Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

58 


ilə müəyyən olunur. Məsələn, satıcı bazarında satıcılar sanballı bazar qüvvəsinə və 

müəyyən  dərəcədə  (bazarda  bolluq  olmaması,  onun  inhisarlaşması  və  s. 

nəticəsində)  alıcılara  öz  şərtlərini  diqtə  etmək  imkanına  malik  olurlar.  Bu  halda 

alıcıların rəqabəti üstünlük təşkil edir. Alıcı bazarında isə alıcılar satıcılara nisbətən 

daha artıq bazar qüvvəsinə malik olur (bazarda malların hədsiz çox olması və bəzi 

başqa  amillərin  təsiri  nəticəsində)  və  bu  halda  rəqabətin  əsas  forması  satıcıların 

rəqabətidir. 

Bank bazarında vəziyyət necədir? O, satıcı bazarıdır yoxsa alıcı bazarı? Bu 

suala  birmənalı  cavab  vermək  mümkün  deyildir,  çünki  bir  tərəfdən,  bazar  nə  isə 

vahid  və  bölünməz  şey  olmayıb  çoxsaylı  xırda  bazarlardan  (bank  sahələrindən) 

ibarətdir və digər tərəfdən, istənilən bank bu bazarlarda həm satıcı qismində, həm 

də alıcı qismində çıxış edə bilər. 

Rusiya bank bazarında yaranmış vəziyyətlə əiaqədar bunu anlamaq xüsusilə 

vacibdir.  Rusiya  iqtisadiyyatının  bank  sektoru  uzun  müddət  satıcıların  diktatı  ilə 

səciyyəvi  olmuşdur.  Bu,  dövlət  banklarının  sayının  hədsiz  dərəcədə  məhdud 

olmasının  nəticəsidir  (bu  vəziyyət  komanda  tipli  bütün  iqtisadiyyatlar  üçün 

səciyyəvidir). Bazar iqtisadiyyatına keçidlə bağlı dəyişikliklərin ilk illərində bank 

bazarlarını  təhlil  edərkən  bank  xidmətləri  alıcılarının  rəqabəti  daha  çox  nəzərə 

çarpırdı.  Kredit  bazarı  buna  tipik  nümunə  idi:  kreditə  tələbat  mütəmadi  olaraq 

təklifi  qabaqlayır,  faiz  dərəcələri  durmadan  artırılırdı.  Kredit  təsisatları  arasında 

rəqabət isə yalnız depozitlər bazarında mövcud idi. Bununla əlaqədar, kommersiya 

banklarının (xüsusən iri bankların) rəhbərlərinin çoxu rəqabəti ciddi qəbul etmirdi. 

Lakin  həyat  göstərdi  ki,  bu  təsəvvür  yaniış  imiş.  Əvvələn,  kredit  resurslarına 

tələbatın  bolluğu  əbədi  mövcud  ola  bilməzdi  və  1994-1995-ci  illərdə  kredit 

bazarında  konyunktur  nəzərəçarpacaq  dərəcədə  dəyişmişdir.  İkincisi,  yuxarıda 

göstərilidyi kimi, bank bazarı və ssuda kapitalları bazarı heç də eyni şey deyildir. 

Bank  xidmətlərinin  istehlakçılarının  təsirinin  təhlil  edilməsi  əmanət  işi, 

invenstisiya  vasitəçiliyi,  plastik  kartların  buraxılması  və  onlara  xidmət  kimi 




 

59 


sahələrdə  artıq  bu  gün  satıcıların  rəqabətinin  mövcud  olduğunu  söyləməyə  əsas 

verir.  Alıcıların  rəqabəti  barədə  isə  yəqin  ki,  hesablaşma-kassa  xidməti  və  yaxın 

keçmişdə  kreditlər  verilməsi  əməliyyatlarına  tətbiqən  danışmağa  dəyər.  Qalan 

sahələr ya kifayət qədər inkişaf etməmişdir, ya da tələb və təklifin təxminən bir-

birinə müvafiq olması ilə səciyyəvidir. 

Məlum  olduğu  kimi,  inkişaf  etmiş  bazar  iqtisadiyyatı  şəraitində  alıcıların 

rəqabəti o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki bazar iqtisadiyyatının adi 

vəziyyəti  -  alıcı  bazarıdır.  Bu  halda  əmtəə  və  xidmətlərin  satıcıları  öz  aralarında 

yarışırlar.  Maliyyə  bazarı  isə  Rusiya  iqtisadiyyatında  bazar  dəyişikliklərinin  ön 

xəttində  gedir.  Bankların  rəhbərləri  özlərinin  rəqabət  strategiyasını  işləyib 

hazırlamaq,  marketinq  vasitələrinin  mənimsənilməsi,  bankfarın  strukturunun 

yenidən  quruta  bilməsi  və  işçilərin  hazırlanması  barədə  artıq  indidən  ciddi 

fikirləşməlidirlər. 

Rəqabət  mübarizəsi  bəhsləşməni  nəzərdə  tutsa  da,  bu  rəqabətin  gedişində 

yaranan  münasibətləri  rəqabət  subyektlərinin  bir-birini  qarşılıqlı  surətdə 

«itələməsi» münasibətlərindən ibarət hesab etmək düz olmazdı. Rəqabətin ayrı-ayrı 

subyektləri  arasında  birgə  fəaliyyət,  müxtəlif  birliklərin  (assosiasiyalar,  ittifaqlar 

və  s.)  yaranması,  onların  mütəşəkkil qaydada  birləşməsi  və  digər  kooperasiya  və 

təmərküzləşmə  formalarında  «qarşılıqlı  cazibə»  münasibətlərinin  inkişafı  da 

rəqabətin qanunauyğunluğudur. 

Bank rəqabəti subyektlərinin təmərküzləşmə dərəcəsindən asılı olaraq:  

1)

 



fərdi rəqabəti; 

2)

 



qrup halında rəqabəti fərqləndirmək olar. 

Rəqiblər ayrı-ayrı kredit təsisatları olduqda fərdi bank rəqabəti yaranır. Qrup 

haltnda bank rəqabətində «assosiasiya edilmiş» rəqiblər qismində çıxış edən kredit 

təsisatları birlikləri bir-birinə qarşı çıxır. 




 

60 


Beləliklə,  qrup  halında  rəqabət  fərdi  rəqabətin  nəticəsidir.  Lakin  qrup 

rəqabətinin mövcud olması eyni bir qrupun üzvləri arasında fərdi rəqabət olmaması 

deməkdirmi? 

Bəzi iqtisadçıların fikrincə, qrup halında rəqabət o vaxt yaranır ki, bu və ya 

digər  sahədəki  müəssisələrin  bir  qismi  qalan  müəssisələrə  qarşı  birgə  fəaliyyət 

göstərmək üçün öz aralarında birləşirlər. Məxsusi mənada qrup halında rəqabət o 

deməkdir  ki,  eyni  bir  sahənin  öz  arasında  rəqabət  aparmayan  müəssisələri 

birləşirlər. Qrup halında rəqabətin bu məhdud traktovkasından fərqli olaraq, sözün 

geniş mənasında qrup halında rəqabətdə birləşən müəssisələr biri digərinə rəqib ola 

bilər,  lakin  onların  birgə  fəaliyyəti  bir  sıra  xüsusi,  həlli  sanki  «rəqabətin 

hüdudlarından kənarda» əlaqələndirilən məsələlərin həlli ilə məhdudiaşır. 

Fərdi  və  kollektiv  rəqabət  siyasətini  fərqləndirən  başqa  iqtisadçıların 

fikrincə,  qrup  halında  rəqabət  kollektiv  rəqabət  siyasəti  sahəsinə  şamil  edlilir. 

Qarşıya  qoyulmuş  sualın  cavabı  rəqiblər  qrupunun  nə  məqsədlə  və  hansı  prinsip 

üzrə formalaşmasından asılıdır. 

Maliyyə-kredit  təsisatlarının  və  bank  rəqabətinin  digər  subyektlərinin 

sahibkarlıq səylərini birləşdirməyin əsas formaları aşağıdakılardır: 

♦  bilavasitə  mənfəət  əldə  etmək  məqsədi  güdməyən  birlikiər  (ittifaqlar, 

assosiasiyalar); 

 



daimi fəaliyyətdə olan müştərək maliyyə-kredit təsisatları; 

 



bank      bazarı      iştirakçılarının      müvəqqəti        birlikləri      (sindikatlar, 

konsorsiumlar); 

 

qeyri-maliyyə  strukturlarının  daxil  olduğu  birliklər  (maliyyə-sənaye 



qrupları, holdinqlər). 

Qeyri-kommersiya  ittifaqları  və  bank  təsisatlarmın  assosiasiyaları. 

Sahibkarlıq  səylərini  biriəşdirməyin  ən  geniş  yayılmış  üsulu  qeyri-kommersiya 

ittifaqları  və  assosiasiyaları  yaradılmasıdır.  Görünür,  bu,  həmin  qurumların 

yaradılmasının asan olmasından irəli gəlir. Assosiasiyalar çox vaxt klan-peşəkarlıq 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə