Neftin aşağı təbəqələrə keçməsi nəticəsində qruntlarda
onun xüsusi çəkisi azalır. Müəyyən səviyyədən aşağıda o 10-
12% təşkil edir. Bundan sonra neftin hərəkəti dayanır. Neft
qrunt sularına çatdıqda daha aşağı getmir. Bununla bərabər
kapilyar qüvvələrin təsiri nəticəsində neftin yayılması davam
edir və torpaq qruntlarında onun xüsusi çəkisi azalır. Əgər
qrunta yeni neft daxil olursa, qalan neftin hərəkəti dayanır.
Qum və çınqıl qruntlarında neft daha çox yayıldığı halda, gil
onun yayılmasına mane olur. Belə olan hallarda torpağın tər-
kibinə görə çirklənmənin horizontal və şaquli hərəkətini
proqnozlaşdırmaq olur.
Torpaq qruntları suya nisbətən daha az neft maddələri
yığıb saxlayır. Torpaqda neftin yayılma sürəti bərabər
deyildir. Neftin əsas kütləsi torpağa düşdükdən 3
ay sonra itir,
xüsusən torpaqda onun xüsusi çəkisi 1,0-1,5% olduqda bu
proses çox ləng gedir. Neftin əksər hissəsi mexaniki olaraq su
vasitəsilə çirklənmə sahələrindən kənara çıxır və su axın
yollarında azalır. Bununla bərabər qrunt suları çirklənir.
Torpağın yuyulması nəticəsində neftin mexaniki yayılma
imkanları və deqradasiya sürəti azalır.
Torpağın strukturunun pozulması nəticəsində su
keçirmə qabiliyyəti pisləşir. Çirklənmiş torpaqlarda
karbon və
azot arasında nisbət pozulur, torpağın azot rejimi və bunun
nəticəsində bitkilərin köklərinin qidalanma rejimi çətinləşir.