Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   ...   70

Üçüncü babda - Məhəmməd peyğəmbərin anadan olduğu 570-ci ildən, vəfat 
etdiyi 632-ci ilə qədər olan 62
13
 illik bir dövr; 
Dördüncü babda - 632-ci ildən əsərin tamamlandığı 1570-ci ilə qədər olan 
938 illik bir dövr əhatə edilmiĢdir. 
Ġkinci bab - 3 qism və xətiməyə (sonluğa) bölünmüĢdür. 1-ci qismin özü də 
2  məqaləyə  ayrılmıĢdır.  1-ci  məqalədə  Məhəmməd  peyğəmbərdən  əvvəlki 
peyğəmbərlərdən,  2-ci  məqalədə  isə  ölkələr  və  Nuhun  oğlu  Samın  nəslindən  olan 
Ģahlar:  PiĢdadilər,  Kəyanilər,  ƏĢkanilər,  ƏĢğanilər  və  Sasanilər  sülalələri,  onların 
Ģahları barədə məlumat verilir. 2-ci qismdə Nuhun oğlu ham, onun övladlarından, 
Kəldanilər  və  Səryanilər  sülalələrindən,  onların  hakimlərindən  danıĢılır.  3-cü 
qismdə  Nuhun  oğlu  Yafəs  və  onun  övladları  təsvir  olunur.  Xatimədə-tatar  və 
monğol  oymaqları,  ərəb,  ġam,  Ərəb  Ġraqı,  Bəni-Ġsrail,  Nəsari  və  rum-yunan 
hökmdarları təsvir olunur. Müəllif Bəni-Ġsrail padĢahlarını 3 tayfaya bölmüĢdür. 
Üçüncü babda əvvəlcə Məhəmməd peyğəmbərin həyatı təsvir olunmuĢdur. 
Əbdi bəy burada özündən əvvəl yaĢayıb yaratmıĢ tarixçilərin, Ģairlərin əsərlərindən 
istifadə  etməklə  bərabər,  «Xəzanül-mələkut»  məsnəvisindən  də  geniĢ  istifadə 
etmiĢdir.  Hadisələr  Məhəmmədin  anadan  olduğu  fil  ilindən  baĢlayaraq,  illər  üzrə, 
daha doğrusu, onun anadan olduğu 570-ci ildən bəsətə
14
 qədər (yəni peyğəmbərlik 
verildiyi  40  yaĢına  qədər,  1-40  yaĢ),  bəsətdən  hicrətə  qədər  (peyğəmbərlikdən 
hicrətə  qədər)  və  hicrətdən  vəfat  etdiyi  hicri  11-ci  ilə  qədər  (1-11-ci  illər) 
verilmiĢdir. Hicrət illəri əvvəlki illərə nisbətən geniĢ təsvir olunmuĢdur. 
«Təkmilətül-əxbar»ın  əsas  hissəsini  Dördüncü  bab  təĢkil  edir.  Bu  babda 
632-ci ildən 1570-ci ilə qədər baĢ vermiĢ  hadisələr təsvir olunmuĢdur. Müəllif bu 
babı iki məqaləyə ayırmıĢdır. 1-ci məqalədə hadisələr hicrətin 11-ci (632) ilindən 
XII imam Mehdi Sahibəzzamanın 265 (3.IX - 878 - 22. VIII - 879) - ci
15
 ildə olan 
«Qeybəti-suğra»sına (kiçik qeyb olmasına) qədər təsvir olunmuĢdur. Əbdi bəy bu 
məqaləni  on  iki  imamla  əlaqədar  olaraq  on  iki  fəslə  bölmüĢdür.  Hər  fəsildə 
xronoloji  qayda  ilə  imamlardan  və  onların  müasiri  olan  hökmdarlardan  danıĢılır. 
XII  fəsil  «Qeybəti-kubra»nın  (böyük  qeyb  olmanın)  baĢ  verdiyi  328  (940)-ci  ildə 
bitir. 
2-ci  məqalədə  328  (940)-ci  ildən  sonrakı  hadisələr  təsvir  olunmuĢdur.  Bu 
məqalədə Ərəbistan, Məğribzəmin, Misir, ġam, Əndəlis və s. ölkə və vilayətlərdəki 
sülalələr və onların hakimləri barədə məlumat verilmiĢdir. 
Mavəraünnəhrdən  Ruma,  Darülmərzdən  Ərəb  Ġraqına  qədər  olan  əcəm 
(yəni,  ərəb  olmayan)  məmləkətlərindəki  sülalələrdən  üç  səhifədə  (yarım  fəsildə) 
bəhs olunmuĢdur. Bu səhifələrdə Abbasilərlə müasir olan Səffarilər, Samanilər, Al-
Buyə, Qəznəvilər və Səlcuqlardan danıĢılır. Səlcuqlar haqqında məlumat verilərkən 
müəllif  onları  üç  qismə  bölmüĢdür:  1-ci  qismdə  Ġranı  iĢğal  etmiĢ  Səlcuqlardan: 
Toğrul  ibn  Mikayıl  ibn  Səlcuq,  Alp  Arslan,  Məlik  Ģah,  Börküyarlıq  və 
baĢqalarından  bəhs  olunmuĢdur.  2-ci  qismdə  Rum  və  ġamda,    3-cü  qismdə  isə  
Kirmanda  hakimiyyət  baĢında olan Səlcuqlar haqqında məlumat verilmiĢdir. 


3-cü  qismdən  sonra  verilmiĢ  Zeyldə  (əlavədə)  Səlcuq  Atabəyləri,  o 
cümlədən Ġldəgiz, Atabəy Məhəmməd ibn Ġldəgiz, Atabəy Qızıl Arslan ibn Ġldəgiz, 
Əbu-bəkr ibn Atabəy Məhəmməd, Özbək ibn Atabəy Məhəmməd barədə məlumat 
verilmiĢdir.  Daha  sonra  ġam,  Diyarbəkr,  Mosul,  Ərəb  Ġraqı,  Rum,  Kiçik 
Ermənistandakı  4  sülalədən:  DaneĢməndilər,  Ariqilər,  Səliqilər  və  Mənsukilərdən 
bəhs olunmuĢdur. 
Zeyldə  həmçinin  fars  Atabəyləri  və  ġabanqare  hökmdarları,  Ğurilər, 
Mamilər,  XarəzmĢahlar,  Qaraxətailər,  Ġran  Ġsmaililəri,  Mazandaran  Bavəndləri, 
Rüstəmdar  Kavbariləri,  Əlvad  və  Əkvadilər,  Dinavər,  ġəhrzur  və  onun 
sərhəddindəki  Fəzluyənin  Böyük  Lor  hakimləri  və  Mavəraünnəhrdə  hökmranlıq 
edən Əfrasiyabın nəslindən olan hökmdarlar haqqında məlumat verilmiĢdir. 
II  səhifədə  Abbasilərin  süqutundan  sonrakı  sülalələrdən  bəhs  olunmuĢdur. 
Həmin sülalələr aĢağıdaılardır: 
Elxanilər,  Cəlair  tayfasından  olan  Ġlkanilər,  Çobanilər,  Müzəffərilər, 
sərbədarlar,  Kert  hakimləri,  Əyyubilərdən  olan  Aybək  Sultanları,  Qaramanilər, 
Böyük  Lorlar,  ġirvanĢahlar,  Rüstəmdar  Kavbariləri,  Cəlavilər,  Larda  Gərgin 
nəslindən olanlar, Çingiz xanın oğlu Cığatay xanın nəslindən olanlar (Cığatayilər), 
Kürəkanilər (Teymurilər), Qaraqoyunlular və Ağqoyunlular. 
III  səhifədə  Səfəvilər  haqqında  bəhs  olunmuĢdur.  Bu  hissədə  əsasən 
müəllifin eĢitdiyi, gördüyü, Ģahidi olduğu hadisələr təsvir olunmuĢ və rəsmi dövlət 
sənədlərindən  istifadə  edilmiĢdir.  Əsərin  ən  qiymətli  hissəsi  elə  bu  səhifə  olduğu 
üçün Azərbaycan dilinə də ancaq bu hissə tərcümə olunmuĢdur. 
«Təkmilətül-əxbar»ı tərcümə etməyə baĢlarkən istifadəmizdə əsərin Tehran 
kitabxanalarında  saxlanılan  əlyazma  nüsxələrindən  ikisinin  fotosurəti  və  hazırda 
Respublika  Əlyazmaları  Ġnstitutunda  saxlanılan  mərhum  prof.  B.  N.  Zaxoderin 
(1898-1960) nüsxəsinin fotosurətləri olmuĢdur.
16 
«Təkmilətül-əxbar»ın əlyazma nüsxələrindən biri hazırda Tehranda mərhum 
Hacı  Məlikin  «Ketabxaneyi-Milliyi-Məlik»  adlanan  çox  zəngin  Ģəxsi 
kitabxanasındakı   3890   № - li   nüsxədir.   Bu   nüsxənin   üzərindəki qeyddən 
(vər.  2a)  məlum  olur  ki,  o,  26  fərvərdin  1331(15  mart  1952)-ci  ildə  kitabxananın 
qeydiyyatından  keçirilmiĢdir.  Ancaq  bu  nüsxə  həmin  tarixdən  çox  əvvəl  həmin 
kitabxanada mövcud olmuĢdur. Fikrimizi sübut etmək üçün təkcə bunu qeyd etmək 
kifayətdir  ki,  Ġran  alimlərindən  Kəsrəvi  Təbrizi  (1890-1946)  1928-ci  ildə  nəĢr 
etdirdiyi «ġəhriyaraniqomnam» adlı əsərini yazarkən o zamanlar MəĢhəddə olmuĢ 
Məlikin kitabxanasındakı bu nüsxədən istifadə etmiĢdir.
17 
Hacı  Məlik  nüsxəsinin  Ģəxsi  kitabxanamızda  278  vərəqinin  (556 
səhifəsinin)  fotosurəti  vardır.  Hadisələrin  təsviri  Qaraqoyunlu  sülaləsindən  bəhs 
edilərkən kəsilir. Əlyazmasının 2a vərəqində Hacı Məlikin qeydindən məlum olur 
ki, bu nüsxə 347 vərəqdən ibarətdir. Deməli, bizdə olan fotosurətdə əlyazmasının 
69  vərəqi  və  əsərin  ən  qiymətli  hissəsi  olan  Səfəvilər  dövrünə  aid  hissə  çatıĢmır. 
Əlyazmasının  Tehran  Universitetinin  Mərkəzi  kitabxanasında  saxlanılan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə