Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   14   15   16   17   18   19   20   21   22

28 

 

Onun  diametri  1,5  sm,  sancağın  uzunluğu  isə  3,8  sm-dir.  Sancaq XV  əsrin  ortalarına  aid  edilir (XV tablo, 2). 



Yuxarıda qeyd etdiyimiz kimi orta əsr Bakı zərgərlərinin hazırladıqları əşyalar qiymətli daşlarla bəzədilmişdir. 

Bütün bunlar isə zərgərlik sənətinin yüksək inkişafına dəlalət edir. 

Bakıda  qədim  müsəlman  qəbiristanlığından  tapılan  bir  qızıl  sancaq  və  dörd  ədəd  sancağın  gümüşdən 

başlığı  xüsusilə  diqqətə  layiqdir.

165

  Tapıntı  haqqındakı  hesabatda  bu  bəzəklərin  yalnız  adları  çəkilir,  haqqında 



məlumat verilmir. Lakin  əsərdə qızıl sancağın rəsminin olması onun haqqında müəyyən fikir söyləmək imkanı 

yaradır. Xüsusi  formaya  malik bu qızıl sancaq həqiqətən əsl  insəsənət  əsəridir. Onun qızıl başlığının üzəri çox 

nəfis şəkildə şəbəkə formasında   hazırlanmışdır (XV tablo,  I). Şəkildən göründüyü kimi, qızıl məftillə hörülən 

bu  hissənin  dörd  tərəfi  tacvarı  şəkildə  qabarıqdır.  Sancağın  baş  hissəsində  0,5  sm  uzunluğunda  çıxıntı  vardır.  

Onun  zərif  işlənilmiş  başlığı  2,5, sancağın tiyəsi isə 4,5 sm-dir. Məlum olduğu kimi, qəbir materialları XII — 

XIII əsrlərə aid edilir.

166

 Bakı sancaqlarının oxşarlarına isə hələlik təsadüf olunmamışdır.  



Toqqa  və  toqqa  bəzəkləri.  Metal  əşyaların  bir  hissəsi  də  kəmər  bəzəklərindən  ibarətdir.  Arxeoloji 

qazıntılar nəticəsində onlardan yalnız bir     neçəsi tapılmışdır. Bəzəklərdən ikisi lent formalı mis təbəqədəndir. 

Birinin  yanlarında  kəmərə    bənd  edilmək  üçün  qarmaqları    vardır.    Onun  əks  tərəfində    üç  yerdə  simmetrik 

dairələrdən ibarət naxış çəkilmişdir. 

Lentvarı  formalı  digər  bəzək  isə  əvvəlkinə  nisbətən  ensizdir.  Onun  hər  iki  tərəfi  qırılmışdır.  Üzərində 

paralel xətlər arasında uzadılmış dairələr və onları bir-birindən ayıran qoşa nöqtələr təsvir edilmişdir (XV tablo, 

3).  Misdən  olan  bu  kəmər  bəzəkləri  döymə  üsulu  ilə  düzəldilmiş  və  üzəri  zərb  vasitəsilə  naxışlanmışdır  (XV 

tablo, 4). 

Toqqa bəzəklərinin iki ədədi isə müxtəlif formadadır. Biri üç yarpaqlı çiçək şəklində olub arasında deşik 

açılmışdır. Onun üzərində çiv və ya ox ucuna oxşar naxış vardır. Təbəqə misdən döymə üsulu ilə hazırlanmışdır. 

Şübhəsiz, bu bəzək də kəmərə bənd edilmək  üçün düzəldilmişdir (XV tablo, 5). 

Şəbəkə formasında naxışlanmış başqa kiçik bəzək tuncdan tökmə üsulu ilə hazırlanmışdır. Onun bir tərəfi 

qırılmışdır. Çox güman ki, bu bəzək rombvarı formada olmuşdur (XV tablo, 6). 

Yuxarıda qeyd etdiyimiz qədim qəbir materialları içərisindən misdən iki ədəd kəmər qadağı (toqqa başı) 

da tapılmışdır

167


. Əlimizdə əlavə məlumat olmadığından onların quruluşu haqqında təsəvvür yaratmaq mümkün 

deyildir. 

Arxeoloji  qazıntılardan  bir  neçə  ədəd  kəmər  başlığı  da  tapılmışdır.  Onların  dörd  ədədi ikigözlüdür.  Üç 

ədədinin  bağlanmaq  üçün  olan  dilçəyi  düşmüş  (XV  tablo,  7—9),  birininki  isə  paslanaraq  üstünə  yapışmışdır 

(XV tablo, 10). Eyni formalı olan bu dörd toqqa başlığının üç tərəfi çıxıntılı düzəldilmişdir. Onlar mis məftildən 

döymə üsulu ilə hazırlanmışdır. Bəhs etdiyimiz toqqaların oxşarı Beyləqandan məlumdur.

168

 Bu toqqalar XII — 



XIV əsr materialları ilə birlikdə tapılmışdır. 

1966-cı  ildə  əldə  edilən  toqqa  başlığı  əvvəlkilərdən  fərqlənir.  Üçbucağı  xatırladan  bu  toqqanın  kəmərə 

bərkitmək üçün qarmağı vardır. Həmin toqqa IX — X əsrlərə aid saxsı məmulatı ilə birlikdə aşkar olunmuşdur  

(XV tablo, 11). 

Bakıdan  tapılan  bədii  incəsənət  əşyaları  içərisində  ilk  dəfə  təsadüf  edilən  fantastik  balıq  fiquru  diqqəti 

cəlb  edir.  1964-cü  ildə  İçərişəhərdə  Qız  qalasının  şimalındakı  qazıntılar  zamanı  aşkar  edilən  bu  balıq  orijinal 

formaya malikdir.

169


 Onun üzəri başdan-başa sədəflə örtülmüşdür. Quyruğu halqavarı şəkildə qatlanaraq belinə 

birləşdirilmişdir.  Balığın  gözləri  düyməcik  kimi  qabarıq  formada,  qulaqları  isə  çıxıntı  şəklində  verilmişdir. 

Fiqurun ağzı açıq şəkildə təsvir olunmuşdur. Balıq fiqurunun ümumi uzunluğu 8,2,  hündürlüyü isə 4,5 sm-dir. 

Fiqur  tuncdan  tökmə  üsulu  ilə  hazırlanmışdır.  Spektral  analiz  onun  tərkibinin  84,75%  mis,  8%  sink,  4% 

qurğuşun,  1,02%  qalay,  1%  arsen,  0,8%  dəmir,  0,3%  nikel,  0,07%  sürmə  və  gümüş,  0,83%  bismutdan  ibarət 

olduğunu müəyyənləşdirmişdir

170

 (XVI tablo, 1). 



Misdən  yüksək  səviyyədə  tökülmüş  bu  incəsənət  nümunəsi  dövrün  sənətkardığını  qiymətləndirmək  və 

onun bədii əhəmiyyətini qeyd etmək cəhətdən xüsusi maraq doğurur. 

Bu formada balıq fiquru hələlik bizə məlum deyildir. Lakin tədqiqat dövründə Bakının maddi mədəniyyət 

materialları üzərində çoxlu balıq rəsmlərinə təsadüf olunur. Bu da yəqin ki, Bakının dəniz sahilində yerləşməsi 

ilə əlaqədardır. 

Balıq fiquru, balıq rəsmləri və qazıntılar zamanı tez-tez rast gəldiyimiz balıq sümükləri şəhər əhalisinin 

başqa sənət və təsərrüfat sahələri ilə bərabər balıqçılıqla da geniş məşğul olduğunu göstərən faktlardır. 

                                                           

165

 Bartold V. V. Göstərilən əsəri, s. 119.  



166

 Yenə orada, s. 118.  

 

167


 Bartold V. V. Göstərilən əsəri. s. 119. 

168


  Якобсон  А.  Л.  Раскопки,  с.  144.  Yenə  onun.  Археологические  исследования  на  городише  Орен-кала  в  1957  г.  МИА  СССР,  №  133,  М.—Л., 

1965. с. 18, 9-сu şəkil  «v». 

169

 İsmizadə  Ö. Ş.,  Ciddi  H.  Ə.  Bakı  Qız  qalası.  Bakı,   1968. 



170

 Analiz Azərbaycan EA Tarix İnstitutunun arxeoloji-texnoloji laboratoriyasında, kimya elmləri doktoru İ. R. Səlimxanovun rəhbərliyi ilə aparılmışdır. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə