici alimlərin işə cəlb olunması 

təcrübəsinin genişləndirilməsi; 

-  Yüksək  ixtisaslı  elmi  kadrların  hazırlanması  sahəsində  fəaliyyətinin  inkişafı, 

respublikanın ali məktəbləri ilə əməkdaşlığın gücləndirilməsi; 

- Xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə  yüksək ixtisaslı kadrların 

hazırlanması. 

Elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasına aşağıdakıları aid 

etmək olar: 

-Mühüm elmi istiqamətlərinə uyğun olaraq elmi müəssisələrin strukturunda və idarə 

olunmasında dəyişikliklərin həyata keçirilməsi; 

-Struktur və idarəetmə mexanizmində elmi maraqların və meyarların üstünlük təşkil 

etməsi; 

-  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinin  nəticələrinin  istehsalatda  tətbiqi 

istiqamətində  fəaliyyət  göstərən  ixtisaslaşmış  kommersiya  infrastrukturunun 

inkişafı,  elmtutumlu  məhsulun  yaradılması  və  satılması,  informasiya,  marketinq, 

konsaltinq və servis xidməti yolu ilə bazar iqtisadiyyatına uyğunlaşması; 



29 

 

-  fundamental  tədqiqatların  xüsusiyyətlərini,  yaradıcı  axtarışın  müasir  ənənələrini, 



bu  sahədə  dövlət  prioritetlərinin  təşəkkülünü  və  elmi  ictimaiyyətin  mövqeyini 

nəzərə  alan  elmi  işlərin  keyfiyyət  və  səviyyəsinin  qiymətləndirmə  meyarlarının  və 

mexanizminin müəyyənləşdirilməsi; 

-  intellektual  mülkiyyətin  beynəlxalq  bazara  çıxarılmasını  təmin  edən,  texnopark 

(texnopolis)  və  elmi  birjanı  (elmtutumlu  və  informasiya  texnologiyalarının  birjası) 

özündə  cəmləşdirən  xüsusi  iqtisadi  zona  çərçivəsində  tətbiqi  elmi  tədqiqatların 

nəticələrinin həyata yol açmasının yeni mexanizminin yaradılması; 

-  cəmiyyətdə  elmi  əməyin  nüfuzunun  artırılması,  elmi  işçilərin  inkişaf  etmiş 

ölkələrdə olduğu kimi yüksək məvaciblə təmini; 

-  gənc  alimlərin  tədqiqatlarına  himayə  edilməsi  məqsədilə  müxtəlif  fondların 

yaradılması; 

- elmi kadrların hazırlanması sisteminin elmi-texniki sahənin tələbatı və prioritetləri 

ilə uyğunlaşdırılması; 

- fundamental tədqiqatlar fondunun və bir sıra başqa fondların yaradılması; 

-  xarici  müəssisələrin  (firmaların,  şirkətlərin,  investisiya  fondlarının  və  s.) 

innovasiya layihələrinin müəyyən hissəsinin alim və mütəxəssislər tərəfindən yerinə 

yetirilməsi,  dünya  bazarına  çıxışı  sürətləndirmək  məqsədilə  Azərbaycan 

Respublikası ərazisində birgə müəssisələrin yaradılması; 

-  vasitəçi  xarici  firmaların  köməyi  ilə  müəssisələrin  elmi  məhsulunun  rəqabət 

qabiliyyətli  nümunələrə  çevrilməsi,  onun  sertifikasiyası  və  dünya  bazarına 

çıxarılması. 

Azərbaycanın  informasiya-kommunikasiya  texnologiyalarının  dinamik  inkişafı 

ənənəvi  rabitə  sahələrinin  daha  intensiv  şəkildə  istismarı,  habelə  yeni  xidmət 

növlərinin  yaranması  ilə  səciyyələndirilir.  2008-ci  ildə  rabitə  sahəsində  ümumi 

buraxılışın  həcmi  2003-cü  ilin  səviyyəsini  4,3  dəfə  ötərək,  1075,3  milyon  manat 

təşkil etmişdir. Sahədə 708,7 milyon manat və ya 2003-cü ilə nisbətən 4,7 dəfə çox 

əlavə dəyər yaranmışdır.  



30 

 

Ölkənin  informasiya-kommunikasiya  texnologiyaları  sisteminin  müasir  dünya 



standartları  səviyyəsinə  çatdırılması  məqsədilə  Azərbaycan  Respublikası 

Prezidentinin  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasında  rabitə  və  informasiya 

texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron 

Azərbaycan)  təsdiq  edilmişdir.  Proqrama  uyğun  mövcud  telekommunikasiya 

infrastrukturunun  modernləş-dirilməsi,  o  cümlədən  elektron  rəqəmli  ATS-lərin 

quraşdırılması,  telekommunikasiya  qovşaqlarının  yenidənqurulması,  yeni  ATS-

lərin,  universal  poçt  xidmətinin  təşkili  üçün  poçt  şöbələrinin  tikintisi, 

yenidənqurulması  və  müasir  avadanlıqlarla  təmin  olunması,  radio-televiziya 

yayımının təkmilləşdirilməsi  və  beynəlxalq  rabitə trafikinin gücləndi-rilməsi,  TAE 

beynəlxalq kommunikasiya optik xəttinin Xəzər dənizaltı hissəsinin tikintisinə dair 

layihələr  həyata  keçirilmiş,  bir  sıra  rabitə  müəssisələri  özəlləşdirilmiş,  yeni  birgə 

müəssisələr yaradılmışdır.  

Görülmüş tədbirlər nəticəsində ölkənin ümumdünya elektron informasiya məka-nına 

inteqrasiyası təmin olunmuşdur. Ümumi istifadədə olan telefon aparatlarının sayının 

artım  dinamikasına  görə  Azərbaycan  MDB  ölkələri  arasında  ön  sıralardan  birini 

tutur.  


 

1.3.

 

İnnovasiya inkişafının xarici təcrübələri 

Təcrübə  göstərir  ki,  inkişaf  etmiş  ölkələr  öz  milli  mənafeyinə  uyğun  «Milli 

innnovasiya  sistemi»  formalaşdırırlar.  Bu  zaman  iqtisadiyyatın  inkişafına  xidmət 

edən  yeni  texnologiyaların  yaradılmasına  və  tətbiqinə,  yeni  istehsal  proseslərinin 

təşkilinə  yönələn  elmi  biliklərə,  stimullaşdırıcı  tədbirlərin  tətbiqinə  üstünlük 

verilir.Çünki innovasiya iqtisadi inkişafın əsas həlledici amilidir və onun tətbiqi ilə 

iqtisadiyyatda  və  eyni  zamanda  elm  sektorunda  ciddi  dəyişikliklər  –  texnoloji 

proseslərin  təkmilləşdirilməsi,  elmi-tədqiqatların  nəticələrinin  reallaşması  və  s.  baş 

verir.  Innovasiya  iqtisadi    inkişaf  şəraitində    sahələrarası    əlaqələrin  

optimallşadırılmasında    milli  innovasiya   sisteminin  formalaşdırılması  mühüm  

əhəmiyyətə  malikdir.İEÖ-də  Milli Innovasiya Sistemi (MİS) yeni texnologiyaların 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə