43
QUBA-XAÇMAZ ZONASININ TERMAL
SULARI VƏ ONLARDAN
İSTİFADƏ PERSPEKTİVLİYİ
Tələbə: Elmi rəhbər:
Abutalıblı Günay Şahin qızı dos. V.M. Kərimov
IV kurs, qrup 171.4
Azərbaycan Respublikasının Şimal-Şərq hissəsində
yerləşən bu bölgədə axtarış-kəşfiyyat quyuları ilə termal su
yataqları aşkar edilib və bu sulardan müalicə komplekslərində
balneoloji cəhətdən istifadə edilməsi ilə yanaşı alternativ
enerji mənbəyi kimi istifadə edilməsinin səmərəli olması
sübut edilmişdir. Bölgənin geoloji quruluşunda Yura,
Təbaşir, Paleogen, Miosen, Pliosen və Dördüncü dövr
çöküntüləri geniş yayılmışdır.
Termal
sular
müxtəlif quyularla 720-3162 m
intervalında, əsasən, Pliosen (Məhsuldar qat) və Təbaşir yaşlı
süxurlarda aşkar edilmişdir.
Yalama sahəsində 1 nömrəli quyu (Təbaşir) vasitəsilə
3157-3162 m intervalında, quyunun debiti 5000 m
3
/gün,
suyun temperaturu yer səthində 87°C, minerallaşma dərəcəsi
44
68,6 q/l, suyun kimyəvi tərkibi xlorlu-natriumlu, tərkibində
metan qazı (CH
4
), Br-118 mq/l müəyyən edilmişdir.
12 nömrəli quyu (Nabran) vasitəsilə 1648-1915 m
intervalında, quyunun sərfi 117,7 m
3
/gün, suyun yer səthində
temperaturu 39°C, minerallaşma dərəcəsi 21,4q/l, xlorlu-
natriumlu tipli, metan (CH
4
) qazlı, yod(J)-9,03mq/l təşkil
etmişdir.
130 nömrəli quyu (Xaçmaz) vasitəsilə 1600-1800 m
intervalında, debiti 84,6 m
3
/gün, suyun yer səthində
temperaturu 41°C, minerallaşma dərəcəsi 13 q/l, xlorlu-
sulfatlı-natriumlu tipli, tərkibində metan qazı (CH
4
), yod (J)-
17 mq/l iştrak etmişdir.
Xəzəryanı-Quba zonasında dərinliyi 3000 m-dək olan
kəşfiyyat quyuları vasitəsilə ümumi sərfi 30000 m
3
/sutka
hüdudlarında, yer səthində temperaturu 50-81 °C olan termal
suların dəqiq kəşfiyyatı aparılmış və istismar ehtiyatları
dövlət balansında qeydə alınmışdır.
Böyük Qafqazın Şimali-Şərq yamacında flişli gil
sistemləri, Yura və Təbaşir yaşlı qum və əhəngdaşları,
relyefin eniş hissələrində isə Paleogen və Neogen yaşlı gilli
süxurlar geniş yayılmışdır.
Burada hidrokarbonatlı tip mineral suların yayılması
süxurların karbonatlılığının yüksək olması ilə izah olunur.
Ərazinin termal suları vaxtilə balneoloji baxımdan
hərtərəfli
tədqiq
olunmuş
və
üstünlükləri
barədə
respublikanın əlaqədar təşkilatlarında qeydlər aparılmışdır.
Aparılmış kompleks tədqiqatlar belə nəticəyə ğəlməyə
əsas verır ki, Quba-Xaçmaz zonasının termal suları sinir
sistemi, ürək-damar, qara ciyər, öd kisəsi, mədə-bağırsaq
xəstəlikləri üçün yüksək dərəcədə müalicəvi əhəmiyyətə
malikdir və alternativ enerji mənbəyi kimi də istifadə
edilməsi məqsədəuyğun hesab olunur.
45
ABŞERON–BALXANYANI ZONASINDA QALA LAY
DƏSTƏSİNİN QUM FASİYALARININ
KOLLEKTORLUQ XÜSUSİYYƏTLƏRİ
Tələbə: Elmi rəhbər:
Cəfərov İlqar Əkbər oğlu ARDNŞ Geologiya və Geofizika
IV kurs, qrup 173.4 üzrə vitse-prezidentin müşaviri
E.B.Bağırov
Hal-hazırda
neftlilik-qazlılıq cəhətdən perspektivli
horizontlardan birinin də Qala horizontu olduğu məlumdur.
Həmin dövrdə mövcud olmuş fasiyaların xüsusiyyətləri və
ərazi üzrə yayılması ilə yanaşı onların kollektor
xüsusiyyətlərinin öyrənilməsi də aktual məsələlərdən biridir.
Bu məqsədlə müəyyən yataqlar üzrə araşdırma aparılmışdır.
Araşdırma Çilov, Həzi Aslanov, Palçıq Pilpiləsi, Neft
Daşları və Günəşli yataqlarının, həmçinin Oğuz strukturun
müəyyən quyuları üzrə aparıldı. Seysmik kəşfiyyatdan əldə
edilən məlumatlara əsasən Qala dövrünə məxsus fasiyaların
kollektorluğu analiz edildi. Müxtəlif qum fasiyaları üzrə
ümumi məsaməlik, effektiv məsaməlik və gilliliyin dəyişməsi
izlənildi. Bu zaman müəyyən quyular üzrə bir neçə fasiyanın
dəyişilməsinə baxıldı.
Məlum məsələdir ki, bütün quyularda fasiyalar izlənilə
bilmir. Ona görə də, fasiyaların yaxşı izlənildiyi Çilov
yatağının 8, 21 və 25 №-li, Neft Daşları yatağının 1998, 2533
və 2534 №-li, Günəşli yatağının 1 və 18 №-li quyuları üzrə
qum fasiyalarının kollektor xüsusiyyətləri analiz edildi. Bu
quyular üzrə “tək çay kanalı”, “şaxələnmiş çay kanalı”, “dərə”,
“bar”, “laqun”, “proqradasiya” kimi fasiyalar müşahidə edildi.
Quyular üzrə seçilmiş fasiyaların intervalları müəyyən
edildi. Seysmik kəşfiyyat nəticəsində əldə olunmuş effektiv
məsaməlik, ümumi məsaməlik və gillilik parametrlərinin necə
dəyişilməsini öyrənmək məqsədilə paylanma əyriləri quruldu.
Bu əyrilər hər parametr üzrə ayrılıqda qurulduqdan sonra, onlar