21
keçirmək üçün onların qarşısında bir sıra şərtlər qoyulmuşdur.
Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra hə-
yata keçirilir. Üzv ölkələrin qarşısında duran şərtlər aşağı-
dakılardır: beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaş-
dırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edil-
məsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol ver-
məmək, dövri olaraq ölkənin maliyyə və iqtisadi durumu haq-
qında fonda məlumat vermək, məqsədli devalvasiya siyasətinə
zəruriyyət yarandıqda, devalvasiya dərəcəsini fonda bildirmək
və s. Fonda üzv olan ölkələr üzərinə götürdükləri məsuliyyəti
yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar.
Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini da-
yandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə
tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviy-
yəsindən asılıdır.
Beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı Bey-
nəlxalq nkişaf və Yenidənqurma Bankıdır. B YB 1944-cü ildə
Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yaradılmışdı. BY B-nın
ali rəhbər orqanı darəedicilər Şurasıdır və onun Direktorluğu-
dur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şu-
rada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təm-
sil olunur. Bunlar adətən maliyyə naziri və Mərkəzi Bankın
sədrindən təyin olunur. Bundan sonrakı orqan darəedici Şura-
dır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümi kapi-
talının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Ban-
kının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının
məqsədi aşağıdakıları əhatə edir:
a)
üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq;
b)
xarici maliyyə qaynaqlarından daxil olan investisiya
vəsaitləri ilə üzv ölkəri təmin etmək;
c)
ölkələrin xarici dövlət borcu mexanizmni normal hala
gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan
qaldırmaq;
22
d)
ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəy-
yən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;
e)
üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə
yaranan ehtiyacın aradan qaldırılması və s.
Bu maliyyə qurumu öz tərkibində Beynəlxalq Yenidən-
qurma və nkişaf Bankı (BY B); Beynəlxalq nkişaf Assosiasi-
yası (B A); Beynəlxalq Maliyyə Korporasiyası (BMK); nves-
tisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik ( ZÇA)-yi birləşdirir.
Beynəlxalq nkişaf Assosiasiyası (B A) 1960-cı ildə
yaradılmışdır. Əsas məqsədi Dünya Bankının fəaliyyətini ta-
mamlamaq və çox zəif inkişaf etmiş ölkələrə 50-illik müddəti-
nə faizsiz olaraq (ancaq illik 0.75% həcmində komisyon haqqı
alınır) kreditlər təqdim etməkdir. Əsasən Assosiasiya illik gəliri
390 $-dan çox olmayan və ya adambaşına düşən ümumi milli
məhsulun səviyyəsi 790 $-dan çox olmayan ölkələrə kredit verir.
Beynəlxalq Maliyyə Korporasiyası 1956-cı ildə yara-
dılıb və məqsədi gənc dövlətlərin sənayelərində özəl investisi-
yaları stimullaşdırmaq, həmin dövlətlərdə xüsusi bölməni təşkil
etmək və genişləndirməkdir. BMK ancaq azad olmuş və bir qə-
dər inkişaf etmiş ölkələrdə yüksək səmərəli müəssisələri kredit-
ləşdirir. Bu ilk növbədə onun yüksək faizli borclarını qaytar-
maq məqsədi güdür. Korporasiya krediti bir qayda olaraq 15-il
müddətinə verilir. BMk-nın əsas xüsusiyyəti ondadır ki, onun
vəsaitlərinin üzv ölkələrdə investisiyalaşdırılması üçün dünya
Bankının və nkişaf Assosiasiyasının tələb etdiyi hökumət
zəmanəti tələb olunmur.
nvestisiya Zəmanəti Üzrə Çoxtərəfli Agentliyi 1988-ci
ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə
birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan
beynəlxalq maliyyə-kredit institutudur. Bu qrum investisiya-
ların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata ke-
çirir. nvestisiyaların 90%-ə qədərini əhatə edən zəmanətin orta
müddəti 15-ili (bəzi hallarda 20 il) əhatə edir. ZÇA özünün
fəaliyyətini milli sığorta şirkətləri ilə istiqamətləndirir. Hazırda
23
agentliyin 145-dən çox üzvü vardır. ZÇA-nın fəaliyyəti təkcə
qeyd olunan istiqamətlə məhdudlaşmır. Qurum eyni zamanda
üzv ölkələrin hökumət dairələrilə xarici investisiya siyasəti,
eləcə də onun proqram və proseduraları haqqında məsləhətləş-
mələr aparır.
Haqqında danışdığımız beynəlxalq maliyyə kredit qu-
rumları ilə yanaşı regional maliyyə qrumları da, o cümlədən s-
lam nkişaf Bankı, Asiya nkişaf Bankı, Afrika nkişaf Bankı
da fəaliyyət göstərir.
Beynəlxalq maliyyə təşkilatları bir neçə valyuta əməliy-
yatları həyata keçirir. Bu əməliyyatlardan ən geniş yayılmışı
təcili göndəriş üzrə valyuta əməliyyatlarıdır. Bu əməliyyatlar
valyuta sövdələşmələrinin 90%-ni əhatə edir. Bu əməliyyat
spot əməliyyat adlanır və onun mahiyyəti ondan ibarətdir ki,
valyuta alqı-satqısında müqavilə o, şərtə bağlanır ki, müqavi-
lədə nəzərdə tutulmuş məbləğ imzalanma anında qəti müəyyən
olunmuş kurs üzrə imzalanma günündən başlamaqla ikinci iş
gününün sonuna qədər müxbir banklara göndərilməlidir.
Valyuta əməliyyatlarının digər qismini valyuta sövdə-
ləşmələri təşkil edir. Bu sövdələşmələrə forvard, fyuçers və
svop sövdələşmələri aiddir.
Forvard müqavilə bağlanandan bir neçə gün ərzində
aparılan (reallaşdırılan) qabaqcadan ödəniş formasıdır. Əsas
etibarilə forvard əməliyyatları müqavilə üzrə valyuta məzənnə-
sinin tərəddüdündən (qalxıb-enməsindən) qaçmaq məqsədi ilə
bank və digər kredit təşkilatları tərəfindən aparılır.
Fyuçers əmtəə, valyuta, qızıl və qiymətli kağızların al-
qı-satqısı üçün pul məbləğinin müqavilə bağlandıqdan sonra
müqaviləyə uyğun məbləğdə ödəniş formasıdır. Bu sazişdə
başlıca məqsəd müqavilə müddətindən sonra alqı-satqı obyekti-
nin müqavilə qiyməti ilə faktiki məzənnə arasındakı fərqin əldə
edilməsidir. Fyuçers münasibətlərində uduzan tərəf hazırkı
birja qiymətləri arasında əmtəənin, valyutanın və s.-nin məzən-
nə fərqi məbləğində alışını, yaxud satışını həyata keçirir. Udan
Dostları ilə paylaş: |