Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   ...   70

qədər»  Qəffarinin  «Nüsəxi-cahan-ara»sını  köçürmüĢ  və  bu  əsərin  adını 
«Təkmilətül-əxbar» qoymuĢdur.
49
 
Bu nəticə dəqiq və düzgün deyildir. Nə Əbdi bəyin «Tarixi-cahan-ara»nı və 
nə  də  Qazı  Əhməd  Qaffarinin  «Təkmilətül-əxbar»ı  köçürməyə  ehtiyacı  yox  idi. 
Çünki  Əbdi  bəy  1570-ci  ilə  qədər  çoxlu  bədii  əsər,  tarixi  mənzumələr  yazmıĢ, 
tarixi məzmunda olan ərəbcə iki əsəri fars dilinə tərcümə etmiĢdi və s. Qazı Əhməd 
isə  tarixi  hekayələrdən  ibarət  «Nigarıstan»  adlı  əsər  yazmıĢdı.  Hər  iki  müəllif  öz 
əsərinin XVI əsrə qədər olan hissəsini orta əsrlərə aid bir üslubda yazdıqları, Səfəvi 
dövrü  fəslində  isə  əsasən  Ģahidi  olduqları  hadisələri  təsvir  etdikləri  üçün  onların 
əsərlərinin müəyyən hissələri təsadüfi olaraq bir-birinə daha çox oxĢayır. 
Əbdi bəy əsərini Pərixan xanıma, Qazı Əhməd isə ġah   Təhmasibə   ithaf   
etmiĢlər.    Buna    görə  onlardan  biri  digərindən  köçürməyə  cəsarət  etməzdi.  Çünki 
bu  iĢin    üstü    açılsaydı,  köçürən  cəzalandırılardı.  Bundan  baĢqa,  XVI      əsrin  son 
rübündən baĢlayaraq, həm Əbdi  bəy, həm də Qazı   Əhmədin məzkur əsərlərindən 
tarixçilərin,  təzkirəçilərin  istifadə  etməsi  də  onların  müstəqil,  orijinal  əsər   
olduğuna   dəlalət   edir. Bütün  bunlara  baxmayaraq,  əgər həqiqətən  bu  əsərlərin 
biri  digərindən  köçürülübsə,  demək  olar  ki,  Qazı  Əhməd  Əbdi  -  bəydən  köçürə 
bilərdi. Çünki: 
a)  Əbdi bəy hadisələri 1570-ci ilə qədər, Qazı Əhməd isə 1565-ci ilə qədər 
təsvir etmiĢdir. Əgər Əbdi bəy «Tarixi-cahan-ara»nı köçürmüĢ olsaydı, o da əsərini 
1565-ci ildə, yaxud bir neçə il tez tamamlardı. 
b)  Əbdi  bəyin  əsərində  olan  «Zeyl»  («Əlavə»)  -  XVI  əsrdə  hakimiyyət 
baĢında olan sülalələrin, hakimlərin təsvirləri, onların I ġah Ġsmayıl, xüsusilə, ġah 
Təhmasiblə  münasibətləri  və  «Xatimə»  («sonluq»  -  ġah  Təhmasibin  12 
xüsusiyyəti)  adlı  hissələr  «Tarixi-cahan-ara»da  yoxdur.  Elə  bu  son  5  il  (1565  -
1570)  hadisələrinin  təsviri  «Zeyl»  və  «Xatimə»nin  məhz  Əbdi  bəy  tərəfindən 
yazılması,  bu  hissələrin  üslubu  və  s.  sübut  edir  ki,  bütün  əsər  Ģair-tarixçi  Əbdi 
bəyin qələminin məhsuludur. 
v)  XVI  əsrdən  baĢlayaraq  tarixçilər,  təzkirəçilər  «Təkmilətül-əxbar»dan   
istifadə   etmiĢ   və   onun   müəllifinin Əbdi bəy olduğunu yazmıĢlar. Heç bir orta 
əsr  mənbəyində  onun  «Tarixi-cahan-ara»,  yaxud  baĢqa  bir  əsərdən  köçürülməsi 
barədə məlumat yoxdur. 
q)  «Təkmilətül-əxbar»da  Əbdi  bəyin  özünün  yazdığı  çoxlu  Ģer,  maddeyi-
tarix,  həmçinin  Firdovsi,  Əmir  Xosrov  Dəhləvi,  Nizam  Astarabadi  və  dikər 
Ģairlərin Ģerləri verilmiĢdir. Bunlara «Tarixi-cahan-ara»da rast gəlmirik. 
ğ) Əbdi bəy onlarla alim və Ģairin əsərlərindən istifadə etmiĢ, bu istifadəni 
çox vaxt açıq-aydın Ģəkildə yazmıĢ, bəzən isə hər hansı bir müəllifin məlumatı ilə 
kifayətlənməmiĢ, hadisəyə öz Ģəxsi münasibətini bildirmiĢdir. Daha doğrusu, Əbdi 
bəy  «Təkmilətül-əxbar»ı  yazarkən  XVI  əsrə  qədərki  dövrün  təsvirində  bəzən 
özündən  əvvəlki  tarixi  əsərlərin  xülasəsini  verməklə    kifayətlənməmiĢdir.  O,  
ziddiyyətli,    mübahisəli,  inandırıcı  olmayan  məsələləri  müxtəlif  mənbələri 


müqayisə  etməklə,  özünə  yaxın  olan  dövrdə  baĢ  vermiĢ  hadisələri  isə  Ģahidləri 
dindirməklə aydınlaĢdırmağa çalıĢmıĢ və çıxardığı nəticəni əsərində qeyd etmiĢdir. 
Məsələn,  əfsanəvi  PiĢdadilər  sülaləsinin  hökmdarlarından  HuĢəng  ibn  Siyamək 
haqqında  məlumat  verərkən  yazır  ki,  o,  «Cavidani-xirəd»  kitabının  müəllifidir. 
Hürufilərin  «Cavidani-xirəd»  kitabı  tamamilə  baĢqa  bir  kitabdır.  Çünki  HuĢəngin 
«Cavidani-xirəd»  kitabını  xəlifə  Məmunun  (813-833)  vəziri  Həsən  ibn  Səhl  ərəb 
dilinə  tərcümə  etmiĢdir.  Hürufiliyi  isə  bu  son  vaxtlarda  Nəiməddin  Fəzlüllah 
Astarabadi yaratmıĢdır.
50 
Yaxud,  ġəms  Təbrizi  haqqında  mənbələrin  məlumatını  verdikdən  sonra 
müəllif  yazır  ki,  düzü  budur  ki,  bunu  mən  Əndican  Seyidlərindən  öyrəndim. 
DövlətĢah Səmərqəndi «TəzkirətüĢ-Ģüəra» əsərində Mövlana Cəlaləddin   Ruminin   
tərcümeyi-halını   verərkən   yazmıĢdır.
51
 
ZərdüĢt,  muğ,  muğan  haqqında  olan  məlumatlar  da  bu  qəbildəndir 
(ZərdüĢtü  Azərbaycanla  bağlayır).  Bu  kimi  Ģəxsi  araĢdırmalara,  tədqiqatlara, 
çıxarılan nəticələrə «Tarixi-cahan-ara»da rast gəlmirik. 
d) Əbdi bəy bütün əsər boyu dəfələrlə öz adını çəkmiĢ, XVI əsr hadisələrini 
təsvir edərkən isə hər hansı bir iĢdə, hadisədə öz iĢtirakı barədə məlumat vermiĢdir. 
Bu kimi Ģəxsi qeydlər «Tarixi-cahan-ara»da yox dərəcəsindədir. Qazı Əhməd təkcə 
bir  yerdə  931  (1524-25)-ci  il  hadisələrini  təsvir  edərkən  atası  və  əmisinin 
öldürüldüyünü yazmıĢdır.
52
 
Haqqında  danıĢılan  əsərlərin  birinin  digərindən  köçürülmədiyi  barədəki 
fikrimizi  sübut  etmək  üçün  hər  iki  əsərdən  bəzi  məlumatı  müqayisəli  Ģəkildə 
verməyi məqsədəuyğun hesab edirik: 
 
Təkmilətül-əxbar 
Kəyumərs  vəfat  etdikdən    sonra  HuĢəng  Siyamək  ibn  Kəyumərs  ibn  onun   
yerinə keçdi. Məna baxımından «huĢ» «xirəd» (huĢ, ağıl, mənsubdur deməkdir.  
 
Tarixi-cahan-ara 
HuĢəng  Siyamək  ibn  Kəyumərs.  Ləqəbli  PiĢdad.  Sus  Ģəhəri  və  ġüĢtər, 
Xuzistan ona mənsubdur. Hakimiyyəti - 40 il (s.30). «Həng»in mənası - çox bilikli, 
elmi  və  biliyi  olan  huĢ  və  həng  adlanır.  Onları  birləĢdirdikdə  «HuĢəng»  olur. 
Ərəbcə  yazanda  «HuĢənc»  yazırlar.  O,  filosof  idi.  Əməli  fəlsəfə  olan  «Cavidani-
xirəd»  kitabını  yazmıĢdır.  Hürufilərə  məxsus  olan  «Cavidani-xirəd»  ondan  baĢqa 
(əsərdir).  Çünki  HuĢəngə  mənsub  olan  «Cavidani-xirəd»i  məlun  Məmunun  vəziri 
Həsən ibn Səhl ərəb dilinə tərcümə etmiĢdir. Hürufilik məzhəbini isə bu yaxınlarda 
Nəiməddin  Fəzlüllah  Astarabadi aĢkar etmiĢdir. HuĢəngin  hakimiyyət  müddəti 40 
il olmuĢdur. Ġstəxri o, bina etmiĢdir. Sus və ġüĢtər onun saldırdığı Ģəhərlərdəndir. 
Fars  dilində  «əĢkərə»  deyilən  tərlan,  qara-quĢ,  Ģahin  və  s.  ilə  ov  etməyi  o 
öyrətmiĢdir. Tula və iti vəhĢi keçilərin ardınca salırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə