49
-
yeni ideya və texnologiyalar əsasında yeni məhsul istehsal edən istehsalat
müəssisələri şəbəkəsinin mövcudluğu;
-
sadalanan istehsal proseslərinin iştirakçılarının (müəssisələr və digər
subyektlərin) maliyyələşdirilməsi sisteminin mövcudluğu;
-
bütün tərəflər arasında münasibətlərin tənzimlənmə mexanizminin olması.
“Müasir reallıqlar şəraitində fokus nöqtəsi insanın, onun intellektinin və
vərdişlərinin, yeni mənalar, innovativ sistemlər yaratmaq qabiliyyətinin, gələcəyini
kreativ əsasda modelləşdirmək və qurmaq bacarığının sosial-iqtisadi tərəqqinin əsas
hərəkətverici qüvvəsinə, ümumi modernləşmə, innovativ iqtisadiyyatın yaradılması
kimi tarixi məsələlərin həllinin əsas mənbəyinə çevrilməsi xeyrinə dəyişir”.
Qeyd etmək lazımdır ki, inkişaf etmiş sənaye ölkələrində innovativ iqtisadiyyatın
yaradılması cəmiyyətin qruplar və yeni siniflər üzrə bölgüsünə güclü təsir
göstərmişdir. Qərbdə bəzi müəlliflər yeni siniflərin yaranması barədə söhbət açaraq
“intellektual əməklə məşğul olanlar”ın rolunun və hakimiyyətinin artması, digərləri
“peşəkar inzibatçılar sinfi”nin inkişafı və s. haqqında yazmağa başlamışlar. Onlar
hamısı cəmiyyətin yeni sinfi strukturunun iqtisadi cəhətlərini nəzərdən keçirirlər.
Əlbəttə, yeni zümrənin bazası iqtisadiyyatdır. Bununla belə, innovativ iqtisadiyyatı
yaradıcı fəaliyyət prosesində iqtisadi dəyərlər istehsal edən insanlardan ibarət zümrə
formalaşdırır. Kreativ zümrə ideyasının müəllifi Amerika sosioloqu, kreativ
zümrənin inkişafını innovativ iqtisadiyyatla birbaşa əlaqələndirən professor Riçard
Florida olmuşdur. Kreativ zümrənin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki,
onun nümayəndələrinin məşğul olduğu işin əsas funksiyası “yeni əhəmiyyətli
formalar yaratmaqdır”. Riçard Floridanın təsəvvüründə kreativ zümrə iki hissəyə
bölünür. Kreativ zümrənin özəyi –“iqtisadi funksiyası yeni kreativ məzmun, ideya,
texnologiya yaratmaq olan elm və texnika, arxitektura, dizayn, təhsil, incəsənət,
musiqi və əyləncə sənayesi sahəsində çalışan” insanlardır. “Yeni zümrənin
superkreativ özəyinə alim və mühəndislər, universitet professorları, şair və yazıçılar,
rəssam və aktyorlar, dizayner və arxitektorlar, eləcə də müasir cəmiyyətin
50
intellektual elitası: publisistlər, redaktorlar, tanınmış mədəniyyət xadimləri, analitik
mərkəzlərin ekspertləri, şərhçilər və baxışları ictimai rəyi formalaşdıran digər
insanlar daxildir. Peşəsindən asılı olmayaraq, yaradıcılıq prosesi bu insanların –
proqramçıların, mühəndislərin, arxitektorların və ya kinorejissorların ömrünə hakim
kəsilir”.Kreativ zümrəyə özəkdən başqa “yüksək texnologiyalar, maliyyə, hüquq və
səhiyyə, biznesin idarə olunması kimi biliklərə əsaslanan bir sıra sahələrdə” çalışan
kreativ mütəxəssislərin böyük qrupu daxildir. Bu insanlar kompleks biliklərindən
istifadə edərək, spesifik problemlərin yaradıcı həllində iştirak edirlər. Bu, adətən
yüksək təhsil səviyyəsini, bununla da yüksək insan kapitalını nəzərdə tutur.
“Qloballaşma milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qarşısında olduqcayüksə
k tələblər qoyur. Bu gün ölkənin rəqabətqabiliyyəti qlobal iqtisadiyyatda və
siyasətdə ən nüfuzlu konsepsiyalardan biridir, çünki o, təkcə sırf iqtisadi
göstərişləri əhatə etmir, həmçinin mühüm qeyri-iqtisadi hadisələrin iqtisadi
nəticələrini qiymətləndirir. Ölkənin rəqabət qabiliyyətini necə ölçmək olar? Bu
ölçünün ən sadə vasitəsi ümumi adambaşına düşən daxili məhsulun göstəricisidir.
Bu göstərici nə qədər yüksəkdirsə, ölkə və onun əhalisi də bir o qədər varlı, həyat
keyfiyyəti də yüksəkdir”. Sevindirici haldır ki, Azərbaycan qlobal
rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan da, Gürcüstandan da öndədir.
2011-2012-ci illərdə Azərbaycan dünyada texnoloji hazırlıq reytinqinə görə
133 ölkə arasında 75-ci yerə, innovasiya reytinqinə görə 133 ölkə arasından
42-ci yerə çıxmışdır. Müvafiq olaraq 2012-2013-ci illər üzrə isə ölkəmiz
texnoloji hazırlıq reytinqinə görə 139 ölkə arasında 70-ci, innovasiya
reytinqinə görə isə 139 ölkə arasında 61-ci yerə çıxmışdır.
Cədvəl 4. İNNOVASİYA PARAMETRLƏRİ ÜZRƏ AZƏRBAYCANIN DÜNYADAKI
REYTİNQLƏRİ
Göstəricilər
2012-2013
2013-2014
12. İnnovasiya reytinqi
133/42
139/61
12.1. İnnovasiya potensialı
133/29
139/40
51
12.2. Elmi-tədqiqat qurumlarının keyfiyyəti
133/39
139/77
12.3. Tədqiqat və inkişaf üzrə firma xərcləri
133/65
139/88
12.4. Tədqiqat və inkişaf üzrə universitet-sənaye əməkdaşlığı
133/55
139/92
12.5.Yüksək texnoloji məhsullar üzrə hökumət təminatı
133/16
139/36
12.6. Elm adamları və mühəndislərin mövcudluğu
133/49
139/78
12.7. Faydalı patentlər
133/72
139/90
Mənbə: World Economic Forum, Global Competitiveness Report
Qeyd: Cədvəldə göstərilən məsələn, “133/42” göstəricisi, 133 ölkə arasında 42-cı yerdə olmaq deməkdir.
Ölkənin rəqabətqabiliyyətliliyini müəyyən edən bəzi faktorları qeyd edək:
Birincisi, təhsilin səviyyəsi. İkincisi, insan kapitalının inkişafı. Müasir
iqtisadiyyatda maddi əmtəələrdən və xidmətlərdən daha çox, intellektual potensiala
diqqət yetirilir. Millətin müasir və səmərəli təhsil sistemini dəstəkləmək, təlim
vasitəsilə işçi qüvvəsinin intellektual potensialını artırmaq qabiliyyəti rəqabətə tab
gətirmək üçün son dərəcə vacibdir. Üçüncüsü, innovasiya inkişafı.Rəqabət
qabiliyyətinin bir hissəsi olan "texnologiyalar indeksi" innovasiya inkişafının
səviyyəsindən, informasiya və kommunikasiya texnologiyalarının inkişafından, elmi
tədqiqatlara və araşdırmalara, bu sahədə bizneslə universitetlərin əməkdaşlığına sərf
olunan investisiyaların həcminin qiymətləndirilməsindən asılıdır. Dördüncüsü, icra
keyfiyyəti...Və nəhayət, siyasi iradə və milli consensus .
Bu gün dünya yüksək texnologiyalar bazarı ildə 2,5 trilyon dollar həcmində
qiymətləndirilir. Bunun 39 faizi ABŞ-ın, 30 faizi Yaponiyanın, 16 faizi
Almaniyanın payına düşür. Dünyanın yerdə qalan dövlətlərinin payına isə qalan 15
faiz düşür. Bizim başlıca vəzifəmiz mümkün qədər tez bir vaxtda buraya daxil olub
öz yerimizi tutmaqdır.
İnnovasiya iqtisadiyyatının cövhəri olan rəqabətqabiliyyətli texnologiyalar öz-
özündən yaranmır. Bu, elmi tədqiqatın mürəkkəb və məsrəfli eksperimentlərindən
və nəhayət, alimlərin ideya ruhundan qaynaqlanan çox çətin başa gələn
məhsuludur. Yüksək brendli əmtəələrin istehsalı üçün, əlbəttə ki, xarici
texnologiyanı əldə etmək lazımdır.
Dostları ilə paylaş: |