Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

67 


Müəəsisə  öz  fəaliyyət  profilini  dəyişdikdə  və  ya  diversifikasiya  etdikdə 

kapital  axını  vasitəsilə  rəqabət  yaranır.  Bu,  müxtəlif  sahələrdə  konyukturun  və 

mənfəət normasının müxtəlifliyindən irəli gəlir. 

İdeal  halda  kapital  axını  bütün  sahələr  üzrə  mənfəət  normasının 

bərabəriəşməsinə gətirib çıxara bilərdi. Lakin praktikada kapital axını üçün iqtisadi 

ədəbiyyatda giriş və çıxtş baryerləri adlanan maneələr mövcuddur. 

Kapital  axını  bank  bazarına  kənardan  (yəni  iqtisadiyyatın  qeyri-bank 

sektorlarından)  daxil  olmaq  üçün,  eləcə  də  maliyyə-kredit  təsisatları  tərəfindən 

onlardan  ötrü  yeni  sahələrdə  özlərinə  yer  tutmağa  cəhd  edilərkən  istifadə olunur. 

Lakin  bank  bazarı  təsisatlarının  xeyli  hissəsinin  bank  işinin  bir  neçə  sahəsində 

(universal kommersiya bankları isə bütün sahələrdə) fəaliyyət göstərdiyini nəzərə 

alsaq, burada kapital axını çox vaxt onun sahələr arasında yenidən bölüşdürülməsi 

(portfel strukturunun dəyişməsi) formasında çıxış edir. 

Kapital  axını  vasitəsilə  rəqabətdən  fərqli  olaraq  funksional  rəqabət  halında 

başqa sahəyə keçidi nəzərdə tutulmur. Funksional rəqabət belə bir fakta əsaslanır 

ki, müxtəlif sahələrə aid müəssisələr tərəfindən istehsal edilən tamamilə  müxtəlif 

əmtəələr istehlakçı üçün eyni funksiyaları yerinə yetirə bilər və bir-birini qarşılıqlı 

əvəz edən əmtəələr (substit əmtəələr) qismində çıxış edə bilərlər. 

Məsələn,  xizək  istehsalçısı  konki  istehsalçının  rəqibi  ola  bilər.  Bu,  qış 

idmanının  iki  növünün  istehlakçı  üçün  konki  bir-birini  hansı  dərəcədə  əvəz  edə 

bilməsindən asılıdır. Bir sıra qida məhsulları da bir-birini qarşılıqlı əvəz edə bilər. 

Substitiərin  mövcud  olması  sayəsində  bazarın  sərhədləri  xeyli  genişlənir,  bu  isə 

sahələrarası  rəqabətin  kəskinləşməsinə  gətirib  çıxarır.  Buna  görə  də  rəqabət 

strategiyası işlənib hazırlanarkən sahibkar üçün o sahələr ən çox cəlbedici olur ki, 

həmin sahələrin məhsullarının daha yaxşı və ya ona yaxtn əvəzediciləri olmasın. 

Bank  xidmətlərinin  çoxu  bir-biri  üçün  substitdir.  Lakin  indiki  vaxtda 

kommersiya  banklarının  əksəriyyəti  universal,  yəni  çoxsahəli,  diversifikasiya 

edilmiş sahibkarlıq strukturları olduğu üçün funksional bank rəqabəti aşkar şəkildə 




 

68 


yalnız  ixtisaslaşdırılmış  maliyyə-kredit  təsisatlarının  bir-biri  ilə  rəqabət  apardığı 

yerlərdə  mövcuddur.  Məsəsən,  qeyri-bank  invenstisiya  təsisatları  banklarla  təkcə 

invenstisiya  xidmətləri  üzrə  deyil  (sahədaxili  növ  rəqabəti),  həm  də  depozit 

xidmətləri üzrə (sahələrarası funksional rəqabət) rəqabət aparırlar. 

Rusiyada bank rəqabəti başlanğıcda mahiyyət etibarilə banklararası rəqabət 

oluduğu  üçün  əsasən  sahədaxili  xarakter  daşıyırdı.  Lakin  son  vaxtlar  bank 

bazarlarına daxil olan qeyri-bank maliyyə təsisatları (investisiya şirkətləri, pensiya 

fondları və b.) sürətlə inkişaf etməkdədir. Qeyri-maliyyə müəssisələri də (məsələn, 

ticarət  firmaları)  maliyyə  əməliyyatlarına  maraq  göstərir,  fəal  şəkildə  istiqrazlar, 

veksellər  buraxır,  eləcə  də  qanunvericiliyin  qeyri-müəyyən  olmasından  istifadə 

edərək,  əmanətlər  qəbul  edilməsi  və  kreditlər  verilməsi  kimi  ənənəvi  bank 

xidmətlərini də açıq təklif etməyə başlayırlar. Beləliklə, kapitalın bank sektoruna 

axması göz qabağındadır. 

Rəqabətdə  istifadə  edilən  metodlardan  asılı  olaraq  onun  iki  növünü 

fərqləndirirlər:  

1)

 



qiymət rəqabəti;  

2)

 



qiymətlə bağlı olmayan rəqabət. 

Qiymət  rəqabəti  təklif  edilən  əmtəə  və  xidmətlərin  qiymətinin  dəyişməsi 

(bir qayda olaraq azaldılmast) yolu ilə həyata keçirilir. 

Qiymətlərlə  manikulyasiya  -  rəqabətin  ən  qədim  və  icra  texnikası 

baxımından  ən  sadə  üsuludur.  Lakin  burada  bəzi  nüanslar  var.  İqtisadiyyatda 

qiymət rəqabəti açıq (birbaşa) və gizli şəkildə ola bilər. 

Açıq  qiymət  rəqabəti  halında  firmalar  özlərinin  əmtəə  və  xidmətlərinin 

qiymətinin  azaldılması  barədə  istehlakçılara  geniş  məlumat  verirlər  (mövsümi 

ucuzlaşmalar,  qiymətlərin  azaldılması  ilə  bağlı  aksiyalar,  qəzetvə  jurnallarda 

güzəştli kuponlar dərc edilməsi və s.). 

Gizli  qiymət  rəqabəti  halında  firmalar  yeni,  istehlak  xassələri  əhəmiyyətli 

dərəcədə  yaxşılaşdırılmış  mallar  buraxır,  həmin  malların  qiymətlərini  isə  qeyri-



 

69 


mütənasib dərəcədə cüzi artınrlar. Əmtəənin (bank xidmətinin) istehlak dəyəri ilə 

onun  qiyməti  arasında  dəqiq  qarşılıqlı  əlaqə  olmaması  -  iqtisadiyyatın  bank 

sektorunda qiymət rəqabətinin səciyyəvi xüsusiyyətidir. Bununla əlaqədar, qiymət 

rəqabətinin  açıq  və  gizli  formaları  arasında,  eləcə  də  komission  ödənişləri  və 

xidmətlərin  tarifləri  arasında  dəqiq  hədd  yoxdur,  bankın  faiz  dərəcələri  ilə  ciddi 

manevr etmək imkanına malik olduğu hədlər isə xeyli dərəcədə qeyri-müəyyəndir. 

Eyni zamanda, bank xidmətlərinin alıcıları, xüsusən onlar bankın daimi müştəriləri 

olduqda danışıqlar prosesində qiymətə təsir etmək, əhəmiyyətli güzəştə nail olmaq 

imkanına malikdirlər. 

Lakin qiymət rəqabətinin müəyyən həddi vardır. Üstəlik, xarici iqtisadçıların 

hesablamalarına  görə,  qiymət  rəqabəti  imkanlarını  məhdudlaşdıran  endogen  və 

ekzogen qüvvələr bank işində iqtisadiyyatın hər hansı başqa sahəsində olduğundan 

daha artıq təsirə malikdirlər. 

Əvvələn,  faiz  dərəcələri  dövlət  tərəfindən  təsirə  məruz  qala  bilər  -  dövlət 

onları  bilavasitə  məhdudlaşdıra  bilər  (minimal  və  maksimal  faiz  dərəcələrinin 

müəyyən  edilməsi,  dövlət  tərəfindən  dotasiya  verilən  güzəştli  kredıtlər  üzrə 

müəyyən  kateqoriyalı  borcalanlar  üçün  sabit  faiz  dərəcələri,  mərkəzi  bankın 

kreditləri  hesabına  ssudalar  üzrə  marjanın  yuxarı  həddi  və  s.  vasitəsilə),  yaxud 

dolayı  yolla  tənzimləyə  bilər  (məsələn,  uçot  siyasəti  tədbirləri,  təkrar 

maliyyələşdirmə  dərəcələrinin,  yəni  mərkəzi  bank  tərəfindən  kommersiya 

banklarına verilən ssudalar üzrə faiz dərəcələrinin dəyişdirilməsi vasitəsilə). 

İkincisi, bank işində qiymət rəqabətinin məhdudluğu ondan ibarətdir ki, faiz 

müəyyən həddən aşağı olduqda bank heç bir mənfəət əldə etməyəcəkdir, bunu heç 

də  bütün  banklar  və  heç  də  həmişə  özlərinə  rəva  görə  bilməzlər.  Buna  görə  də 

müasir  qərb  bankları  bank  xidmətlərinin  qiymətləri  sahəsində  bir-biri  ilə  rəqabət 

etməməyə çalışaraq, tarifləri və faiz dərəcələrini yüksək səviyyədə saxlamağa nail 

olurlar. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə