Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə36/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

qurban verməyə hazır olsun.  Bunun üçün isə, o, ük növbədə 

yüksək mənəviyyata malik olmalıdır....»



§ 4. Azərbaycanın digər ictimai-siyasi xadimləri

Yuxarıda  haqqında  geniş  danışılan  iki  görkəmli  siyasi 

xadimdən əlavə XX əsrdə Azərbaycanda geniş bir siyasi xa­

dimlər  dəstəsi  yetişmişdir  və  onlar  xalqın  siyasi  həyatında 

müəyyən fəaliyyət göstərmişlər.

Fəaliyyətlərinin  dövrü  ardıcıllığı  ilə bu sıraya aşağıda­

kı ictimai-siyasi xadimləri daxil etmək olar:

Məmməd  Əmin  Rəsulzadə  (1884-1955)  Azərbaycan 

Milli  Şurasının sədri olmuşdur.



Fətəli  Xan  Xoyski  (1875-1920)  Azərbaycan  Xalq 

Cümhuriyyəti (AXC) höküməti başçısı olmuşdur.



Nəsib  bəy  Üsubbəyli  (1865-1920)  AXC  hökümətinin 

başçısı olmuşdur.



Əlimərdan  bəy Topçubaşov  (1865-1934)  AXC  hökü­

mətində  xarici  işlər  naziri,  Azərbaycan  parlamen­

tinin sədri olmuşdur.

Səməd  bəy  Mehmandarov  (1857-1931)  AXC  hökü­

mətində hərbi nazir olmuşdur.



Əliağa Şıxlinski (1865-1943) AXC hökümətində hərbi 

nazirin  1-ci müavini olmuşdur.



Səmədağa  Ağamalıoğlu  (1867-1930)  Azərbaycan 

Respublikası  Mərkəzi  İcraiyyə  Komitəsi  sədri  ol­

muşdur.

Qəzənfər  Musabəyov  (1888-1938)  Azərbaycan  Res­

publikası  Xalq  Komissarları  Soveti  (Höküməti) 

sədri olmuşdur.

Mir  Cəfər  Bağırov  (1896-1956)  Azərbaycan  partiya

144

təşkilatının  1933-1953-cü  illərdə  rəhbəri  olmuş­

dur.

Teymur  Quliyev  (1896-1978)  Azərbaycan  Respubli­

kası  hökuməti  (Xalq  Komissarlar  Soveti)  başçısı 

olmuşdur.

İmam  Mustafayev  (1910-1997)  Azərbaycan  partiya 

təşkilatının  1953-1959-cu  illərdə  rəhbəri  olmuş­

dur.

Vəli  Axundov  (1916-1986)  Azərbaycan  partiya  təşki­

latının  1959-1969-cu illərdə rəhbəri olmuşdur.



Əziz Əliyev (1897-1982) Azərbaycan Respublikası Na­

zirlər Şurası sədrinin  1-ci müavini olmuşdur.



Mirzə  İbrahimov  (1911-1993)  Azərbaycan  Respubli­

kası  Ali  Soveti  Rəyasət  Heyətinin  1954-58-ci  il­

lərdə sədri olmuşdur.

Hökümə Sultanova  (1909-1981)  Azərbaycan  Respub­

likası  Nazirlər  Kabineti  sədrinin  müavini  olmuş­

dur.

Şıxəli  Qurbanov  (1925-1967)  Azərbaycan  partiya təş­

kilatı  rəhbərliyində  ideya-siyasi  işlər  üzrə  katib 

olmuşdur.

Elmira  Qafarova  (1934-1993)  Azərbaycan  Respubli­

kası  Ali  Sovetinin  sədri olmuşdur.



Tahirə  Tahirova  (1913-1985)  Azərbaycan  Respubli­

kası  Nazirlər  Kabineti  sədrinin  müavini,  Xarici  İş­

lər Naziri olmuşdur.

Əbülfəz  Əliyev  (1938-2000)  Azərbaycan  Respublika­

sının prezidenti  (1992-1993) olmuşdur.

Tofiq  İsmayılov  (1933-1991)  Azərbaycan  Respublika­

sında  1991-ci  ildə dövlət katibi olmuşdur.



Afiyəddin  Cəlilov  (1946-1994)  Azərbaycan  Respubli-

145


kası Ali Soveti sədrinin müavini olmuşdur.

Əlbəttə,  bu  siyasi  xadimlərin  fəaliyyətləri  müxtəlif 

dövrlərdə  davam  etmişdir  və  bəzilərinin  fəaliyyətlərində 

ziddiyyətli  məqamlar vardır.

Bu  siyasi  xadimlərdən  3  nəfəri  siyasi  terror  qurbam 

olmuşlar (Fətəli  Xan  Xoyski,  Nəsib bəy Usubbəyli,  Afıyəd- 

din Cəlilov).

Müasir  dövrdə  siyasi  xadimlərə  münasibət  və  qiymət 

məsələsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  1987-ci  ildə  ABŞ-in 

Priston  universitetinin  professoru  Robert  Taker  «Sovet  Ru­

siyasında Lenindən  Qorbaçova  qədərki  dövrdə  siyasi  mədə­

niyyət  və  liderlik»  adlı  kitabını  nəşr  etdirmişdir.  Həmin  ki­

tabda o yazır ki, bu ölkədə göstərilən müddətdə (1924-1985) 

ölkəyə  rəhbərlik  fəaliyyəti  müsbət  qiymətləndirilən  heç  bir 

siyasi xadim olmamışdır.  Məlumdur ki,  1987-ci  ildən sonra­

kı  dövrdə  Qorbaçovun  fəaliyyəti  də  kəskin  şəkildə  tənqid 

edildi.  İstər-istəməz  buradan  belə  bir  nəticə  çıxır  ki,  Sovet 

sosialist  siyasi  sistemi  şəraitində  yüksək  partiya  və  dövlət 

rəhbərliyində  işləyən  siyasi  xadimlər  tənqid  və  ifşa  olun­

mağa məhkumdurlar.

Bununla belə  Siyasi  xadimin  fəaliyyətinə  düzgün  qiy­

mət  verilməsi  xalqm  siyasi  mədəniyyətinin  dərəcəsinin 

mühüm göstəricisi sayıla bilər.

§ 5. Müstəqilliyin möhkəmləndirilməsi dövrünün 

terror qurbanları

Dağlıq  Qarabağ  uğrunda  mübarizənin  ən  ağır  dövrü 

1990-91-ci  illər  olmuşdur.  Ermənipərəst  Arkadi  Volskinin 

rəhbərliyi  altında  Moskvanın  yaratdığı  «Qarabağın  xüsusi 

idarəetmə  komitəsi»  ləğv  edildikdən  sonra  1990-ci  ilin  27 

yanvarında  Respublika  rəhbərliyi  Xankəndində  təcrübəli 

partiya işçisi  Vəli  Məmmədovun  və  Şakir Kərimovun başçı- 

146


lığı  altında  təşkilat  komitəsi  yaratmışdı.  Bu  komitə  erməni 

terrorunun  mərkəzində  ən  ağır  bir  şəraitdə  işləyirdi.  Xan­

kəndinin  baş  meydanında  ermənilər  Azərbaycan  bayrağım 

yerə  saldıqda  həmin  komitə  bu  bayrağı  dərhal  bərpa  etdir­

mişdi.  Komitənin  sədrinin  həyatına  dörd  dəfə  sui-qəsd 

edilməsinə  baxmayaraq,  komitə  son  dərəcə  müsbət  fəa­

liyyətdə idi.

1990-cı  ilin  20  yanvarında  xain  Mixayıl  Qorbaçovun 

bilavasitə  göstərişi  ilə Bakıda törədilmiş qanlı faciədən bir il 

on  ay  sonra  (1991-cı  ilin  20  noyabrında)  faşizmin  ən  vəhşi 

və  qəddar  növü  olan  erməni  faşistləri  Azərbaycan  xalqına 

qarşı  daha  bir  dəhşətli  xəyanət  etdilər:  Dağlıq  Qarabağ 

münaqişəsini  dinc yolla  həll  etmək  məqsədi  ilə Jeleznovod- 

skda  əldə  edilmiş  razılığa  əsasən  Azərbaycandan  sülhmə­

ramlı  danışıqlara  göndərilən  22  nəfərlik  böyük  nümayəndə 

heyətini  aparan  vertolyot  Dağlıq  Qarabağın  Xocakənd  ray­

onunun  Qarakənd  qəsəbəsi  üzərində  erməni  terrorçularının 

top  və raket atəşi  ilə  vuruldu  və dövlət komissiyası  səviyyə­

sində  olan  bütün  heyət  (22  nəfər)  vəhşicəsinə  məhv  edildi. 

Bunların  əksəriyyəti  görkəmli  siyasi  və  dövlət  xadimləri 

idilər.  Həlak olmuş  22 nəfərdən  19 nəfəri Azərbaycanı  təm­

sil  edən  vətənpərvər  idi.  Bunlardan  3  nəfəri  xalq deputatı,  2 

nəfəri general  rübtəsindo olmuşdur.

Türkləri  özlərinin  həmişə  əsas  düşməni  hesab  edən 

ermənilər  bu  faciə  zamanı  da  öz  vəhşi  və  xain  xislətlərinə 

sadiq  oldular.  Vertolyot  vurularaq  yerə  düşdükdən  sonra 

qanlı  xəyanətin  izlərini  itirmək  üçün  erməni  cəlladları  sağ 

qalmış  yaralıların  hamısını  atəşlə  məhv  edərək  üstlərində 

olan bütün qiymətli əşyaları götürdülər,  meyidlərini  isə yan­

dırdılar.



Bu  terror  qurbanlarından  bir  neçəsinin  siyasi  fəa­

liyyətinə nəzər salaq:

147


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə