Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

52 

 

divarları,  nə  də  müdafiə  istehkamları  vardır.  Yanından  Spinqça  (Spinq-çay—



Mehranrud  çayı?)  adlı  kiçik  bir  çay  keçir.  Tez-tez  sahil  boyun  Səh.—316  dakı 

evləri  apararaq  böyük  dağıntılar  törədir.  Şəhərin  o  biri  tərəfindən  keçən  çay 

şimaldan  şəhərə  bitişir.  Yazdan  payıza  qədər,  qışboyu  onun  eni  Sena  çayının 

Parisdəki eni qədər olur. O, Acı (Aji), yəni duzlu (sale) çay adlanır. Çünki düz altı 

ay duzla örtülü torpaqlardan axıb gələn sellər onun sularını duzlu edir. Onda balıq 

çatışmazlığı  hiss  olunmur.  Şəhər  doqquz  məhəlləyə  bölünmüş  və  demək  olar  ki, 

digər fars şəhərləri kimi 15-ci əsrdə bütün Səfəviləri bölüşdürən iki fraksiyanın (dö 

faksyon)  adı  ilə  Heydərilər  və  Nemət  ola  bilər  (İtaliyadakı  Qölflər  və  Jibölənlər 

fraksiyası  kimi)  bölünmüşdür.  Onun  15  min  evi  və  15  min  dükanı  vardır. 

Səfəvilərdə  evlər  bir-birindən  dükanlar  vasitəsilə  ayrılır.  Onların  əksəriyyəti  40—

50 fut (30, 479 sm-ə bərabər uzunluq ölçüsü) hündürlüyündə tağları olan geniş və 

uzun  küçələrdə  yerləşir.  Bu  küçələr  bazar  adlanır,  yəni  «marşe».  Bu  küçələr 

şəhərin  ürəyidir  (ən  canlı  yerləridir—V.A.);  evlər  küçələrin  üst  yanında  yerləşir. 

Demək olar ki, bu küçələrin təkcə bir bağı var. Təbrizdə çoxlu saraylar, cazibədar 

binalar görmədim. Lakin Asiyanın digər yerlərində olduğu kimi burada da kifayət 

qədər bazarlar var. Onların adamı heyran qoyan nəhəng uzunluğu, genişliyi, gözəl 

günbəzləri,  üstünü  örtən  tağları  vardır.  Axşamacan  adamla  dolu  olur.  Ağzınacan 

mal  ilə  doldurulur.  Bu  bazarlardan  ən  gözəli  səkkizbucaqlı  və  çox  geniş  olan 

bazardır. Orda qaş-daş, daha qiymətli mallar satılır. Onu Qeysəriyyə (yəni şahanə) 

bazar adlandırırlar. O, təxminən hicri tarixi ilə 850-ci ildə Təbrizi öz iqamətgahına 

çevirən Həsən şah tərəfindən tikdirilmişdir. Digər ictimai yerlərə gəldikdə, onlar da 

gözəl  və  gurdur.  Orada  üç  yüz  karvansara  olduğunu  hesab  Səh.—317  lamışlar. 

Orada  elə  geniş  karvansaralar  var  ki,  hər  birində  üç  yüz  adam  yerləşə  bilər. 

Qəhvəxanalar,  qəlyanxana,  tiryəkxanalar  (bu  güclü  içkini  xaşxaş  şirəsi  ilə 

düzəldirlər),  hamamlar  və  məscidlər  bu  cür  binaların  məşhurluğuna  və 

böyüklüyünə sübutdur. 

Təbrizdə  iki  yüz  əlli  məscid  vardır.  Əsas  məscidlər  planda  göstərilmişdir. 

Əlişah məscidi demək olar, tamamilə dağılmışdır. Onun aşağı hissəsi — camaatın 

ibadətə  (namaza  durduğu  yer)  getdiyi  yer  yenidən  təmir  edilmişdir,  minarəsi  çox 

hündürdür.  Bu,  İrivandan  gələrkən  görünən  birinci  məsciddir.  Bu  məscid  Təbrizi 

özünə iqamətgah seçən və orada dəfn edilən Səfəvi şahı Sultan Qazanın baş vəziri 

Xacə Əli şah tərəfindən 400 il bundan əvvəl tikilmişdir. Onun sərdabəsi öz adı ilə 

Minar  xan  Qadan  adlanır,  indinin  özündə  uçulub  xarab  olmuş  qüllədən  ibarətdir. 

Bu  gün  yarımxaraba  vəziyyətdə  olan,  üç  yüz  iyirmi  il  bundan  əvvəl  Əmir  Şeyx 

Həsən  tərəfindən  inşa  edilən  məscid  Metr  aprantı  adlanır.  Planda  «O»  ilə  qeyd 

edilən  məscid  Təbriz  məscidlərinin  ən  gözəlidir.  Onun  içərisi  bütünlüklə  və 

xaricinin bir hissəsi qızılla işlənmişdir. O, hicri tarixilə 878-ci ildə Cahan şah və ya 

dünyanın şahı tərəfindən tikdirilmişdir. Səh.—318. Bu məscidin iki qülləsi (burada 

minarəsi—V. A.) kiçikdir. Digər iki qülləsi isə xüsusi arxitektura ilə və son dərəcə 

məharətlə  tikilmişdir.  Belə  ki,  onlar  biri  digərinin  üzərində  olmaqla 




53 

 

quraşdırılmışdır.  Yuxarıdakı  qüllə  öz  bünövrəsinə  çevrilən  qüllədən  diametrinə 



görə daha böyük olmaqla yanaşı, ondan çox-çox hündürdür. Şəhərdə üç xəstəxana 

var. Onlar kifayət qədər təmizdir və yaxşı təmir olunub. Orda heç kim yatmır, lakin 

gündə iki dəfə ora gələnlərin hamısına yemək verilir. Təbrizdəki xəstəxanalar «Ac 

tıxan»,  «Ac  doyuran»,  yəni  bol  yemək  verilən  yerlər  adlanır.  Şəhərin  qərb 

qurtaracağında kiçik bir dükan üzərində Eyn Əli, yəni «Əlinin gözləri» adlı ermitaj 

vardır. Farslar deyirlər ki, onların peyğəmbəri (Məhəmməd peyğəmbər—V. A.) bu 

xəlifəni  özünə  yeznə  etmişdir.  Bu  xəlifə  misilsiz  dərəcədə  gözəl  imiş.  Bir  şeyin 

hədsiz  gözəl  olduğunu  ifadə  edərkən  farslar  «lap  Əlinin  gözləridir»  ifadəsini 

işlədirlər.  Bu  ermitaj  möminlərin  və  təbrizlilərin  gəzinti  yeridir.  Təbrizin 

kənarında,  gündoğanda  Qala-Rəşidiyə  adlanan  tamamilə  uçulub  tökülmüş  böyük 

bir  qala  vardır.  O,  xoca  Rəşid  tərəfindən  400  il  bundan  əvvəl  tikilmişdir.  Xoca 

Rəşid  Qazan  şahın  baş  vəziri  olmuşdur.  Tarix  belə  məlumat  verir  ki,  ona  malik 

olduğu  belə  böyük  şahlığın  bütün  işlərini  idarə  etmək  üçün  bir  vəzirin  kifayət 

etməyəcəyindən onu xəbərdar etmişdilər. Əlli il bundan əvvəl (yəni 1623-cü ildə—

V. A.) I Şah Abbas qalanın xarab olduğunu və şəhərin müdafiəsi üçün çox əlverişli 

mövqedə  yerləşdiyini,  burdan  bütün  qalaları  bütövlükdə  birlikdə  idarə  etməyin 

mümkün  olduğunu  nəzərə  alıb  onu  yenidən  tikdirdi.  Onun  varisləri  başqa  cür 

düşünüb, onu gözdən saldılar. 



Səh.—319.  Hələ  bu  şəhərdə  başqa  əsas  binaların  qalıqlarına  və  türklərin 

müxtəlif vaxtlarda orda hakim olduqları zaman tikdirdikləri müdafiə qalalarına rast 

gəlinir. Şəhərə yaxın olan çox az qaya və dağ ətəkləri olar ki, orada qala və yığın-

yığın komalar olmamış olsun. Mən onların çox böyük hissəsinə baş çəkdim, orada 

heç bir qədimilik  görmədim.  Orda kərpic, çaydaşı  və çaxmaq daşından başqa heç 

nə  yoxdur.  Bunların  arasında  bütövlükdə  salamat  qalanı  türklərin  tikdikləri  (türk 

arxitekturası  əsasında  tikilən—V.  A.)  böyük  bir  məsciddir.  Onun  içərisi  par-par 

parıldayan  mərmərlə  bəzədilmiş,  çöl  tərəfi  başdan-başa  mozaika  fason  parketə 

tutulmuşdur.  Bu  məscidi  türklər  tikdiyi  üçün,  farslar  bu  məscidin  saxlanmasından 

narazı qalır və onu natəmiz saxlayırlar. Haqqında danışdığım daxmaların arasında 

Təbrizin  cənub  ucqarındakı  axırıncı  fars  şahlarının  sarayı  və  Şərqdə  yerləşən  və 

ermənilərin  deməsinə  görə  Xosrovun  yaşadığı  qala  diqqətəlayiqdir.  Xosrovun 

qalasında həqiqi xaç saxlanır, oranın digər əşyaları da Yerusəlimdən gətirilmişdir. 

Təbrizin  meydanı  dünyada  gördüyüm  bütün  şəhər  meydanlarından  ən 

böyüyüdür.  Onun  meydanı  İsfahan  meydanından  çox  böyükdür.  Türklər  dəfələrlə 

bu  meydanda  döyüş  zamanı  otuz  min  adamı  cərgəyə  düzmüşlər.  Axşamlar  bu 

meydan vaxtını əyləncə içində keçirən «kiçik» adamlarla dolu olur. Bu əyləncələr 

oyunlardan, 

gözbağlayıcılardan, 

köçəri 


akrobatların 

göstərdikləri 

hoqqabazlıqlardan,  güləşdən,  öküz  və  qoç  döyüşlərindən,  hekayətlərdən  (dastan 

nəzərdə tutulur—V. A.) və boz qurd rəqslərindən ibarətdir. 



 Səh.—320. Təbriz camaatı bu rəqsdən daha çox zövq alır. Yüz lyö uzaqda 

bura  rəqs  etməyi  bacaran  canavarlar  gətirirlər.  Ən  yaxşı  təlim  görmüş  canavarlar 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə