Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Şəhordə  sufi  ordenlərinin  fəaliyyət  göstərməsini  təsdiq 
edən  ən  sanbailı  mənbolərdən  biri  Ön  Asiyada  sufizmin 
banilərindon  biri  Şeyx  Əbu  Səid  Əbül-Xeyr  əl-Xorasaninin 
yeddinci  noslindən  olan  və  onun  adını  daşıyan  şeyxin-  Şeyx 
Əbu  Səidin  qəbrinin  üstündəki  kitabədir.  Tədqiqatçıların 
fikrincə  bu  qəbirdə  dəfn  olunan  Şeyx  Əbu  Səidin 
O rdubadda  xanogahı  olmuş  və  o,  sonətkarlarm  həyatında 
nəzərə  çarpacaq  dərəcədə  mühüm  rol  oynayan  dərviş 
ordeninə rəhbəıiik  etmişdir (Bax:  kitabə JVb  1).
Kitabələrdə, 
xüsusilə, 
məzar 
kitabələrində 
tez-tez 
adamlara  güclü  psixoloji  və  həyacanlandıncı  təsir  göstorən 
Quran  ayoləri,  hodislor vo  digər dini  xarakterli  mətnlərə  rast 
gəlinir.  Bu mətnlər əsasən  yaşadığımız  dünyanm  fani,  bütün 
yaranmışlarm  ölümə məhkumluğu,  ancaq  böyük Allahın  və 
o  dünyanm  əbədi  olması,  Allaha  və  onun  rəhmətinə  inam, 
axirətə-əbədiyyotə ümid və s.  bu  kimi fikirlər aşılayır.
Məzar  kitabələrinin  mətnlərində  Quran  ayələri  və  digər 
dini  xarakterli  mətnlərlə  yanaşı,  Səfəvi  şahİarınm  yeritdiyi 
şiəlik  siyasətinin  təsiri  ilə  şiəlik  ehkamları,  14  məsumun 
adları  (Məhəmməd  peyğəmbər,  qızı  Fatimə  və  12  imam)  vo 
başqa  formulalar  da  öz  oksini  tapmışdır.  Biitövlükdə 
götürüldükdə  bu  mətnlərin  hamısı  formaca müxtəlif olsalar 
da,  məzmunca,  demək  olar  ki,  oxşardırlar  və  bir-birini 
tamamlayırlar.  Onlar  orta  əsr  islam  ideologiyasmın  Səfəvi 
şahlarmm  yeritdiyi  şiəlik  siyasətinin,  öyrənilməsi  üçün 
əhəmiyyətli  mənbələrdəndir.
Memarlıq  abidələri,  xüsusilə,  qəbirüstü  xatirə  abidələri 
üzərində,  dini  xarakterli  yazılardan  başqa,  islam  dininin 
güclü  təsiri  hiss  olunan  mənzum  parçalara,  kiçik  şeir 
nümunələrinə  də  rast  gəlinir.  M ərhum un  şərəfinə  həkk 
edilmiş  bu  ınətnlər xalq  yaradıcılığmdan,  orta  əsr şairlərinin 
əsərlərindən 
götürülmüş 
mərsiyə 
və 
elegiya  formalı 
şciıiordir.  Bu  şeir  parçaları  içərisində  müsəlman  dünyasmm 
bir  sıra  görkəmli  nümayəndələrinin,  o  cümlədən  VIII-IX 
əsrlərdə yaşamış  ərəb şairi Əbül-Ətahiyənin yaradıcılığından
61


nümunələrə rast gəlinir.
Mətnlərində  Şərq  poeziyasmm  müxtəlif  niımunələrinə 
təsadüf edilən  bu  kitabələr bir daha təsdiq  ediı* ki,  belə gözəl 
abidələri  yaradan  sənətkarlar  öz  peşələrinin  kamil  ustası 
olmaqla  bərabər,  ərəb  və  fars  dillərini  də  bilmiş,  Şərq 
poeziyasma  bələd  olmuşlaı*.
Kitabələrdə  bizə  qədər  gəlib  çatan  mənzum  parçaların 
köməyi  ilə  Azərbaycanm  Şərq  ölkələri  ilə  ədəbi  və  mədəni 
əlaqələrini  işıqlandırmaq,  bu  haqda  müəyyən  fikirlər 
söyləmək 
mümküııdür. 
Həmçinin, 
bu  şeir  parçaları 
Azərbaycanda  ictimai  və  ədəbi  fikir tarixini  öyrənmək  üçün 
də mühiım və orijinal vasitələrdən  biridir.
Ordubad  şəhərində  indiyədək  gəlib  çatan  kitabələr  ərəb 
paleoqrafiyasma  dair  zəngin  material  verir.  Bu  kitabələr 
əsasən  ərəb  əlifbasımn  nəsx,  süls,  süls  elementli  nəsx  xətləri 
ilə  həkk  edilmişlər.  Tədqiq  olunan  epiqrafik  abidələr  təsdiq 
ediıiər ki, XVJII  əsrdən  başlayaraq  kitabələrin yazılmasmda
XIV-XV  yüzilliklərdə  yaşamış  Təbriz  xəttatlıq  məktəbinin 
vetirməsi  Mövlaııa  Zəhirəddin  Mir  Əli  Tobrizi  tərəfindən 
yaradılmış nəstəliq xəttindən geniş istifadə edilmişdir.
Şəhərdə  indiyədək  qalan  qəbirüstü  xatirə  abidələri 
bizədək  çoxlu  memarlıq  forma  və  ünsürlərini  gətirib 
çıxarmışlar.  Bu  baxımdan  əsas  yeri  yuxarıdan  çatma  tağla, 
yarım  dairə,  düzbucaqlı,  itibucaqh  form ada  tamamlanan 
başdaşı  tipli  xatirə  abidələri  tutur.  Başdaşlarm  səthi, 
xüsusilə  kənar  haşiyələri  həndəsi  və  nəbati  ornamentlərilə 
gözəl  bəzədilir,  müxtəlif  formalı  çiçək  və  rozetkalar  lıəkk 
olunurdu.  Abidələrin  bəzədilməsində  istifadə  olunan  digər 
memarlıq forma və ünsiırlərinə də  təsadüf ediliı*.
Azərbaycanın  orta  əsrlər  dövrü  tarix  və  mədəniyyətinin 
öyrənilməsində 
əsas 
mənbələrdən 
olan 
bu 
abidələr 
azərbaycanlı  xəttat  və  həkkaklarm  yüksək  sənətkarlığmı  və 
incə  zövqünü  nümayiş  etdirməklə  bədii  daşyonma  və 
xəttathq  sənəti  üzrə  Naxçıvan məktəbinin  mövcudluğundan 
xəbər verirlər.
62


Şəhərdə  Təbriz  memaıiıq  məktəbinə  mənsub  ustaların 
imzası  ilə  bizə  gəlib  çatan  abidələr  göstərir  ki,  Ordubad 
şəhərində  yerli  ustalarla  birlikdə  Azə'rbaycanm  digər  qədim 
mədəniyyət  mərkəzlərindən  çıxmış  sənətkarlar  da  yaşayıb 
yaratmış,  yaxud  da onlar arasmda güclü  əlaqələr olmuşdur.
Ordubad  şəhərində  indiyədək  gəlib  çatan  müsəlman 
epiqrafıkası  abidələrinin  əksəriyyəti  şəhərin  şərq  tərəfmdə 
yerləşən  və  yerli  əhali  arasmda  «Malik  İbrahim»  adlanan 
qəbristanlıqda 
qeydə 
almmışdır. 
Qəbristanlığın
mərkəzində,  böyük  bir  bina  vardır.  Bu  binanm  təyinatı 
sovet 
hakimiyyəti 
illərində 
müxtəlif  şəkildə 
təqdim 
edilmişdir.  Əvvəllər  onun  üzərində  «Qaradağ  məscidi», 
sonralar  «Malik  İbrahim  məscidi»,  «Matəm  evi»  sözləri 
yazılmış  lövhə  vurulmuşdu.  Rus  alimi  V.M.Sısoyev  binanın 
ətrafmdakı 
qəbristanlığm 
Qaradağın 
ətəklərində 
yerləşdiyini  və  XX  yüzilliyin  əvvəllərində  «Qaı*adağ 
qəbristanlığı» adlandığmı qeyd etmişdir.
Binanm  otaqlarmm  birinin  içərisində  qəbir  vardır. 
Qəbirin  üzərində  məzar  kitabəsi  -   epitafiya  olmadığı  üçün 
onun  mənsubiyyətini 
dəqiq  aydmlaşdırmaq  mümkiın 
deyildir.  Ordubad  şəhərindən  və  başqa  yerlərdən  buraya 
ziyarətə  gələn  dindarlarm  fıkrincə  qəbirdə  şiələrin  üçüncü 
imamı  Hüseynin  Kərbəlada  şəhid  olmasından  sonra  onun 
qisasını  almaq  üçi'ın VII əsrin sonlarında başlayan hərəkatm 
rəhbərlərindən  biri  olan  sərkərdə  İbrahim  Əjdərin  oğlu 
Malik  dəfn edilmişdir.
Dini  ədəbiyyatdan  və  el  arasındakı  rəvayətlərdən  məlum 
olduğu  kimi  Ibrahim  Əjdər  həlak  olduqdan  sonra  onun 
övladları 
vətənlərindən 
didərgin 
düşmüş, 
bəziləri 
Azərbaycana  gələrək  orada  məskən  salmış,  oğlanlarından 
Malik  Ordubadda,  Malik  Əjdər  isə  Laçm  rayonunun 
Cicimli 
kəndində 
dəfn 
edilmişlər. 
Cicimli 
kənd 
qəbristanlığında  erməni  işğalınadə.k  salamat  vəziyyətdə 
qalan  və  inşası  tədqiqatçılar  tərəfmdən  XI-XII  əsıiərə  aid 
edilən  «Malik  Əjdər  türbəsi»  müqəddəs  hesab  olunur  və
63


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə