Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

60 

 

edə  bilmədim.  Yanımda  olan  (ucuz)  az  qiymətli  qaş-daşların  bir  hissəsini  ona 



göstərdim. Onlardan müxtəlif hissələr seçib apardı. 

Axşam  həmişə  sarayda  olan  atası  Mənsur  xanın  yerinə  Azərbaycan 

qubernatoru  (canişini  (?)—V.  A.)  vəzifəsini  icra  edən  Təhmasib  bəy  öz  zərgərini 

mənim  yanıma  göndərib,  ertəsi  gün  hökmən  onun  görüşünə  gəlməyimi  dedirtdi. 

Zərgər  dedi  ki,  ona  qaş-daş  və  bir  qədər  çox  qiymətli  nadir  əşyalar  aparım.  Buna 

əməl  edəcəyimə  söz  verdim  və  həqiqətən  həmin  gün  mən  və  Mirzə  Tahir  onu 

görməyə getdik. 

25.  (aprelin  25-də—V.  A.)  bu  əyanların  evində  (Mirzə  Tahir  və  Təhmasib 

bəyin—V.  A.)  bir  ay  əvvəl  onlara  məlum  olmuş  bir  xəbərin  həqiqət  olduğunu 

təsdiq  etdilər  və  təfsilatı  ilə  danışdılar.  Bu  ilin  yox,  keçən  ilin  dekabr  ayında 

İsfahandan  quru  yolla  Hindistana  gedən  bir  karvanda  edilmiş  oğurluqdan  bəhs 

etdilər.  Karvan  ildə  bir  dəfə,  avqust  ayında  yola  düşür.  Baktiriyada  yerləşən 

Qəndəhardan  keçir.  Bu  oğurluq  adamların  sayına,  karvanda  olan  xəzinənin 

zənginliyinə  və  nəticələrinə  görə  çox  böyük  oğurluq  idi.  Bu  oğurluq  Hindistan 

sərhədlərindən üçgünlük məsafədə də aqvanlar (Aqvan—Əfqan (?)—V.A.) az qala 

tatarların  eyni  olan  və  farsdan  asılı  olan,  ona  xərac  verən  bir  xalq  tərəfindən 

edilmişdi.  Onlar  karvanın  yola  düşməsindən  xəbər  tutmuş  və  belə  bir  zərbə  üçün 

əlverişli  bir  keçiddə  karvanın  başının  üstünü  almışdılar.  Onların  hamısı  yaxşı 

silahlanmış  və  tam  qətiyyətlə  beş  yüz  adamdan  ibarət  idilər.  Karvan  isə  iki  yüz 

konvoydan  (konvoy—mühafizə  dəstəsi—V.A.)  ibarət  olub,  əksəriyyəti  hindlilər 

olmaqla iki min nəfərlə möhkəmləndirilmişdi. Mühafizə dəstəsi demək olar ki, heç 

bir müqavimət göstərmədən qaçmağa üz qoydu. Karvandakı adamların əksəriyyəti 

onları  mühafizə  etməli  olanlardan  nümunə  götürüb  konvoyların  dalınca  qaçdılar. 

Onlar o qədər az müqavimət göstərdilər ki, hamısı bir yerdə on bir nəfər ölən oldu. 

Bundan  təəccüblənmək  lazım  deyil.  Belə  ki,  karvanların,  xüsusilə  Hindistana 

gedib-gələn  karvanların  tərkibi  erməni  və  hindlilərdən  düzəldilmiş  dəstələrdən 

ibarət  olur,  bu  adamların  əksəriyyəti  dəyənək  görəndə  qorxuya  düşürlər.  Onların 

içərisində cəsarətli olanları tək-tənha qalırlar. Onların yanındakılar qaçırlar. Qeyri-

adi nizamsızlıq üzündən onlar ancaq özlərini salamat saxlamağa çalışırlar. Oğurluq 

bir  neçə  milyon  miqdarında  olmuşdu.  Oğurluğun  dəqiq  miqdarı  bilinmədi.  Çünki 

tacirlər belə görüşlərdə onlara qarşı olan inam itməsin deyə həqiqəti təhrif edirlər. 

Bəziləri də tacir hüququnu qorumaq üçün və bunun üstünün açılmasından qorxaraq 

göndərilən  şeylərin  bir  hissəsini  gizlədirlər  (danırlar).  Oğurluq  haqqında  şaha 

verilən məlumat vərəqəsində altmış əlaqədar adamın imzası vardır. Ordakı məbləğ 

üç  yüz  tümənə  çatır,  bu  da  on  üç  milyon  beş  yüz  min  livrdir.  Bununla  belə,  israr 

edirlər  ki,  bu,  itirilmişin  yarısı  qədərdir.  Qəndəhar  qubernatoru  oğurluqda  əli 

olduğu  üçün  günahlandırılmış  və  şah  onu  həbs  etmək  üçün  adam  göndərmiş,  onu 

öz əli ilə seçmiş olduğu tək bir Səh.—334 nökəri ilə bərabər boynuna xalta keçirib, 

dəvəyə  mindirib  İsfahana  gətirməyi  əmr  etmişdir.  Danışırlar  ki,  karvanı  soyan 

oğrular  dünyadakı  şeylərdən  xəbəri  olmayan,  qızılı,  qaş-daşı  tanımayan  vəhşi 




61 

 

dağlılar  olmuşlar.  Onlar  öz  aralarında  qızıl  və  gümüş  pulları  bir-birinə  qarışdırıb 



bölmüşlər,  metalın  çəkisinə  fikir  verməmişlər.  Həqiqi  mirvariləri  fərq  qoymadan 

süni  mirvarilərlə  qarışdırmışlar.  Mən  buna  zorla  inanıram,  əgər  hamı  daim  bunu 

təsdiq etməsəydi, məlumat verməzdim. 

 

İkinci kitabın sonu 

  

 

 




62 

 

İZAHLAR VƏ ŞƏRHLƏR 



 

I kitab 

 

1.  Səh.  253.  Şah  I  Abbas  1587—1629-cu  illərdə  hakimiyyətdə  olmuş,  idarə 

sistemində fars əyanlarına üstünlük vermişdir. 

 

II kitab 

 

2.  Səh.  134.  Böyük  İsmayıl.  Şah  I  İsmayıl  Səfəvi  (Xətai)  1486—1524-cü  illər. 

Azərbaycan Səfəvilər dövlətinin banisi. 



3.  Təhmasib.  Şah  I  Təhmasib.  1524—1576-cı  illərdə  hakimiyyətdə  olmuşdur. 

Xətainin oğludur. 



4. Şah II İsmayıl. 1576—1578-ci illərdə hakimiyyətdə olmuşdur. 

5.  Məhəmməd  Xudabəndə.  1578—1587-ci  illərdə  hakimiyyətdə  olmuşdur.  Zəif 

gördüyündən ona kor Xudabəndə deyirmişlər. 



6. Səh. 136. Kaxetiya kralı Aleksandr. Kaxetiya çarlarından II Aleksandr (1527—

1605)  ASE-nin  məlumatına  görə  Şah  I  Abbasın  təhriki  ilə  öz  oğlu  Konstantin 

Mirzənin əmri ilə öldürülmüşdür (Bax: ASE, I c., səh. 224). Şardənin məlumatına 

tənqidi yanaşmaq lazım gəlir. 



7.  Səh.  137—138.  Mehru  və  ya  Murad.  Burada  tarixdə  Böyük  Mouravi  adı  ilə 

tanınan  Georgi  Saakadze  (1580—1629)  nəzərdə  tutulur.  Saray  çəkişmələri 

nəticəsində  1612-ci  ildə  İrana  mühacirət  etdiyi  göstərilir.  Lakin  Şardənin  «Abbas 

və  Pəri»  dastanı  haqqında  verdiyi  məlumat  dəqiqdir  və  o,  xalq  arasında  geniş 

yayılmışdır. 

8.  Səh.  139.  Təxminən  1610-cu  il  idi.  Bu  fakt  G.  Saakadzenin  1612-ci  ildə  İrana 

mühacirət etməsini inkar edir. Şardən daha sonra 1613-cü il hadisələrini təsvir edir. 

Bu da tədqiqatçıdan həmin dövrü bir daha araşdırmağı tələb edir. 

9. Səh. 143. G. Saakadze 1625-ci ildə Gürcüstana qarşı müharibədə Şah I Abbasa 

bələdçilik edir. Bu fakt da digər faktları təkzib edir. 1623-cü il hadisələrində də G. 

Saakadze  Səfəvilər  əleyhinə  üsyanın  başçısı  kimi  təsvir  edilir  (bax:  Şardən,  II  c., 

səh. 142). 



10.  Səh.  146.  Şardənin  təsvir  etdiyi  səfir  haqqında  dəqiq  məlumat  əldə  edə 

bilmədim. 



11.  Səh.  147.  Müasir  tarixçilər  Şah  I  Abbasın  1629-cu  ildə  vəfat  etdiyini  təsdiq 

edirlər. 



12.  Səh.  212.  Şardənin  təsvirindən  belə  məlum  olur  ki,  Qazax  ölkəsi  (Şəmşəddil 

xanlığı)  tez-tez  mərkəzi  hakimiyyətə  qarşı  çıxdığından  Şah  I  Abbas  onu 

Gürcüstanla  eyni  vaxtda  fəth  etməyə  və  orada  irsi  idarəetməni  saxlamağa  məcbur 

olmuşdur.  1622/23-cü  ildən  Axaltsixi  də  Şəmşəddil  sultanlığının  tərkibində  idi. 

Qazax-Şəmşəddil  sultanlığı  Qarabağ  (Gəncə)  bəylərbəyliyinin  tabeliyində  idi. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə