AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
593
sultanlara görə. Bəylərbəylərinə bağlı “qol bəyləri”nin (qol bəyləri / qul bəyi)
digər adının “xan” olduğu təxmin edilir. Hakimlər onları təyin edir və vəzifədən
azad edirdi. Bəylərbəyi kimi hər sərhəddin sultanı o sərhəddin xanına tabe idi.
1
Səfəvi dövlətində farsların hakim mövqeyə gəlməsində əsas iki amil rol
oynamışdır. a) Paytaxtın dəyişdirilib fars bölgələrinə nəql etdirilməsi
2
; b) Qızılbaş
türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması
a) Səfəvilərin paytaxtının dəyişdirilməsinin Farsların və Fars dilinin
qüvvətlənməsində rolu: Osmanlı ilə ardı arası kəsilməyən mücadilələr, Səfəvi
şahlarını paytaxtı və dolayısı ilə dövlətin mərkəzi təşkilatını qorumaq barəsində
qayğılandırırdı. Bu səbəblə paytaxt Səfəvi hakimiyyətində iki dəfə dəyişdiril-
mişdir. İlk öncə Qəzvinə köçürülən paytaxt, Şah Abbas zamanında İsfahana nəql
etdirildi. Hər iki şəhərin əhali baxımından fars ağırlıqlı olması dövlət təşkilatında
farsların və fars dilinin mövqeyini qüvvətləndirmişdir. Turhan Gencəyinin də haqlı
olaraq qeyd etdiyi kimi paytaxtın türklərin yaşadıqları məntəqələrdən İsfahana nəql
etdirilməsi Təbrizin siyasi və mədəni əhəmiyyətinə şiddətli bir zərbə olmuşdur.
Şah Abbasın reformları da Qızılbaş boylarının təsirini və əhəmiyyətini azaltmışdır.
Buna baxmayaraq Səfəvi şahlarının və Səfəvi dövlətini quran Qızılbaşların ana dili
olan türk dili yeni paytaxtda -
İsfahanda, Təbriz və Qəzvindəki kimi sarayın və
ordunun dili olaraq qalmışdır.
3
Səfəvilərin rəsmi yazışmalarda hər iki dildən istifadə etdikləri bilinməklə
birlikdə sarayda istifadə edilən dilin Türk dili olması bir çox səyyah tərəfindən
qeyd olunmuşdur.
4
Dövlət təşkilatında fars dilinin istifadə olunması ənənəvi bir haldı və
bunun dəyişdirilməsi ciddi reformist bir hərəkat gərəkdirirdi. Fars dilinin Səfəvi-
lərdə istifadə olunması ilə əlaqədar tənqidlərdə bir məsələ diqqətdən yayınmışdır.
Münşilik, katiblik məsləyi digər məsləklər kimi atadan oğula öyrədilərək davam
etdirilirdi. Bu müəssisələrin farsların əlində olması onları dövlətə tabe və bağlı
etdiyi kimi, eyni zamanda böyük qazanclar əldə etmələrinin də qarşısını alırdı. Bu
məmuriyyətlərin qazancları dövlət tərəfindən məhdud maaşlarla və ya keçici
torpaq mülkiyyətləri ilə tənzimlənirdi. Türk boylarının bəyləri isə əksinə böyük
vilayətlərin idarəsini əllərində tutur və ordu saxlayırdılar və lazım olduğu zaman
bu ordularla müharibələrdə iştirak edirdilər. Həm maddi və həm də hərbi güc
baxımından bu məmurlara görə daha müstəqildilər.
b) Qızılbaş türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması
–-
Qızılbaş bəylərinin hakimiyyət uğrunda apardıqları mücadilələrin kontrol altına
tutulması səyləri Şah İsmayıl dövründən başladılmış
5
və daha sonrakı Səfəvi
şahları (sadəcə Şah Abbas tərəfindən deyil, şah İsmayıldan sonra gələn digər şahlar
tərəfindən də) tərəfindən də davam etdirilmişdir. Bu mücadilələrə Şah Abbas,
1
V. Minorsky, eyni adlı əsər, s. 43.
2
Şah İsmayılın oğlu və vəliəhdi Şah Təhmasib, Osmanlıların təzyiq və hücumları səbəbi ilə paytaxtı
Qəzvinə daşıdı (H. 962/1555), I. Şah Abbas da paytaxtı Qəzvindən İsfahana köçürdü (H.
1006/1598).
3
Turhan Gəncəyi, “Zeban-i Torki der Derbar-i Sefevi der İsfahan”, “Tribun” jurnalı, sa. 4, İsveç
1999, İngilis dilində - Turcica, Tome, XXII, Paris 1991, s. 73.
4
S
. S. Əliyarov, Y. M. Mahmudov, Azərbaycan Tarixi Üzrə Qaynaqlar, Bakı 1989, s. 230.
5
А. П., Новосельцев, Некоторые Вопросы Государственной Организации Державы Сефевидов
в Иране, Ближневосточный Сборник, Тиблиси 1983, s. 178.
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
594
Qızılbaş bəylərini əhəmiyyətli mövqelərdən uzaqlaşdırmaq yolu ilə və orduda apar-
dığı islahatlarla son qoymağa çalışmışdır. Türk bəylərinin hakim olduğu vəzi-
fələrdən ən əhəmiyyətlisi “vəkil” vəzifəsi idi. Qızılbaş bəyləri bu məqamı əllərində
tutmağa çalışaraq şahın dövləti idarəsinə birbaşa təzyiq göstərə bilirdilər. Vəkil
vəzifəsində olan türk əsilli bəylər arasında Div Sultan Rumlu, Çuxa Sultan Təkəli
və Hüseyn Xan Şamlunun adları qeyd olunur.
1
Hakimiyyət uğrunda mübarizələrdə sadəcə türk əmirlərinin bir-biriləri ilə
deyil, həm də hakim sülalə ilə yaxın qohumluq əlaqəsi olan fars əsillilərlə toqquş-
ma
ları qaynaqlarda qeyd olunmuşdur. Bunlardan ən çox diqqəti çəkən şah Məhəm-
məd Xudabəndənin xanımı Mazandaranlı Mehdi Ülyanın və onun yaxın adamı
olan vəzir Mirzə Salmanın Qızılbaş əmirləri tərəfindən öldürülməsi hadisəsidir.
Saray
dakı yeganə “tacik” vəzir Mirzə Salmandı. O, Fars valisi İbrahim xan Zül-
kad
rin vəziri olan İsfahanlı Ağa Mirzə Əli Cabirinin oğlu idi. O, I.Şah Təhbasibin
zamanında “nazir-i büyutat” vəzifəsini icra etmiş, daha sonra II.Şah İsmayılın za-
manında vəzir olaraq təyin olunmuşdu. Məhəmməd Xudabəndə zamanında onun xa-
nımının etimadını qazanaraq, “etimad əd-dövlə” titulunu almış və “vəzir-i divan-ı
ala” vəzifəsinə yüksəldilmişdi. Mirzə Salman Qızılbaş əmirlərinin arasını vuraraq,
onla
rın gücünü zəiflətməyə çalışmışdır. Qızını Həzmə Mirzə ilə evləndirərək ha-
kimiyyəti ələ keçirməyi planlayırdı.
2
Bu vəziyyətdən narahat olan qızılbaş əmirləri
şahın xanımı aradan qaldırdıqları kimi Mirzə Salmanın öldürülməsinə də fərman
verdilər.
Şah Abbasın və daha əvvəlki Səfəvi şahlarının Qızılbaş əmirlərinin təsirini
azaltmağa yönəlik səyləri, onların müstəqil hərəkətlərini məhdudlaşdırmaq məq-
sədi daşıyırdı. Davamlı Osmanlıların təzyiqlərinə məruz qalan coğrafiyadan pay-
taxtın köçürülməsi, regionda hakim olan qızılbaş əmirləri üzərində kontrolun zəif-
ləməsinə səbəb olmuşdu. Qızılbaş əmirlərinə (I.Şah İsmayıl tərəfindən) verilən
mülklər və səlahiyyətlər onların qüdrətini artırmışdı. Bu səbəblə mərkəz, qızılbaş
əmirlərinin gücünü zəiflətmək məcburiyyətində idi. Osmanlı ilə yaxın mövqedə
yerləşmələri mərkəz dövlətlə Osmanlı arasında müharibələrdə siyasi balansın bir
digərinin lehinə dəyişməsində rol oynamalarına imkan yaradırdı. Osmanlıya sığı-
nan Səfəvi soyundan olanların xəyanətləri də bu qəbildən olan tədbirlərin alın-
masına səbəbiyyət verirdi.
Qızılbaş əmirlərinin mərkəzi təşkilatda təsirsiz hala gətirilməsi Səfəvilərin
zəifləməsində əhəmiyyətli yer tutur. Qızılbaş boyları bilindiyi üzrə şahdan çox
bəylərinə bağlı idilər. Mərkəzdə yer aldıqları müddətcə Qızılbaş boy əmirləri
ölkənin bütövlüyünün qorunmasına xidmət etmişdirlər. I. Şah Abbasla başladılan
reformlar qızılbaş əmirlərinin hakim mövqelərdən sıxışdırılıb çıxarılması və mər-
kəzi təşkilatın İsfahana daşınması qızılbaş boylarının kontroldan uzaq qalmalarına
səbəb olmuşdur. Hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq Səfəvi sonrası
dövlətlərin meydana çıxmasında təkrar türk boylarının - Afşarların və Qacarların –
1
O. Ədəndiyev, onlarla (Div Sultan Rumlu, Çuxa Sultan Təkəli və Hüseyn Xan Şamlu) əlaqəli
aşağıdakı məlumatı qeyd edir: “Onlar əslində kiçik yaşda olan I. Şah Təhmasibin dövründə vəkil
vəzifəsinə öz sələflərini öldürərək keçən, tam səlahiyyətli və güclü səltənət naibləri idilər.” O.
Əfəndiyev, eyni adlı əsər, s. 227.
2
O. Əfəndiyev, eyni adlı əsər, s. 162.
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
595
rol oynaması, İranda hakimiyyəti ələ keçirməsi türklərin bu mübarizədən əsla geri
çəkilmədiklərinə işarətdir.
“JANGE” AND “TAJEKEYA” IN THE SAFAVID STATE STRUCTURE
Summary
In the Safavid state the sharing of responsibilities among governors and managed
being displayed in traditional form. If the governors of the Safavid state and the
shah structure were beys of the Turkish clans, the clerks and administrators were
staffs of Persian origin from the Achaemenids, Sasanian and Seljuks states and
those who had followed the “Tajekeya” direction. By time, the second group was
full of with Turkish origin staff and they also had followed the institutional
bureaucratic direction and written their works on Safavid’s shahs history in the
Persian. This dualist direction was continued till the modern times and had stayed
in the same form as well as in the states reigned by Nadir and Ghacar shahs.
Key words: Safavi, the State Organization, Jange, Tajekeya, Turkish, Persian