Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Arxeoloji  qazıntılar  zamanı  iskənələr  Beyləqandan  da  tapılmışdır.  Onlardan  biri  kiçik,  digəri  isə 



böyükdür.  Beyləqan  alətləri  IX—XIII  əsrlərə  aid  edilir

23

.  Belə  alət  Dvin  qazıntıları  zamanı  da  aşkar 



olunmuşdur

24



Zindan. Bakı qazıntılarından hələlik dəmir zindan tapılmamışdır. Lakin haqqında danışdığımız metal ilə 

işləyən  sənətkarları  bu  alətsiz  təsəvvür  etmək  olmaz.  Ona  görə  də  etnoqrafik  materiallara  əsasən  zindan 

haqqında ümumi  məlumat  verməyi lazım bildik.   Metalişləmənin müxtəlif  sahələrində  işlədilən  zindandan  

əşyaları    döyüb  yastılamaq,  uzatmaq,  genəltmək  və  s.  üçün  istifadə  olunur.  Etnoqrafik  məlumatlara  görə 

zindanlar  müxtəlif  olur.    Bəzi    zindanlar    dördtilli    kəsik  piramida      formasında  olub  işlək  səthi  25X25  sm, 

hündürlüyü 15  sm-dir. Belə alət nisbətən iri əşyalar döymək üçündür. Onların bəzisi isə buynuzludur. Həmin 

zindanlardan alət və məişət əşyalarını əymək, qatlamaq, ümumiyyətlə müxtəlif formalara salmaq üçün istifadə 

olunur. Göstərilən zindanlardan başqa nalbəndlərin də nal və mıx hazırlamaq üçün ayrıca zindanları olur. 

Bakıda  1974-cü il qazıntıları zamanı maraqlı bir tunc qab qırığı əldə olunmuşdur. Qabın qulpu və ağzının 

bir  hissəsindən  ibarət  olan  bu  tapıntı        diqqəti  xüsusilə  cəlb  edir.  Onun  ağzı  bərabərində  üfüqi  istiqamətdə 

düzəldilmiş qulpu xüsusi formaya malikdir. Qıraqları girintili-çıxıntılı olan bu qulpun üzərində beş ədəd dairəvi 

deşik vardır. Həmin qab tökmə üsulu ilə hazırlanmışdır. Qeyd etməliyik ki, belə bir qabın bütöv halda tapılmış 

oxşarları  Qəbələ

25

  və  Beyləqandan



26

  da  məlumdur.  Bakı  qabı  onlara  əsasən  bərpa  edilmişdir  (III  tablo,  10). 

Onun  təxmini  bərpa  olunmuş  diametri  5  sm-dir.    Hər  üç  qab  quruluşu  etibarilə  eyni  olub  yalnız  qulplarının 

formasına  görə  bir qədər fərqlənirlər.  Onların  eyni  məqsəd  üçün  istifadə  olunmasına  şübhə  yoxdur.  Qulpunun 

əks tərəfindəki çıxıntının nov şəklində düzəldilməsi bu qabların yalnız tökmək üçün  işlədildiyini    sübut edir. 

Məhz  bu  xüsusiyyət  onun  sənətkar  aləti  olduğunu  təsdiq  edir.  Arxeoloji    qazıntılar  nəticəsində  gildən  kəsik 

konus formalı sənətkar aləti də  tapılmışdır

27

. Bu bir növ kiçik qırsqala (tiql) oxşardır. Gildən düzəldilmiş belə 



bir zərgər aləti   Qəbələdən  də aşkar edilmişdir

28



 

TƏSƏRRÜFAT VƏ MƏİŞƏT ALƏTLƏRİ 

 

Bakı qazıntılarından sənətkar alətlərilə bərabər xeyli təsərrüfat və məişət alətləri də aşkar edilmişdir. 



Çapacaq.  1966-cı  ildə  İçərişəhərdə  aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılan  dəmir  çapacaq  orijinal 

quruluşa  malikdir

29

. Çapacağın sulğuncu və tiyəsinin uc hissələri qırılmışdır (I tablo, 3).  Sulğuncun en kəsiyi 



lentvarı formadadır. Görünür, onun hər iki tərəfinə ağac dəstək bənd edilmişdir. Bu dəmir alətin üzərini qalın 

pas  örtmüşdür.  Güclü  korroziyaya  uğramağına  baxmayaraq,  çapacaq  öz  formasını  saxlamışdır.  İri  və  ağır 

düzəldilmiş bu çapacaq məişətdə işlədilən əsas alətlərdən biridir. Bəhs etdiyimiz çapacaq orijinal quruluşuna və 

həcminə  görə  çox  ehtimal  ki,  heyvanın  ətini  parçalayıb  ayırmaq  üçün  istifadə  edilən  qəssab  alətlərindən  biri 

olmuşdur. 

Məişətdə  çapacaqdan  hələ antik  dövrdə  istifadə  edilmişdir.  Belə  ki,  antik  dövrə  aid  Nüydi  abidəsindəki 

qazıntılardan bir neçə çapacaq nümunəsi tapılmışdır. Nüydi çapacaqları e. ə. II və eramızın I əsrlərinə aiddir

30



Həmin  çapacaqların  sulğuncunun  quruluşundakı  forma  fərqinə  baxmayaraq,  onlardan  məişətdə  eyni 

məqsəd  üçün  istifadə  olunmuşdur.  Çox  güman  ki,  orta  əsrlərə  aid  olan  çapacağın  quruluşundakı  müəyyən 

dəyişiklik sonrakı texniki təkmilləşmə ilə əlaqədardır. 

Dəhrə.  İçərişəhərdəki  qazıntılar  zamanı  bir  neçə  dəhrə  qırıqlarına  da  təsadüf  olunmuşdur.  Onların 

içərisində yalnız birinin qırığı diqqəti cəlb edir (I tablo, 5). Onun 15 sm uzunluğunda uca yaxın hissəsi salamat 

qalmışdır.  Dəhrənin  uc  tərəfdən  eni  2,  ortaya  yaxın  isə  3,5  sm-dir.  Məişətdə  qədim  zamanlardan  başlayaraq, 

dəhrədən  bir  kəsər  aləti  kimi  istifadə  edilmişdir.  Ondan  kənd  təsərrüfatında  —  bağçılıqda,  əkin  yeri 

təmizləməkdə,  ağac  budamaqda,  kol  qırmaqda  və  bu  kimi  işlərdə  geniş  istifadə  edilmişdir.  Etnoqrafik 

müşahidələrə əsasən demək olar ki, özünün qədim formasını saxlayan bu alət indi də öz əhəmiyyətini itirməmiş, 

hər bir ailənin məişətində istifadə olunan əsas kənd təsərrüfatı alətlərindən biri kimi qalmaqdadır. 

Qədim dövrə aid dəmir dəhrələr Azərbaycanın müxtəlif rayonlarından tapılmışdır. Bu səhətdən İsmayıllı

31

 

rayonunun  Tircan  kəndi  yaxınlığından  tapılan  dəmir  dəhrə  diqqəti  cəlb  edir.  O,  formasına  görə  müasir 



dəhrələrdən  fərqlənmir.  Tədqiqatçı  Ö.  Ş.  İsmizadə  həmin  alətlərin  qədimdə  kənd  təsərrüfatında  və  məişətdə 

                                                           

23

  Ибрагимов  Ф.  А.  Металлообрабатывающее  ремесло  в  средневековых  городах  Азербайджана  в  IX—X I I I   вв.  Автореф.,  Баку  1969,  с.  9; 



ƏhmədovQ. M.Orta əsr Beyləqan şəhəri, Bakı, 1979. s. 54. 

24

 Кафадарян К. Г. Город Двин и его раскопки. Ереван, 1952, с. 158 — 290. 



 

25

 Qədirov F. V. Qəbələ şəhərində zərgərlik sənətinə dair «Azərb. SSR EA Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1983, № 2, s. 71 — 73. 



26

 Əhmədov Q. M.  Göstərilən əsəri, s.  54, 33-cü şəkil «b». 

27

 İbrahimov F. Ə. Örənqalada Böyük şəhərin şimal-qərb qala divarındakı arxeoloji qazıntılar. Azərb. EA TİEA, fond 1, siyahı 13, iş 5365. 



28

 Qədirov F. V. Göstərilən əsəri. 

29

 Исмизаде О. Ш. О  результатах  археологического исследования территории «Ичари Шахар» в 1966. АММ, VIII cild, Bakı, 1976, s.  179. 



30

 Алиев И., Османов Ф. Л. Бассейн рек Геокчай-Гирдманчай-Ахсучай в античное время. Советская археология, № 1, М.,  1975, с. 190. 

 

31

 Исмизаде О. Ш. Археологические находки  в  Исмаиллинском  районе. Изв. Азербайджанского  филиала АН  СССР, № 4,  1941, с. 25—28. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə