§ 3. Prezident Heydər Əliyev Azərbaycanın
XX əsr tarixi haqqında1
Beş il ə w ə l Azərbaycan Prezidenti Heydər Əliyev
Respublika Elmlər Akademiyası qarşısında Azərbaycanın
XX əsr tarixinin tezliklə yazılması vəzifəsini qoymuşdur.
Təssüf ki, tapşırığın yerinə yetirilməsi gecikdirilir. Dövlət
başçısının 2000-ci il dekabrın 30-da mətbuatda dərc edilmiş
«2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azər
baycan xalqına müracıəti»ndə Azərbaycanın XX əsr tarixi
haqqında prinsipial məsələlərə bir daha toxunulmuş və
mübahisəli məqamlara aydınlıq gətirilmişdir.
Ölkə Prezidenti Azərbaycanın XX əsr tarixini dörd
mərhələyə bölür:
1) Azərbaycan Xalq Gümhuriyyətinin yaranması üçün
zəmin yaradılması mərhələsi;
2) Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və
fəaliyyəti mərhələsi;
3) Azərbaycan Sovet siyasi sistemi tərkibində olduğu
mərhələ (bu mərhələyə Azərbaycanın SSRİ tərkibinə daxil
olduğu (dekabr, 1922) dövrə qedərki təxminən ilyarımlıq
müddəti əhatə edən nisbi müstəqillik də daxilidir);
4) Azərbaycanın öz dövlət müstəqilliyinin bərpa edə
rək, onu möhkəmləndirmək uğrunda apardığı mübarizələr
mərhələsi (1991-ci ilin oktyabrından XX əsrin sonuna qə-
dərki mərhələ).
Bu mərhələ daxilində iki dövr mövcuddur; 1991-ci ilin
18 oktyabrında «Müstəqillik haqqında Konstitusiya aktı» nın
qəbul olunmasından 1993-cü ilin iyununa qədərki dövr və
bərpa edilmiş müstəqil dövlətçiliyin ikinci dövrü.
Bu mərhələdə Azərbaycan üçün nəzəri və əməli plan-
MüəlJifin bu bu yazısı «Xalq» qəzetinin 2001-ci il 13 yanvar sayında
çap olunmuşdur.
da siyasi əhəmiyyət kəsb edən əsas ideya azərbaycançılıq
ideologiyası idi. Bu ideologiya Azərbaycan xalqının birliyi
və birliyin reallaşması ilə bilavasitə əlaqədardır.
Azərbaycançılıq ideologiyası haqqında son on ildə
mətbuatda ara-sıra yazılar verilsə də, məsələnin mahiyyəti
tam açılmamışdır. Belə ki, son vaxtlara qədər həmin məsələ
məhdud dairədə şərh edilir və xaricdə yaşayan azərbaycanlı
ların problemlərindən sanki ayrı düşmüşdür. Azərbaycan
Respublikası Prezidenti bu məsələ ilə əlaqədar deyir: «Bü
tün dünyaya səpələnmiş azərbaycanlılar müstəqil Azərbay
can Respublikasını öz vətəni sayır, onu milli dövlətçiliyin,
milli dəyərin, milli mənəviyyatın və mədəniyyətin məbədi
kimi yüksək qiymətləndirirlər. Bu, XX əsrdə təşəkkül tap
mış azərbaycançılıq ideyalarının böyük vüsət almasının
məntiqi nəticəsidir. Müstəqillik illərində biz əslində milli-
mədəni irsimizi, tariximizi, milli sərvətimizi bir daha təhlil
edərək, onu ideoloji buxovlardan və qadağalardan xilas edi
rik».
Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərinin həy
ata keçirilməsi tariximizin bir çox qaranlıq sahifələrini aç
maqla kimliyimizi tam müəyyən etməyi, milli köklərlə bağlı
yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Bu
sahədə uğurlarla yanası, bir sıra çatışmayan cəhətlər də var
dır: gənc tarixçi alimlərimiz Azərbaycan tarixinin yazılmsına
geniş miqyasda cəlb olunmur. Bu gün istedadlı gənclərin
qayğısına qalmalı, onların əcnəbi dilləri öyrənməsinə və di
gər ölkələrin arxivlərində işləyərək lazımi sənədləri topla
malarına şərait yaradılmalıdır.
XX əsrin 70 ilini Şimali Azərbaycan Sovet siyasi sis
temində yaşamışdır. Həmin dövrə düzgün siyasi qiymət ver
mək ən vacib məsələlərdən biridir. Dövlət başçısı qeyd edir
ki, bu illirdə Azərbaycanda çox zəngin iqtisadi və intellektu
al potensial yaranmışdır. Bununla belə, 1937-38-ci illərin
repressiayalan Azərbaycan elminə və mədəniyyətinə böyük
141
zərbələr vurmuşdur: 50 mindən artıq insan güllələnmiş, 100
mindən çox Sibirə və Qazaxıstana sürgün edilmişdir.
Buna baxmayaraq həmin illərdə respublikada dinc qu
ruculuq işləri davam etdirilmişdir və böyük nailiyyətlər əldə
olunmuşdur. «Bu gün tam əminliklə söyləmək olar ki,
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqillliyi,
sistemli şəkildə artan xarici iqtisadi əlaqələri dünya iqtisa
diyyatına get-getə daha dərindən inteqrasiya olunması hələ
1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı po
tensialına əsaslanır» (H.Əliyev).
Hazırda Azərbaycan Respublikası üçün böyük siyasi
əhəmiyyət kəsb edən ikinci məsələ respublikanın milli neft
strategiyasının və konsepsiyasının işlənib həyata keçirilmə
sidir. 1920-22-ci illərdə, Azərbaycan nisbi müstəqilliyə ma
lik olduğu dövrdə Azərbaycan hökuməti böyük iqtisadi sı
xıntılar keçirməsinə baxmayaraq öz xam neftini xaricə çı
xarmaq və satmaq imkanın malik deyildi.
Azərbaycan Prezidenti neft strategiyasını hazırlayar
kən, onun geniş istehsalı ilə yanaşı, xarici bazarlara çıxarıl
ması və satılması üçün real imkanları da müəyyənləşdirdi,
beynəlxalq nəqliyyat yollarının inşasına başlanmasını təmin
etdi. Hazırda Azərbaycan xalqı üzün illər böyü ürəyində
gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o
cümlədən neftinin tam sahibidir.
Azərbaycan Prezidenti xalqa müraciətində göstərir ki,
müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çə
tindir. SSRİ-nin dağılması ilə Azərbaycan da hüquqi cəhət
dən müstəqillik əldə etdi. Lakin bu müstəqillik dövrü Azər
baycan üçün çox ağır bir şəraitdə başlandı. Heydər Əliyev
bu şəraiti belə şərh edir: «Azərbaycan xalqı 20-ci ildən in
diyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb...
SSRİ tərkibində olan heç bir müttəfiq respublikanın başına
belə bəla gəlməyib. Heç bir müttəfiq respublika başqa müt
təfiq respublikanın təcavüzünə məruz qalmayıb».
142
Məlumdur ki, bu təcavüzün başlanğıcında özünü xalqın
mənafeyinin qarantı elan etmiş Azərbaycan Xalq Cəbhəsi
hakimiyyətdə idi. AXC-nin 1991-1992-ci ildəki fəaliyyəti
haqqında Prezident heydər Əliyev deyir: «Azərbaycan Xalq
Cəbhəsi hərəkatı qısa bir müddətdə özünü Azərbaycan ziya
lılarının əsas kütləsindən təcrid etdi,... populist çıxışlara və
meydan əhval-ruhiyyəsinə üstünlük verdi... özlərini böyük
siyasətçi sayan bu şəxslər şəriştəsiz hərəkətləri ile vətən
daşlarımızı bu oyunun qurbanlarına çevirdilər....» Əgər Dağ
lıq Qarabağ faciəsinin bir qütbündə erməni seperatçıları, er
məni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur
dusa, digər qütbündə, nə qədər acılı olsa da, etiraf etmək la
zımdır ki, bizim bəzi siyasətçilərimizin hakimiyyət hərisliyi,
hədsiz-hüdüdsuz şəxsi ambisiyaları dururdu.
Prezident Heydər Əliyev müstəqil Azərbaycanın XX
əsrin son on illiyində mühüm üğürlarmdan biri olan beynəl
xalq əlaqələrimizin genişlənməsini böyük nailiyyət hesab
edərək bildirir ki, son illordə ölkəmiz bütün beynəlxalq təş
kilatlara qəbul edilmiş və hazırda Azerbaycan dünyanın 137
ölkəsi ilə diplomatik əlaqə yaratmışdır. Respublikada 63 xa
rici dövlətin səfirlikləri fəaliyyət göstərir. Azərbaycanın isə
21 xarici ölkədə səfirliyi, baş konsulluğu və daimi nümay
əndəliyi vardır. Xarici ölkələrlə diplomatik əlaqələr çərçi
vəsində Türkiyə və ABŞ ilə, Avropa və Asiya dövlətləri ilə
son illərdə yaradılmış tərəfdaşlıq və dostluq münasibətləri
ölkəmizin daxili iqtisadi və beynəlxalq problemlərinin həll
olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Prezident Heydər Əliyev başa vurduğumuz XX əsrdə
Azərbaycanda görülmüş işlərə ümumi qiymət verərək de
mişdir: «Biz fəxr edirik ki, itirilmiş dövlətçilik ənənələrini
XX əsrin sonlarında bərpa etmək fürsəti bizim nəslo nəsib
olmuşdur... Gərok hər bir insan və xüsusən gənc nəsil müs
təqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə
dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür
143