Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   22   23   24   25   26   27   28   29   30

58 

 

yenidən  Təbrizi  tuta  bilmədi  və  vəfat  etdi,  lakin  onun  xələfi  I  Süleyman  türk 



ordularının  ali  baş  komandanı  İbrahim  Paşa  vasitəsi  ilə  buna  nail  oldu.  O,  bu 

nəhəng şəhərə sahib olub, orda böyük bir qalada (belə deyirlər ki, həmin qalanı üç 

yüz  əlli  top  və  dörd  min  nəfərlik  qarnizonla  tutdu)  möhkəmləndi.  Bu,  onun 

gedişindən sonra əhalinin yenidən üsyan etməsinə mane ola bilmədi. Hicri 955 və 

miladi 1548-ci ildə intiqam almaq üçün üç il müddətinə ora göndərildi. O, hücum 

edib  şəhəri  çox  amansız  bir  tərzdə  ələ  keçirdi,  şəhəri  ordunun  ixtiyarına  verdi. 

Əvvəllər  görünməmiş  bir vəhşilik və  amansızlıqla  əhalini  məhrumiyyətlərə  düçar 

etdilər.  Bir  sözlə,  qeyri-insani  bir  hərəkət  edib  hər  şeyi  qılıncdan  və  oddan 

keçirdilər.  Şah  Təhmasibin  sarayı  və  bütün  görkəmli  binalar  bünövrəsinə  qədər 

dağıdıldı. 



Səh.—329. Bununla belə bu şəhər Muradın şahlığının başlanğıcında bir neçə 

fars  dəstələrinin  köməyi  ilə  üsyan  etdi,  qarnizonda  olan  on  min  türk  əsgərini 

qılıncdan  keçirdilər.  Təbrizlilərin  cəsarətindən  qorxuya  düşən  Murad  Baş  vəzir 

Osmanın  komandanlığı  altında  onları  bütünlüklə  darmadağın  və  tabe  etmək  üçün 

güclü  bir  ordu  göndərdi.  Ordu  şəhərə  daxil  olub,  onu  talan  etdi.  O  zaman 

Məhəmmədilərin hesabı ilə 994 və bizim hesabımızla isə (Avropa təqvimi—miladi 

tarix—V.  A.)  1585-ci  il  idi.  Nəhayət,  türklər  əvvəllər  orda  tikdikləri  müdafiə 

qalalarını yenidən təmir etdirdilər. Bu ekspedisiyadan (hərbi yürüşdən—V. A.) on 

səkkiz il  sonra I  Şah  Abbas 1603-cü ildə az bir qoşunla Təbrizi  yenidən türklərin 

əlindən  aldı.  O,  bu  işdə  məharət,  zirəklik  və  ağlasığmaz  igidlik  göstərdi..  O,  ən 

cəsarətli  əsgərlərini  bir  neçə  vzvoda  böldü.  Eyni  zamanda  həmin  vzvodlar  giriş 

qapılarındakı  türk  keşikçi  dəstələrinin  üstünü  alıb,  elə  bir  zirəkliklə  onların 

başlarını  kəsdilər  ki,  şəhərdə  heç  kəsin  bundan  xəbəri  olmadı.  Bu  vzvodlar 

tacirsayağı  geyinmiş  beş  yüz  adamdan  ibarət  əsas  qüvvələr  tərəfindən  müşayiət 

edilirdilər.  Onlar  karvanı  birgünlük  yolda  qoyub  gəldiklərini  söyləyərək  şəhərə 

daxil  oldular.  Onlara  inandılar.  Çünki,  adətən,  karvan  böyük  şəhərlərə 

yaxınlaşdıqda  tacirlər  qabağa  düşürlər.  Həm  də  bu  adamların  gözətçi 

məntəqələrində  yoxlandıqlarını  təsəvvür  etdilər.  Abbas  onları  kənardan  izləyirdi. 

Onların  daxil  olduğunu  görüb  başındakı  altı  min  adamla  şəhərə  soxuldu.  Eyni 

vaxtda  generallarından  ikisi  (sərkərdələrindən  ikisi—V.  A.)  o  cür  edib,  hərəsi  bir 

tərəfdən  hücuma  keçdilər.  Təəccüblənmiş  türklər  ancaq  canlarını  xilas  etmək 

şərtilə təslim oldular. Tarixçi qeyd edir Səh.—330. ki, bu böyük şah ilk dəfə olaraq 

onu  müşayiət  edən  polka  muşketdən  atəş  açmağı  əmr  etdi.  Bunun  təsirini  görüb, 

hərbi hissələrinin bir hissəsinə daim odlu silahdan istifadə etməyi əmr etdi. Farslar 

əvvəllər müharibə vaxtı bundan heç vaxt istifadə etməmişdilər. 

Təbrizin tarixinə aid hər şeyi demək üçün az öyrənilmiş olsa da, əhəmiyyətli 

sayılan  erməni  müəlliflərinin  bu  barədə  nə  yazdıqlarına  müraciət  etmək  lazımdır. 

Onlar deyirlər ki, bu şəhər Asiyanın ən qədim şəhərlərindən biridir və onu əvvəllər 

Şahistan, yəni şah iqamətgahı adlandırmışlar. Çünki fars şahları orada yaşayırdılar. 

Erməni  şahı  Xosrov  Şahistan  adını  dəyişib  Təbriz  adını  qoymuşdur.  Təbriz 




59 

 

ermənicə hərfi mənada «intiqam yeri» deməkdir. Çünki o, (Xosrov—V. A.) orada 



qardaşını  qətl  etdirən  fars  şahını  taxtdan  salmışdır.  Təbriz  əyaləti  quberniyası 

krallığın  birinci  quberniyasıdır,  baş  vergi  siyahısındadır  (vergi  siyahısının 

başındadır—V.A.).  O  hər  il  otuz  min  tümən,  yəni  bir  milyon  üç  yüz  əlli  min  livr 

vergi  verir.  Bu  hesabda  ikinci  dərəcəli  gəlirlər  nəzərə  alınmamışdır  və  oradakı 

ikinci  dərəcəli  gəlir  digər  Asiya  quberniyalarında  olduğundan  çoxdur.  Orda 

qubernator  bəylərbəyi  titulu  daşıyır.  Onun  ixtiyarında  üç  min  atlı  vardır.  Qars, 

Urmiya, Marağa, Ərdəbil xanları və ya qubernatorları və iyirmi sultan ona tabedir 

ki, onların hamısının yerdə on bir atlısı var. 

Məndən  əvvəl  Təbrizə  gəlib  orda  yerləşmiş  kapusinlərin  olduğu  yerdə 

qalmağa getdim. Onlar iki nəfər idilər, onlardan xahiş etdim ki, mənim gəlişimi on 

beş gün gizli saxlasınlar. 

Səh.—331.  Bu,  yenidən  səfərə  çıxmaq,  işlərimi  Minqreliyadan  başımı 

götürüb  qaçmamışdan  əvvəlki  qaydaya  salmaq  və  şaha  aparacağım  bütün  şeyləri 

saraya gəlib çatarkən göstərə bilim deyə lazımınca yerbəyer etmək üçün idi. Lakin 

mənim  gəlişimi  elə  o  dəqiqə  bildilər.  Əyalətin  baş  vergi  yığanının  və 

komendantının  oğlu  Mirzə  Tahir  varislik  hüququ  əldə  etdiyi  üçün  kapusinlərin 

qonaqları  olduğunu  bildi.  22-sində  (aprelin  22-də—V.  A.)  adam  göndərib 

kapusinlərin başçısına evində qonaq saxladığı avropalıların kimliyi və gəlişi barədə 

ona  xəbər  verməməsindən  təəccübləndiyini  bildirdi.  Ata  (müqəddəs  ata, 

kapusinlərin  başçısı—V.  A.)  bu  əyana  üzrxahlıq  etdi  və  mənim  çölə  çıxan  kimi 

onun salamına gələcəyimi, pis vəziyyətdə bura gəlib çıxdığımı, az bir vaxtda bu işi 

qaydaya salacağımı deməyə getdi. 

22. (aprelin 22-də. V. A.). İlk səfərimdən tanış olmaq şərəfinə nail olduğum 

bu  əyan  Gəncə  xanının  oğlu  ilə  məni  görməyə  gəldi.  Mənə  çox  nəvaziş  göstərdi, 

otağımda  düz  iki  saat  oturdu,  məni  Avropa  yeniliklərindən,  xüsusilə  elm  və 

incəsənət  sahəsindəki  yeniliklərdən  danışmağa  məcbur  etdi.  Nəhayət,  lütfkarlıq 

edib,  mənə  ailəsinin  müvəffəqiyyətlərindən  və  qardaşlarının  qulluqlarından 

danışdı.  O,  hamısından  var-dövlətli  və  yaxşı  vəzifələrdə  çalışan  üç  cavan  əyan 

qardaşlarından  ən  böyüyüdür.  Dediyim  kimi,  onun  atası  bütünlüklə  Azərbaycan 

əyalətində  şah  xəzinəsinin  baş  vergi  yığanı  və  intendantıdır.  Süleymanın  tac 

qoyması  kitabındakı  Mirzə  İbrahim  həmin  adamdır.  Onda  o,  Təbrizdə  deyildi: 

xidməti  ilə  bağlı  vəzifələr  onu  Xəzər  dənizinin  yaxınlığında  Səh.—332  yerləşən 

Şirvanda  məşğul  etmişdi.  O  olmayanda  Mirzə  Tahir  onun  vəzifəsini  yerinə 

yetirirdi.  Onda  ərəbcə,  farsca  və  türkcə  çoxlu  ədəbiyyat  vardı.  Bir  kapusin  ona 

uzun  illər  bizim  məktəblərin  fəlsəfəsini,  bizim  bütün  elmləri  tədris  etmişdi.  Bu 

əyan  geniş  erudisiyalı,  çox  mahir  və  çox  mədəni  adam  idi.  İki  saatlıq  söhbətdən 

sonra o, ala biləcəyi saat mexanizmləri və qaş-daşları ona göstərməyim üçün məni 

tələsdirdi. Dediyim səbəblər üzündən nə buna bir zərrə həvəsim vardı, nə də bunu 

etmək halında idim. Lakin o məni elə tələsdirdi, elə mərhəmət göstərdi ki, onu rədd 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə