Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

44 

 

imzanı  əvəz  edən  möhürün  vurulma  tərzindən  asılıdır:  hörmətinin  böyüklüyünü 



ifadə  etmək  üçün  möhür  məktubun  arxasına  aşağı  küncünə,  özü  də  küncün 

qurtaracağına o şəkildə vururlar ki, kağız üzərinə möhürün ancaq bir hissəsi düşür, 

bir  hissəsi  isə  düşmür.  Bu  o  deməkdir;—Mən  sizin  qarşınızda  görünməyə  layiq 

deyiləm.  Hörmət  əlaməti  olaraq,  sizin  qarşınızda  ancaq  yarı  görünməyə  cəsarət 

edirəm. Adətən, məktublarda möhür vurmaq üçün üç yer vardır. Belə ki, bir-birinə 

bərabər adamlar məktub yazarkən bizdə—Qərbdə, (Fransada—V. A.) aşağı küncdə 

sağ  tərəfdən,  Şərqdə  isə  aşağı  küncdə  sol  tərəfdən  möhür  vururlar.  Əgər  məktub 

yuxarıdan  aşağıya,  yəni  hökmdardan  ona  tabe  olana  və  ya  sahibdən  (ağadan—

V.A.)  xidmətçisinədirsə  möhür  yuxarıdan  vurulur.  Əksinə,  məktub  aşağıdan 

yuxarıdırsa,  dediyim  kimi,  arxa  tərəfdən  yarımçıq  möhür  vururlar.  Məktublarda 

gözlənilən axırıncı nəzakət üsulu ondan ibarətdir ki, zərf ən yüksək hörmət əlaməti 

olaraq, naxış tökülmüş torbaya qoyulur, ipək və qızıl sapla bağlanır, hətta sapların 

uclarında kiçik qotazlar olur, oradakı ispan mumu üzərinə möhür vurulur. 

Səh.—301.  Farslar  rəsmi  məktublarında  üç  mövhumi  şeyə  əməl  edirlər. 

Özləri  də  nə  buna  haqq  qazandıra,  nə  də  yaxşı  bir  əməl  kimi  təqdim  edə  bilirlər. 

Birincisi,  həmişə  nəticədə,  kağız  dördkünc  kvadrat  formada  deyil,  beşkünc  olur. 

Onlar  deyirlər  ki,  vərəq  dördkünc  olanda  bütün  ölçüləri  bərabər  olur.  Vərəqlərin 

küncünü bu cür kəsib, qeyri-bərabər ölçüyə salmaqda məqsədləri yaratdıqları bütün 

şeylərin,  bütün  hərəkətlərinin,  hələ  tamamlanmadığına,  qüsurlu  olduğuna,  nəticə 

etibarı  ilə  kiçicik  olduğuna  işarədir.  İkincisi,  kağız  zərfin  içərisinə  qoyduqları 

məktubların  üzərindəki  möhürün  yanında  üç  dəfə  «Kratim»  sözünü  yazırlar.  Bu 

sözün  də  heç  bir  mənası  yoxdur.  Bəzilərinin  buna  haqq  qazandırmaq 

istəməməsindən daha  gülünc və ağlasığmaz bir şey yoxdur. Deyirlər ki,  «Kratim» 

yeddi  yuxuculun itinin adıdır. Buna aid  onlarda  ağlasığmaz əfsanələr  vardır. Şərq 

xristianları  və  başqaları  bu  əfsanələri  onlardan  götürmüşdür.  Guya  bu  it  rəsmi 

məktublara sədrlik edir. Onlar nağıl edirlər ki, bu it yeddi yuxuculun mağarasında 

idi,  üç  əsr  idi  ki, onlar  orada yuxulayırlar,  it  də onların  keşiyini  çəkirdi.  Allah  bu 

yeddi yuxuculu qaldırıb cənnətə aparanda it onlardan birinin paltarından yapışdı. O 

da  bu  yolla  səmaya  qaldırıldı.  Allah  onu  göydə  görüb  dedi:  Kratim,  sən  hansı 

vasitə  ilə  cənnətə  düşdün?  Mən  səni  bura  gətirməmişəm,  burdan  da  qovmaq 

istəmirəm.  Daha  sənin  sahiblərin  olmadığından,  sən  burada  yiyəsiz  qalmayasan 

deyə  rəsmi  məktublar  üzərində  nəzarət  edəcəksən  və  yatarkən  xəbər  aparıb-

gətirənlərin  çamadanlarını  oğurlamasınlar  deyə  onlara  keşik  çəkəcəksən». 

Üçüncüsü,  Səh.—302  farsların  bu  sahədəki  mövhumi  hərəkəti  ondan  ibarətdir  ki, 

heç vaxt məktubu ələ vermirlər. İstər özlərindən yüksək, istərsə də özlərinə bərabər 

adamlara  məktubu  onların  gözü  qarşısında  dizlərinin  üstünə  qoymaqla  təqdim 

edirlər.  Məktubu  gətirənə,  çapara  və  ya  özlərindən  yüksək  şəxslərə  məktub 

verərkən  uzaqdan  atırlar.  Bu  da  onların  dəyişməz  və  adi  adətlərindən  biridir.  Hər 

şeyə  inanan  sadə  adamlar  buna  haqq  qazandıra  bilmirlər.  Bu  adət  haqqında  da 

başqa adətlər haqqında dediklərini deyirlər: «Qaydadır» — yəni adətdir. 



45 

 

Mən düşərgədə olarkən şahın qasidi gəlib çıxdı. O, patriarxın işi ilə əlaqədar 



olaraq,  əlahəzrətin  «cavabını  gətirmişdi.  Bəylərbəyidən  öyrəndim  ki,  nazirlərin 

məsləhəti  ilə  Eçmədzinin  xəzinəsinin  bütün  ornamentləri,  hücrələrindəki  var-

dövləti  ilə  bərabər  satsınlar,  əldə  olunan  pulla  patriarxın  borclarını  ödəsinlər,  bu 

məsləhətə  ermənilər  təqdim  etdikləri  şeylərlə  onun  borcunu  ödəyə  bilmədikləri 

üçün  gəlmişdilər.  Əgər  Eçmədzinin  xəzinəsini  və  bəzəklərini  götürsəydilər, 

Səfəvilərdə  hamını  cəzb  edən  və  Şərq  xristianlarının  köməyi  və  dindarlığı 

nəticəsində  hər  il  böyük  bir  məbləğ  hasil  edən  bir  yeri  viranə  qoymuş  olardılar. 

Buna  görə  də  şah  Ermənistandakı  bütün  xristian  şəhərlərində  Konstantinopol 

gömrükxana xidmətçilərinə verilməsi lazımi ödənclərin (həmin borcu ödəmək üçün 

bu, lazım idi) ləğv edildiyini elan etmişdi. Patriarx bu xəbərdən çox sevindi. Xəbər 

gətirənə  hədiyyə  verdi.  Lakin  bu  Səh.—303  hadisə  şəhərin  bütün  namuslu 

adamlarının  nifrətinə  səbəb  oldu.  Bunlar  nifrətlə  başa  düşürdülər  ki,  bu  prelat 

(katolik  kilsəsində  yüksək  ruhani  vəzifəsi—V.  A.)  yaxşı  düşünülməmiş 

şöhrətpərəstliyindən  irəli  gələn  xərcləri  ödəmək  üçün  minlərlə  kasıb  xristianlara 

qarşı çılğın bir hissiyyatsızlıqla hərəkət etmişdir. 

8. (8 aprel, 1673 V-A.). Gün çıxandan bir saat əvvəl İrivandan yola düşdüm, 

təpələrdən  və  vadilərdən  keçib  dörd  lyö  qət  etdim.  Keçib  getdiyim  ölkə 

şəhərciklərlə  dolu  idi.  Çox  böyük  və  çox  gözəl  bir  şəhərdə  yerləşdim.  Onun  adı 

Dvin idi. 

9.  (9  aprel,  1673.  V.  A.).  Çox  düzən  və  barlı-bəhərli  bir  ölkə  ilə  beş  lyö 

getdik.  O,  dağlarla  əhatə  olunmuşdu.  Sağdakı  dağları  Nuh  dağı  adlandırırlar.  Biz 

Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. 

10. (10 aprel, 1673 V.A.). Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun 

yarısında, sol tərəfdə Sədərək adlı böyük şəhərciyin yanından ötüb keçdik. Mahalın 

sultanı  da  bu  şəhərcikdə  yaşayır.  Həmin  gecə  çox  acınacaqlı  bir  mənzildə 

gecələməli  olduq.  Bu,  Noraşen  adlı  bir  şəhərin  yaxınlığındakı  viran  qalmış 

karvansara idi. 

11.  (11  aprel,  1673).  Həmin  yolla,  həmçinin  gözəl,  lakin  düzənliyi  az,  daş 

və  təpələrlə  örtülü  bir  ölkə  ilə  dörd  lyö  getdik.  Bütün  qonşu  torpaqları  suvaran 

Arpasu adlanan çaydan keçdik. O, bu hissədə paytaxtı İrivan olan bəylərbəyiliyini 

İrivanın digər hissəsindən ayırır. Bu hissənin paytaxtı Naxçıvandır. 

12. (12 aprel, 1673). Beş lyö qət edib, bol bəhrəli və çox Səh.—304 hamar 

düzənlikdən keçib Naxçıvana gəlib çatdıq. 

Naxçıvan səksən faiz dağılmış böyük bir şəhərdir: yaxud böyük və qeyri-adi 

viranə  topasıdır.  Bu  şəhər  yavaş-yavaş  məskunlaşır  və  bərpa  olunur.  Şəhərin 

mərkəzi  hal-hazırda  yenidən  qurulmuş  və  məskunlaşmışdır.  Orda  böyük  bazarlar 

deyilən  hər  iki  tərəfi  hər  cür  mal  və  yeyinti  məhsulları  satılan  dükanlarla  dolu 

qalereyalardan  və  ya  örtülü  küçələrdən  ibarətdir.  Naxçıvanda  beş  karvansara, 

hamamlar, bazar meydanları, tütün və qəhvə verən iri mehmanxanalar və təxminən 

iki  min  ev  vardır.  Fars  tarixçiləri  əvvəllər  orada  qırx  min  ev  olduğunu  təsdiq 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə