Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

1012-ci 
ilin 
şəban 
ayında 
(04.01.-02.02.1604-cü 
il) 
imzaladığı  fərnıanm  157x52  sm  ölçüdə  daşa  həkk  edilmiş 
nüsxəsidir.  Ordubad  şəhər  Came  məscidinin  şərqdən  giriş 
qapısmın  baş  tərəfındən  qoyulmuş  bu  kitabənin  təqdim 
etdiyi  məlumatlar  Səfəvi-Osmanlı  müharibələrinin  tarixi, 
Qızılbaş  hökmdarlarımn  vergi  siyasəti,  əhalidən  alınan 
vergilər  və  s.  bu  kimi  tarixi  problemlərin  öyrənilməsi  üçün 
çox dəyəıii  qaynaqdır (Bax:  kitabə JSr9 20).
Ərazidəki  kitabələr  ərəb  əlifbasmm  kufi,  süls,  nəsx  və 
nəstəliq  xətləri  ilə  həkk  edilmişləı*.  O rta  əsıiər  zamanı 
memarlıq  və  xatirə  abidələrinin  bəzədilməsində  canlı 
rəsmlərinin,  xi'ısusilə  insan  təsvirləriııin  çəkilməsinə  icazə 
verilmədiyindən  xəttat  və  həkkaklaı*  yazıdan,  həm  də 
yaratdıqları  abidənin  bəzədilməsində  bəzək  elementi  kirni 
yararlanırdılar.  Onlar  ərəb  əlifbasınm  müxtəlif xətlərindən, 
həmin 
xətlərin 
yuvaıiaqlığından 
və 
elastikliyindən 
məharətlə  istifadə  edərək  onları 
həndəsi  və  nəbati 
ornamentlərlə 
bacarıqla 
əlaqələndirmiş, 
hərflərarası 
boşluqları  məharətlə  bu  ornamentlərlə  doldurmuş  və  gözəl 
bəzək  ünsürləri  əldə  etmişlər.  Biz  Naxçıvan  abidələrinin 
timsalında  bunun  ən  gözəl  nümunələrini  görürük.  Bu 
abidələr  orta  əsıiər  zamanı  ərazidə  bədii  daşyonma  və 
xəttatlıq  sənətinin  yüksək  inkişaf  səviyyəsində  olduğunu 
göstərən mötəbər qaynaqlardır.
Kitabələrdə  qeyd  olunan  bəzək  motivlərindən  əlavə  sadə 
və  mürəkkəb  kompozisiyalı  müxtəlif bəzəklərə  və  təsvirlərə 
də  rast  gəlinir  ki,  onlarm  köməyi  ilə  Azərbaycanda  daş 
üzərində  işləmə  və  bədii  daşyonma  sənətinin  inkişaf 
mərhələlərini izləmək olur.
Bu  abidələrin  üzərində  həmçinin,  mərhumun  cinsini, 
sağhğmdakı  məşğuliyyətini,  peşəsini,  cavanlığım,  qocalığım 
və  s.  əks  etdirəıı  müxtəlif  məzmunlu  təsviıiərə  də  rast 
gəlinir.  Bu  təsvirlər  xalqımızm  məişətini,  məşğuliyyətini, 
adət-ənənəsini, 
iımumiyyətlə  etnoqrafıyasmı 
öyrəımıək 
üçün  ən  etibarlı  qaynaqlar  kimi  diqqəti  cəlb  edirlər.  Bütün
58


bunlar,  xüsusilə  orta  əsr  Azərbaycan  heykəltaraşlığınm 
nadir  nümunələri  olan,  yerli  ustalar  tərəfmdən  müxtəiif növ 
daşlardan  hazırlanmış  daş  qoç  və  qoyun  heykəlləri  siıbut 
edirlər  ki,  keçmişdə  bölgəmizin  bir  sıra  yeıiərindo  daş 
üzərində işləmə  sənəti  üzrə  mərkəzlər  fəaliyyət  göstərmişdir. 
Toplanılan  çöl  materiallarına  və  tədqiqatlarımıza  əsasən 
həmin  mərkəzlərdən  bəzilərinin  yeri  (Culfa,  Kırna,  Tivi  və 
s.) müəyyənləşdirilmişdir.
Göründüyü  kimi  Naxçıvan  diyarmm  müxtəlif  yaşayış 
məskənlərində  qeydə  almaraq  tədqiq  olunmuş  müsəlman 
epiqrafıkası  abidələri  bizə  Azərbaycanm  orta  əsrlər  dövrü 
tarixi,  mədəniyyəti,  elmi,  təhsili  və  s.  məsələləriniri 
öyrənilməsi  haqqm da  çox  dəyərli  məlumatlar  təqdim 
ediıiər.
Naxçıvan  bölgəsinin  əsas  yaşayış  məskənlərindən  olan 
Ordubad  şəhəri  müsəlman  epiqrafıkası  abidələri  ilə  daha 
zəngindir. 
Şəhərdə 
tədqiq 
edilən 
kitabələrin 
verdiyi 
məlumatlara  əsasən,  orta  əsrlər  zamanı  iıışa  edilmiş 
möhtəşəm 
abidələrin 
(məscidlərin, 
mədrəsələrin, 
xanəgahlarm  və  s.)  inşa  tarixi,  onların  sifarişçisi,  ınemarı  və 
s.  haqqm da  qiymətli  məlumatlar  əldə  edilmiş,  abidələrin 
təyinatı  dəqiqləşdirilmiş,  görkəmli  dövlət  xadimlərinin, 
ruhani  alimlərin,  ictimai  xadimlərin,  sənətkarlarm  və  başqa 
şəxsiyyətlərin  qəbirlərinin  yeri  müəyyənləşdirilmiş,  onlarm 
həyat  və  fəaliyyətini  izləmək  mi'ımkün  olmuşdur.  Bu 
faktların  köməyi  ilə  orta  əsr  yaşayjş  məskənləri  və 
qəbristanlıqlarınm 
tarixi, 
digər 
mənbələrdən 
məlum 
olmayan  görkəmli 
ustalarm, 
memarların, 
xəttatlarm, 
həkkaklarm 
və 
başqa 
sənətkarlarm 
adları 
müəyyənləşdirilmişdir.
Kitabələrdə  qeyd  olunan  titul  və  epitetlərə  əsasən, 
Azərbaycanda  feodal  cəmiyyətinin  mürəkkəb  strukturunu, 
ayrı-ayn  şəxsiyyətlərin  ölkənin  ictimai  və  siyasi  həyatındakı 
yerini  və  rolunu  öyrənmək  m üm kün  olmuşdur.  Kitabələrdə 
aşkar  edilən  titullar  orta  əsıiər  zamam  O rdubad  şəhərində
59


yüksək  vəzifəli  dövlət  xadimlərinin,  vəzifəli  şəxslərin, 
görkənıli  şəxsiyyətlərin,  müxtəlif dərviş  ordenlərinə  məxsus 
adamlarm,  o  ciımlədən  amid  əl-Mi'ılk,  böyük  sədr, 
müctəhid,  mövlana,  alim,  abid,  şeyx,  ustad,  dabbaq  və  s. 
titullar 
daşıyan 
adamlarm 
yaşayıb 
fəaliyyət 
göstərmələrindən  xəbər  verirlər.  Bu  titul  və  istilahlarm 
təhlili  sosial-siyasi  tarix,  inzibati  ərazi  bölgüsiı,  dövlət 
quruluşu  və  idarəsi  məsələlərinin  öyrənilməsində  xüsusi 
əhəmiyyətə malikdir.
Şəhərdə  tədqiq  edilən  inşaat  və  məzar  kitabələri  bir  sıra 
ictimai-siyasi  təşkilatlarm,  dini  və  mədəni  mərkəzlərin, 
cəmiyyətlərin  fəaliyyətini  işıqlandıraıağa  imkan  verir.  Bir 
neçə  kitabə  şəhərdə  bizə  başqa  mənbələrdən  məlum 
olmayan  sufı  təşkilatlarmın  fəaliyyət  göstərməsi,  onların 
rəhbəı*  şeyxləri  barədə  maraqlı  xəbərlər  verirlər.  Bu 
məlumatlar  bir  daha  sübut  edir  ki,  Ordubad  şəhərində 
müxtəlif vaxtlarda  əhaliııin  həyatmda  mühi'ım  rol  oynayan 
və  xalq  arasında  böyük  nüfuza  malik  olan  sufı  təşkilatları 
fəaliyyət 
göstərmişləı*. 
Bu 
təşkilatlarm 
üzvləri 
yerli 
hakimlərə  qarşı  qalxan  xalq  hərəkatlarına  rəhbərlik  etmiş, 
ona  istiqamət  vermiş,  xarici  təhlükə  yaranarkən  əhalini 
səfərbər ctmiş,  ölkənin  müdafıəsində ön sırada dayanmışlar.
Şəhərdə  tədqiq  olunan  məzar  kitabələrinin  təqdim  etdiyi 
məlumatlar əsasmda  orta əsrlər zamanı  O rdubadda yaşayan 
və  fəaliyyət  göstərən  sufi  təriqətlərinə  mənsub  bir  neçə 
təriqət  mənsubunun  adı  müəyyənləşdirilmişdir.  Qeyd  etmək 
yerinə  düşər  ki,  Ordubad  şəhər  qəbiristanlıqlarmdakı 
qəbirüstü  xatirə  abidələrinin  əksəriyyəti  müxtəlif  rəngli 
mərmərdən,  biı*  hissəsi  isə  Ordubad  bölgəsi  üçün  xarakterik 
olaıı  yaşılımtıl  rəngli  daşlardan  hazırlanmışdır.  Ordubad 
şəhər  əhalisi  arasmda  belə  bir  fıkir  vardır  ki,  üzərində 
yaşılımtıl  rəngli  daşdan  xatirə  abidəsi  olan  qəbirlər  orta 
əsrlər  zamanı  Azərbaycanda,  o  cümlədən Naxçıvanda  geniş 
yayılan  və  fəaliyyət  göstərən  sufi  təriqəti  mənsublarma 
məxsusdur.
60


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə