Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə26/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

leri  «aza»  prinsipi  (yeməyin  kənardan  gətirilməsi)  ilə  keçi­

rilməsi  adətinə  keçmək  (bu  adətə  qayıtmaq)  son  dərəcə  əl­

verişli  olardı.  Güman  etmək  olar  ki,  bu  müraciətə  öz  müna­

sibətlərini  bildirənlər olacaqdır, çünki bu məsələ sırf iqtisadi 

məsələ deyil, həm də siyasi-mənəvi məsələdir.

Azərbaycan  xalqı  VII  əsrin  sonundan  başlayaraq  XX 

əsrin əvvəlinə qədər İslami  dəyərlərə sadiq olmuşdur.  Azər­

baycan  Prezidenti  Heydər  Əliyev  deyir:  «Bizdə  tolerantlıq, 

xalqımızın  dini  dözümlülüyü  yüksək  səviyyədədir'...»  Buna 

görədir  ki,  xalqımızın  islami  ibadətə  və  islami  dəyərlərə 

qayıdışı nisbətən qısa bir müddətdə həyata keçirildi və əhali 

vaxtı  ilə  dağıdılmış  məsçidlərin  bərpasında  və  yenilərinin 

tikilməsində geniş iştirak edir.

İslam  dini  xalqımızın  mənəvi  dəyərlərinin  qorunması­

na  tarixən  xidmət  etmiş  və  indi  də  edir.  Azərbaycan  Prezi­

denti  Heydər  Əliyev  demişdir:  «Biz  öz  milli-mənəvi  dəyər­

lərimizi,  adət-ənənələrimizi,  əxlaqi-mənəvi  dəyərlərimizi, 

bütün  istiqamətlərdə  qorumalıyıq,  saxlamalıyıq və gənc nəs­

li  əsrlər boyu  böyük  sınaqlardan  keçmiş  bu  mənəvi,  əxlaqi 

dəyərlər ruhunda tərbiyələndirməliyik2».



§ 4. Milli mentalitetimiz haqqında 

düşüncələr

Milli  mentalitetimiz  (düşüncə  tərzi)  haqqında bu  vaxta 

qədər  nəşr  olunan  yazılar  hələlik  dərin  tədqiqat  məzmunu 

daşımır,  daha  çox  təbliğat xarakterlidir.  Bu  sətrlərin müəlli­

finin də  1997-ci ildə yazdığı qısa məqalə3 bu qəbildəndir.

Xalqımızın  qonaqsevərliyi,  xoşxasiyyətli  olması,  alicə-

1

2

3



102

«Xalq qəzeti», 28  iyun 2000 

«Xalq qəzeti»,  14 avqust 2001

İ.İsmayılov.  Dünya Azərbaycanlıları XX əsrdə, B.,  1997, s.243-250

nablığı və ağayanalığı, mehribanlığı və mərdliyi, dostluğa ve 

yüksək əxlaqi  prinsiplərə sadiqliyi,  doğma torpağa və  ailəyə 

daha  çox  bağlılığı,  qadına böyük hörmətlə  yanaşması,  ehtiy­

acı  olana əl  tutmaq kimi  keyfiyyətlər tarixi inkişafımızın ye­

tişdirdiyi  nəcib  və  diqqətəlayiq  keyfiyyətləridir.  Xalqımızda 

dözümlülük  (tolerantlıq)  da  yüksək  səviyyədədir.  Prezident 

Heydər  Əliyev  demişdir:  «Bizdə  tolerantlıq,  xalqımızın  dini 

dözümlülüyü yüksək səviyyədədir'».

Dünyada dahilərin  miqdarını  millətlərin əhalisinin sayı 

nisbətinə  görə  müqayisə  etsək,  Azərbaycan  xalqı  bu  göstə­

rici  üzrə ən  yüksək  yerlərdən  birini  tutar.  Həqiqətən  də,  da­

hi  Nizami  Gəncəvidən  başlayaraq  indi  Amerikada  yaşayan 

böyük  alimimiz  Lütvi  Ələsgərzadəyə  (dünyada  Lütvizadə 

kimi tanınır)  qədər millətimizin  bəşər mədəniyyətinin bütün 

sahələrinə  bəxş etdiyi  dahi  şəxsiyyətlər haqqında ardıcıllıqla 

kinofilm  çəkilsə,  belə  bir  zəngin  irsə  çox  millətlər  həsəd 

apararlar.  2000-ci  ildə  xaricdə  nəşr  edilən  «Dünyanın  100 

böyük  filosofu»  kitabında  Nizami  Gəncəvi  bu  100  nəfərdən 

biridir.  Halbuki,  dünyada  2000-ə  qədər  millət  və  xalq  ya­

şayır.  Heç şübhə yoxdur ki, «Dünyanın on məşhur  100  şairi» 

kitabı  yazılsa,  bu  kitabda  da  dahi  Nizami  Gəncəvinin  adı 

olacaqdır!  Bəs  Məhəmməd  Füzulimiz,  Hüseyn  Cavidimiz, 

Mirzə Ələkbər Sabirimiz, Səməd Vurğunumuz!..

Azərbaycan  xalqının  mədəniyyəti  zəngin  əxlaqi  key­

fiyyətlərinə  görə  mərifət  sahibi  olan  millət  kimi  formalaş­

mışdır  və  tanınır.  Əcnəbi  xaqların  bir  sıra  görkəmli  mədə­

niyyət  və  elm  xadimləri  -  Aleksandr  Duma  (Fransa),  Mi- 

xayıl  Lermontov.  İlya  Çavçavadze,  Əhməd  Şmide,  Vladimir 

Veliçko  və  digərləri  xalqımızın  incə  dili  və ağayanalığı  haq­

qında gözəl  fikirlər söyləmişlər.

Mübaliğəsiz  demək  olar  ki,  Azəri  türkləri  içərisində 

hər  iki  nəfərindən birində  müsiqiçiliyə  həvəs, hər üç  nəfor-

«Xalq qəzeti», 28 iyun 2000

103



dən  birində  şairlik  istedadı  vardır.  Bu  böyük  fitri  istedadın 

formalaşmasında  ana  dilimizin xüsusi rolu  olmuşdur və  var­

dır. Öz incəliyi  və axarlığma görə  Azəri türklərinin dili dün­

yanın  nadir  incə  dillərindən  biridir.  İstanbul  universitetində 

İtalyan  dili  və ədəbiyyatı müəllimi xanım Betul Parlaq deyir: 

«Azərbaycan  dili  çağlayan  bir bulaqdır.  Nə  qədər danışırsan 

danış,  düzümü,  şirinliyi,  ədəbiliyi  Öz-özünə  süzülüb  gedir. 

Bu  dili  başa  düşənlər,  incəliyi  duyanlar  ona  vurulmaya  bil­

məzlər'».

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliye­

vin  «Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqın­

da»  2001-ci  il  18  iyun  tarixli  fərmanında  deyilir:  «Azər­

baycan  dilinin  dünya  dilləri  arasında  ən  kamil  dillərdən biri 

olduğu həqiqətinin bir çox  xalqların görkəmli  nümayəndələ­

ri  dönə-dönə  etiraf  etmişlər.  Onlar  öz  əsərlərində  bu  dili 

XIX əsrdə Avropada geniş yayılmış  fransız dili  ilə müqayisə 

edərək,  onu  Avrasiyanın  hər  tərəfində  işlədilən bir dil  kimi 

yüksək qiymətləndirmişlər2».

Burada onu  da demək yerinə düşər ki,  milli  düşüncəyə 

malik  olmaq  üçün  hər  şeydən  əvvəl  milli  dili,  ana  dilini 

mükəmməl  bilmək  lazımdır.  Ana  dilini  yalnız  o  zaman  mü­

kəmməl  bilmək  olar  ki,  düşüncənin  özü  həmin  şəxsin  bey­

nində bu  dildə yetişsin,  ana dilində  kamilləşsin.  Aydındır ki, 

başqa  dildə  düşünərək  istədiyi  fikri  ana  dilində  dürüst  və 

sərbəst  söyləmək  qeyri-mümkündür.  Nəriman  Nərimanov 

yazırdı  ki,  ana  dilini  bilmədən  millətin  dərdini  başa düşmək 

qeyri-mümkündür.

Azərbaycan  xalqı  minillikləri  əhatə  edən  tarixində  öz 

milli  mənliyini  qoruyaraq,  tarixi  sınaqlardan  çıxmış  və  milli 

müstəqilliyini  yaşada bilmişdir.  Tarixin  sınaq  qatlarında ara- 

sıra  baş  vermiş  milli  faciələrimiz  isə  əsasən  milli  birliyimi­

2

Bax:  «Xalq qəzeti», 21  avqust  1999 



Bax:,  «Xalq qəzeti»,  19  iyun 2001

zin zəifləməsinin nəticəsində baş vermişdir.

Yaradıcı  ziyalılarımız  içərisində  mentalitetimizdə  da- 

vakarlığın  (aqressivliyin)  olmadığını  müsbət  bir  amil  kimi 

hesab  etmək  istəyənlər  də  vardır.  Bizcə,  bu  amili  müsbət 

keyfiyyət  kimi  yox,  uğursuzluqlarımızın  səbəblərindən  biri 

kimi qəbul etmək  daha dürüst olardı.

Son  10-15  ildə,  əvvəlki  iki  əsrdə  olduğu  kimi,  nankor 

qonşularımız  olan  ermənilərdən  aldığımız  zərbələr,  onlar 

tərəfindən  ərazilərimizin  dəfələrlə hissə-hissə zəbt edilməsi 

və  xalqımıza  qarşı  soyqırım  siyasətinin  davam  etdirilməsi 

milli  mentalitetimizdə olan naqis cəhətləri  (nə qədər acı olsa 

da, bunu etiraf etməliyik) daha geniş ayırd etməyi tələb edir.

Azərbaycanlı  mentalitetinə  xas  olan  naqis  və  mənfi 

cəhətlər sırasına aşağıdakıları daxil  etmək olar:

1.  Milli  birliyə  nail  olmaq  yolunda  bəzi  hallarda  par­

çalanma meyli;

2.  Tarixi yaddaşımızın zəifliyi: unutqanlıq, tarixi  uğur­

suzluqlarımızdan  üzə  çıxan  nəticə  və  həqiqətləri 

tez yaddan çıxarmağımız.

Mentalitetimizdoki  mənfi  hallara  dair  yuxarıda  göstər­

diyimiz bu  naqis  cohotlor haqqında görkəmli  publisist-yazıçı 

Hidayət  Orucovun  və  digər  müəlliflərin  yazılarında  deyil­

mişdir.  Hidayət  Orucov  yazır:  «Xalqımızın  başında  fəlakət 

bir  də  ona  görə  əksik  olmur  ki,  əsrlər  boyu  formalaşaraq 

dəyişməz  xarakter  almış  mentalitetimizdə  aqressivlik  ol­

mayıb'...»

Azərbaycanda  müxtəlif tarixi  mərhələlərində  uğursuz­

luqların  və  bəlaların  görçəklənməsində  yuxarıda  sadalanan 

naqis  cəhətlərin  güclü  təsiri  olmuşdur.  Bu  məsələləri  Azər­

baycan  -   erməni  tarixi  münasibətlərində  qısaca  olaraq  izlə­

məyə çalışaq.



Bax: «Xalq qəzeti»,  1  dekabr 2000

105


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə