mənbələrin, zərərli maddələrin xalq təsərrüfatına vurduğu
iqtisadi ziyanı, təbiəti mühafizə tədbirlərinin tətbiq edilməsi
və onların iqtisadi səmərəliliyinin müəyyən edilməsi, ətraf
mühitə zərər vuran istehsal tullantılarının azaldılmasının
səmərəli yollarının işlənib hazırlanmasını tələb edir. Neft-
qazçıxarma müəssisələrinin təbiəti mühafizə fəaliyyətinin
yüksəlməsi, yalnız səmərəli tədbirlər işlənib hazırlanması və
tətbiq edilməsini deyil, eyni zamanda ətraf mühitin
qorunmasına sərf olunan məsrəflərin normallaşdırılması və
planlaşdırılmasının təkmilləşdirilməsini, işlərin təşkilinin və
maddi-texniki təchizatın yaxşılaşdırılmasını və s. tələb edir.
Təbiəti mühafizə fəaliyyətinin idarə edilməsinin mühüm
prinsiplərindən
biri sahənin ətraf mühitə təsirinin
spesifikasının nəzərə alınmasıdır. Neft hasilatı sənayesinin
əsas spesifik xüsusiyyətləri, mədənlərin ərazi üzrə
səpələnməsi, neft və su borularının uzunluğu, tətbiq edilən
materialların və
kimyəvi reagentlərin, neft-mədən sularının və
istehsal tullantılarının, toksiki maddələrin həddən çox olması
və içməli suya tələbin çoxalmasıdır. Bu, su tutarlarını, torpağı
və hava baseynini, xeyli ərazini çirkləndirməklə bərabər, neft
hasilatı ərazilərdə yerləşmiş çoxsaylı müəssisə və
təsərrüfatlara ziyan vurur. Ona görə də, ətraf mühitin
mühafizəsi müəssisənin əsas məsələlərindən biri hesab edilir.
Ətraf mühitin idarə edilməsinin mühüm prinsipi
problemə
xalq
təsərrüfatı,
dövlət
nöqteyi-nəzərdən