Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Qeyd  etməliyik  ki,  bu  mövzuda  hələlik  ümumiləşdirici  bir  məqalə  belə  yazılmamışdır.  Yalnız  arxeoloji 



qazıntıların  hesabatlarında

10

,  bəzi      monoqrafiya



11

  və  məqalələrdə

12

,  həmçinin  məlumat  xarakterli 



məcmuələrdə

13

  Bakı  metalı  haqqında  çox  qısa  məlumata  təsadüf  olunur.  İçərişəhərdəki  arxeoloji  tədqiqatlar 



nəticəsində  xeyli  miqdarda  müxtəlif  metal  əşyalar  aşkar  edilmişdir.  Metalın  təkrar  istehsalını  da  nəzərə  alsaq, 

Bakıda metal məmulatının daha zəngin olduğu qənaətinə gələ bilərik. Tapıntıların əksəriyyəti bütöv, müəyyən 

miqdarı isə qırıq hissələrdən ibarət olub qara, əlvan və qiymətli metallardan (dəmir, mis, tunc, gümüş və qızıl) 

hazırlanmışdır.  Onların  içərisində  əmək  alətləri,  silahlar,  məişətdə  və  təsərrüfatda  istifadə  olunan  əşyalar  və 

çoxlu bəzək şeyləri vardır. 

Metal məmulatı təsnif olunarkən onların həm təsərrüfat, məişət əhəmiyyəti, həm də sənətkarlıq məhsulu 

kimi cəhətləri əsas götürülmüşdür. 

Məlum olduğu kimi,  metalişləmə sənəti feodal şəhərlərinin sosial-iqtisadi və təsərrüfat həyatında böyük 

rol oynamış, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafına əsaslı təsir göstərmişdir. 

Təəssüflə  qeyd  etməliyik  ki,  şəhər  sənətkarlığında  aparıcı  rol  oynayan  bu  sənət  haqqında  tarixi 

mənbələrdə  elmi  məlumatların  olmaması  əsərin  daha  ətraflı  tarixi  səpkidə  yazılmasına  imkan  vermir.  Lakin 

Bakının orta əsr tarixilə bağlı olan bu mövzunun şəhərin həyat tərzini, sənətkarlığın səviyyəsini və ümumiyyətlə 

dövrün iqtisadi inkişafını öyrənmək üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq tədqiqini lazım bildik. 

Bakının orta əsr metalişləmə sənətinə həsr edilmiş bu əsər xronoloji cəhətdən IX—XVII əsrləri əhatə edir. 

Əsərin  bu  səpkidə  yazılmasında  məqsəd  öyrəndiyimiz  dövrdə  Bakıda  şəhərin  iqtisadi  həyatında  həlledici  rol 

oynamış metalişləmə sənətini ümumiləşmiş və yığcam şəkildə oxuculara çatdırmaqdır. 

 

 

 

                                                           

10

 İsmizadə Ö. Ş., İbrahimov F. Ə., Qədirov F. V., Minkeviç-Mustafayeva N. V., Fomenko V. P. Bakı arxeoloji ekspedisiyasının hesabatları, 1962—1968-



ci illər. Azərbaycan EA Tarix İnstitutunun elmi  arxivi,  inv. 7498   (0,37),   (h-26/1), 0—09, №  18. 

11

 Исмизаде О. Ш. Историко-археологические исследования города Баку (VIII—XVII вв.).  Azərbaycan EA Tarix  İnstitutunun elmi arxivi, fond 1. 



siyahı 16. iş 6994. 

12

 Бартольд В.В. Отчет об осмотре древнего мусульманского кладбища в г. Баку. Изв. Импер. археол. комис. вып. 16, С. Петербург, 1905, с. 117-



119; Левиатов В.Н. Археологические раскопки близ дворца Ширваншахов в г. Баку, МКА, т. I, Baku, 1949, s. 115; İsmizadə Ö. Ş. 1966-cı ildə 

İçərişəhər ərazisində aparılan arxeoloji tədqiqat işlərinin nəticələri haqqında. AMM, VIII cild, Bakı, 1976, s.179. 

13

 Асланов Г.М. , Голубкина Т.Н., Садыхзаде Ш.Г. Каталог золотых и серебряных предметов и археологических раскопок Азербайджана. Баку, 



1966, с. 23, 30.  


 

ƏMƏK ALƏTLƏRİ 



 

Maddi  nemətlərin  yaradılmasında  mühüm  rol  oynayan  əmək  alətləri  xalqın  məşğuliyyətini,  ictimai, 

iqtisadi  həyatını  öyrənməkdə  tədqiqatçılara  yaxından  kömək  edir.  Bakıda  aparılan  arxeoloji  qazıntılar 

nəticəsində xeyli əmək alətləri tapılmışdır. Onların bir hissəsi əkinçilik və bağ-bostan təsərrüfatını, digər hissəsi 

məişət və təsərrüfatın başqa sahələrinin, həmçinin bu sahələrdə işlədilən istehsal alətlərinin inkişaf səviyyəsini 

öyrənmək  cəhətdən  əhəmiyyətlidir.  Məlum  olduğu  kimi,  əmək  alətləri  istifadə  olunduğu  dövrlərin  istehsal 

münasibətlərini və ictimai quruluşu öyrənmək üçün başlıca mənbə kimi böyük qiymətə malikdir. 

Klassiklər  keçmiş  ictimai  iqtisadi  formasiyaları  xarakterizə  etmək  üçün  məhz  istehsal  alətlərinin 

əhəmiyyətini yüksək qiymətləndirirlər. Onlar yazırlar: «Nəsli kəsilmiş heyvan növlərinin qalmış sümüklərinin 

quruluşu onların bədən quruluşunu tədqiq etmək üçün nə qədər əhəmiyyətlidirsə, əmək vasitələrinin qalıqları da 

aradan qalxmış olan ictimai-iqtisadi quruluşları tədqiq etmək üçün eyni dərəcədə qiymətlidir. İqtisadi dövrlərin 

fərqi həmin dövrdə nə istehsal edilməsində deyil, necə və hansı əmək  vasitələrilə istehsal edilməsindədir»  (K. 

Marks.  Kapital, I cild, Bakı, 1969, s. 186). 

Qeyd etməliyik ki, Bakıda orta əsrlərdə işlədilən, müxtəlif növ əmək alətlərinin, şübhəsiz, yalnız cüzi bir 

hissəsi  arxeoloji  qazıntılar  nəticəsində  tapılmışdır.  Onların  içərisində  həm  sənətkar  alətlərinə—çəkic,  maşa, 

isgənə, zindan və s. həm də təsərrüfat və məişətdə işlədilən alətlərə—toxa, bel, çin, balta, bıçaq, çapacaq, dəhrə, 

oymaq, biz, qıyıq və s. təsadüf edilir. 

Yuxarıda  qeyd  edilən  əmək  və  təsərrüfat  alətləri,  habelə  məişətdə  işlədilən  bəzi  əşyalar  dəmirdən 

düzəldilmişdir.  Göstərilən  alətlərin  hazırlanmasında  əsasən  isti  döymə  üsulundan  geniş  istifadə  olunmuşdur. 

Dəmiri yalnız qızdırılmış halda döyüb yastılamaq, uzatmaq, əymək, qatlamaq və s. mümkün olur. Soyuq döymə 

adətən  dəmir  döyülüb  müəyyən  formaya  salındıqdan  sonra  tətbiq  edilir.    Dəmir    alətlər    yalnız  dəmirçi  

körüyünün    vasitəsilə  qızdırılır    və  alətin    xarakterindən  asılı  olaraq  lazım  olan  texniki  iş  üsulları—deşmə, 

qatlama, əymə, kəsmə,  qaynaqetmə  və s. tətbiq edilir. İşlək hissəsinin möhkəmliyi vacib olan alətlər dəmir və 

poladdan hazırlanır. Polad  istehsalının  mürəkkəbliyi  ilə əlaqədar olaraq orta əsrlərdə qənaət məqsədilə ondan 

yalnız  alət  və  silahların  işlək    hissəsində  istifadə  olunurdu.  Etnoqrafik  məlumatlara  görə  XIX—XX  əsrin 

əvvəllərində kütləvi tətbiq olunan bu üsuldan,  şübhəsiz, orta əsrlərdə də istifadə edilmişdir

14



 



SƏNƏTKAR ALƏTLƏRİ 

 

Çəkiсlər. Ən mühüm sənətkar alətlərindən olan dəmir çəkiclərin  bəziləri  bütöv  qalmış,  bəziləri  isə 

qırılmışdır.  Dəmir    çəkic    metalişləmədə    zərb  üçün  yararlı  olan  yeganə  alətdir.  Onlar  iş  xüsusiyyətlərinə  və 

həcminə  görə        müxtəlifdir.  İşlək  hissələri  dairəvi,  kvadrat  və  düzbucaqlı   şəkildə  düzəldilir.  Forması  dairəvi 

olanlar əksəriyyəti təşkil edir. Ustanın çox işlətdiyi əsas çəkiclərdən biri dəmiri    döyüb yastılamaq, enlətmək 

və uzatmaq üçün istifadə etdiyi alətdir. 

Bakıdan  tapılan  çəkic  bu cəhətdən  diqqəti    xüsusilə cəlb edir. İçərişəhərdə I qazıntı sahəsində 4,4 m 

dərinlikdən  aşkar  edilən  bu  çəkic  təbəqə  materiallarına  görə  XI—XII  əsrlərə  aid  edilir  (I  tablo,  1).    Çəkic    

bütövdür. Nisbətən yaxşı qalmışdır. Onun uzunluğu  17, qalınlığı 5,5, eni isə 7,5 sm olub, 1,6 kq ağırlığındadır. 

Bu sənətkar alətinin zərb üçün olan bir tərəfi dairəvi, digəri isə dördbucaqlıya oxşardır. Onun işlək hissələrinin 

müxtəlif  olması  çəkicdən  yeri  gəldikcə  istənilən  məqsəd  üçün  istifadə  etmək  imkanı    verir.  Onun  ortasında 

diametri  3X3  sm  olan  dairəvi  deşik  vardır.  Deşiyin  içərisini  pas  örtdüyündən  onun  ikitərəfli  olub-olmadığını 

söyləmək  çətindir. Əgər dəstək yeri ikitərəfli deşik deyilsə onda  çəkicin sapının da dəmirdən düzəldiyi ehtimalı 

yaranır.                                                                                        

Bəhs  etdiyimiz  bu  çəkic  müasir  kustar  dəmirçilərin  çəkiclərinə  oxşardır.  Belə  ki,  müasir  dəmirçi 

çəkiclərindən  birinin  zərb  üçün  olan  hissələri  Bakı  çəkicində  olduğu  kimi  bir  tərəfi  dairəvi,  digər  tərəfi  isə 

dördküncdür.

15

 Arxeoloji tapıntı ilə müasir dəmirçi çəkicinin oxşarlığı bu alətin uzun əsrlər bir o qədər də böyük 



dəyişiklik olmadan xalqın sənətində yaşadığını göstərir. 

1969-cu  ildəki  qazıntılar  zamanı  XIV—XV  əsrlərə  aid  maddi  mədəniyyət  qalıqları  ilə  birlikdə  tapılan 

dəmir çəkic isə nisbətən pis qalmışdır. Onun formasını dəqiq bərpa etmək çətindir. Üzərini qalın pas örtməsinə 

baxmayaraq, yalnız ümumi formasını müəyyən etmək olur. Çəkicin uzunluğu 16,5, eni 6, qalınlığı isə 5 sm-dir. 

Onun zərb üçün olan hər iki tərəfi dördkünclüdür. Diametri 3X4 sm olub, ağzı bir az xaricə doğru qabarıqdır. 

Çəkicin dəstək yerinin izi qalmışdır. Yan tərəfdən baxdıqda çəkic açıq qövs şəklini xatırladır. Formasına görə 

                                                           

14

  İbrahimov  F.  Ə.  Azərbaycanda  kustar  metalişləmə  sənətində  kəsər  alətlərin  hazırlanması  texnologiyasına  dair.  Azərb.  SSR  EA  ТИАИЕКМТ,  Bakı, 



1966, s. 12 — 13. 

 

15



 Quliyev H., Tağızadə N. Metal və xalq sənətkarlığı. Bakı.1968, s. 63, XIII tablo. 8. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə