Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə31/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

başqa  xaçpərəstləri  çağırmaq...  orada  yerləşdirmək,  müsəl­

manları  isə,  xüsusən türkləri  özlərinin  sezə  bilməyəcəyi  bir 

şəkildə yavaş-yavaş sıxışdırıb azaltmaq lazımdır1».

Rusiyanın  bu  ümumi  planında  ermənilərin  də  öz planı 

var  idi:  Türkiyə  və  Azərbaycan  əraziləri  hesabına  «Böyük 

Ermənistan» yaratmaq.

Osmanlı  imperatorluğunun  zəiflədilməsi  və  dağılması 

Rusiyanın  və Avropanın  iri  dövlətlərinin maraq  mərkəzində 

olduğu  üçün  türklər tərəfindən  «ermənilərə  soyqırım»  edil­

məsi  haqqında  erməni  uydurmaları  Türkiyəyə  qarşı  bir təsir 

vasitəsi  kimi  Rusiya  və  Avropa  dövlətləri  üçün  də  əlverişli 

idi.


Lakin I  dünya müharibəsində  məğlub  olmuş üçlük itti­

faqının  üzvü  olan  Türkiyə  dövləti  öz  müstəqilliyini  nəinki 

saxlaya  bildi,  hətta  böyük  öndər  Atatürkün  başçılığı  altında 

özünün  bütün  ərazilərindən  düşmən  qüvvələrini  qovdu  və 

güclü  dövlət yarada bildi.  Türkiyə hesabına «Böyük Erməni­

stan»  yaratmaq  xülyasının  boşa  çıxdığını  görən  ermənilər 

dünyanın  bir neçə  ölkəsində  gizli  hərbi  təşkilatlar yaratdılar 

və türklərə qarşı geniş terror əməliyyatlarına başladılar.  Belə 

terror mərkəzlərindən biri Fransada yerləşdirildi.

Yalnız  1973-87-ci  illəri  əhatə  edən  15  ildə  erməni  ter­

rorçu  dəstələri  dünyanın müxtəlif ölkələrində  255  terror ak­

siyası  keçirmişlər  ki,  bunlardan  da  58-i  Fransada  həyata  ke­

çirilmişdir və onların 22-si türk diplomatları və iş adamlarma 

qarşı  olmuşdur.  Türkiyə  səfiri  İsmayıl  Ərəz,  attaşe  Yılmaz 

Çolpan  və  digərləri  göstərilən  illərdə  bu  terrorun  qurbanı 

olmuşlar2.

Göstərilən  illərdə  erməni  terrorizminin  əsas  hədəfi 

Türkiyə vətəndaşları  idisə,  1987-ci ildən sonra bu terror əsa-



S.M.Solovyov,  Rusiya tarixi  üzrə  mühazirə  və hekayətlər.  M.,  1989, 

s.715  (rus dilində)

Bax: «Xalq qəzeti», 4 mart 2001

122


sən  Azərbaycan  vətəndaşlarına  qarşı  çevrildi  və  təşkil  edil­

miş  erməni  terrorçu  dəstələrinin  fəaliyyəti  Dağlıq  Qarabağı 

Azərbaycandan  qopararaq,  Ermənistana  birləşdirilmək  isti­

qamətinə yönəldildi.

Ermənilərin  satqınlığım  və  mövqelərini  şəraitə  uyğun 

olaraq  asanlıqla  dəyişdiyini  nəzərə  alan  Qərb  dövlətləri  və 

Rusiya  öz  mənafelərinə  uyğun  olan  məqamlarda  həmişə  er­

mənilərdən istifadə etmişlər və indi də istifadə edirlər.

Ermənilər  Rusiyanın  və  Avropanın  bəzi  dövlətlərinin 

əlində oyuncaq rolu oynamış, tükrlərə qarşı hərbi əməliyyat­

larda  həlak  olmuş  erməniləri  də  indi  «soyqırım  qurbanları» 

kimi qələmə  verirlər.

Tarixi  həqiqət  isə  bundan  ibarətdir  ki,  ermənilər  XX 

əsrdə  Ermənistanda  yaşayan  1,5  milyon  azərbaycanlını  öz 

dədə-baba torpaqlarından  qovmuşlar.

Azərbaycan  türklərinə  qarşı  ermənilər  tərəfindən 

1905-ci  ildə,  1918-20-ci  illərdə  törədilmiş  soyqırımlar  haq­

qında  bu  kitabın  əvvəlki  bölmələrində  deyilmişdir.  Bu  soy­

qırımların  olması  haqqında  Sovet  hakimiyyətinin  ilk  illərin­

də rəsmi rəhbər dairələrdə də deyilmişdir.  V.İ.Leninin sağlı­

ğında  millətlərarası  işlər  üzrə  Komissar  İ.V.Stalin  Rusiya 

K(b)P  XII  qurultayında  (1923-cü  ilin  23  aprelində)  etdiyi 

məruzəsində  ermənilərin  azərbaycanlılara  qarşı  Zəngəzurda 

və digər ərazilərdə törətdikləri  qırğınları tənqid etmişdi.

Konkret  olaraq  Dağlıq  Qarabağda  hərbi  qarşıdurma 

1988-ci ildən başlandı.  Bunun ərəfəsində  Ermənistandan  bü­

tün azərbaycanlılar vəhşicəsinə qovuldular.

Mixayıl  Qorbaçovun  və  Ermənistan  respublikasının 

şovinist  rəhbərliyinin  razılığı  ilə  Dağlıq  Qarabağın  erməni 

rəhbərliyi  1988-ci  ilin  20  fevralında Dağlıq Qarabağ vilayəti 

Sovetinin növbədənkənar sessiyasını keçirdi  və qərar çıxardı 

ki,  Dağlıq  Qarabağın  Ermənistanın  tərkibinə  verilməsi  mə­

sələsi həll edilsin.

Həmin  günlərdə  belə  bir  qərarın  beynəlxaq  hüquq



123


normalarına,  SSRİ  ve  Azərbaycan  Konstitusiyalarına  zidd 

olması  haqqında  bütün  dünyaya  bəyanat  verilmədi  idi.  Bu­

nun üçün Beynəlxalq qanunvericilikdə kifayət qədər əsaslar 

da  var  idi  və  vardır.  Məsələn,  Dövlət  sərhədlərinin  pozul­

mazlığı  və referendumsuz  dəyişdirilməsinin qeyri qanuniliyi 

Potsdam  konfransında  (1945),  Təhlükəsizlik  üzrə  Helsenki 

müşavirəsinin  Yekun  Aktında  (1975),  Beynəlxalq  hüquq 

norması  kimi  təsdiqlənmişdir.  Təəssüf  ki,  həmin  dövrdə 

Azərbaycana rəhbərlik edən şəxslərdə belə bir cürət və  Və­

tən yanğısı  olmadı.  Erməni  millətçi  separatçıları  isə öz  gizli 

planlarının icrasım davam etdirirdilər.

Arxiv  sənədləri  təsdiq  edir ki,  ermənilər Dağlıq  Qara­

bağa  əsasən  Azərbaycan  Rusiya  ilə  İran  arasında  iki  yerə 

bölündükdən  (1828-ci  il)  sonra  axışıb  gəlmişlər.  Qısa  bir 

dövrdə  130-150 min erməni İran və Türkiyədən köçürülərək 

İrəvana  və  Yelizavetpol  (Gəncə)  quberniyalarında  və  Na­

xçıvan  əyalətində  yerləşdirilmişdilər.  Köçürülən  ermənilə­

rin bir hissəsi  Şamaxı  qəzasında və  Şəki  qəzasının bəzi  yer­

lərində  yerləşdirildilər.  Bütövlükdə  Zaqafqaziyaya  göstəri­

lən  illərdə  Türkiyədən  və  İrandan  yarım milyon  erməni  kö­

çürülmüşdür.

Dağlıq Qarabağın  Azərbaycana mənsubiyyəti məsələsi 

ətrafındakı  münaqişənin  başlanması  səbəblərini  nəzərdə  tu­

taraq,  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  demişdir: 

«Əzəli  Azərbaycan  torpağı  olan  bu  əraziyə  ermənilər  təx­

minən  iki  əsr  bundan  əvvəl  çar  höküməti  tərəfindən  kö­

çürülmüşlər.  Sovet höküməti isə nəinki Azərbaycanın qədim 

torpaqlarının  bir  çoxunu...  ermənilərə  verdi,  üstəlik,  Dağlıq 

Qarabağda  muxtariyyət  yaratdı.  Ermənistan  Azerbaycana 

qarşı  torpaq  iddiası  ile  çıxış  edib  və  buna  nail  olmaq  üçün 

Azərbaycana  qarşı  hərbi  təcavüzə  başlayıbdır.  Bizim  ən 

böyük dərdimiz  ondan ibarətdir ki,  bu münaqişənin yaranma 

səbəbləri  indiyə  qeder dünya ictimaiyyətinin çox dairələrin-

124

de düzgün qiymətləndirilmir1».

Ermənistanın  Azərbaycana  qarşı  1988-1994-cü  illərdə 

həyata  keçirdiyi  silahlı  təcavüz  nəticəsində  18  mindən  çox 

azərbaycanlı  qətlə  yetirilmiş,  20  mindən  çox  adam  əlil  ol­

muş,  4  mindən  çox  adam  əsir  və  itkin  düşmüş,  girov  götü­

rülmüş;  877  şəhər,  kənd  və  qəsəbə  qərat  edilmiş  və  yandı­

rılmışdır.  Erməni  faşizmi  Almaniya  faşizmindən  daha  dəh­

şətli  üsullarla  Azərbaycanda  zəbt  etdikləri  ərazilərdə  vəhşi­

liklər etmiş,  bütün  əhalini  öz yaşadığı  yerlərdən,  dünya hərb 

tarixində misli  olmayan vəhşi qəddarlıqla (baş kəsmək və s.) 

qovmuşlar.  Vəhşiləşmiş  ermənilər  özlərinin  törətdikləri  bu 

qəddar  vəhşilikləri  lentə  çəkərək  «erməni  soyqırımı»  kimi 

qələmə verirlər.

Ermənilər  timsah  xilqətli  olduqları  halda,  göz  yaşlan 

axıdaraq  dünyanı  inandırmağa  çalışırlar  ki,  onlar  dünyanın 

ən  yazıq  və  əzilən  xalqıdır.  Bütün  bu  göz  yaşlarının  saxta 

olduğunu  sübut  etmək  üçün  ermənilər  tərəfindən  1982-ci 

ilin  fevralında  törədilən  Xocalı  soyqırımının  nəticolorini 

görmək kifayətdir.

Dağlıq  Qarabağın  azərbaycanlılar  yaşayan  Xocalı  şə­

hərində ermənilər üç  dəfə soyqırım  etmişlər (1905,  1918  və 

1992-ci  illərdə).  1992-ci  ilin  fevralının  25-dən  26-na  keçən 

gecə şəhər Rusiya ordusunun 366-cı motoatıcı  alayının  hərbi 

texnikası  ilə  mühasirəyə  alınmış  və  silahsız  dinc  əhali  gül­

ləboran  edilmişdir.  Mühasirədən  çıxaraq  meşələrə  qaçan 

əhali  isə keçidlərdə məhv edilmişdir.  Xocalı  əhalisindən 613 

nəfər qətlə yetirilmiş,  1275  nəfər girov götürülmüş, 487  nə­

fər  ömürlük  şikəst  olmuş,  150  nəfər  haqqında  heç  bir  iz  ta­

pılmamışdır.

Bu  vəhşilikləri  görmüş  şəxslərdən  biri  yazır:  «Bu  az­

mış  kimi,  erməni  vandalları  sonrakı  günlər  ölülərdən  də  qi­

sas  aldılar.  Onların  başlarının  derisini  soydular,  kəllələrini

Bax: «Xalq qəzeti», 7 fevral  2001

125



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə