15
Valyuta məhdudiyyəti siyasətini həyata keçirən digər bir
orqan gömrük oraqanıdır. Gömrük orqanı ölkədən çıxarılan və
ölkəyə gətirilən bütün valyutalara, məhsullara nəzarəti həyata
keçirir. Bu nəzarətin həyata keçirilməsi üçün 2 cür gömrük
rejimindən istifadə edilir. Sadə gömrük rejimi gömrük rejimi-
nin sadələşdirilmiş formasıdır ki, bu da, müasir şəraitdə inteq-
rasiyanın əsasını təşkil edir. Sərt gömrük rejimi zamanı dövlət
güclü proteksionizm rejimindən istifadə edir.
ndi isə 2006-cı ildə ölkəmizdə aparılan valyuta siyasəti
və struktur tədbirlər haqqında danışaq. 2006-cı il üçün pul siya-
sətinin təqdim olunmuş istiqamətləri hökumətin 2006-cı il üçün
formalaşdırdığı büdcə siyasətinə, iqtisadi artım proqnozlarına,
makroiqtisadi sabitliyin qorunması üzrə müəyyən olunmuş ori-
yentirlərə (birrəqəmli inflyasiya) və qeyri-neft sektorunun inki-
ş
af prioritetlərinə əsaslanır. 2006-cı ildə ölkə iqtisadiyyatında
sıçrayışlı inkişaf dinamikası davam etmişdir, iqtisadi artım
tempi 30%-i ötmüş, təkcə neft sektorunda artımın 55% təşkil
etmişdir, onun ÜDM-də payının 43%-ə çatmışdır.
Yüksək inkişaf dinamikası şəraitində büdcə gəlirlərinin
70%-dək artımı olmuşdur. Bu il büdcəyə əsasən gələn neft gə-
lirlərinin əhəmiyyətli hissəsi sosial-iqtisadi inkişaf məqsədlə-
rinə istifadə olunmuş və bu pul kütləsinə, məzənnəyə təsir edən
ə
sas faktor olmuşdur. 2006-cı ildə dövlət büdcəsi xərclərinin
təqribən 60%-i xarici valyutada olan neft gəlirləri hesabına ma-
liyyələşmişdir. Bu isə böyük həcmdə xarici valyuta kütləsinin
valyuta bazarına daxil olmasını təsdiq edir. Nəticədə pula
tələbin əhəmiyyətli artmasına şərait yaranmış, bu isə məzənnə
və qiymətlərə təzyiqə səbəb olur.
2006-cı ilə nəzərdə tutulan iqtisadi siyasət, ilk növbədə
isə fiskal siyasət məcmu tələbin bütün komponentləri (istehlak,
investisiya, xalis ixrac) üzrə pula tələbın genişlənməsinə şərait
yaratsa da, Milli Bank təkrəqəmli inflyasiya hədəfinə uyğun
olaraq bu tələbin yüksək inflyasiya doğurmayan hissəsini ödə-
məyə çalışmışdı.
16
Makroiqtisadi sabitliyi qorumaq üçün Milli Bank pul
emissiyasının məqbul həddini müəyyən etmişdir. Bu hədd qey-
ri-neft sektorunun artımına əsaslanır. Eyni zamanda, denomi-
nasiyanı həyata keçirən ölkələrin təcrübəsi göstərir ki, milli
valyutaya inamın güclənməsi dollarlaşma səviyyəsinin azalma-
sı ilə müşahidə olunur.
Fiskal ekspansiya ilə yanaşı, 2006-cı ildə xarici inves-
tisiyaların böyük həcmli axınları, dövlət təminatlı və dövlət tə-
minatı olmadan xarici kreditlərin cəlb olunması, daxili maliyyə
bazarında faiz dərəcəsinin yüksək olması ilə bağlı qısamüddətli
xarici kapitalın axını ehtimalı valyuta bazarına təzyiqi daha da
artırmış və manatın möhkəmlənməsini şərtləndirmişdi.
Eyni zamanda, belə şəraitdə inflyasiya üzrə hökumətin
nəzərdə tutduğu hədəfin reallaşması 2006-cı ildə daxili tələbin
idarə olunması siyasətində əhəmiyyətli korreksiyaların həyata
keçirilməsini zəruri etmişdir. Bu ilk növbədə makroiqtisadi
siyasətin, büdcə siyasətinin, xüsusilə cari büdcə xərclərinin və
büdcənin qeyri-neft kəsirinin ciddi monitorinqini, bu kəsirin
limitinin neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüd-
dətli strategiyadan irəli gələn prinsiplər əsasında gözlənilməsini
tələb etmişdi, büdcə xərclərinin keyfiyyətinin daha da artırıl-
masını şərtləndirmişdir.
2006-cı ilə Milli Bank pul kütləsinin artım tempi ilə
məzənnənin dəyişməsini effektiv balanslaşdırmağa çalışmışdı.
Bu məqsədlə 2005-ci ildə olduğu kimi məzənnə siyasətində
“üzən-tənzimlənən məzənnə rejimi”nə üstünlük vermişdir.
Bütün bunlar 2006-cı ildə büdcə siyasətinin məqsədləri
ilə pul siyasətinin məqsədlərinin effektiv uzlaşdırılması imkan-
larını artırmış, pul siyasətinin “inflyasiyanın hədəflənməsi reji-
mi”nə keçirilməsi üçün ilkin şəraiti təmin etmişdi.
Milli Bank pul kütləsinə nəzarəti gücləndirmək üçün öz
notlarının emissiyasını genişləndirmişdi. Başqa neft ixracatçısı
olan ölkələrinin təcrübəsində olduğu kimi, neft bumunun erkən
dövrünün “kredit bumu” ilə müşahidə olunacağı ehtimallarını
17
nəzərə alaraq Milli Bank bank sistemində risklərin minimallaş-
dırılması məqsədilə prudensial monitorinqi daha da gücləndir-
mişdi. Ümumiyyətlə Milli Bankın monetar siyasətinə və 2007-
ci il üçün proqnozuna aşağıdakı cədvəldən daha aydın nəzər
yetirmək olar:
2008-2011 (proqnoz)-ci illər üzrə monetar
proqnozlar (ilin sonuna)
2008*
2009
2010
2011 (proqnoz)
Baza inflyasiya, %
6
5-7
5-7
5-7
Valyuta ehtiyatları, mln. $-la
880
1000
1100
1200
Geniş pul kütləsi, (M-3 pul
aqreqatı), mlrd. manatla
artım tempi, %-lə
7200
41
9600
33
12500
30
16200
30
Manatla pul kütləsi, (M-2 pul
aqreqatı), mlrd. manatla
artım tempi, %-lə
3250
25
4500
38
5800
29
7300
26
Bank sistemində cəmi
depozitlər, mlrd. manatla
artım tempi, %-lə
5100
67
6600
30
8800
33
12000
36
Ə
halinin əmanətləri, mlrd.
manatla
artım tempi, %-lə
2000
59
3200
60
5400
69
9000
67
Kredit qoyuluşları,
mlrd.manatla
artım tempi, %-lə
4700
40
6100
30
8200
34
11000
34
*Gözlənilən
Struktur tədbirlər. Təhlillər göstərir ki, cari ildə Azər-
baycanda inflyasiyanın yalnız 40%-i monetar faktorlar ilə izah
olunur. Ötən ilə nisbətən monetar amillərin təsirinin artmasına
baxmayaraq inflyasiyaya təsir göstərən qeyri-monetar amillərin
xüsusi çəkisi əhəmiyyətli olaraq qalmaqdadır. Qeyri-monetar
faktorlar inzibati qaydada tənzimlənən qiymətlərin təsirini və
mövcud rəqabət şəraitinin çatışmazlıqlarını özündə əks etdirir.
Bu baxımdan makroiqtisadi sabitlik üzrə təyin olunmuş
hədəflərə nail olmaq üçün 2006-cı ildə bir sıra struktur prob-
lemlərin həlli mühüm rol oynamışdı:
- Ölkədən maliyyə kapitalının çıxması rejiminin müəyyən
dərəcədə sərbəstləşdirilməsi, bu məqsədlə fiziki və hüquqi
Dostları ilə paylaş: |