§ 5. Siyasi mədəniyyətimizin müasir inkişafının
əsas istiqamətləri
«Müstəqillik illərində biz əslində
milli-mədəni irsimizi, milli sər
vətimizi bir daha təhlil edərək
onu ideoloji buxovlardan və qa
dağalardan xilas edirik».
HEYDƏR ƏLİYEV
Yetmiş illik Sovet sisteminin ifrat dərəcədə mərkəz
ləşdirilmiş avtoritar idarəçilik rejimindən demokratik üsul
idarəçiliyə, milli mənafeləri əsas tutan milli siyasətə keçid
çoxsahəli olduğu üçün çətin bir prosesdir. Bu milli siyasətin
icraçısı 1993-cü ilin yayından sonrakı dövrdə prezident Hey
dər Əliyevdir.
Əlbəttə, bu keçid özündən əvvəlki dövrün müəyyən
özülünə və nailiyyətlərinə arxalanır. Prezident Heydər Əliy
ev bu haqda belə deyir: 70 illik Sovet hakimiyyəti illəri «bi
zim xalqımız, millətimiz üçün bir tərəfdən faciələr, itkilər,
məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maa
riflənməsi, təhsil alması, inkişaf etməsi, Azərbaycanda bö
yük iqtisadi potensialın yaranması, xalqımızın dünya mədəni
dəyərlərinə qoşulması sahəsində müsbət rol oynamıdır1».
Sovet sisteminin 20-ci illəri siyasi mədəniyyətimizin
bu sistemə uyğun formalaşması dövrü olmuşdur. Hələ 20-ci
illərin ərəfəsində bir musiqi xadimi və publisist kimi forma
laşmış Üzeyir Hacıbəyov 30-cu illərdə özünün məşhur «Ko
roğlu» operası ilə öz xalqına xidməti yeni sistem şəraitində
də davam etdirdiyini bildirdi və bu sistemin rəhbərliyindən
ən yüksək mükafata layiq görüldü.
1 Bax:, «Xalq qəzeti», 27 may 2001
110
30-cu illərdə ədəbiyyatda özlərinə məxsus dəsti xətt
ləri olan gənclər - Mikayıl Müşfiq, Səməd Vurğun və Rəsul
Rza Sovet sistemi ideologiyasını qəbul edərək milli ruhda
yaradıcılıqlarını davam etdirdilər. Bu milli ruh eləcə də milli
mənafeni yaddan çıxarmırdı. Şair Mikayıl Müşfiq 1936-cı
ildə qələmə aldığı «Tərtərhes nəğmələri» şerində böyük cə
sarət hissi ilə bu gün üçün də vacib dərdimiz haqda belə
yazmışdı:
Bu nə yoldur? Daşnak yolu,
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı,
O dənizdən bu dənizə,
Deyib, çıxdı sinəmizə
Bir tapdadı, bir doğradı,
Orda dəhşət, burda vəhşət,
Əlində baş, dişində ət
Tanırsınız o Cəlladı!
Nə bağ qaldı, nə də bağban
Qurşun, ölüm, atəş duman.
Yaxamızı parçaladı
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı.
Səməd Vurğunun «Komsomol poeması» əsəri «Yeni
yol» və digər qəzetlərdə 30-cu illərdə hissə-hissə nəşr olu
nurdu: Poemanın «Gözəllik və məhəbbət» bölməsinin baş
lanğıcını o dövrün gəncləri əzbərdən bilirdi:
Yüksək fəzalarda gəzinirdi ay
Yaşıl çəmənlikdə Cəlal və Humay
Birisi söz atar, digəri gülər.
Könüllər döyünər, gözlər süzülər...
111
Şairin «Poemalar»mm 1959 və 1961-ci illərə aid nəşr
lərində bu sətrlər belə verilir.
Uzaq buludlarda gəzinirdi ay,
Doqqazın ağzında Cəlal və Humay
Fikrimizcə ilk yazılışı şairin ölümündən sonra nəşrlər-
dəkindən daha uğurludur.
Bunu belə edənin Səməd Vurğuna sədaqətinə inanmaq
çətindir.
Vo yaxud da Rəsul Rzanın Azərbaycan şerinə gətirdiyi
sərbəst şer üslubunu götürək, Şairin «Lenin» poeması bu
günün tələbinə uyğun gəlməsə də , bu şer öz üslubuna və
ifadə formasına görə güclü idi və yenilik idi.
Mən hansı bir insana bənzədim ki, Lenini,
Məzarının başında cahan ağlamış olsun!
Məgər indi Səməd Vurğunu və Rəsul Rzam ittiham
etmək olarmı ki, niyə onlar Komsomolu və ya Lenini tə
rənnüm ediblor? Əsla!
Bununla belə, müasir dövrdə, 10 il bundan əvvəl bəıpa
etdiyimiz dövlət müstəqilliyinin qarşıya qoyduğu tələblərə
uyğun olaraq xalqımızın siyasi mədəniyyəti müasir tələblər
səviyyəsində inkişaf etməlidir. Lakin bu inkişaf əvvəlki
dövrün nailiyyətlərinə arxalanmalıdır.
Görkəmli publisist və ictimai xadim Hidayət Orucov
bu yaxınlarda nəşr etdirdiyi «Heydər Əliyev və Azərbaycan
da milli siyasət» əsərində bu haqda belə yazır: «Milli şüurun
gücləndirilməsi, milli ideyanın qeyri-rəsmi şəkildə formala
şaraq əqidə və inama çevrilməsində həlledici rola malik
amillərin inkişafına rəvac verilməsi 1970-80-ci illərin əvvəl
lərinin ən böük nailiyyəti və qələbəsi idi. Azərbaycançı-
lığm, türkçülüyün şüurlara yeridilməsinə, milli azadlıq və
112
müstəqillik uğrunda mübarizə inamının bədii ədəbiyyatda,
incəsənət və mədəniyyət nümunələrində, elmi əsərlərdə
təbliğinə münbit şərait yaradıldı. Azərbaycan xalqı Azadlıq
meydanına birdən-birə və təsadüfən çıxmamışdı. Xalq buna
mənən, ruhən, əqidəcə artıq hazır idi. Tarixi qələbəyə hazır
lıq 1970-ci ildən başlanmışdı1».
Milli mənafelərin düzgün başa düşülməsi, heç şübhə
siz ki, milli məsələnin nəzəri əsaslarından qidalanmalıdır.
Bəs Sovet dövründə bu məsələdə vəziyyət necə olmuşdur?
Sovetlər hakimiyyəti illərində SSRİ-də milli məsələ
əsasən İ. V.Stalinin millətə verdiyi məlum tərif və əksəriy
yəti ermənilərdən və rus-ukraynalılardan olan bir sıra müəl
liflərin təbliğat məzmunlu məqalələri əsasında şərh edilirdi.
Belə çıxırdı ki, milli məsələ üzrə nəzəriyyə ilk dəfə SSRİ-
də yaradılıb, halbuki millətə ilk tərifi İtaliya sosioloqu Stani
slav Mancini 1851-ci ildə vennişdir. 1903-cü ildə Karl Kaut-
skinin millətə verdiyi tərif daha elmi idi. Kautski 1903-cü
ildə milli məsələ haqqında yazdığı əsərində millət üçün əra
zi, dil, məişət, ruh, iradə və psixik yönümün birliyi əlamət
lərini əsas götürmüşdür. Ədalət naminə demək lazımdır ki,
on ii sonra, !9!3-cü ildə İ-V-S^alinin millətə verdiyi məlum
tərifində K.Kautskinin millətə verdiyi tərifdən geniş istifadə
edilmişdir.
Azərbaycan mütəfəkkirlərindən Nəriman Nərimanov
və Məmməd Əmin Rəsulzadə də milli məsələ üzrə bir sıra
tutarlı nəzəri müddəalar irəli sürmüşlər.
Məmməd Əmin Rəsulzadəyə görə, millət insanların
tarixi, coğrafi, iqtisadi və siyasi faktorlar əsasında yaranmış
dil, din və qohum-oqrəbalıq ümumiliyi əsasında meydana
gəlmişdir.
Nəriman Nərimanov yazır ki, millətlər bir-birindən
Hidayət Orucov, Heydər Əliyev və Azərbaycanda milli siyasot, Ba
kı, 2000
113