5
məhsuldarlığının getdikcə aşağı düşməsi, vəsait və sərmayə yox ikən idxal etmək
ehtiyacının gündən-günə artması - budur nəzər-diqqəti əhəmiyyətlə cəlb edən
məsələlər silsiləsi!...”
Məmulat ilə məhsulatın əmtəə təşkil edən qismi arasındakı tənasübsüzlük
“Pravda”ya görə, pul dövriyyəsi üçün dəxi böyük bir təhlükə təşkil etməkdədir.
Kəndli məhsulunun satışından hasil etdiyi pul müqabilində möhtac olduğu
məmulatı tapmayınca, bazar pul ilə dolur və çervon manatın alım qüvvəti üzərində
şiddətli bir təzyiq icra edilir”
1
Özlərini bu müşkül vəziyyətdən qurtarmaq üçün bolşevik iqtisadçıları bir
tərəfdən müsadirə siyasətinə keçir, “artıq” xərcləri azaldır, fəhlə miqdarını
məhdudlaşdırır, rüşvətxorluq və sui-istemallar ilə ciddi surətdə, öz təbirləri ilə,
“vəhşicəsinə” mübarizəyə girişirlər. Digər tərəfdən də xaricdən əmtəə
gətirilməsinin idxalını qadağan edir və məhdudlaşdırırlar. Buna o dərəcəyə qədər
lüzum hiss edirlər ki, siyasətən məmaşat etmək zərurətində olduqları Şərq
ölkələrinə qarşı belə qatı tədbirlər almaqdan və İran ilə Türkiyə bazarlarını
“vəhşicə” zərərə salmaqdan da çəkinməyirlər. Belə ki, bolşevik təmayülatı ilə
tanınan bir Tehran qəzetəsi “Özünə Şərq millətlərinin hamisi və xilaskarı deyə süs
verən” sovet hökumətini, bu siyasətindən dolayı “İngilis dövlətindən daha bədtər
bir müstəmləkəçi” şəklində görür və yenə bu üzdən Türkiyə-Sovetlər İttifaqı
dostluğuna çox qiymət verən “Cümyhuriyyət” qəzetəsi “Türkiyə tüccarına qarşı
göstərilən iqtisadi sovet zülmündən” şiddətli bir lisanla bəhs etmək zərurətində
qalır. (“Cümhuriyyət” № 816).
Axırən “Sovetlər İttifaqı Ali İqtisadi Şurası”nın rəisi Derjinski “Məsləklər
birliyi konqresi”ndə “sənaye inşaatı ilə iqtisadi çətinliklər” mövzusunda bir nitq
irad eyləmişdi. Moskvada nəşr olunan “Raboçaya qazeta”nın rəvayətinə görə
Derjinski bu nitqində sənayenin düçar olduğu maliyyəsizlik fəlakətindən bəhs
eyləmiş, hökumətin “müvəqqəti olaraq” bəzi fabrikaları qapamaq və bir çox
fəhləni vəzifədən xaric etmək zərurətində qaldığını söyləmişdir. Eyni nitqin
“Pravda” qəzetəsində dərc edilmiş təfsilatından anlaşıldığına görə sovet sənayesi
“inkişafının ən yüksək imkanına gəlmiş olduğu halda” məmləkətdəki ehtiyacı
aradan qaldıra bilmir, əmtəə böhranının qarşısını almır. Çünki kəndlini son illərdə
artan alım qüvvətinə müqabil, əksər ilə köhnəlmiş maşınlarda işləmək
1
202 nömrəli “Ekonomiçeskaya jizn” qəzetəsində dərs edilmiş rəqəmlərə nəzərən V. Kruman imzalı
məqalədə 1926-çı ildəki hökumət tərəfindən təyin olunan ərzaq qiyməti ilə sənaye əmtəənin bazardakı
qiymətləri müqayisə edilərsə ukraynalı bir kəndlinin 1 pud çovdar müqabilində - 23, 1 pud buğda
muqabilində - 31, bir pud arpa müqabilində 16 qəpik aldığı aşkar olur. Bu rəqəmlərin müxtəlif
vilayətlərə görə alacağı şəkli isə aşağıdakı kimi təsbit edə bilərik: Şimali Qafqaziyada çovdarın pudu 31
qəpik, Volqaboyunda buğdanın pudu - 40, çovdarın pudu -24 qəpikdir. Ümumiyyətlə söyləmək lazımdır
ki, kəndlilərin hal-hazırda məhsullarına müqabil aldıqları qiymətin alım qüvvəti müharibədən əvvəlki
qüvvətin 1/3-ni təşkil edir.
6
məcburiyyətində qalan sənaye, xüsusilə geniş əhali ehtiyacını rəf edən yüngül
sənaye fabrikaları arzu olunan miqdarda məmulat yetişdirə bilmirlər. Maşınlar
yalnız maddən deyil, mənən də köhnəlmişdir. Yəni yalnız material etibarilə deyil,
sistem etibarilə də yaramaz bir hala gəlmişdir. Bütün bunları aradan qaldırmaq
üçün xaricdən alətlər və yeni maşınlar gətirmək vacib ikən, hökumət inşaat
proqramını qısaltmaq məcburiyyətində qalmışdır. Bu qənaət sənaye məsarifində
450 milyon manata çatmışdır. Bu məbləğin yarıdan çoxu xammal fəslinə aid
olduğundan, xüsusilə parça fabrikaları ilə kağız və sairə emal edən müəssisələrin
qapanması lazım gəlmiş, yəni xalqın fəaliyyətinə ən çox möhtac olduğu yüngül
sənaye qismi tətilə uğramışdır.
Çətinliklər yalnız sənaye sahəsi ilə məhdudlaşıb qalmamışdır.
Derjinskinin bəyanatına nəzərən “Vneştorq” müəssisəsi də vəzifəsini yerinə yetirə
bilməmişdir. Hökumət bu xüsusda radikal tədbirlər görmək zərurətində qalmışdır.
Bir kərə “Vneştorq” əcnəbi məmləkətlərdən satın aldığı material ilə əmtəə və
sairədə aldanmışdır. Alınan şeylər cins etibarilə çıxmış, qiymət etibarilə də baha
başa gəlmişdir. Daxildəki əmtəə qıtlığı da çervon manatın alım qüvvətini xaricə
nisbətən əksiltdiyindən ixracat zərərli, idxalat karlı bir hala gəlmiş, buna görə zatən
maddi çətinliklər içində olan məmləkəti daha çox muşkilat və iflasdan qorumaq
üçun Derjinski müvəqqəti olaraq idxalatın məhdudlaşdırılmasına doğru gedilməsi
zərurətini izah və şərh eyləmişdir
*
.
Derjinski irəlidə göstərdiyimiz nitqində digər bir hadisəni də izah
eyləmişdir: “Əmək məhsuldarlığı ilə zəhmət haqqı arasında həddindən artıq bir
fərq var”mış. Fəhlə maaşı artırıldığı halda, fəhlə əməyinin səmərəsi azalırmış. Bir
il əsnasında maaş yüzdə 30 nisbətində artmış ikən əməyin məhsuldarlığı ancaq
yüzdə 23 nisbətində artmışdır. Derjinski fəhlənin “boşuna vaxt keçirməsinə qarşı
mübarizə” etmək lüzumunu irəli sürür, halbuki bu səmərəsizlik fəhlədən çox
maşınların “həm maddətən, həm də mənən köhnəlməsindən” irəli gəlir.
Bu məcranın dövlət büdcəsi üzərindəki təsiri haqqında bir fikir vermək
üçün sovetlər səfiri Rakovskinin Parisdə istədikləri istiqrazı təmin edə bilmək
qayğısilə həqiqəti gizlətməmək ehtiyacından doğan bir sayaqla söylədiyi nitqindən
bir-iki cümləni itibas edəlim: Rakovskinin bu nitqinə nəzərən, məmləkət faciəli və
pərişan bir haldadır. Məsələn, Sibiryadakı (Yalnız Sibiryadamı?) məktəb
çocuqlarının üçdə ikisi məktəbsizdir. Xalq səhiyyəsinə sərf olunak təxsisatın
miqdarı isə gülüncdür. Kənd dispanserləri adambaşına ildə səkkiz qəpik dərman
*
Sovetlər İttifaqı Ticarət komissarlığının verdiyi məlumata nəzərən Avropa hüdudunda on ay əsnasında
məcmu 1.046 milyon manat miqdarında bir mübadilə yapılmışdır ki, bundan 493 milyonu ixracat, 571
milyonu da idxalatdan ibarətdir. On ay əsnasındakı açıq 78 milyon manata çatmaqdadır.
Asiya hüdudlarındakı ticarət mübadiləsinin miqdarı isə 9 ay əsnasında 116,7 milyon manatı bulmuş ki,
bundan 53,6 milyonunun ixracata, 63,1 milyonunun da idxalata aid olduğunu nəzərə alırsaq, açığın 0,5
milyon manatdan ibarət olduqu görülür.