Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
101
Ünsiyyətdə  olduğumuz  gənc  söyləyicilər  yaşlıların  yanında  danışmağa 
cəsarət  etmir.  Ancaq  onları  həvəsləndirərək  söhbətə  tuturduq.  Belə  həvəskar 
söyləyicilər çox zaman öz nənə-babalarından eşitdikləri nağıl və rəvayətləri da-
nışırdılar.   
Müşahidələrimiz  göstərir  ki,  Neftçala  və  Salyan  folklor  söyləyicilərinin 
repertuarında  məişət mövzulu  mətnlər daha üstünlük təşkil edir. Burada  hər  iki 
söyləyicidən  birinin  repertuarında  mütləq  ailə-məişət  mövzusunda  olan  əfsanə 
və rəvayətlərlə qarşılaşırdıq. 
Bölgədə dini rəvayət və nağıllar da geniş yayılmışdır. Dini mövzuları əks 
etdirən  rəvayət  və  nağıllarda  Peyğəmbərin,  Həzrəti  Əlinin,  İmam  Hüseynin, 
Fatimeyi-Zəhranın və s. müqəddəslərin həyatından, onların başına gələn əhvalat 
və müsibətlərdən söhbət açılır. Belə dini mövzulu mətnlərə folklorun həm epik, 
həm də lirik növə aid nümunələrində rast gəlmək olur. Bu baxımdan çoxlu sayda 
bayatı-ağı  və  rəvayətlər  əldə  olunmuşdur.  Bu  tipli  mətnlər  bölgədə  həm  yas 
məclislərində, həm də Məhərrəm ayında icra olunan mərasimlərdə ağızdan-ağıza 
keçərək daha çox yayılır. 
Neftçala-Salyan ərazisindən toplanılan folklor örnəklərinin toplu halında 
nəşrinə  hələlik  nail  ola  bilməsək  də,  ümid  edirik  ki,  yaxın  gələcəkdə  İnstitutu-
muzun fəaliyyəti və səyi nəticəsində əlimizdəki materiallar işıq üzü görəcək.          
 
 
 
 
 
 
 
 
Aynurə Sadıqqızı  
 
 
MAHNILAR 
Ya lələmhalay döndər belə... 
 
Ya lələm, halay vırun düzülsün, 
Ya lələm, xumar gözzər süzülsün, 
Ya lələm, hər kəs halay çəkməsə, 
Ya lələm, əli əldən üzülsün, 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, oymağdan, ay oymağdan, 
Ya lələm, öldüm xına qoymağdan. 
Ya lələm, barmağlarım yanıbdı, 
Yə lələm, çubuğa od qoymağdan. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, qar gəlir kəpəg kimi, 
Ya lələm, qız gəlir ipəg kimi. 
Ya lələm, oğlannar daldan baxır, 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
102
Ya lələm, qudırmış köpəg kimi. 
Ya lələm, halay döndər belə. 
Ya lələm, o tayda quzi gördüm, 
Ya lələm, tükin qırmızı gördüm. 
Ya lələm, aşdım cənnət qapısın, 
Ya lələm, sevdiyim qızı gördim. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, o tayda duran oğlan, 
Ya lələm, qoltığı Quran oğlan, 
Ya lələm, Quranın səni vırsın, 
Ya lələm, mənə göz vıran oğlan. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, ev dalında bel durmış, 
Ya lələm, bel dayanmış, bel durmış. 
Ya lələm, çərkəz papağ altında 
Ya lələm, kəkili tel-tel durmış. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, qızıl üzüy laxladı, 
Ya lələm, verdim anam saxladı. 
Ya lələm, anama qurban olum, 
Ya lələm, məni tez adaxladı. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, miçətkəni qurmışam, 
Ya lələm, daldasında durmışam. 
Ya lələm, bırdan gedən oğlanın 
Ya lələm, ürəyinə xal salmışam. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, qamışa bax, qamışa, 
Ya lələm, qamış göydə alışa. 
Ya lələm, yenicə yar sevmişdim, 
Ya lələm, göndərdilər Talışa. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, ilana bax ilana, 
Ya lələm, ilan göydə tolana. 
Ya lələm, təzəcə yar sevmişdim, 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
103
Ya lələm, göndərdilər İrana. 
Ya lələm, halay döndər belə. 
Ya lələm, yeri-yeri işinə, 
Ya lələm, mən baxım yerişinə. 
Ya lələm, ipəg olub dolanım, 
Ya lələm, xəncərin gümişinə. 
Ya lələm, halay döndər belə. 
 
Ya lələm, oğlan adın Talıbdı, 
Ya lələm, gün dağları alıbdı. 
Ya lələm, göndərdigün üzüylər 
Ya lələm, barmağımda qalıbdı. 
Ya lələm, halay döndər belə. 
Söylədi: Quliyeva Pakizə Əlibala qızı, 1937-ci il təvəllüdlü, orta təhsilli 
tibb işçisi. Salyan rayonu Şorsulu kəndi  
 
Aşağıdakı  marş-nəğməni  1888-ci  il  təvəllüdlü  Muradov  Şirməmməd  İb-
rahim  oğlundan  (1983-də  dünyasını  dəyişib)  nəvələri  1980-ci  ildə  qeydə  alıb, 
babalarının səsi xatirə qalsın deyə maqnitofon kasetinin yaddaşına köçürüblər. 
Mətn söyləyici tərəfindən marş tipli mahnı kimi ifa olunub. Biz bu materialla ya-
naşı iki dastan mətnini də söyləyicinin nəvəsi Muradov Muradın ailə arxivindən 
əldə etdik.  
Qalxozlıyam, ayrılmışam elimnən,  
Qorxım yoxdı din yolunda ölümnən.  
Allah, adu tərg etmərəm dilimnən,  
Bu zamanda əsgər olan qeyrət edəcəy,  
Çağrılmamış özi gəlib əsgər gedəcəy,  
Bu gün, ey Vətən, Tarıya şükür edərüy.  
Can-başıynan biz əsgərliyə gedərüy.  
Həsrətiynən bəsləmişdün bizləri, ana,  
Bu zamanda lazım olduğ Azərbaycana, 
Bu zamanda lazım olduğ Azərbaycana. 
Söylədi:  Muradov  Şirməmməd  İbrahim  oğlu,  1888-ci  il  təvəllüdlü, 
təhsilsiz, 1983-cü ildə rəhmətə gedib. Neftçala rayonu Qaçaqkənd kəndi  
 
 
BAYATILAR 
 
Görikən Qarabağdı,  
Yanı meyvəli bağdı,  
Ata oğıl yanında 
Göriksə, qara dağdı.  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
104
*** 
Bağça barsızdı, gülür,  
Heyva-narsızdı, gülür. 
Qəlbim geyibdi qara,  
Üzim arsızdı, gülür.  
*** 
Mən aşıx, qoşa dağlar,  
Verib baş-başa dağlar. 
Yol verün balam gəlsin,  
Dönmiyün daşa, dağlar. 
*** 
Əkdim xudafirini, 
Yaram eyliyib irini. 
Okkərtənə dərdim var,  
Diyim hansı birini?! 
Söylədi:  Nəcəfova  Dara  İbrahim  qızı,    1927-ci  il  təvəllüdlü,  təhsilsiz, 
Salyan rayonu Yenikənd kəndi  
 
Qardaş, gəl, gərəyimsən,  
Hurimsən, mələyimsən.  
Həmi atam oğlısan,  
Həmi gəl, gərəyimsən.  
*** 
Qardaş, gəl gedmə bizzən,  
Qar yağar, olar dizzən.  
Qar yağar, girvə bağlar,  
Səni yad elər bizzən.  
*** 
Yağış yağdı ellərə, 
Şeh qoydu torpağlara,  
Hayıf, sizin canuzdan, ay cavannar,  
Qoşulduz torpağlara.  
*** 
Mən anamı istərəm,  
Yana-yana istərəm. 
Mən anamı görməgə,  
Xəlvətxana issərəm. 
*** 
Bı dağlar olmuyeydi,  
Saralıb solmıyeydi.  
Bi ayrılığ, bi ölim,  
Heç biri olmıyeydi. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə