Kama çatmıĢ padĢah, asiman üzəngili, zəfər hərəkətli, müqəddəs adamların
müqəddəsi, Sultanların ağası, Allahın yer üzərində su və palçıqdan yaratdığı
xaqanların havadarı olan hökmdar, Sahibəzzamanın köməkçisi, Allahın
qaliblərinin ən yaxın adamı, Yəni Allahın kölgəsi əlaHəzrət Əbülmüzəffər ġah
Təhmasib ibn ġah Ġsmayıl Heydəri, Cüneydi, Səfəvi, Musəvi, Hüseyni, Ələvi-
Allah mülkünü və səltənətini əbədi etsin - hər iki aləmə Ģadlıq, ədalət və ehsan
yağdırdı. Allah ona ehsan etməklə, məxluqata da ehsan etdi. 930-cu [ildə] rəcəb
[ayının] 19-da (23 may 1524) səltənət və padĢahlıq taxtına oturdu. «Axiruz-
zəman
194
əbcəd hesabı ilə onun səltənətinin tarixinə müvafiq olduğu üçün «Axirüz-
zəman»ın səltənəti o əlahəzrətə məxsusdur.
Məhəmmədin dini və on iki imam məzhəbinin rövnəqi o əlahəzrətin
hökmdarlığı zamanı (B-252b) elə bir mərtəbəyə çatıb əlveriĢli Ģərait yaratdı ki,
Sahibül-əmr zühur etmək bayrağı qaldırsın.
Gizli qalmasın ki, asimana bənzər ali xilafət taxtı onun cülusu ilə yaraĢıq
tapdı. O Həzrətin (cülusu) dövlətin inkiĢafına səbəb oldu. O Süleyman Ģövkətlinin
lələliyinə Div Sultan Rumlu təyin olundu. Çayan Sultanın Köpək Sultan adı ilə
tanınan qardaĢı Mustafa (M-227a) Sultan Ustaclu qardaĢının əvəzinə hakimiyyət
tapdı və əmirül-üməralıqda Div Sultanla Ģərik oldu.
Mirzə ġahhüseynin vəzifəsi oranın pak seyidlərindən olub, elm, hüsnxət,
inĢa, üslubiyyat, vəzirlik qayda-qanunları və sahibdivanlıqda bərabəri olmayan
seyid Qazı Cahan Hüseyni Qəzviniyə verildi.
195
Mənimsəmə və fırıldaqçılıqda az bir vaxtda ixtiyar sahibi olub, bəzi
qəbahətlərinə görə ittiham edilmiĢ Xacə Cəmaləddin
196
- Məhəmməd Təbrizi [və]
Mir Seyid ġəhristaninin müdaxiləsi ilə vəzirlik mənsəbinə çatmıĢ ölkənin
mustovfisi ġəmsəddin saxta dəftərlər və qaydalar düzəltdikləri üçün tutulub həbs
edildi. Nəhayət, ədalətli nəsilli hökmdar [ġah Təhmasibin] buyuruğu ilə o, ali
orduda yandırıldı. Bu vaxt onun Heyrani Həmədaninin
197
bu beytini öz vəziyyəti
ilə əlaqədar oxuması məĢhurdur:
«Bəlanın astanasında ev tutdum, məni atəĢ bürüdü, hər kəs bəla astanasında
ev tutsa, belə olar».
Mövlana Ədhəm MünĢi Xiyarsi Qəzvini də fitnə törətdiyinə görə qətl edildi.
Qazı Cahan Qəzvini ilə Mir Cəmaləddin Məhəmməd Sədr Astarabadi
arasında ziddiyyət olduğuna görə Ģaban ayında Mir Qəvaməddin Hüseyn Nəqib
Ġsfahanini sədarətdə onunla (Mir Cəmaləddin Məhəmmədlə) Ģərik etdilər. [ġah
Təhmasib] qıĢı Təbrizdə keçirdi.
198
Cuhə Sultan Təkəluya Ġsfahan vilayətinin [hakimliyini] verib yola saldılar.
Toyuq ili (mart 1525 - mart 1526)-931-ci ildə (29.X.1524-17.X.1525) Cəlal
bayraqları (ġah Təhmasib) Səhənd və Ucan yaylağına gəlib,
199
[gününü] eyĢ-iĢrətlə
keçirərkən, özbəklərin Xorasana gəlməsi xəbəri ona çatdı. Buna görə Ģahın
müĢayiətçilər dəstəsi o tərəfə yola düĢərək, Təbrizin Əlixan bağında düĢərgə
saldılar. Nəhayət, [istilanı] ləğv etmək üçün yola düĢdülər.
Əmirül-üməralıqda Köpək Sultandan irəli olan Div Sultan Rumlu ilə
məsləhətləĢib, özbəkləri dəf etməyi ona tapĢırdılar. [O], yüksək dərgahdan
ayrılaraq, yola düĢdü. Ġraq və fars əmirləri Təbəristan sərhəddindəki Lar
yaylağında onunla birləĢdilər.
(M-227b) Qəzanın fərmanı ilə Ġsfahan hakimi Cuhə Sultan Təkəlu, ġiraz
valisi Əli Sultan Zülqədər, Həmədan sahibi Qaracə Sultan Təkəlu və MəĢhədi-
müqəddəs hakimi Burun Sultan Təkəlu (B-253a) yuxarıda adı çəkilən yaylaqda
onun ətrafında birləĢib, Köpək Sultanı və Ustaclu tayfasını dəf və ləğv etməyi
qarĢılarına məqsəd qoydular. Oradan Xorasana getməmiĢ, ali dərgaha (ġah
Təhmasibin yanına) yola düĢdülər. Bu xəbər dünyanın pənahı [ġah Təhmasibin]
dərgahına çatdıqda, Köpək Sultan o fitnəni mülayimliklə dəf etmək inamı ilə
onların qarĢılanmasına hörmət əlaməti olaraq Kərmrudun Türkman kəndinə gəldi.
Onlarla birləĢərək ali taxtın ayağına (ġah Təhmasibin yanına) yola düĢdülər.
ġahın ordusu Təbrizin xaricində Çərəndab çölündə yerləĢirdi. Elə ki,
əmirlər çatdılar, Ģahın ayağını öpməklə Ģərəfləndilər.
Bir gün fitnəni dəf etmək bəhanəsi ilə Qarıncə bəy Hacı Fəqihlu Ustaclu və
Narın bəy Qacarı öldürdülər. Qazı Cahanı tutub Lori qalasına göndərdilər.
200
Onun
mənsəbini Div Sultanın ailəsinə mənsub olan Mir Səfər Avəsiyə verdilər. Köpək
Sultan iĢi belə gördükdə öz vilayətinə yola düĢdü. Cuhə Sultan onun yerinə
hökmlərə möhür vurdu. Div Sultan məlikul-üməra və Cuhə Sultan səltənətin
sütunu oldu.
Həmin ildə Mir Cəmaləddin sədr və Mir Möhsin rizəvi Qumi cənnətlik
oldular. «Udxuluha Bisəlamin aminə»
201
(oraya salamat girin) onların vəfat
tarixidir. Həmçinin bu ildə Sam mirzənin lələsi DurmuĢ xan Heratda vəfat etdi.
Onun vəzifəsi ğardaĢı Hüseyn xan ibn Əbdi bəy ġamluya verildi.
202
Hüseyn xan
Allahın kölgəsi ġah [Təhmasibin] bibisi oğlu idi. Həmçinin ġirazın hakimi Əli
Sultan Zülqədər Təbrizdə vəfat etdi. Onun qoĢunu və vəzifəsi əvvəl qardaĢı oğlu
Murad Sultana, sonra isə (M-228a) Həmzə Sultan Caməsblu
203
Zülqədərə verildi.
Ġt ilində (mart 1526 - mart 1527)-932-ci ildə (18.X.1525-7.X.1526)
[sarayda] olmadığına görə hakimiyyətdən məhrum edilmiĢ Köpək Sultan Ustaclu
rəcəb [ayının] əvvəllərində (aprel 1526) Rumlu və Təkəlu[lar] ilə vuruĢmaq
məqsədi ilə Xalxal tərəfdən Sultaniyəyə gəldi. Ustaclu əmirlərindən bəziləri, o
cümlədən Qılıc xan ibn Xanməhəmməd və Sarı Birə qorçibaĢının qardaĢı MüntəĢa
bəy ġeyxlər
204
, QorçibaĢı Bədr bəy və Kürd bəy onunla birləĢdilər və ali orduya
tərəf yönəldilər.
ġənbə [günü] səhər, Ģaban [ayının] 14-də (26 may 1526) türklərin Səksəncik
adlandırdıqları HəĢtad-coft [adlı] yerdə Ģahanə döyüĢ baĢ verdi. Bu zaman Qaracə
Sultan Təkəlu Həmədandan [gəlib] həmin yerə çatdı və gəlib çatması ilə
Ustacluların əlində öldürülməsi bir oldu. Burun Sultan Təkəlu da öldürüldü. Ancaq
Rumlu və Təkəluların böyük qorçilərin və əmirləri Ustaclulara güc gəldi. Ustaclu
əmirləri onlara arxa çevirdilər və Əbhərə getdilər. Orada Təkəlunun yorğa at
Dostları ilə paylaş: |