göstərilən tədbirlərin (bir neçə proqnoz variantlarının
baxılması, daha səmərəli proqnoz metodun tətbiqi,
proqnozlaşdırmanın göstəricilər sisteminin təkmilləşdiril-
məsi) həyata keçirmək üçün burada bəzi dəyişikliklər
edilməlidir. Mövcud ekoloji situasiyanın təhlil edilməsi,
proqnozun işlənib hazırlanmasının ilkin mərhələsi sonrakı
tədqiqatların bazasını təşkil edir. Proqnoz məlumatları hər
şeydən əvvəl ekoloji situasiyanın hərtərəfli və dəqiq
təhlilindən daha çox asılıdır. Ona görə də, iqtisadi və texniki
məlumatların dərin təhlil edilməsi və əldə edilən nəticələrin
keyfiyyətinin artırılmasına xüsusi fikir vermək lazımdır. Neft-
qaz sənayesinin ƏMM və TESİ sahələrində indiyə kimi
praktiki cəhətdən dərin analitik tədqiqatlar aparılmamışdır.
Ona görə də, hazırda məsələnin bu cəhətinə diqqətin
yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Proqnozun
tərtib
edilməsi üçün zəruri ilkin
məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsi
aparılan təhlilin başlıca məqsədini təşkil edir. Bu mərhələdə
proqnozlaşdırılan obyektin keçmiş inkişafı təhlil edilir və
proqnozun əsaslandırılma müddəti tədqiq edilir.
Təhlil aparılan zaman aşağıdakı məsələlərə baxılması
məqsədəuyğundur:
neft-qaz sənaye obyektlərində ətraf mühitə təsir edən
amillərin
aşkar edilməsi;
təsirin həcmi
və növünün müəyyənləşdirilməsi;