edilmiş, müsəlman şərqində demokratik respublika tipli ilk
dünyəvi dövlət (1918) olan Xalq Cümuriyyoti do Azər
baycanda meydana gəlmişdir.
XX əsrdə Azərbaycannm öz müstəqilliyinə nail olma
sına iki dəfə - 1918-ci ilin yazında və 1991-ci ilin payızında
- imkan əldə edildi və bu imkan dövrlərinin məzmunu vo
xarakteri fərqli olsa da, hər iki dəfə bu imkan Azərbaycanın
ərazi etibarilə daxil olduğu böyük dövlətin (Rusiya imperiy
ası vo Sovetlər birliyi) ləğvi ilə əlaqədar olmuş, və bu mə
nada həmin müstəqillik sırf hərb yolu ilə yox, nisbətən
yüngül yolla - xalqın öz müstəqilliyinə doğru hərəkatı və
şərait mövcudluğu sayəsində həyata keçirilmişdir.
1918-ci ilin 28 mayında elan edilmiş müstəqillik Tif
lisdə baş vermişdisə, 1991-ci ilin 18 oktyabrında müstəqillik
haqqında Konstitusiya-aktı Bakıda qəbul olundu. İlk müstə
qillik 23 ay davam etdisə, ikinci dəfə əldə edilmiş müs
təqilliyin on yaşı tamam oldu və bu böyük tarixi nailiyyətdir.
Beləliklə, XX yüzilliyin 11 ilində Azərbaycan müstə
qil dövlət statusu ilə yaşamışdır və yaşayır. Bundan iki ili
əsrin əvvəllərində, 9 ili əsrin sonunu əhatə edən müstəqillik
dövrüdür. Bu 9 illik dövrün əvvəlki 3 ilində ölkədə siyasi və
iqtisadi vəziyyət çox gərgin olmuşdur. «Azərbaycan Res
publikasının dövlət müstəqilliyinin 10-cu il dönümü haqqın
da» Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin
2001-ci il 20 mart tarixli fərmanında deyilir: «Müstəqilliyi
bəyan etmiş 1991-ci ilin 18 oktyabrından sonrakı dövrdə,
xüsusilə 1991-1993-cü illərdə xalqımızın XX əsrdə gərgin
əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcası
na dağıdıldı, milli sərvətlər talan edildi. İctmai-siyasi həyat
da, iqtisadiyyatda hərcmərclik, bir qarışıqlıq, «dövlət reketi»
hökm sürürdü... Nəticədə 1993-cii ilin yazında Azərbaycan
dövlətçiliyi böhran və parçalanma həddinə çatdı...»1.
188
«Xalq» qəzeti, 23 mart, 2 00)-ci il.
Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonrakı
10 il çox gərgin bir dövr olmuşdur. Bu dövrün əvvəlinə aid
olan 1988-92-ci illərdə bir neçə dəfə hakimiyyət dəyişikliyi
baş verdi. 1993-cü ilin yayında isə faktiki olaraq vətəndaş
müharibəsi başlandı. Bütövlükdə 1995-ci ilə qədərki dövr
müstəqilliyi qoruyub saxlamaq dövrü, bundan sonrakı ikinci
dövr isə Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması
və inkişafı dövrü adlandırmaq olar.
XX əsrin son 9 ilinin Azərbaycana gətirdiyi «yenilik»-
lərdən biri çoxsaylı müxalifət partiyalarının və qüvvələrinin
olmasıdır.
Əslində müxalifət siyasi mübarizə üçün yaradılır və
onun fəaliyyətində siyasi mədəniyyət əsas amillərdən biri
olmalıdır.
Siyasi mədəniyyət bu kitabın mövzusunun əsası ol
duğu üçün Azərbaycanın müasir siyasi müxalifəti haqqında
bəzi tikirləri söyləmək yerinə düşər.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əhatə edən
iki ilə yaxın bir müddətdə parlamanın və dörd dəfə dəyişən
hökümətin tərkibində olan şəxslərin intellektual səviyyəsi
ilə 1992/93-cü ildə bir il ərzində Azərbaycana rəhbərlik et
miş Xalq Cəbhəsi - müsavat hakimiyyətini təmsil edən
şəxslərin intellektual səviyyəsini müqayisə etdikdə (70 il
keçməsinə baxmayaraq) sonuncular çox zəif görünürlər.
Deməli 70 illik Sovet sisetmi dövrü indiki müxalifət qüvvə
lərinin yetişməsi üçün uğurlu olmamışdır. Görünür qismən-
də buna görədir ki, Azərbaycanda indi 40-a yaxın müxalifət
partiyası və qrupu vardır.
Son illər Azərbaycan mətbuatında ara-sıra «Biz nə
üçün birləşə bilmirik?» və buna bənzər adda yazılara rast
gəlirik. Bu yazıların çoxusu giley xarakterlidir vo məzmunca
səthidir. Bunu xalqımızın mentaliteti ilə əlaqələndirənlər də
vardır. Lakin bu səhv fikirdir. Görünür bunun səbəbi məsə
ləsinə kompleks şəkildə baxılmalıdır və onda məlum olur ki,
189
bu vəziyyətin daxili və xarici səbəbləri vardır. Bu səbəblər
haqqında əvvəlki bölmələrdə bəzi mülahizələr söylənmiş
dir. Burada əlavə olaraq bir səbəb haqqında ayrıca deməyə
ehtiyac duyulur. Azərbaycan diasporu xarici ölkələrdə,
Azərbaycan müxalifəti isə ölkə daxilində hətta öz aralarında
birlik yarada bilməyiblərsə, hazırki dövrdə Azərbaycan xal
qının hansı birliyindən danışmaq olar?!
Azərbaycan üçün hazırda taleyüklü məsələ bədnam
qonşu Ennənistanla, Dağlıq Qarabağla bağlı münaqişənin
nizama salınmasıdır. Lakin məsələnin həllini çətinləşdirən
də odur ki, Azerbaycanın ərazi bütövlüyünü hazırda Erməni
standan başqa bütün dünya qəbul etsə də, bu pozulmuş ərazi
bütövlüyünü bərpa etmək üçün Dünya birliyi tərəfindən
konkret və real köməklik edilmir, bu məsələdə ikili standar
ta yol verilir.
Azərbaycan Prezidenti Heydər Əliyev 2000-ci ilin 7
sentyabrında Nyu-Yorkda keçirilmiş Minilliyin zirvə görü-
şündəki çıxışında demişdir: «XX əsr başa çatır. Bu yüzüllük
bəşəriyyətin yaddaşında mənəvi-intellektual tərəqqi ilə və
iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların
süqutu və onlarca yeni suveren dövlətlərin yaranması ilə,
«soyuq müharibənin» doğurduğu gərginlik və sülh, sabitlik
naminə göstərilən kollektiv səylərlə qalacaqdır. Bəs qarşı
dan gələn yüzillikdə dünya necə olacaqdır...
Təəsüflər olsun ki, Cənubi Qafqaz həmin problemlə
rin, hədələrin və risklərin aydın şəkildə təzahür etdiyi re-
qiona çevrimişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü
milyonlarla insana saysız-hesabsız fəlakətlər gətirmiş, bu
təcavüz Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan baş
lıca amil olmuşdur.
Bu təcavüz gedişində Ermənistan silahlı qüvvələri
Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, etnik təmizlə
mə apannış və bir milyon əhali öz doğma yerindən-yur
dundan zorla qovulub çıxarılmışlar. Bununla əlaqədar BMT-
190
nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azər
baycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və
sərhədlərinin pozulmazlığını birmənalı şəkildə təsdiqləmiş
və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azər
baycan ərazilərindən dərhal, qeyd - şərtsiz çıxarılmasını tə
ləb etmişdir. Ancaq Təhlükəsizlik Şurasının qərarları 1993-
cü ildən bu günə qədər hələ də kağız üzərində qalmaqda
dır...»
Azərbaycana münasibətdə bu ögeylik üçün heç bir
əsas yoxdur.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22
yanvar tarixli fərmanı ilə Şərq aləmində, ilk dəfə, hamıdan
əvvəl, ölkədə ölüm cəzası ləğv edilmişdir. Bu, çox böyük
tarixi addımdır.
Türkiyənin Cümhur başqanı (Prezidenti) cənab Əhməd
Necdət Sezər 2000-ci ilin iyununda demişdir: «İslam ölkələ
ri arasında ilk teatr tamaşası göstərən, ilk qəzet çıxardan, ilk
respublika quran, latın əlifbasım birinci qəbul edən, ölüm
hökmünü birinci ləğv edoıı ölkə kimi Azərbaycan bölkəmizə
vo dünyaya çox böyük töhvəler vermişdir»1.
Prezident Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işi
nin təkmilləşdirilməsi haqqında» fərmanı ve milli mədə
niyyətimizin və mədəni dəyərlərimizin qorunması ilə əla
qədar bəyanatı son dövrdə Azərbaycan xalqının mədəni vo
mənəvi həyatının inkişafına istiqamət verən mühüm sənəd
lərdir. Bütün bunlar da Azərbaycanın son illərdə əldə etdiyi •
nailiyyətlərdir.
XX əsrin son dövrünün nailiyyətini əks etdirən daha
bir məsələ türk xalqları birliyinə aiddir. Türkçülük, islamçı
lıq və müasirlik rəmzlərini ifadə edən üç rəngli milli bay
rağımız xalqa yenidən qaytarıldı. XX əsrin 90-cı illərinin əv
vəlində (SSRİ-nin dağılması zəminində) dünyada altı mü-
«Xalq» qəzeti, 13 iyul 2000-ci il.
191