MÜƏLLİFİN BEYNƏLXALQ KONFRANSLARDA
ETDİYİ MƏRUZƏLƏRİN MƏTNLƏRİ
§1. Sürətli inkişaf yolu təcrübəsi
(Konqo Xalq Respublikasının paytaxtı Brazzavil şəhə
rindəki Sovet Mədəniyyət Mərkəzində 26.X.72 edilmiş mə
ruzə)1.
Sovetlər İttifaqı çoxmillətli ölkədir və bu dövlətdə
120-dən çox millət və xalq 50 il ərzində yüksək iqtisadi və
mədəni inkişafa nail olmuşlar. Bunlardan 100-dən çox xalq
50 il bundan əvvəl zəif inkişaf səviyyəsində idilər (yəni ka
pitalist inkişaf səviyyəsinə çatmamışdılar).
Çoxmillətli Sovetlər ölkəsi tərkibində (Sovet federa
siyası) 15 müttəfiq respublika, 20 muxtar respublika, 18
muxtar vilayət və 20 milli dairə vardır. Bu milli bölmələr
çərçivəsində yaşayan xalqların inkişafı haqqında bəzi mə
lumatlar:
Afrikanın 3 ölkəsinə (Misir, Konqo və Mərkəzi Afrika respublikası)
15 nəfərdən ibarət ilk Sovet elmi nümayəndə heyəti 1972-ci ilin
oktyabrında göndərilmişdi və əsas vəzifə çoxmillətli Sovetlər ölkə
sində milli dövlətçilik təcrübəsinin nailiyyətlərini Afrikada təbliğ
etmək idi. Bu tədbir SSRİ-in təşkil edilməsinin 50 illiyi ərəfəsi üzrə
Beynəlxalq əlaqələr planının tərkib hissəsi idi.
Bu sətrlərin müəllifi 1968-ci ilin sonunda z ə if inkişaf etmiş xalqla
rın sürətli inkişaf problemi üzrə doktorluq dissertasiyasını müdafiə
etdiyinə görə Afrika xalqları üçün maraqlı olan bu mövzuda çıxış
etmək üçün göstərilən elmi nümayəndə heyəti tərkibinə daxil edil
mişdi. Müəllifin Afrikaya bu elmi ezamiyyəti haqqında «Baku» qə
zetinin 1972-ci il 14 noyabr v ə «Bakı»- qəzetinin 15 noyabr sayında
yazı verilmişdir.
Məruzə rus dilində edildi və hissə-hissə fransız dilinə tərcümə edi
lirdi (ikinci dünya müharibəsinə qədərki dövrdə Fransanın müstəm
ləkəsi olan Konqoda və Mərkəzi Afrikanın əksəriyyət ölkələrində
rəsmi dövlət dili fransız dili olmuşdur).
Göstərilən Afrika səfəri haqqında müəllif 1974-cü ildə «Sovetlər
ölkəsi və müasir Afrika» adlı 24 səhifəlik kitabça nəşr etdirmişdir.
208
№
Xalqların adını
daşıyan res
publikaların
adları
1913-cü ilə nisbətən
1971-ci ildə sənaye
istehsalının artımı
(d ə fə ilə)
Məktəbyaşlı uşaqların
təhsilə cəlbi'
(m in n əfərlə)
1914/15
1971/72
1. Qazaxstan
158
10,5
223,4
2.
Qırğızstan
211
7
41,5
3.
Tacikistan
95
0,4
36
4.
Türkmənistan
50
7
28,9
5. Ö zbəkistan
45
18
167,3
Konqoda hakim Əmək partiyası (başçısı Marian Nqua-
bi) Sovetlər İttifaqının zəif inkişaf etmiş xalqlarının keçdiyi
sürətli inkişaf yolunu Konqo üçün siyasi proqram səviyyə
sində qəbul etmişdir.
Brazzavildə yaradılmış Sovet-Konqo «Dostluq evində»
SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş sərgidə
Bakı neftçilərinin qəhrəman əməyi haqqında da eksponatlar
vardır. Sovet elmi nümayəndə heyətinə Konqoda olan məş
hur «Poto-poto» rəsm yaradıcılığı cəmiyyətinin nailiyyətləri
müsbət təsir bağışladı. SSRİ-də təhsilə getmək istəyən
gənclər arasında rus dilini öyrənməyə böyük maraq müşahi
də olunur. Bütün bunlar təqdirə layiqdir2.
Marksizmin banisi olan Karl Marks zəif inkişaf etmiş
xalqların sürətli inkişaf imkanı haqqında nəzəri müddəa irəli
sürərkən, onu əsas götürmüşdür ki, belə xalqlar yalnız inki
şaf etmiş xalqların hərtərəfli köməyi sayəsində (kapitalizm
SSRİ-nin 1971-ci ilə nailiyyətləri. Moskva, 1972, s.85 (rus dilində)
Konqo Demokratik Respublikasında olduğumuz beş gün ərzində
Sovet hökümətinin köməyi ilə tikilmiş altı mərtəbəli Kosmos adlı
mehmanxanada qaldıq. Konqonun əhalisi 1 milyona yaxındır. Pay
taxtı Brazzavildə 200 min əhali yaşayır. 1970-ci ildə burada zəngin
neft və əlvan metal yataqları tapılmışdır. Məktəb yaşlı uşaqların 92-
95% təhsilə cəlb olunmuşdu. Ölkədə 93 müəllim sovetlər ittifaqın
dan gələnlər idi və bunlardan biri də azərbaycanlı Vadim Bayramov
idi. Brazzavildə 1971-ci ildə 700 tələbəsi olan Universitet açılmışdı.
