Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
94
dirilmiş görünmələri, öldürücü və ya ölüm gətirici şeylərdən təsirlənməmələri və 
s. mənkabələrin başlıca mövzusu olmuşdur.  
İşin məqsədi. Vəlinin hər hansı bir mövzuda sağ və ya ölü ikən köməyi-
nin  toxunulacağına  inanılması  və  bunun  üçün  ritual  yollara  müraciət  edilməsi 
nəticəsində  yaranan  sitayiş  və  ya  inanc  sisteminə  vəli  kultu  deyilir.  Vəli  kultu 
bütün  tərəfləri  ilə  şamanlıq  qurumunun  təsiri  altında  qalaraq  formalaşmışdır. 
Ümumilikdə  kultlar  bir  qayda  olaraq  cəmiyyətin  dini  və  əxlaqi  dəyərlərini  əks 
etdirirlər.  
Bütün türk dünyasında  geniş  yayılan  övliyalıq,  başqa  sözlə  vəli  kultu  əs-
lində  İslami  bir  anlayış  olsa  da  kökü  etibarilə  qədim  türklərin  inanc  sistemi  ilə 
bağlıdır. Belə olduqda övliyalığın funksional semantik rolu sadəcə olaraq təriqət-
lərlə bağlı olmayıb, həm də daha qədim dövrlərdəki ata-baba inancı ilə bağlıdır.  
Övlıya  kəramətlərinin  semantikasında  digər  bir  ünsür  də  türklərin  za-
manla qarşılaşdıqları mədəniyyətlər olmuşdur. Bu mədəniyyətlərin övliyalıq qu-
rumunun yaranmasında rolu heç də qədim türklərin atalar kultundan az deyildir. 
Vəlilərin  mənkabələrinin  araşdırılması  övliyalığın  həm  semantikasının,  həm  də 
funksiyasının cox tərəfli olduğunu isbatlayır.   
Vəli  kultu  Azərbaycanda  uzun  müddət  kommunist  rejiminin  hökm  sür-
məsinə baxmayaraq mənəvi dünyamızın saflığını, ruhaniyyətini qorumaqla tari-
xi missiyasını yerinə yetirmişdir. Həm sağlığında, həm də dünyalarını dəyişdik-
dən sonra insanlara köməyinin toxunacağı müqəddəs adam kimi vəli və bu vəli-
nin məzarı başında edilən dualar, kəsilən qurbanlar vəli kultunun formalaşması-
na səbəb olan elementlərdən başlıcasıdır. Övliya  adına tikilmiş pir  və  ya türbə-
nin özü və bu pir və ya türbələrdə dəfn olunan müqəddəs şəxsin bir qisim əşya-
ları bütün zamanlarda dini ziyarət elementi olmuşdur.  
Ərəbcə “vela” ya da “vəliyə” feilindən törəyən “vəli” sözü, lüğətdə dost, 
yoldaş, köməkçi, qonşu kimi  mənalar daşıyır. Övliya sözü  isə vəli sözünün cə-
midir. IX əsrdən sonra inkişafa başlayan təsəvvüf hərəkatı ilə birlikdə vəli anla-
yışı da məna baxımından inkişaf etmiş, Allahın əxlaqı ilə əxlaqlanmış, Haqq ilə 
Haqq olmuş, Tanrının inayəti ilə kəramət göstərən şəxs mənasına gəlmişdir. Be-
ləliklə, qulun Allaha çatması üçün verilən mübarizə və qət edilən yol vəli anlayı-
şının təməlini meydana gətirmişdir. Bu yolda ermişliyə ulaşan adam “vəli”, yəni 
Allah dostu deyə xarakterizə edilir (6, 5). 
Ümumilikdə,  ocaq  adlandırılan  bu  pirlərdə,  türbələrdə  və  məzarlarda 
xəstələrin sağalması ya da diləklərin reallaşması kimi vəziyyətlərlə qarşılaşılma-
sı və vəli ilə əlaqədar söylənən mətnlərin, onun adının keçdiyi bəzi sözlərin var 
olması diqqət yetirilən xüsusiyyətlərin başında gəlir. Əhməd Yaşar Ocağın yaz-
dığı kimi  bu övliyaların  məzar,  ya da türbələri ümumiyyətlə normal qəbiristan-
lıqlarda olmazlar. Bir təpənin başı, ya da bir yolun qovşağı kimi bir yerdə və ya 
şəhərin diqqət çəkəcək  bir  yerində ola  bilirlər (6, 9). Ancaq  bu  hər zaman  belə 
deyildir. Xüsusən, Masallıda ümumi qəbiristanlıqda olmayan və əsasən ocaq ad-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
95
landırılan məzarlarla bərabər, ümumi qəbiristanlıqda olan və ziyarət edilən övli-
ya,  seyid,  məzarlarına,  türbələrinə  də  rast  gəlmək  mümkündür.  Bunun  başlıca 
səbəbi  müqəddəs şəxsin  məzarı  yanında dəfn olunmaq  istəyən şəxslərin  məzar-
larınin sayının artması və zamanla oranın qəbiristanlığa çevrilməsidir. 
Bu gün bir çox araşdırmaçı xalq sufizmindəki vəli kultunun mənşəyini İs-
lamdan əvvəlki şaman  inancıyla bağlayır. “Müsəlman türklərin yaşadıqları bütün 
ərazilərdə və o cümlədən Anadoluda vəli kultu təhlil edildiyi zaman, bunun qay-
nağını  İslamdan  əvvəlki  əski  türk  inanclarının  təşkil  etdiyi  daha  ilk  baxışda  diq-
qəti çəkəcək qədər sarihtir”(6, 10). Başqa bir fikrə görə, “Orta Asiya, Azərbaycan, 
Anadolu  və  Balkan türkləri  İslamı  öz  içlərindən  çıxan  və  hələ  də  də əski  inanc-
larına bağlı şeyxlərinin vasitəsilə, xalq sufizmi şəklində qəbul etmişlər. Xalq sufi-
ləri,  qədim  şamanist  etiqadları  və  dini  inancları  vəhdəti-vücuda  söykənən  təsəv-
vüflə birləşdirərək İslam tarixində yeni bir mədəniyyət sintezi meydana gətirdilər 
və bununla da etnik-mədəni tariximizdə yeni bir səhifə açmış oldular ” (1, 113). 
Haqq aşiqi  olduğuna inanılan, müqəddəsliyi qəbul edilən bu vəlilərə aid 
edilən bir sıra fövqəladəlikləri ehtiva edən kəramətləri nəql edən mənkabə növü-
nün  mənşəyi  kimi  İslamiyyətin  qəbulundan  sonra    XI-XII  yüzillərdə  Azərbay-
canda, Orta Asiyada və Anadoluda sürətlə yayılmağa başlayan təsəvvüf cərəya-
nını  təkbaşına  qəbul  etmək  mümkün  deyildir.  Təbii  ki,  İslamiyyətin  qəbuluyla 
birlikdə türk xalqlarının inanc sistemində çox böyük dəyişikliklər meydana gəl-
mişdir. Ancaq uzun  illərdən bəri  var olan bir sıra dəyərləri tamamilə silmək də 
qeyri-mümkündür.  Bu  səbəblə  bir  tərəfdən  yeni  bir  dini  qəbul  edən  xalq,  digər 
tərəfdən də inanc sistemində qoruduğu bir sıra dəyərləri  bu  yeni dinin örtükləri 
içinə sığdıraraq yaşatmağa çalışmışdır.  Buna görədir ki, bu gün bir çox elm ada-
mı türklərdə  mövcud olan vəli kultunun təməlinin şamanist dövrlərdə atıldığını 
söyləməkdədir.  
“Türk  şamanlığı  ənənəvi  mədəniyyətə  hakim  olan  ideologiya  olduğun-
dan etnik-mədəni sistemin digər sahələrində də təsirini çox geniş bir şəkildə hiss 
etdirmişdir. İslamiyyətin qəbulundan sonra XI-XII yüzillərdə yaranan türk sufiz-
mi əski mədəniyyətin müsəlmanlıq adı ilə ortaya çıxışından başqa bir şey deyil-
dir”  (3,  68).  Qədim  türk  şamanlarını  araşdıran  zaman  bunların  türk  vəlilərinin 
sələfi olduğunu fərq etməmək  mümkün deyildir (6, 11). Çünki mənkabə motiv-
ləri də tək-tək araşdırıldığında da görəcəyik ki, bu motivlər şamanist dövrlərdə-
kindən çox da fərqli deyil. Vəli mənkabələrində tez-tez qarşımıza çıxan şəkil də-
yişdirmə motivi bunun ən gözəl nümunələrindəndir. Şamanların özlərinə ata ruh 
kimi bir quş seçdikləri və quşun şəklinə girərək ayinlərdə göyə yüksəldikləri və 
bu şəkildə ruhlarla ünsiyyət qurduqları bilinməkdədir. 
İslamiyyətin  qəbul  edilməsindən  sonra  əskidən  şamanların,  Buddist  ra-
hiblərin və Xristian əzizlərinin göstərdikləri fövqəladəliklər hər nə qədər övliya 
mənkabələrinin qaynağı rolunda olsa da bunlar yeni şəraitdə, İslam dininə, İslam 
əxlaqına uyğun  bir şəkildə  yenidən qurulmağa başladı. İslam alimləri  və böyük 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə