Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə262/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   258   259   260   261   262   263   264   265   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

569 



Qəzəl 

Nədən, ey afət-i can, piş-i çeşmimdən nihan oldun

Unutdun 

aşiq-i zarı, rəqibə mehriban oldun. 

 

Düşərkən xak ü xun içrə şəhid-i xəncər-i qəmzən, 



Təəssüf eyləmək lazım gəlirkən şaduman oldun. 

 

 



Çək ey sinəm dəm-a-dəm nalə, ahı aha peyvənd et, 

Ki bundan 

böylə tir-i möhnətə sən də nişan oldun. 

 

Axıt ey əbr-i didəm ləl-gün hunabe-yi həsrət, 



Ki 

sən də bən gibi cam-i ələmdən sər-giran oldun. 

 

Degil dildardan 



şəkva qəbahət səndədir, ey dil, 

Ki pir-i 

əqlə sormazdan rəh-i eşqə rəvan oldun. 

 

Düruğ-amiz olan bir xande-yi canana aldandın, 



Cənah-i vəhm ilə ovc-i vüsalə pərfəşan oldun. 

 

Yetiş, ey şəhsüvar-i mərg, öldür də bəni qurtar, 



Məmatım sər zəminində niçün ahəstə-ran oldun. 

 

Bəhayi, halını anlatmaq istərdi o bəd-mehrə, 



Təşəkkür eylərim xamə, bənimçün tərcüman oldun. 

 

XIX  əsr  şairi  Əbdi  Əfəndi  Azərbaycanın  hökmdar  sülaləsi  olmuş 



Ağqoyunlu  nəslinin  nümayəndəsidir  və  bu  səbəbdən  biz  onu  azərbaycanlı şairlər 

sırasına  daxil  etmişik.  O,  Şərqi  Qarahisarda  doğulmuş,  İstanbulda  təhsil  almış, 

Osmanlı dövlətinin müxtəlif yerlərində dövlət qulluğunda çalışmışdır. Əbdinin işi 

çətinə  düşdükdə  Osmanlı  xidmətindəki  digər  bir  azərbaycanlı  dövlət  xadimi  Şir-

vanizadə  Rüşdü  paşaya  müraciət  etməsi  və  ondan  kömək  umması  diqqətə  layiq 

faktdır. Şair 1302 / 1884-85-ci ildə vəfat etmişdir. Bu azərbaycanlı şair haqqında 

məlumatı Mahmud Kamal İnal təzkirəsindən alırıq (İnal 1999: c. 1, s. 33-37). 

Divanı çap olunmamışdır. 260 səhifədən ibarət olan bir nüsxəsi “Darül-Fü-

nun” Kitabxanasında mühafizə olunur. Divanında “Qəside-yi Osmaniyyə” ünvanı 

ilə  “Dasitan-i Al-i Osman” vardır  ki,  bəzi  hissələri  Sultan  Əbdüləzizin  mədhinə 

dair

dir. Divanında yer alan tərkib-i bəndlərdən biri nəşr olunmuşdur. 



Qəzəl 

 

Can 



verməkdir bizim canana axir karımız, 

Oldu bu 


aləmdə ancaq nuxbe-yi əfkarımız. 

 

 



Bir 

dirəxt-i sər-bülənd-i bustan-i himmətiz, 

Səng-i tan ü dəxl ilə düşməz yerə əsmarımız. 

 

Olmuşuz biz aşiyan-saz-i nihalistan-i eşq, 



Bir gül-i 

rəna içündür hər dəm ah ü zarımız. 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

570 



  Könlümüz verdik o 

nəhl-i naz-i bağ-i işvəyə, 

Bundan 

özgə yox bu gülşən içrə bərg ü barımız. 



 

Lövh-i 


dildən eylədik məhv-i vücud-i masiva, 

Yardan 


qeyrə təəllüq eyləməz ənzarımız. 

 

Kəsdik aldıq mərz-bum-i vəhdəti qıldıq məqər, 



Qalmadı aləmdə artıq yarımız, əğyarımız. 

 

Dəhr içində xanman-suz-i əlayiq olmuşuz, 



Həzrət-i sultan-i eşqə hep fədadır varımız. 

 

Dərgah-i sultan-i eşqə ilticamızdır qədim, 



Sanma hadis 

Əbdiya bu yoldaki iqrarımız. 



 

Əhməd  Feyzi  Əfəndi  1842-ci  ildə  Cənubi  Azərbaycanın  Sərab  mahalının 

Türkanpor kəndində, din xadimi Əsəd Mollanın ailəsində anadan olmuşdur. İraqın 

Nəcəf şəhərində ali dini təhsil almış, daha sonra Misirə gedib, oradan Sami paşa ilə 

birlikdə İstanbula yollanmışdır. Dövlət qulluğunda çalışmışdır. 1910-cu ilin fevral 

ayının  27-də  vəfat  etmişdir.  Şeir  divanından  savayı,  mərsiyələri,  dilçiliyə  aid 

əsərləri və tərcümələri vardır (İnal 1999: c. 1, s. 646). 

  

O, Mirgun Məktəb-i Rüşdisində və Robert Kollecində müəllimlik etmişdir. 



Amerika

lıların  İslamiyyət  əleyhinə  olan  kitabları  tərcümə  etdirmək  istəmələri 

səbəbilə  müəllimlikdən  imtina  etdi.  O  zaman  maarif naziri  Münif  paşanın  dəvəti 

üzərinə fars dili müəllimliyi müsabiqəsinə girdi. Otuz üç il fars dili müəllimi oldu. 

Mahmud  Kamal  İnal,  Feyzinin  öz  vəfatına  söylədiyi  tarixi  təzkirəsində 

vermişdir: 

 

Gəldim qapuna Ya Rəbb, əlim boş, yüzüm siyah



Üsyanıma cəza olarak koğma, etmə dur. 

 

Nəfsə uyub da olmayacaqdım günahkar, 



229F

1

« 



ﺍﻮﻄﻨﻘﺗ ﻻ» bu halə bəni eylədi cəsur. 

  

Üsyanıma təqabül edər bir cəmil fiil, 



Etmiş degil bu anə degin bəndədən südur. 

 

İlla ki Əhl-i Beyt-i Rəsulun məhəbbəti, 



Zülmət-səray-i qəlbimi etmişdi qərq-i nur. 

 

Feyzi 



degilsə məzhər-i ğufran-i Zül-cəlal, 

Tarix-i 


rehləti nədən olmuş 

230F


2

«

ﺭﻮﻔﻐﻟﺍﻮﻫ» 



 1328 (1910) 

                                                 

1

 

Ла такнату – Цмиd к



əсмəйин, Сурə: 39 (Зумер), айəт 53. 

2

 



Щув

əл-ğафур – О, чок мəрщəмəт едиъидир. 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

571 



Feyzi 

Əfəndi, «Süruş» imzası ilə “Tərcüman-i Həqiqət” qəzetinin ədəbiyyat 

rubrikasında xeyli müddət çıxış etmişdir. Şair əsasən “Müəllim Feyzi Əfəndi” kimi 

tanınırdı. Fransız dilindən tərcümələr edirdi, ancaq bu dildə sərbəst danışa bilmirdi. 

Onun çox ədəbli və elm əhli olduğunu Mahmud Kamaldan öyrənirik.  

“Kamalüş-şüəra”da Feyzi Əfəndinin əsərləri haqqında da məlumat vardır. 

“Üsul-i farsi” 

adlı əsəri on dörd dəfə nəşr olunmuşdur. 

“Qamus” 

adını  verdiyi  lüğəti  türkcədən  farscaya  və  farscadan  türkçəyə 

olmaq

la tərtiblənmiş, məşhurların əsərlərindən misallarla əyaniləşdirilmişdir. Əsər 



iyrmi 

ilə  ərsəyə  gəlmişdir.  Bu  əsərin  çapı  üçün  naşirlə  razılığa  gəlnimiş,  lakin 

1890-

cı ildə evində baş verən yanğın səbəbi ilə məhv olmuşdur. 



“Müntəxabat-i farsiyyə” adlı əsərində Əcəm ədiblərinin məşhur əsərlərindən 

nümunələr və tərcümələr təqdim olunmuşdur. Bu əsər də yanmışdır. 

“Vaveyla” İmam Hüseyn haqqında 1897-ci ilə qədər yazdığı mərsiyələrdən 

ibarətdir  və  çap  olunmuşdur.  O  tarixdən  sonra  söylədiyi  mərsiyələr  nəşr 

edilməmişdir. 

“Divan-


i əşar” - evində baş verən yanğına qədər yazdığı şeirləri əhatə edən 

divanı  da  məhv  olmuşdur.  Mövcud  şeirləri,  ordan-burdan toplanan  və  yanğından 

sonra yazılan şeirlərdir. 

“Suz  u  Güdaz”  mahnı  sözlərindən  ibarət  əsərdir.  1882-ci  ildə  nəşr 

olunmuşdur.  

“Rübaiyyat-

i Xəyyam” Xəyyamın bəzi rübailərinin tərcüməsidir ki, yuxarıda 

qeyd oluna

n “Müntəxəbat-i farsiyyə” adlı əsərdən çıxarılmış və ayrıca bir əsər kimi 

nəşr edilmişdir. 

“Cib  Lüğəti”  evindəki  yanğından  sonra  dostu  müəllim  Naci  Əfəndinin 

tövsiyyəsiylə tələbələr üçün türkçədən farscaya və farscadan türkçəyə tərtib edilmiş 

lüğətdir. Əsər oğlunda saxlanılır. 

 

Qəzəl 



Enin ü 

nalə, səhər-hizə ney nəvası gəlir, 

Büqadan arif-i billaha mey 

səfası gəlir. 

 

Süxənvərin əsəri bir həyat-i sanidir, 



Gedərsə dar-i fənadan yenə sədası gəlir. 

 

Bənim vücudum olur na-pədid o dəm yoksa, 



Cahan bu halda qalmaz, 

qədr-şinası gəlir. 

 

Əbəs təbib arama dərd-i dil ara yahu, 



Ki 

dərd-mənd olanın qeybdən dəvası gəlir. 

 

Kədərdən özgə qəribüd-diyarı kim yoklar, 



Mariz iyadətinə gəlsə aşinası gəlir. 

 

Sitəm-gəran-i Xuda-na-şinas haqqından, 



Əfəndi, təcrübə etdim səhər duası gəlir. 

 

 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə