Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
89
dən günəş şüası şəklində düşən qız, ikincisi gölün ortasında ağac koğuşunda 
oturmuş qızdır. Buirinci qız göyü, ikinci qız yeri təmsil edir. Beləliklə, Oğuz 
mifologiyasında  kişi  başlanğıcını  Oğuz  Kağan,  qadın  başlanğıcını  şərti  ola-
raq adlandırdığımız Günəş qızı və Yer-Sub qızı təmsil edir. Demək, “Ayişə 
ilə Fatimənin nigahı su!” ifadəsinin ilkin şəklində Oğuzun həmin iki sevgili-
si durur. 
Qeyd edək ki, “Su həq didarın görmişdir” ifadəsi özündə dərin məna-
lar gizlədən məlumat kimi folklorşünasların diqqətini cəlb etmişdir. Bahaəd-
din Ögel “Su haqq didarın görmüşdür” ifadəsini “Su Allahın üzünü, camalı-
nı görmüşdür” şəklində şərh etmişdir “ (29, 350). Füzuli Bayat da bunu təs-
diq  edərək  göstərir  ki,  bu  ifadə  “türk  mifologiyasında  yaradılış  ünsürünə 
çevrilməklə  kosmik  bilgini  simvollaşdıran  və  kainatın  meydana  gəlməsinə 
şahidlik  edən  suyun  epik  yaddaşa  keçmiş  şəklindən  başqa  bir  şey  deyildir” 
(19,  89-90).  Mərhum  folklorşünas  Məhərrəm  Cəfərli  “Su  haqq  didarın  gör-
müşdür” ifadəsini semantik cəhətdən təhlil edərək yazır ki, burada: 
«Su – ilkin stixiyanın obrazı; 
Haqq  Allah, Tanrı səviyyəsində kosmoqonik vahid başlanğıc; 
Didar – Farsca "görüş" və "üz" anlamlarındadır (30, 55); 
Görmək – predikat, funksiya; 
Cümlənin leksik-sintaktik açılışı iki cürdür: 
1) Su haqq «görüşünü» görmüşdür. 
2) Su haqq «üzünü» görmüşdür. 
Əslində suyun haqq üzünü, yaxud görünüşünü görməsi cümlədə ifadə 
olunan mifoloji-kosmoqonik situasiyanın məzmununu dəyişmir. Burada söh-
bət suyun haqq ilə akt səviyyəsində, kosmoqonik situasiyada birgə iştirakın-
dan gedir. Bu cümlənin hətta islami düşüncədən gəlmə ehtimalı belə vəziy-
yəti dəyişmir. Çünki su türk kosmoqoniyasının əsas ünsürüdür və bu kosmo-
qoniyadakı  Tanrı  –  «Haqq»  teoniminin  ifadə  etdiyi  Allah  ilə  eyni  semantik 
səviyyədə qavranılır. Bu baxımdan suyun Haqqın üzünü görməsi semantemi 
suyun məhz kosmoqonik yaradılışdakı iştirakına işarədir. O biri tərəfdən, su-
yun  Haqqın  «görüşünü»  görməsi  ifadəsi  də  eyni  məzmuna  gəlir.  Burada 
haqqın «üzü» və «görüşü» sözləri hər iki halda kosmoqonik yaradılış aktını 
səciyyələndirir. Burada məna dəyişmir, yəni suyun ilkin başlanğıcda iştirak 
etməsi,  ilkin  başlanğıc  ünsürlərindən  olması,  onun  müqəddəsliyinin  «Haqq 
didarı»  ilə  təsdiq  olunması  «didar»  sözünün  necə  götürülməsindən  asılı  ol-
mayaraq dəyişmir» (31, 105-106). 
Bütün bu fikirləri ümumiləşdirən Aynur Babək göstərir ki, “Su haqq 
didarın görmüşdür” ifadəsində su haqqında oğuzların qədim mifoloji görüş-
ləri  ilə  islami  düşüncə  biri-birinə  qovuşmuşdur.  Suyun  Haqqın  üzünü  gör-
məsi, M.Cəfərlinin təhlilindən də aydın olduğu kimi, suyun ilkin başlanğıc-
da  var  olmasına  dəlildir.  İnanca  görə,  Haqq  (Allah)  yaradandır.  Deməli,  su 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
90
yaradılışın şahididir. Bütün mif mətnləri, o cümlədən Altay mifləri suyun il-
kin başlanğıcdakı iştirakını və yaradılışın əsas ünsürü olduğunu, bəzən yara-
dılışın materialı rolunu oynadığını isbat edir (2, 145). 
Eyni mənzərəni “Əsli və Kərəm” dastanında da görmək mümkündür: 
Keşiş öz qızı Əslini Kərəmə verməmək üçün götürüb qaçır. Haqq aşiqi Kə-
rəm sevgilisini axtarır. Yolda çaya – suya rast gəlib Əslini soruşur:  
«Kərəm üzünü tutdu çaya, dedi:  
Abi-həyat kimi daim axarsan, 
Haqqın camalına hərdən baxarsan, 
Dolana-dolana evlər yıxarsan, 
Mənim Əslim buralardan keçdimi? 
 
Çay da dilə gəlib belə cavab verdi: 
Kərəm saxlar onun həmişə yasın, 
Yanına almışdı ata-anasın, 
Həm içib, həmi də doldurdu tasın, 
Atların suyuma saldı da getdi» (32, 122). 
Göründüyü kimi burada evini axtaran Salur Qazanın dediyi “Su Haqq 
didarın  görmüşdür”  ifadəsi  ilə  sevgilisini  axtaran  Kərəmin  dediyi  “Haqqın 
camalına hərdən baxarsan” ifadəsinin məna yükü tamamilə eyni olub, suyun 
ilkin yaradılışdakı rolunu göstərir. Təhlil etdiyimiz əfsanədə də suyun xəbər-
verici funksiyası onun ilkin yaradılışdakı iştirakı ilə bağlıdır. Nabatla Halay 
da  əmiqızı-əmioğlu  olduqları  və  bu  mənada  “kəbinləri  göydə  (Tanrı  dərga-
hında) kəsildikləri” üçün onların nikahı da elə ilkin yaradılışı rəmzləndirir. 
Əfsanədə diqqəti cəlb edən daha bir motiv “birləşdirici (qovuşduru-
cu) su mifologemidir”: Bir qızılquş şığıyıb içi su ilə dolu qızıl piyaləni dimdi-
yinə alıb göyə qaldırır və Nabat Halayı yaralandığı dağda tapır. 
Bu mifologemin təhlilində ehtiyatlı olmaq lazımdır. Çünki burada iki ob-
raz  bir-biri  ilə  qovuşub:  su  stixiyası  və  quş  kultu.  Quşların  (Zümrüd  quşu,  Si-
murq  və  s.)  Azərbaycan  nağıllarında  işıqlı  dünya  (kosmos)  ilə  qaranlıq  dünya 
(xaos) arasında vasitəçi olduğu məlumdur. Bu əfsanədə də qızılquş Nabatı onun 
olduğu məkandan Halayın olduğu məkana aparır. Qızılquşun dimdiyində apardı-
ğı qızıl piyalənin içindəki “sehrli – xəbərverici” suyun buradakı iştirakı heç nə-
zərə də çarpmır. Lakin unutmaq olmaz ki, su kişi və qadın başlanğıclarını təmsil 
edən ünsürlərin nikahı kimi təsəvvür edilən ilkin yaradılışın ən mühüm ünsürü-
dür. Yada salaq ki, bu iştirakı S.S.Averintsev suyun bəşəri mayalanmanın və ya-
ranışın  mühiti,  maddəsi  və  prinsipi  olması  şəklində  səciyyələndirmişdir  (21, 
240). Əmioğlu-əmiqızı Halayla Nabatın nikahı müqqəddəs nikah, ilkin bəşəri ni-
kahdır. Bu halda qızıl piyalənin içindəki ”xəbərverici su” həm də “bəşəri maya-
lanmanın  və  yaranışın  mühiti,  maddəsi”  olan    “qovuşdurucu  sudur”.  Onun  bu 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə