Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   ...   70

yazmıĢdır.
38
 Lakin bizim istifadə etdiyimiz əlyazmalarının heç birində Əbdi bəyin 
bu  əsəri  Pərixan  xanımın  göstəriĢi  ilə  yazması  barədə  məlumat  verilməmiĢdir. 
Əsərin yazılması haqda 955 (1548)-ci il hadisələri təsvir olunarkən ancaq belə bir 
məlumat vardır: 
«Bu vaxt aləmi-qeybdən dinin pənahı ġah (Təhmasibə) iki qələbə üz verdi. 
Biri:  ĢahənĢahlıq  bürcü,  padĢahlıq  mücrisindəki  səadətli  təvəllüd,  yəni  zəmanənin 
Fatiməsi  ulyahəzrət  Ģahzadə  Pərixan  xanımın  təvəllüdü.  Bu  kitab  onun  adlı-sanlı 
adı ilə bəzənmiĢ və onun hakimiyyətinin uzunolma duasına həsr olunmuĢdur».
39 
«Təkmilətül-əxbar»ın  əvvəlində  müəllif  aydın  Ģəkildə  əsərin  Pərixan 
xanıma ithaf olunduğunu yazmıĢdır.
40
 Əlbəttə, əgər əsər həqiqətən Pərixan xanımın 
göstəriĢi  ilə  yazılsaydı,  Əbdi  bəy  bunu  kitabın  əvvəlində  və  sonunda  iftixarla 
yazardı.  Fikrimizcə,  Bədri  xanım  Atabay  əlyazmasının  əvvəlində  olan  və 
məzmunca  çətin  anlaĢılan  fərmana  əsasən  onun  Pərixan  xanımın  göstəriĢi  ilə 
yazıldığını qeyd etmiĢdir. 
«Təkmilətul-əxbar»dan  bəhs  edən  alimlərin  demək  olar  ki,  hamısı  əsərin 
ġah  Təhmasibin  qızı  olan  Pərixan  xanımın  fərmanı  ilə  yazıldığını  yox,  ona  ithaf 
edildiyini yazmıĢlar. 
I  ġah  Ġsmayılın  (1501  -  1524)  qızı  Pərixan  xanımın  əri  ġirvanĢah  II 
Xəlilullah  (1524-1535)  1535-ci  ildə  öldükdən  sonra  o  ġirvandan  Təbrizə  qardaĢı 
ġah Təhmasibin yanına gəlmiĢ, 1539-cu ildə ġəki hakimi DərviĢ Məhəmməd xana 
ərə verilmiĢdir. ―Pərixan xanım 1543-cü ildə vəfat etdikdən sonra Qazıxan Təkəlu 
950-ci  il  ramazan  ayının  10-da  (7  dekabr  1543)  onun  salyanın  Xosrovabad 
qəsəbəsindəki  «ġahzadə  bəyim  nəhri»ni,  düyü,  taxıl,  pambıq  və  s.  əkin  yerlərini 
Qazı Ruhullanın sicili ilə Ərdəbildəki ġeyx Səfi məqbərəsinə vəqf etmiĢdir.
42
 ġah 
Təhmasib  955-ci  il  (1  avqust  1548)  cümədiəl-axır  ayının  25-də  çərkəz  ġamxalın 
bacısı  Sultanağa  xanımdan
43
  anadan  olmuĢ  qızına  öz  bacısının  adını  qoymuĢdur. 
Pərixan  xanım  böyüdükdən  sonra  əmisi  Bəhram  mirzənin  oğlu  Bədiüzzamana 
niĢanlanmıĢdır.
44
  Gözəl,  cəsarətli,  bacarıqlı,  iĢgüzar,  hiyləgər  olan  Pərixan  xanım 
atasının qocalıq illərindən baĢlayaraq, təxminən 10 il, qardaĢlarından fərqli olaraq, 
Səfəvi dövlətinin idarə edilməsində mühüm rol oynamıĢdır. Məhz elə buna görə də 
əsrin  Ģairləri  Pərixan  xanıma  mədhiyyələr  yazmıĢ,  Əbdi  bəy  isə  «Təkmilətül-
əxbar»ı  ona  ithaf  etmiĢdir.  Hakimiyyəti  faktiki  olaraq  idarə  etməyə  can  atan
45
 
Pərixan xanım nəhayət, öz əməllərinin qurbanı olur. 
ġah  Təhmasib  14  may  1576-cı  ildə  vəfat  etdikdən  sonra  gürcü  qızından 
doğulmuĢ  Heydər  Mirzə  anasının  təĢviqi  ilə  taxta  çıxır.  Lakin  Pərixan  xanım, 
dayısı ġamxal xan və Ġsmayıl Mirzənin tərəfdarlarının yardımı ilə sadəlövh Heydər 
Mirzənin bir gecəlik hakimiyyətinə son qoyur və 20 ilə yaxın Qəhqəhə zindanında 
həbsdə olan Ġsmayıl Mirzə Səfəvi taxtına əyləĢdirilir. 22 avqust 1576-cı ildə II ġah 
Ġsmayıl  adı  ilə  Səfəvi  taxt-tacına  sahib  olan  bu  əyyaĢ  və  tiryəkiyə  çevrilmiĢ 
hökmdar,  Səfəvi  taxtına  çıxa  biləcək  bütün  yaxın  qohum-qardaĢlarını,  onların 


tərəfdarlarını müxtəlif bəhanələrlə aradan götürür ki, gələcəkdə taxta ancaq yeganə 
varisi-körpə oğlu ġahĢüca, yaxud ġücaəddin çıxa bilsin.
46
 
II  ġah  Ġsmayıl  onu  hakimiyyət  baĢına  gətirməkdə  mühüm  rol  oynamıĢ 
Pərixan  xanımla  hesablaĢmır,  onu  dövlətin  idarəsindən  uzaqlaĢdırır  və  öz  ata-
babalarının əksinə olaraq islam dininin sünni məzhəbinə rəğbət göstərir və s. Bütün 
bunlar  onun  hakimiyyətinin  sütunlarını  laxladır  və  ölümünü  yaxınlaĢdırır.  Bəzi 
tarixçilərin  yazdığına  görə  Pərixan  xanım  onun  atdığı  tiryəklərə  zəhər  qatır  və  II 
ġah Ġsmayıl 1577-ci il noyabrın 24-də yaxın adamı olan halvaçı oğlu Həsən bəyin 
evində ölür.
47
 
Səfəvi taxtına çıxa biləcək bacarıqlı Ģahzadə-varis qalmadığı üçün, təsadüfi 
olaraq  sağ  qalmıĢ  yarım-kor  Sultan  Məhəmməd  Xudabəndə  əksər  böyük  qəbilə 
baĢçılarının  qərarı  ilə  taxta  çıxarılır.  Pərixan  xanım  yeni  Səfəvi  Ģahının 
hakimiyyətinin  ilk  günlərindən  onun  arvadı  (gələcək  I  ġah  Abbasın  anası)  çox 
bacarıqlı,  iĢgüzar  Xeyrannisə  bəyim  tərəfindən  dövlətin  idarə  edilməsindən 
uzaqlaĢdırılır.  Sultan  Məhəmməd  Xudabəndə  və  Xeyrannisə  bəyimin  göstəriĢi  ilə 
30 yaĢlı, ərə getməmiĢ Pərixan xanım öz lələsi Xəlil xan ƏfĢarın əli ilə 1578-ci il 
fevralın  17-də  öldürulür.
48
  Beləliklə  də,  təxminən  10  il  Səfəvi  dövlətinin  idarə 
edilməsində mühüm rol oynayan, bəlkə də faktik olaraq dövləti idarə edən Pərixan 
xanım hakimiyyət səhnəsindən gedir və onun yerini Xeyrannisə xanım tutur. 
XVI  əsr  və  XVII  əsrin  birinci  yarısında  miniatür  rəssamlıqda  və 
təzkirəçilikdə  olduğu  kimi  tarixçilik  sahəsində  də  inkiĢaf  hiss  olunur.  Ġbrahim 
Əmininin  «Fütuhati-Ģahi»,  Xandəmirin  «Xülasətül-əxbar»,  «Həbibüs-ciyər», 
«Humayunamə»,  Mir  Yəhya  Seyfi  Qəzvininin  «Lübbüt-təvarix»,  Mahmud  ibn 
Xandəmirin  «Tarixi-ġah  Ġsmayıl  və  ġah  Təhmasib»,  XurĢah  ibn  Qubad  əl-
Hüseyninin  «Tarixi-elçiyi-NizamĢah»,  Qazi  Əhməd  Qəffarinin  «Nigarıstan», 
«Tarixi-cahan-ara»,  Budaq  MünĢi  Qəzvininin  «Cavahirül-əxbar»,  Həsən  bəy 
Rumlunun  «Əhsənüt-təvarix»,  Qazi  Əhməd  Quminin  «Xülasətüt-təvarix», 
Mahmud  Nətənzinin  «Nəqavatül-asar  fizikrül-əxyar»,  ġərəfxan  Bidlisinin 
«ġərəfnamə»,  Ġsgəndər  bəy  MünĢinin  «Tarixi-aləm-arayi-Abbasi»  və  s.  bu 
dövrlərdə  yazılmıĢdır.  Bu  əsərlərin  bir  qismində  hadisələr  dünyanın 
yaranmasından,  digər  bir  qismində  isə  əsasən  XV  əsrin  sonlarından  baĢlayaraq 
təsvir  olunmuĢdur.  Adları  çəkilən  və  çəkilməyən  əsərlərdən  təkcə  «Tarixi-cahan-
ara» ilə «Təkmilətül-əxbar» arasında nə isə çox oxĢarlıq, yaxınlıq vardır. 
Qazı  Əhməd  Qəffari  (1515-1567-68)  bir  neçə  dəfə  Hindistanda  və  Ġranda 
çap olunmuĢ 330 tarixi hekayədən ibarət «Nigarıstan» və 971 (1563-1564)-ci ildə 
yazmağa baĢladığı  və 972 (1564-1565)-ci ildə tamamladığı  «Tarixi-cahan-ara»nın 
müəllifidir. «Tarixi-cahan-ara» ilə «Təkmilətül-əxbar» arasında elə bir böyük fərq, 
ziddiyyət  və  s.  yoxdur.  Buna  görə  güman  etmək  olar  ki,  bu  iki  əsərdən  biri 
digərindən bəzi fərqlərlə köçürülmüĢdür. Əbdi bəyin yaradıcılığı ilə yaxından tanıĢ 
olmayan Ġsmayıl xan ƏfĢar yazır ki, Mirzə Zeynalabidin Əbdi bəy «əvvəldən axıra 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə