Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
- 59 - 
altında  öyrənilir.  Amma  islam  fəlsəfəsinə  ümumbəşəri  fəlsəfi  inkişaf  prosesinin 
aparıcı bir mərhələsi kimi yanaşılmır.            
 
Bizim tədqiqatçılar isə fəlsəfənin inkişaf tarixində bizə məxsus səhifələrin də 
olduğunu  daha  çox  tarixi  aspektdə  yada  salır,  müsəlman  filosoflarının  hansı  ide-
yalarının müasir fəlsəfi fikrin formalaşmasında rol oynadığını və indi aktuallığını 
nə dərəcədə saxladığını araşdırmağı lazım bilmirlər. Bəli, islam fəlsəfəsi bir qayda 
olaraq orta əsrlərin timsalında yada salınır. Və bu zaman orta əsr (islam) fəlsəfəsi 
adlandırdığımız mərhələnin nə dərəcədə orijinal olduğunu, antik fəlsəfəyə nisbətdə 
nə  dərəcədə  müstəqil  və  yeni  olduğunu  araşdırmağa  da  bəzən  ehtiyac  duymuruq. 
Böyük  fəxarətlə  «Şərq  renessansından»  danışırıq.  Amma  fərqinə  varmırıq  ki,  biz 
orta  əsrlərdə  müsəlman  mütəfəkkirlərinin  xidmətini  ellin  mədəniyyətinin  (və 
fəlsəfəsinin)  yenidən  oyanışı,  dirçəlişi  kimi  qəbul  etməklə,  əslində  bir  sıra  Qərb 
tarixçilərinin iddialarını təsdiqləmiş olmuruqmu? Avropa renesansından sonra yeni 
Avropa  mədəniyyəti  (və  fəlsəfəsi)  yarandı.  Bəs  Şərq  renessansından  sonra  nə 
yaranıb?  
Renessans özü müstəqil bir zirvə, nəticə kimi götürülür. Halbuki, renessans-
dan  məqsəd  yeni  bir  tərəqqi  üçün  platforma,  postament  hazırlamaqdır.  Digər 
tərəfdən, orta əsr müsəlman filosoflarının yeganə mənbəyi antik fəlsəfə və ya ellin 
mədəniyyəti  olmamışdır.    Burada  Şərqin  öz  qədim  fəlsəfi  düşüncə  ənənələri, 
zərdüştilik,  hind-çin  fəlsəfəsi  və  s.-dən  də  istifadə  olunmuşdur.  Ən  başlıca 
xidmətlərdən biri isə, islam dünyagörüşünün fəlsəfi əsaslarının işlənib-hazırlanması 
olmuşdur.  Əl-Qəzalinin  bütün  fəlsəfi  yaradıcılığı  bu  məqsədə  xidmət  etmişdir  və 
sonralar xristian sxolastları ən çox məhz onun ideyalarından bəhrələnmişlər. Antik 
fəlsəfi fikrin islam ehkamları ilə uzlaşdırılması əslində yeni mahiyyətli, hətta çox 
vaxt  yeni  məzmunlu  fəlsəfi  problemlərin,  ideyaların  ortaya  çıxmasına  səbəb 
olmuşdur.  Məlum  fəlsəfi  nəzəriyyələr  arasında  ən  çox  yeni  platonçuluğa  meyl 
edilməsi  də  müsəlman  filosoflarının  antik  fəlsəfi  təlimlərə  seçkili  münasibət 
bəsləməsinin  nəticəsi  idi.  Seçkili  münasibət  üçün  isə  əvvəlcə  müəyyən  meyarlar, 
məxsusi mövqe olmalıdır.      
 
Qərb filofosları çox vaxt yunan fəlsəfəsi ilə özləri arasında körpü rolunu da 
bizə «çox görürlər». B.Rassel yazır: «Bütün Qərb fəlsəfəsi – yunan fəlsəfəsidir və 
bizi keçmişin böyük mütəfəkkirləri ilə bağlayan iplərin nə vaxtsa qırılmasını qəbul 
etmək olmaz».
1
 
 
Təəssüf ki, ümumdünya sivilizasiyasında, ümumbəşəri fəlsəfi fikir tarixində 
                                                 
1
 Б.Рассел. Мудрость Запада. М., Республика, 1998, стр. 26. 


 
- 60 - 
bizim  də  payımız  olduğunu  iddia  edə  bilmək  üçün  ancaq  orta  əsr  müsəlman 
filosoflarının və alimlərinin yaradıcılıqlarına istinad etməli oluruq. Amma çox vaxt 
bu  «pay»  da  inkar  olunur  və  ya  nəzərdən  qaçırılır.  Görünür  unuduruq  ki,  tarixi 
yazmaq  haqqı  da  bu  gün  güclü  olanların  əlindədir.  Əbu  Turxan  demişkən,  «bu 
günü  olmayan  xalqın  keçmişi  də  yoxdur».  Özümüzün  ümumbəşəri  fəlsəfi  fikir 
tarixində  həmmüəllif  statusumuzu  təsdiqləmək  üçün  çağdaş  fəlsəfi  fikir 
səviyyəsində  dayanan,  dünya  fəlsəfə  ictimaiyyəti  tərəfindən  nüfuz  sahibi  kimi 
qəbul  olunan  filosoflara  ehtiyacımız  vardır.  Əks  təqdirdə  biz  ancaq  bütün  dünya 
üçün  yazılmış  fəlsəfə  tarixinin  dişarında,  harada  isə  özümüz  üçün  əlavə  bir  tarix 
yazmaqla  təskinlik  tapmalı  olacağıq.  «Şərq  fəlsəfəsi»,  «islam  fəlsəfəsi»  və  s.  bu 
tipli  kitabların  çoxalması  və  getdikcə  həcmlərinin  artması,  harada  nə  yazılıbsa 
tərcümə  olunub,  köçürülüb,  yeni  imzalar  altında  nəşr  olunması,  görünür,  bunun 
nəticəsidir  ki,  «Qərb  öz  tarixini  yazır,  biz  də  özümüzünkünü  yazaq»  mülahizəsi 
rəhbər  tutulur.  Halbuki,  əsas  məqsəd  bunları  özümüzə  yox,  bu  gün  dünya  fəlsəfi 
fikrində  aparıcı  rol  oynayan,  müasir  fəlsəfi  fikrin  simasını  müəyyən  edən  Qərb 
tədqiqatçılarına isbat edə bilməkdir. Bunun üçün isə, bir tərəfdən, müqayisəli təhlil 
lazımdır:  «həqiqət  müqayisədə  üzə  çıxır».  Digər  tərəfdən,  müqayisə  aparmağa, 
tarixi keçmiş haqqında keçərli söz deməyə, yenidən ölçməyə, öz meyarından çıxış 
etməyə, artıq formalaşmış stereotipi dəyişməyə haqqı (nüfuzu) çatan, dünya fəlsəfə 
ictimaiyyəti tərəfindən qəbul olunan, «sayılan» çağdaş filosoflar lazımdır.       
Tarix ilə müasirlik bir-birini tamamlayır. Dünya fəlsəfi fikrinin ön sıralarına 
çıxmaq, aktual fəlsəfi problemlərlə bağlı tədqiqat aparmaq, yaradıcı ideyalarla çıxış 
etmək  üçün  isə  ümumbəşəri  fəlsəfə  tarixinin  yenidən  nəzərdən  keçirilməsi,  daha 
obyektiv mövqedən şərhi, tənqidi təhlili tələb olunur.  
Bu gün, informasiya almaq imkanlarının çox geniş və yüksək olduğu bir şə-
raitdə  qədim  hind-çin  fəlsəfi  təlimlərindən  tutmuş  ən  müasir  tədqiqatlara  qədər 
hərtərəfli  məlumat  bolluğu  vardır  və  bunların  dilimizə  tərcüməsi,  əlbəttə,  yaxşı 
haldır. Lakin fəlsəfənin xüsusiyyəti bundan ibarətdir ki, burada məlumat bolluğu, 
tarixi  təfərrüatlar  deyil,  pozitiv,  yaşarlı  fikirlərin  önə  çəkilməsi,  mətnlərin 
tərcümələri deyil, ideyaların «tərcüməsi» önəmlidir. İdeyalar «tərcümə olunarkən», 
terminoloji fərqlər aradan qaldırılarkən, mətnlər ortaq məxrəcə gəlir və təkrarlanan 
hissələr atıldıqdan sonra ancaq yeni, orijinal ideyalar qalır. Bu proses fəlsəfi-tarixi 
reduksiya  prosesidir.  Fəlsəfə  tarixi  təkrarlardan,  perspektivsiz  kənaraçıxmalardan 
təmizləndikdən sonra müasir fəlsəfi fikir səviyyəsi ilə eyniləşmiş olur. Nəticədə bir 
çox keçmiş filosoflar müasirlərimizdən daha böyük səlahiyyətlə çağdaş fəlsəfənin 
yaradıcıları, müəllifləri olurlar. 
Fəlsəfə  üçün  zaman  və  məkan  lokallığı  yoxdur.  İlk  baxışda  nə qədər  para-
doksal  görünsə  də,  əsas  problemlərindən  biri  zaman  və  məkanın  tədqiqi  olan 
fəlsəfənin özü – fəlsəfi düşüncə zaman və məkanın fövqündə dayanır.   


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə