Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə25/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

dini  kitabların  və  əfsanələrin  köməyi  ilə  əldə  edə  bilir.  Bu 

mənbələrə  görə,  ilk insan  və  ilk peyğəmbər  sayılan  Adəm ­

dən  əvvəl  yer  üzündə  pərilər  və  cinlər  olmuşdur.  Adəmin 

Cənnətdən  çıxması  (qovulması)  insan  tarixinin  başlanması 

hesab  edilərsə,  Nuh  peyğəmbər  Adəm  peyğəmbərin  8-ci 

nəslindən  olan  Laməkin  oğludur  və  Adəmdən  sonrakı  döv­

rün  1642-ci  ilində anadan olmuşdur.

Akademik  Ziya  Bünyatovun  «Dinlər,  təqirətlər,  m əz­

h ə b lə r^  adlı kitabında göstərilir ki,  Allahın verdiyi bir ömür 

müddəti  min  il  imiş  və  Tanrı  Adəmə  min  il  yaşayacağını 

bildirmişdi.  Adəm isə  960  il yaşamış,  ömrünün 40 ilini  özü­

ndən  sonrakı  Davud  peyğbəmbərə  bəxş  etmişdir.  Burada 

eləcə  də  deyilir  ki,  Adəm  Cənnətdən  qovulduqdan  sonra 

Seylon  adasına  düşmüş  və  tövbə  edərək,  Həvvadan  200  il 

ayrı  yaşamışdır.  Bundan  sonra vəyh mələyi  Həzrət Cəbrayıl 

Adəmi  Məkkə  yaxınlığındakı  Ərəfat adlı  yerə  gətirmiş  və  o 

Həvva ilə  görüşmüşdür.

Adəm  və  Həvvanın  iki  oğlu  və  iki  qızı  olmuşdur. 

Oğlanları  Qabil  və  Habilin  hərəsi  ilə  bir qız  (əkiz)  dünyaya 

göz  açmışdır.  Bəşərin  bu  ilk  övladlarının  evlənməsi  haqqın­

da da-həqiqətə oxşayan faciəvi əfsanə mövcuddur.

Yuxarıda  göstərilən  tarix  ilə  2242-ci  ildə  Tanrıdan 

vəyh  gəlir ki,  tufan  olacaq.  Bu  tufanın  olması  haqqında  Qu­

ranın  «Nuh»  (71-ci)  surəsinin  20-ci  ayəsində  belə  deyilir: 

«Nuh  dedi:  onlar  mənə  qulaq  asmadılar...»  Bundan  sonra 

Tanrı  Tufan  (daşqın)  yaratdı  və  bəşəriyyətin  yeni  nəsli  ya­

randı.

Nuh  insanların  ikinci  atası  sayılır.  İbrahim  peyğəmbər 



isə Nuh peyğəmbərin 8-ci  nəslindən olan Tərikin oğludur və 

yuxarıda  deyilən  başlanğıc  tarixi  üzrə  3020-ci  ildə  Babili­

standa  dünyaya  gəlmişdir.  İbrahim  peyğəmbərə  Həcər  adlı

Ziya  Bünyatov,  «Dinlər,  təqirətlər,  məzhəblər»  (arayış  kitabı)  B., 

1997

98

kənizi  İsmayıl  adlı  oğlunu  bəxş  etmişdir.  İsmayılın  Reyliyə 

adlı  qadınından  12  oğlu  olmuşdur.  Məhəmməd  peyğəmbər 

İsmayılın ikinci oğlu Heydərin mənsub olduğu Qüreyş tayfa­

sının nəslindəndir.

Həzrət  İsmayıl  130  il  ömür  sürmüşdür.  Bütün  bunlar 

haqqında  şair  və  jurnalist  Əliabbas  Müznibin  (1882-1938) 

1917-ci  ildə yazdığı  «Müxtəsər Ənbiya və  İslam  tarixi»  adlı 

kitabında  (1990-cı  ildə  Bakıda yenidən  nəşr edilmişdir)  mə­

lumat verilir.

Qədim  türk  tayfalarından  olan  Şumerlərin  eramızdan 

əvvəl  2-ci  minilliyin  birinci  yarısına  aid  əfsanəvi  dastanla­

rında  dünya  daşqını  haqqında  məlumatlar  mövcuddur.  Belə 

məlumatlar  akkadların  «Astraxasis  haqqında»  dastanında  da 

verilir.  Göründüyi  kimi,  bəşəriyyətin  qədim  tarixi  haqqında 

mövcud olan bu  məlumatlar diqqətəlayiqdir.

İslama qarşı  mübarizə onun əsas  kitabı  olan  «Quran»m 

tərcüməsinin  saxtalaşdırılmasından  başlanmışdır.  «Qur’an»- 

ın  üçüncü  surosinin  («Ali  İmran»)  ikinci  ayəsi  «Allahdan 

başqa  heç  bir  Tanrı  (Allah)  yoxdur...»  müddəası  rus  dilində 

«Nct  Boqa,  krome  Allaxa»  kimi  tərcümə  edilmişdir.  Halbu­

ki,  «Net Allaxa,  krome Allaxa»  və ya «Net Boqa,  krome  Bo­

qa»  kimi  tərcümə  edilmədi  idi.  Ədalət  naminə  qeyd  etmək 

lazımdır  ki,  Amerika  alimi  Vaşinqton  İrvinq  1849-cu  ildə 

yazdığı  «Məhəmməd  peyğəmbərin  həyatı»  adlı  böyük 

həcmli  kitabının  VIII  fəslində  bu  tərcüməni  «Net  Boqa, 

krome Boqa»  məzmununda vermişdir.

*  *


*

Müsəlman  mədəniyyətinin  bir  qolu  olan  Azərbaycan 

türklərinin mədəniyyəti  qedim tarixə malikdir.

Qafqazda  islamın  yayılması  Azərbaycandan  başlan­

mışdır.  İslamın Qafqaza keçməsi Hicrətin  17-ci  ilində Xəlifə 

Ömərin  dövründə  başlanmış  və  30-cu  illərində  əsasən  qur­



99


tarmışdır.  Sasanilərin  və  Bizansın  zülmünü  görmüş  Qafqaz 

əhalisi  ərəbləri  xilaskar kimi  qəbul  etdilər.  Ərəblərin  A zer­

baycana gəldiyi və islamı qəbul etdirdiyi VIII  əsrin əvvəllə­

rində  burada  mədəni  inkişaf  səviyyəsi  yüksək  olmuşdur. 

Təkcə  onu  demək  kifayətdir  ki,  Azərbaycanda  həmin  döv­

rdə  35-dən  çox  musiqi  alətindən  istifadə  olunduğu  məlum­

dur.  İslami  etiqada  xidmət  edən  Qafqazın  digər  müsəlman 

xalqlarından  fərqli  olaraq  Azərbaycanda  «qan  davası»  kimi 

mürtəci  ən’ənə (adət)  olmamışdır.  Bütün bunlar Azərbaycan 

xalqının  qədim  mədəniyyətinin  müsbət  cəhətləri  kimi  diq­

qətəlayiqdir.

1905-ci  ildə  Bakıda  dünyaya  göz  açmış  Məhəmməd 

Əsəd  bəy  bütün  Şərqi,  Afrikanı,  Avropanı  və  Amerikanı 

gəzmiş,  öz  adını  gizlədərək  Avropada  3  ad  altında  (Əsəd 

bəy,  Qurban  Səid,  Leo  Noissimbaum)  əsərlərini  nəşr  etdir­

mişdir.  Məhəmməd  Əsəd  bəyin  valideynlərindən  biri  Bakı 

yəhudisi  olmuş  və  özü  kiçik  yaşlarında  islamı  qəbul  etmiş­

dir.  Yalnız  alman  dilində  14  əsəri  nəşr olunmuşdur.  Müəlli­

fin  14-cü  kitabı  belə  adlanır:  «Allahu  Əkbər.  İslam  dünyası­

nın  Əbdul  Həmiddən  İbn  Sauda  qədər  çöküşü  və  qalxımı». 

Bu əsərdə о, XIX əsrin axırından  1936-cı ilə qədərki dövrdə 

dünyada  islama  qarşı  aparılmış  mübarizəni  müxtəsər  şərh 

edilmişdir.

Məhəmməd  Əsəd  bəy  (Volfqanq  fon  Vaysel)  1943-cü 

ildə  İtaliyada  vəfat  etmiş  və  Pozitano  şəhərində  müsəlman 

qəbristanlığında dəfn edilmişdir.

*  *

*

XX  əsrin  yalnız  30  ilində  (1901-1920,  1991-2000)  İs­



lam  dini  Azərbaycanda  qadağalarsız  yaşamışdır.  Halbuki, 

İslam  dini  xalqın  birlik  və  həmrəyliyinin,  onun  əxlaqının 

saflığı  və bu  əxlaq normalarının  qorunması üçün tarixən  hə­

mişə  müsbət  rol  oynamışdır.  İslamda  əxlaq  fəsləfəsi  çox

100

güclüdür.



İslam  və  onun  əsas  kitabı  «Qurani-Kərim»  eyni  za­

manda  müsəlmanların  həyat  tərzini  və  əxlaq  normalarını 

müəyyən  və  tənzim  edən  ilahi  bir  sənəddir.  Quranın  diger 

dini  kitablardan  üstünlüyü  Qərbin  görkəmli  şəxsiyyətləri 

olan  Volter  (Fransa),  Tomas  Karleyl  və  Bertran  Rassel  (İng­

iltərə),  Höte  (Almaniya),  Lev  Tolstoy,  Vladimir  Solovyov 

(Rusiya),  Vaşinqton  İrvinq  (ABŞ)  xüsusi  olaraq  qeyd  etmiş 

və  onu  yaradan  Məhəmməd  peyğəmbəri  dahi  şəxsiyyət  ad­

landırmışlar.  Puşkin  və  Lermontov  «Qurani-Kərim»in  şey- 

riyyətinə heyran olduqların söyləmişlər.

İslamın  matəm  mərasimləri  haqqında təsbit etdiyi  qay­

dalar  son  dərəcə  ibrətamiz  və  qiymətlidir.  Başqa  xalqların 

əksəriyyətində  matəmin  acılığı  ilk  günlərdə  spirtli  içkilərlə 

«yaddan  çıxarılırsa»,  islamda  matəmin  acılığı  və  acısı  qo- 

hum-əqraba  və  tanışların  bu  mərasimdə  geniş  iştirakı  ilə  tə­

səlli  tapdırır:  əzizini  itirmiş ailə bu böyük itki  qarşısında  tək- 

tənha  qalmasın  deyə  islam  rəhmətə  getmiş  şəxsin xatirəsinə 

həsr  olunmuş  «3-cii  gün»,  «həftə»,  «qırx»  və  «il»in  qeyd 

edilməsini  müəyyənləşdirmişdir.

Bu  sotrlorin  müəllifinin  yadındadır  ki,  Azərbaycanın 

Şirvan zonasında 20-30-cu  illərdə dünyasını  dəyişmiş şəxsin 

evində  «qırx»  çıxana  qədər hər cümə axşamı  (əvvəllər  adna 

günü  deyilərdi)  «Aza»  verilərdi.  Bu  «aza»ya  kəndin  hər  bir 

ailəsi  bir  döyrə  (böyük  boşqab)  düyü  xörəyi  (aş,  plov)  gön­

dərirdi.  Bu  «xörəklər»  ayrı-ayrılıqda  bir  yerə  toplandıqdan 

sonra  məclisə  yığılanların  hamısı  tərəfindən  yeyilərdi  və  ev 

sahibinə  yüngüllük  olsun  deyə  bütün  qabqacaq  (döyrə,  xö­

rəklə  gətirilmiş  qaşıqlar)  yuyulmadan  xörəyi  göndərən  evin 

süfrəsinə bağlanaraq  aparılardı.

Göstərilən  bu  nəcib  adət  həm  iqtisadi  kömək  cəhət­

dən,  həm  də  yas  sahibini  fiziki  gərginlikdən  azad  etmək 

mövqeyindən  çox  dəyərlidir.  Bu  qayda  ilə  hər cümə  axşamı 

«aza»  keçirmək və yaxud da dəbdə olan «üç» və «qırx» gün-

101



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə