AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
580
noyabra qədər Qafqaz və Merkuri şirkətinin gəmiləri həftədə bir, bəzən də iki dəfə
Bakıdan Ənzəliyə gedir, ilin başqa vaxtlarında isə nizamsız işləyirlər. Adətən bazar
günü axşam Badkubədən yola çıxırdılar. Azərbaycan ərazisində olan Lənkəran və
Astara limanlarına gəldikdən sonra bazar ertəsi günü günortadan sonra Ənzəliyə
çatmaq üçün vaxtı nizamlayırdılar. Bu yolun uzunluğu cəmi 197 mildir”. (6; S. 62-
63)
Almanyalı Henrix Brukeş isə bu şirkətin gəmilərinin Həştərxandan Ənzəliyə
həftədə iki dəfə nizamlı şəkildə səfər etdiyini və Xəzərin digər limanlarından da
keçdiyini yazır. Bu şirkətin gəmiləri Xəzərin şərq və qərbindən keçdiyi, Petrovski,
Dərbənd, Bakı, Lənkəran, Astara və Ənzəli limanlarında dayandığını yazır.(2; s.
44) Henrix
habelə qeyd edir ki, Xəzər dənizinin limanlarında gəmilərin gəlişini
gözləmək bir çox narahatlıq yaradırdı. Çünki bu dəniz ilin hər fəslində tufanlı olur
və əvvəlcədən hazırlanmış hərəkət cədvəli saatlar, hətta günlərlə təxirə salınırdı.(2;
s. 44)
Henrix
Brugeş bundan başqa Tiflisdən Bakıya gələn qatar yolunda dəmiryol
stansiyaları haqqında məlumat vermiş və Tiflis - Bakı arasında dəmir yol
satnsiyalarının qırmızı kərpiclərlə hörüldüyü, çox gözəl görüntüsü olduğunu və bu
stansiyalarda verilən yeməklər haqqında da maraqlı məlumatlar yazmışdır.(2; s. 33)
Öz səfərlərini anbaan qələmə alan avropalı səyyahlar Azərbaycan ərazisində
yerləşən şəhərlərdən, habelə Xəzər dənizindən keçərkən bu yerlərin təbiəti
haqqında da bəzi məlumatlar vermişdirlər. Quru yolla Tiflisdən Bakıya və
Azərbaycanın qərbi və Naxçıvanın şərqinə doğru gələn yol üzərindəki yerlərin bir-
birindən fərqlənən təbiəti səyahlarda müxtəlif təəssüratlar yaratmışdır. Gürcüstan
ərazisində yaşıl meşələr və axar çayları görən səyyahlar Bakıya doğru hərəkət
etdikcə böyük iqlim dəyişikliyinin olduğunu yazırlar.
Almanyalı Henrix Tiflisdən qatarla Bakıya doğru gəldiyi zaman yol boyu
Azərbaycan təbiətindən yazır: “İrəliyə doğru getdikcə ətraf ərazilərin daha quru
olduğunu görürük. Hətta getdikcə adama elə gəlir ki, İordaniya ərazisində yol
gedir. Xüsusilə yay fəslində olan quru və yandırıcı isti bu yolun əsas çətinliklərin-
dəndir. 1884-cü il oktyabrın əvvəlində səhər saat 10:00 termometr havanın tempra-
turunu 28 dərəcə göstərirdi...Bakıya yaxınlaşdıqca toz-torpaq daha da çoxalır,
həmçinin neftə görə xoşagəlməz qoxu gəliridi...Yeddi saat yol getdikdən sonra
qatar
şərqdən şimala doğru döndü. Sarı qumların arxa tərfində göy rəngdə nazik bir
xətt görünürdü. Bu göy rəngli xətt Xəzər dənizinin uzaqdan görüntüsüdür və sanki
göy rəngdə bir divar bu səhranın qurtaracağıdır. Bu görüntü Bakının yaxınlığına
qədər davam edir. Qafqaz dağlarının bir qolu bu bölgədə qərbdən şərqə doğru
uzanır və Abşeron yarımadasında Xəzər dənizinin suyuna qərq oldur. Burada çox
kolluq var, görün
ür su olsaydı bu torpaqlardan çox məhsul əldə etmək olardı. Ax-
şam sərin hava vardı lakin neftin qoxusu bu sərin havanı bürümüşdü”.(2; s. 33-34)
Bakı şəhəri kənarında yerləşdiyi Xəzər dənizinə görə xüsusi bir iqlimə
malikdir. Şımal və açıq dəniz üzərindən əsən şərq küklərinin məskəni olan Bakı bu
xüsusiyyətinə görə dünyada küləklər şəhəri kimi məşhurdur.
Henrix Bakı şəhəri və Xəzər dənizinin təbiəti haqqında da geniş və məlumat
vermişdir. O, yazır: “Baku, Bakı ya iranlıların dediyi kimi Badkubə şəhəri Xəzər
dənizinin sahili, Abşeron yarımadasının cənubunda, yarımhilal formada dəniz
ortasına doğru çəkilmiş yerdə yerləşir və strateji vəziyyətinə görə liman üçün
əlverşli yerdir. Günbəzlər və məscid minarələrinin kölgə saldığı alçaq evlər dənizin
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
581
sahilindən başlayaraq ərtafdakı təpələrin üzərinə qədər olan sahədə yerləşir... Bakı
şəhərinin yeri qayalıq və qumluqda olduğu üçün burada çox bir bitki yetişmir...
Bəzi bağlarda gül-çiçək yetişdirmək üçün gəmi ilə Lənkərandan torpaq gətirir və
bunun üçün çox zəhmət çəkirdilər. Bakıda su az olduğu üçün suya qənaət
edirdilər...Mavi dənizi seyr etmək nə qədər gözəl olsa da təbiətin əsl bəzəyi olan
yaşıllıq və gül-çiçək, meşələr və çəmənlərin verdiyi gözəllik gözə dəymir. Hərçənd
şəhərin ətrafında yaşıllıq yerlər vardır və Şamaxı özü bu baxımdan olduqca
gözəldir”.(2; s. 37)
Bakıdan İrana istər quru istərsə də dəniz yolu ilə səfər edənlər Azərbaycanın
dilbər guşəsi olan liman şəhəri, Lənkərandan keçməli olur. Henrix gəmi ilə
Ənzəliyə gedərkən gördüyü Lənkəran şəhəri haqqında yazmışdır. “Lənkəran
yaxınlığında çox gözəl və ürək oxşayan təbiət var. Lənkəran sahil boyu çəkilib və
şəhər bir-birinin uzərində pilləkənvari şəkildə yerləşən yaşıl dağlar, əkin sahələri
və meşələrlə əhatə olunub... Lənkəran və Astarada Rusiyanın hərbi qarnizonu
yerləşir. Lənkəran sularında çoxlu sayda balıq növləri, meşələrdə isə vəhşi
heyvanlar, o cümlədən bəbr vardır. (2; s. 46)
İtaliyalı Karla xanim Serena da İrana gedərkən Qafqazdan keçmiş, Abşeron
limanı haqqında təəssüratları yazarkən bu yerin ab-havası haqqında məlumat
vermişdir. Məlumatda yazır: “Çox qəmgin görüntüsü olan Abşeron müstəqil bir
limandır və pis havalarda gəmilər orada lövbər salır. Bu yarımadada qoruqçular və
mayak nəzarətçiəlindən başqa heç kim yaşamır. Üfüqü geniş dəniz olan və bir
tərəfində uca qayalıqlardan başqa heş bir şey görünməyən bu susuz və otsuz
torpaqlar sanki insanı dərdə-qəmə düçar etmək üçün yaradılmışdır. Abşeronun
sahili çox məşəqqətlidir və onun qarşı tərəfində Müqəddəs
∗
adında bir ada var.
Bu vaxta qədər bu susuz və otsuz çöldə yolçuların tələblərini təmin etmək
üçün heç bir tadarük görülməmişdir. Qida məhsunu əldə etmək üçün Abşeronun
səkkiz verst
∗
yaxınlığındakı tatarların oturduğu qonşu Bossuni
∗
kəndinə gedir-
dilər.(11; s. 4)
Səyyahların çoxu ən çox Bakı şəhərində qaldıqları üçün digər şəhərlərə
nisbətən Bakı şəhəri və onun yaxınlığında neft mədənlərinin yerləşdiyi Balaxanı,
Qara şəhər
∗
və xarabalıqları qalan Bayıl qalası haqqında məlumat yazmışdırlar.
Henri Binder Bakı şəhəri və nefti haqqında çox maraqlı bir məlumat yazır:
“Bakı ümumilikdə neft şəhəridir və hər yerdən neft qoxusu gəlir. Neft hər yeri
bulaşdırıb, yağlamış və dənizin üzərini neft layı örtmüşdü. Bu lay qalınlaşmasın
deyə bəzən onu yandırırdılar. Bu işi gecə gördükləri zaman çox gözəl bir mənzərə
ya
ranır. Gəmilər heç çəkinmədən o alovların üzərindən keçib, yolarına davam
edirlər”.(1; s. 509)
Ser Karls Yet Məşhəddə konsul olduğu vaxt türkmənistan üzərindən gəmi ilə
Bakı şəhərinə gəlmiş və Bakı şəhərinin yaxınlığında Xəzər dənizində yerləşən ada
haqqında yazmışdır. “Düz dənizin ortasında bir təpəyə bənzər quru yer gözə dəyir.
∗
Pirallahı
∗
Ölçü vahidi 1067 metr.
∗
- Boussouni
ﻲﻧﻮﺳﻮﺑ ( Buzovna yeqin ki)
∗
Balaxanı yaxınlığında neftayırma zavodu yerləışdiyi üçün orda havanın çox çirkli
olmasından dolayı həmin yeri Qara şəhər adlanıdırıb.