209
inkişaf mərhələsini keçmədən) müasir demokratik inkişafa
nail ola bilərlər.
SSRİ-nin tərkibində olan çoxsaylı xalqlann sürətli in
kişafı bu təcrübənin beynəlxalq aləmdə ilk dəfə sınaqdan
çıxması oldu.
İqtisadi inkişaf dərəcəsinə görə qazax xalqı, Orta Asi
yada yaşayan özbəklər, qırğızlar, türkmənlər, taciklər və qa-
raqalpaqlar, Şimali Qafqazda yaşayan 50-ə qədər xalq (təkcə
Dağıstanda bunların sayı 30-dan çoxdur) Rusiya Federasiyası
tərkibinə daxil olan Volqa boyunda, Uzaq Şərq və Uzaq Şi
malda (burada 26 xırda xalq yaşayır) isə təxminən 100 xalq
oktyabr inqilabı (1917) ərəfəsində zəif inkişaf etmiş xalqlar
qrupuna daxil idilər.
Gösterilən xalqların sürətli iqtisadi inkişafı nəticəsində
SSRİ-nin mövcud olduğu 50 il ərzində çox böyük nailiyyət
lər əldə edilmişdir: 50 il əvvəl sırf aqrar zona olan bu ərazi
lərdə indi müasir sənaye qurğuları yaradılmışdır. Burada ya
şayan bütün xalqlann ana dilində məktəbləri mövcuddur. Bu
xalqların gəncləri SSRİ-nin bütün ali məktəblərində oxumaq
hüququna malikdirlər və böyük uğurlarla təhsil alaraq, öz
doğma yurdlarına qayıdır və yaxud da Sovetlər İttifaqının
hər hansı (özü seçdiyi) şəhərlərində elmi və ya əmək sahə
lərində fəaliyyətlərini davam etdirirlər.
Sovetlər İttifaqının əvvəllər zəif inkişaf etmiş xalqları
nın sürətli iqtisadi inkişafını təmin etmək üçün bu xalqlara
icazə verilirdi ki, ilk kollektiv təsərrüfatlar əsasən bir tayfa
nın nümayəndələrindən təşkil edilsin. Əhalisi müxtəlif tay-
talara mənsub olan Konqo Respublikası üçün (Konqoda 77
tayfa əsasən 4 qrup ətrafında birləşmişdir) bu təcrübəni qə
bul etmək olar. Müasir Afrikada 350 milyon əhali 800-ə qə
dər dil və ləhcədə danışır. Mövcud iqtisadı geriliklə yanaşı
əhalinin təhsil sahəsində də geriliyi böyük çətinliklər törə
dir. Sovetlər İttifaqının təcrübəsi bu çətinliklərin də ləğv
edilməsinə kömək edə bilər.
210
1960-cı ilin məlumatına görə Afrikada məktəbyaşlı
uşaqların ibtidai təhsilə cəlb edilməsi 16% təşkil edir. Bu
göstərici həmin ildə Asiya qitəsində 62%, Latın Amerika
sında 26,1% olmuşdur. 1968-ci ildə bu göstərici Afrika qitə
si üzrə 40% çatdırılmışdır.
1968-ci ildə «YUNESKO»nun elan etdiyi məlumata
görə gənclərin orta təhsilə cəlbi dünya üzrə 40%, Latm
Amerikasında 30%, Asiyada 30%, Afrikada 15% olmuşdur.
Bütün bunlar göstərir ki, Afrika xalqları kimi, Konqo
xalqı da öz mədəni geriliyini ləğv etmək üçün qabaqcıl
təcrübəni öyrənməlidir.
Sovet İttifaqı tərkibində olan yuxarıda göstərilən 5
respublikanın xalqları 1917-ci ilə qədər Çar Rusiyası tərki
bində müstəmləkə vəziyyətində olmuşdur. Həmin xalqlar
son 50 ildə SSRİ tərkibində yüksək dərəcədə inkişafa nail
olmuşlar.
§2. Qafqaz uğrunda döyüşlər -
Böyük Vətən müharibəsində qələbənin
ən mühüm mərhələlərindən biridir1
(məruzə konfransın plenar iclasında edilmişdir)
Almaniya faşizmi özünün «Şərqə yürüş» (Dranq nax
Osten) adlı ümumi işğalçılıq planında Qafqazı və onun zəng
in neft yataqlarını zəbt etmək planına xüsusi yer verirdi. Bu
nunla da eyni zamanda Şərqin Hindistan hüdudlarına qədər
uzanan geniş ərazilərini zəbt etmək üçün əsas baza əldə
edilməsi nəzərdə tutulurdu. Hitlerin 1940-cı ilin 18 dekab
rında imzaladığı 21 saylı gizli direktiv sənədində Almaniya
nın SSRİ-yə qarşı müharibəyə başlaması üzrə «Barbarossa»
1
«İkinci dünya müharibəsinin dərsləri və faşizm üzərində qələbənin
ahamiwf^i» adlı Beynəlxalq konfrans 1995-ci ilin 18-19 aprelindo
Moskvada keçirilmişdir.
211