neft karbohidrogenlərinin itkisinin azaldılması problemini,
yalnız yeni tipli, qapalı sistemli aparatlara malik olan
təmizləmə qurğuları vasitəsilə həll etmək olar.
Belə ki, dünyanın bir çox ölkələrinin neftçıxarma və
neftayırma müəssisələrində alınan istehsalat sularının
təmizləmə
sisteminin
(qurğusunun)
təchizatının
quraşdırılmasını həyata keçirən «WEMCO», «VORTOIL»,
«Krebs» və «Hydromation» kampaniyaların markaları
əsasında yüksək texnoloji, ekoloji və iqtisadi cəhətdən
böyük əhəmiyyətə, üstünlüklərə və böyük istehsalat
gücünə malik olan texnoloji avadanlıqlar vasitəsilə neft
sənayesində alınan istehsalat sularının tərkibində 1 mq/l-a
qədər neft (neft məhsulları) tullantıları qarışığının
təmizlənməsini həyata keçirə bilən təmizləmə qurğusunu –
sistemini təklif edən «Petreco» kompaniyasının qurğuları
barəsində həmin kompaniyanın nümayəndələri ilə zavodun
mütəxəssisləri arasında bu il mart ayında texniki danışıqlar
və müzakirələr aparılmışdır.
«Petreco» kompaniyası tərəfindən təklif olunan
neftayırma müəssisələrində alınan istehsalat üsullarının
dərindən təmizlənməsini həyata keçirən və Avropa
standartlarına cavab verən yeni sistemli texnoloji təmizləmə
qurğusunun zavod üçün alınması, quraşdırılması
çox vacibdir
və məqsədəuyğundur.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq