Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

45 


 

2015-ci ilin sonuna olan dövr üçün makroiqtisadi siyasət



 

2015-ci ildə faiz və məzənnə siyasəti



 

2015-ci ilin büdcə layihəsi və onun əsasında duran makroiqtisadi çərçivə



 

BVF və Mərkəzi Bankın birgə təşəbbüsü ilə seminarın təşkili; 



 

Mərkəzi Bankın nətları, xarici valyuta bazarında əməliyyatlar



 

İnflyasiya  hədəfinin  müəyyən  edilməsi  praktikasına  keçidlə  bağlı 



tədqiqat- proqnozlaşdırma pətensialının gücləndirilməsi. 

2015-ci il ərzində pul siyasəti qarşısında müəyyən olunmuş taktiki və strateji 

hədəflərin realizasiyası, antiinflyasiya siyasətinin istiqamətləri və nəticələri barədə 

BVF  ekspertləri  ilə  məsləhətləşmələr  aparılmışdır.  Həmçinin,  BVF  ilə  yaxın 

əməkdaşlıq  çərçivəsində  2007-ci  ilin  may  ayında  BVF  ekspertləri  tərəfındən 

"Tədiyyə balansı üzrə Bank Sistemindən Məlumatların Toplanması" mövzusunda 

regional seminar təşkil edilmişdir. 

Mərkəzi Bankla Dünya Bankı arasında 2015-ci il ərzində müxtəlif mövzuları 

əhatə edən çoxsaylı görüşlər keçirilmiş və əməkdaşlığın cari vəziyyəti və gələcək 

inkişaf perspektivləri müzakirə olunmuşdur. 

Dünya  Bankı  ilə  aktiv  əməkdaşlıq  həyata  keçirilməkdədir.  Maliyyə  Sekto-

runa Texniki Yardım Layihəsinin icrası sona çatmış, yüksək qiymətləndirilmişdir. 

Milli  Ödəniş  Sisteminin  daha  da  inkişaf  etdirilməsi  istiqamətində  Mərkəzi 

Bank  Maliyyə  Xidmətlərinin  İnkişafı  kimi  bir  sıra  layihələrdə  də  Bankın  tərəfd-

şıdır.  Maliyyə  Xidmətlərinin  İnkişafı  layihəsi  çərçivəsində  Аzərpoçt  Dövlət 

Müəssisəsinin  institusional  və  xidmət  qabiliyyətinin  yaxşılaşdırılması  və  onun 

maliyyə  xidmətləri  göstərmək  imkanlarının  gücləndirilməsi  istiqamətində  əsaslı 

işlər görülmüşdür. 

RAMP  proqramı  çərçivəsində  Dünya  Bankınm  mütəxəssisləri  tərəfındən 

xarici aktivlərin idarə olunması pətensialının gücləndirilməsi üzrə "Risklərin idarə 

olunması" mövzusunda texniki yardım göstərilmişdir. 

Avropa Yenidənqurma və Inkişaf Bankı (AYİB) ilə Azərbaycanda maliyyə 

sektorunun güclənməsi istiqamətində əməkdaşlıq davam etdirilməkdədir. AYİB-in 



 

46 


İdarə  Heyəti  Azərbaycan  üzrə  növbəti  dövr  üzrə  Ölkə  Strategiyasını  təsdiq 

etmişdir.  Strategiya  müddəti  ərzində  Bankın  operativ  məqsəd-ləri  aşağıdakı 

sahələrin dəstəklənməsindən ibarətdir: 

 



Sahibkarlıq sektoru; 

 



Maliyyə sektoru; 

 



İnfrastruktur və enerji. 

AYIB  Azərbaycanda  fəaliyyətə  başladığı  dövrdən  ümumilikdə  ölkə  və 

regional səviyyəli 80-dən çox layihəni dəstəkləmişdir. 

Maliyyə sektoru üzrə fəaliyyət istiqaməti bank sistemində apanlan islahatlar, 

maliyyə siyasəti və respublikanın maliyyə institutlarına dair gələcək siyasətin təş-

kili və həyata keçirilməsinə yönəldilmiş AYİB, öz fəaliyyət dairəsini 2014-cü ildə 

daha da genişləndirmişdir. 

Asiya  İnkişaf  Bankı  (AİB)  ilə  Mərkəzi  Bank  arasında  il  ərzində  intensiv 

əməkdaşlıq  əlaqələri  davam  etdirilmişdir.  Belə  ki,  AİB-in  Azərbaycandakı  daimi 

nümayəndəliyi ilə bank sektoru üzrə mütəmadi informasiya mübadiləsi aparılmış-

dır. AİB tərəfındən Beynəlxalq Bank ilə bir sıra kredit müqaviləsi imzalanmışdır. 

Qara  Dəniz  Ticarət  və  İnkişaf  Bankı  (QDTİB)  ilə  Azərbaycan  Mərkəzi 

Bankı  arasında  olan  ikitərəfli  qarşılıqlı  əlaqələr  daha  da  inkişaf  etdirilmişdir. 

QDTİB  Azərbaycanın  maliyyə  sektorunun  inkişaf  etdirilməsində,  о cümlədən bir 

sıra iri layihələrin maliyyələşdirilməsində fəal iştirak edir. 

Mövcud  əməkdaşlığın  daha  da  dərinləşdirilməsi  məqsədilə  Azərbaycan 

Respublikasının  QDTİB  nizamnamə  kapitalında  iştirak  payının  artırılması 

məqsədəuyğun hesab edilmişdir. 

Mərkəzi  Bankın  Beynəlxalq  Hesablaşmalar  Bankı  (BHB)  ilə  qarşılıqlı 

əlaqələri  son  illərdə  daha  da  inkişaf  etdirilmişdir.  BHB  ilə  texniki  yardım  və 

treyninqlərlə  bağlı  işçi  qaydasında  yazışmalar  aparılmışdır.  Mərkəzi  Bank  e-BİS 

elektron portalının üzvüdür. Növbəti ildə əlaqələrimizin daha da inkişaf etdirilməsi 

istiqamətində işin aparılması nəzərdə tutulub. 



 

47 


Azərbaycan  Mərkəzi  Bankının  fəaliyyətinin  qabaqcıl  Avropa  ölkələrinin 

mərkəzi  banklarının  səviyyəsinə  çatdırmaq  məqsədilə  il  ərzində  inkişaf  etmiş 

ölkələrin  mərkəzi  bankları  ilə  mövcud  əməkdaşlıq  əlaqələri  inkişaf  etdirilmiş  və 

yeni əlaqələrin yaradılması üzrə müvafiq tədbirlər görülmüşdür. 

İsveçrə  Milli  Bankı  (İMB)  ilə  ikitərəfli  əməkdaşlıq  əlaqələrimiz  bu  il  də 

uğurla  davam  etdirilmişdir.  İl  ərzində  qarşılıqlı  yazışmalar  və  səfərlər  həyata 

keçirilmişdir. İsveçrə Milli Bankının ekspertlərinin Mərkəzi Banka səfərləri təşkil 

edilmişdir.  Səfər  çərçivəsində  statistik  məlumatlar  bazasının  təkmilləşdirilməsi, 

həmçinin,  informasiya  texnologiyaları  departamentinin  işçi  heyətinin  peşəkarlığı 

və  insan  resurslarının  idarə  olunması  məsələləri  üzrə  məsləhət  xidməti 

göstərilmişdir. Cari ildə İsveçrə Milli Bankının texniki yardım bölməsinin rəhbəri 

V.Hermanın  və  N.Huonkerin  Mərkəzi  Banka  səfəri  həyata  keçi-rilmişdir.  Səfər 

çərçivəsində İsveçrə və Azərbaycan Mərkəzi Bankları arasında gələcək əməkdaşlıq 

perspektivləri müzakirə edilmişdir. 

Almaniya  Bundesbankı  ilə  əməkdaşlıq  2015-ci  ildə  də  yüksək  səviyyədə 

davam  etdirilmişdir.  İl  ərzində  Bundesbankla  Mərkəzi  Bank  arasında  qarşılıqlı 

səfərlər həyata keçirilmişdir. Bundesbankının ekspertləri tərəfındən Mərkəzi Ban-

kın müvafiq departamentlərinin əməkdaşları üçün "Bazel I-dən Bazel II-уə", həm-

çinin  Mərkəzi  Bankın  əməkdaşları  ilə  birgə  kommersiya  banklarının  nümayən-

dələri  üçün  "Beynəlxalq  maliyyə  hesabatlılığı  standartlan"  mövzularında 

seminarlar təşkil olunmuşdur. 

Ötən il ərzində Türkiyə, Polşa, Fransa, Çexiya, Avstriya mərkəzi bankları ilə 

ikitərəfli əməkdaşlıq əlaqələri davam etdirilmişdir. Cari il ərzində banklarımız ara-

sında müvafıq məsələlər üzrə yazışmalar aparılmışdır. 2015-ci ildə Mərkəzi Ban-

kın əməkdaşları qeyd edilən banklar tərəfındən təşkil edilmiş seminarlarda iştirak 

etmişlər. 

Həmçinin  il  ərzində  Pakistan,  Estoniya,  Rumıniya,  İtaliya,  Qazaxıstan, 

Rusiya,  Yunanıstan,  Macarıstan,  Latviya,  Litva  və  digər  ölkələrin  Mərkəzi 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə