39
2.3.
Bank xidmətləri bazarına dünyada
gedən proseslərin təsiri
İlk növbədə bank xidmətlərinin bank işində nə kimi yer aldığını, bankın
gördüyü işlər sırasında haraya, nəyə aid olduğunu aydınlaşdırmağı məqsədəuyğun
hesab edirik. Həm də bununla bank xidmətlərinin anlayışını vermiş olarıq.
Bu məsələyə kommersiya banklarının əməliyyatlarının ümumi bölgüsünə
əsasən yanaşıldıqda 1) bankların passiv əməliyyatları; 2) bankların aktiv
əməliyyatları; 3) bankların aktiv-passiv əməliyyatlara bölündüyünü görürük.
Dünya (xarici) təcrübədə bank xidmətləri bankların aktiv-passiv
əməliyyatları tərkibində halandırılır. Çünki bu əməliyyatlar banklar tərəfindən
müştərilərin tapşırığı ilə müəyyən haqq alınmaqla yerinə yetirilən komissiya,
vasitəçilik əməliyyatlarını təmsil edir. Həmin xidmətlərə görə alınan haqq isə
komissia, yaxud komisyon haqqı adlandırılır. Məhz bank əməliyyatlarının həmin
qrupu adətən xidmətlər saylıır. Həmin xidmətlər sırasında müştərilərin tapşırıqları
ilə yerinə yetirilən bir sıra xidmət növləri vardır.
Komissiya əməliyyatlarına bərabər tutulan xidmətlər bankın o
əməliyyatlarının təmsil edir ki, onlar müştərilərin tapşırığı ilə və onların hesabına
həyata keçirilir və banka komissiya haqqı şəklində gəlir gətirir.
Həmin xidmətlər qrupuna aşağıdakıların aid edilə bildiyi qəbul edilir:
- debitor borcların inkassasiyası üzrə əməliyyatlar; bunun məzmunu
müştərilərin tapşırığı ilə müxtəlif pul sənədləri əsasında pulların borclulardan
alınmasından ibarət olur;
- köçürmə əməliyyatları;
- ticarət-komissiya (ticarət-vasitəçilik) əməliyyatları. Buraya müştərilər üçün
qiymətli kağızların, qiymətli metalların alınması və satılması, faktorinq, lizinq və
digər əməliyyatlar aid edilir;
- etibar (trast) əməliyyatları;
- müştiərilərə hüquqi, məsləhət və başqa xidmətlər göstərilməsi.
40
Hesablaşma-kassa xidmətləri də mühüm yer tutur.
Qeyd etmək olar ki, bank xidmətləri müasir dövrdə dünya təcrübəsində bank
fəaliyyətində mühüm yerlərdən birin tutur. İnkişaf etmiş ölkələrin kommersiya
banklarının rentabelliyi haqqında məlumatlardan aydın olur ki, onların gəlirlərinin
xeyli hissəsi bank xidmətlərinin göstərliməsi hesabına əldə edilən komisyon
haqları hesabına formalaşır. Belə bir fakti istinad edilə bilər ki, Fransada iri
kommersiya baknlarının mənfəətinin 40 %-ə qədəri komissiya haqlarından (yəni
xidmətlərdən) əldə edilir. Bütün gəlirlərin xüsusi çəkisi kredit əməliyyatlarından
alınan faizlərə yaxındır. Buna görə də kommersiya banklarının xidmət növlərindən
daha məşhur olanları nəzərdən keçirmək lazım gəlir.
Bank xidmətlərinin dünyəvi praktikasının öyrənilməsi onların Azərbaycan
Respublikasında fəaliyyət göstərən banklar vasitəsilə iqtisadiyyata tətbiqinin
əhəmiyyətli olmasını göstərir. Buna imkan verən odur ki, artıq Azərbaycanda
formalaşmış bank sistemi mövcuddur, həm də Azərbaycanın iqtisadiyyatı
çoxşaxəlidir. Buna uyğun olan həm də odur ki, bankların respublika ərazisində
kifayət qədər geniş filial şəbəkəsi mövcuddur
Azərbaycan Respublikasında dünya iqtisadiyyatına inteqrasiya məsələsinə
böyük yer verildiyi ölkə Prezidenti İ.Əliyevin nitqlərində qeyd edilmişdir: «Biz
bütün sahələrdə əməkdaşlığa hazırlıq, ölkələrlə qarşılıqlı əsaslar üzərində, qarşılıqlı
hörmət və bir-birimizin işlərinə qarışmamaq prinsipləri əsasında bundan sonra da
münasibətləri davam etdirmək fikrindəyik».
Azərbaycan hakimiyyətinin xarici iqtisadi siyasət xəttində bundan əvvəlki
dövrdə də əsas götürülən bu xətt Azərbaycan Respublikasının bank sisteminin
işində rəhbər tutulmuşdur. Bunun bank xidmətlərinin müəyyən edilməsinə və
təşkilinə təsiri vardır, həmin xidmətlərin dünyəvi praktikanın müsbət cəhətlərinə
görə qurulmasına xidmət edir.
Ona görə də Azərbaycan Respublikasının Milli (mərkəzi) Bankı özünün
vəzifələrinin həyata keçirilməsində Azərbaycan iqtisadiyyatı ilə yanaşı olaraq
dünyada gedən proseslərin öyrənilməsinə, onların nəzərə alınmasına diqqət
41
yetirmişdir. Bu ondan irəli gəlir ki, dünya iqtisadiyyatında böyük proseslər və
dəyişikliklər baş verir. Məsələn, 2006-cı ildə dünyada ümumi daxili məhsulun 5
%-dən çox artması ilə birlikdə, xammal bazarında qiymətlərin artması baş
vermişdir. Xammal ixrac edən ölkələrdə gəlirlərin artması iri sənaye ölkələrində
ixracın stimullaşdırılmasına diqqət artılırmışdır. Əksər ölkələrdə həmin ildə
işsizliyin azalması müşahidə olunmuşdur. Bütünlükdə dünya iqtisadiyyatında
iqtisadi tsiklin yüksək səviyyəsi özünü göstərmişdir.
Ölkənin ixracatdan gəlirinin artması və dövlət büdcəsindən maliyyələşən iri
miqyaslı investisiya və sosial proqramların realizasiyası baş vermişdir.
Azərbaycanda daxili tələbin xeyli genişlənməsi daxili tələbata xidmət edən
sahələrin güclü inkişafına təkan vermişdir.
Dünya iqtisadiyyatında ciddi dəyişmələr başlanmış və davam etməkdədir.
Dünya əmtəə bazarlarında bahalaşma və ilin II yarısında inkişaf etmiş ölkələrdə
(İEÖ) baş vermis maliyyə burulğanı ilə əlaqədar ölkələrin iqtisadi artım sürəti
arasında qeyri-bərabərliyin artması özünü göstərmişdir.
Nəzərə çarpacaq sıçrayışdan sonra qlobal iqtisadi artım maliyyə burulğanı
ilə əlaqədar olaraq əhəmiyyətli surətdə yavaşımışdır. Buna baxmayaraq Beynəlxalq
Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə əsason alıcılıq qabiliyyəti pariteti
(AQP) əsasında hesablanmış qlobal iqtisadi artım tempi 2014-ci ildə 4,9% təşkil
etmişdir. İqtisadi artımın zəifləməsinə əsas impuls İEÖ-dən gəlmişdir. Bütövlükdə,
dünya iqtisadiyyatı üçün İEÖ-də ticarət şəraitinin pisləşməsinin mənfı effekti neft
ixrac edən ölkələrdə gəlirlərin azalması ilə artmışdır.
Dünya xammal bazarlarında qiymətlərin nəzərəçarpacaq dərəcədə
bahalaşması ümumi qlobal iqtisadi artım tempini ləngidən mühüm amillərdən biri
olmaqla bərabər, inflyasiya proseslərini də stimullaş-dırmışdır. Bununla belə İEÖ-
in əksoriyyətində an-tiinflyasiya tədbirlərinin sortləşdirilməsi öz
səmə-
rəsini
vermişdir. İEOÖ-də, xüsusilə neft ölkələrində qiymət artımının əhəmiyyətli
dərəcədə sürətlənməsi qlobal riskləri yüksəltmişdir. Buna baxmayaraq İEOÖ-in
əksoriyyətində də makroiqtisadi siyasət tədbirləri sortləşdirilmişdir.
Dostları ilə paylaş: |